Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəstə
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü.Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Xəstə Bayraməli
Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu‎; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair. == Həyatı == Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib. Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. == Həyatı == Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
Xaçın xətri üçün
Beyrutda yaşayan Erməni jurnalist David Yeriyan adlı erməni jurnalist vaxtilə Dağlıq Qarabağ döyüşlərində iştirak etmiş və şahidi olduğu hadisələr barədə "Xaçın xətri üçün" ("For the sake of cross") kitabında yazıb. AzərTAc-ın məlumatına görə, ingilis dilində çap edilmiş kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır. Əsərdən hissələr: "...bəzən öldürülmüş azərbaycanlıların meyitləri üzərindən keçməyə məcbur olurduq. Yaxşı xatırlayıram, Daşbulaq deyilən yerin yaxınlığındakı bir bataqlıqdan keçmək üçün ölü bədənlərdən özümüzə körpü düzəltmişdik. Mən bu cansız insan bədənlərinin üzərindən keçməkdən imtina etdikdə, Ohanyan adlı mayor mənə qorxmamağı əmr etdi. Rütbəcə böyük komandirin əmrinə əməl etmək hərbi qanunlardan biri olduğu üçün mən ona tabe oldum. 9-10 yaşlarında yaralı bir qızın döş qəfəsinə ayaq basmağa məcbur oldum və bataqlıqdan keçdim. Ayaqqabılarım və fotoaparatım tamamilə qan içində idi". Kitabın 63-cü səhifəsində təsvir olunmuş hadisə ermənilərin qətiyyən insanlığa yaraşmayan hərəkətlərindən, qəddarlığından və amansızlığından xəbər verir: "...Ölüləri yandırmaqla məşğul olan "Gaflan" adlı qrup martın 2-də Xocalıdan bir kilometr qərbdə 100-dən artıq türkün (azərbaycanlının) cəsədini bir yerə toplayaraq yandırırdılar. Meyitləri daşıyan sonuncu maşında başından və əllərindən yaralanmış 10 yaşında bir qız uşağı gördüm.
Yatmaq Vaxtıdır (1984)
== Məzmun == Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır. Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir. Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?.. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev Montaj edən: Nailə Dadaşova Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
İngilis xəstə (film)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.
Yatmaq vaxtıdır (film, 1984)
== Məzmun == Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır. Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir. Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?.. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev Montaj edən: Nailə Dadaşova Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Əmlaka sahib olma hüququ — Hüquqi noqteyi nəzərdən vətəndaşa məxsusdur. Əmlak sahibi ona məxsus olan əmlakın rəsmi qaydada sənədləşdirməsini təmin etməlidir. == Tarixi == Bu iddiaların tarixi mənşəyi və kökü qədim Roma hüququ ilə bağlıdır. Roma hüququnda mülkiyyət hüququ, əsasən, ya vindikasiya iddiası ilə, ya da neqator iddia ilə müdafiə olunurdu. == Mülki Hüquqda == Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən istifadə edilir: vindikasiya iddiasından; neqator iddiasından. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmək mülkiyyətçisidir. Neqator iddasının məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Əmlakın həbsi, yəni onun siyahıya alınması və ona aid sərəncam verməyə qadağan qoyulması qanunda birbaşa nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi haqqında məhkəmə qətnaməsinin və ya əmlakın müsadirə haqqında hökmün icrasını, məhkəmədə iddianın qaldırılması (belə hallarda o,adətən, məhkəmə icraçısı tərəfindən həyata keçirilir) zamanı vətəndaşların və hüquqi şəxslərin digər əmək hüquqlarını təmin edən, yaxud vərəsəliyin açılması zamanı vərəsələrin əmlak hüquqlarını qorumaq məqsədilə (bu halda o, notarius tərəfindən həyata keçirilir) tətbiq edilən tədbirdi. == Əmlaka sahib olma hüququ Azərbaycan qanunvericiliyində == Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçini özü tərəfindən və ya mülkiyyətçini sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər.
Balaca, xəstə Vakx (Karavacco)
Xəstə Vakx — Karavacconun 1593-1594 illərdə şərab, bərəkət və teatr tanrısı Vakxı (Dionis) rəsm etdiyi əsər. == Tarixi == Əsər Karavacconun Romaya köçdüyü ilk illərdə rəsm edilmişdir. Bu zaman Karavacco Sezarilərin atelyesində çalışırdı. Dövrün mənbələrinə görə rəssam bu illərdə yoluxucu bir xəstəliyə tutulmuş və 6 ay Romadakı Mariya Della Konsolazione xəstəxanasında qalmışdır. 2009-cu ildə nəşr edilən "yoluxucu kliniki xəstəliklər" məqaləsində Karavacconun güman ki, malyariya xəstəliyinə yoluxması və dəri rənginin sarıya dönməsi barədə məlumatlar əks olunmuşdu. Xəstə Vakx Karavacconun digər əsərləri ("Meyvə səbətli oğlan") ilə birlikdə 1607-ci ildə Kardinal Borgeze tərəfindən sifariş əsasında çəkilmişdir. Əsər hal-hazırda Borgeze qalereyasında saxlanılmaqdadır. == Təsviri == 1593-1594-cü illərdə ərsəyə gətirdiyi ilk "Xəstə Vakx" adlı əsərdə rəssam Vakxın dərisini sarı və yaşıl tonlarda rəsm etmişdir. Bu nüans Vakxın xəstəliyinə diqqət çəkmək üçün idi. Vakxsın dəri rəngi əlində tutduğu üzüm salxımı ilə eyni tonlardadır.
İngilis xəstə (film, 1992)
İngilis Xəstə 1992 də yayımlanmış olan Michael Ondaatje romanından uyğunlaşdırılmış Oskar mükafatlı bir film. Həmçinin, romanı da maraqlı qurğusunda ötəri Kanada da dövlət tərəfindən verilən əhəmiyyətli mükafatlar qazanmışdır. Film isə 1996-ci ildə viziona girmişdir. Filmin rejissorluğunu Anthony Minghella etmişdir. Film 1996-ci ildə ən yaxşı film də daxil olmaq üzrə 9 növdə Oskar mükafatı qazanmışdır.
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. == Yaş == 6-14 == Oyunçuların sayı == 5-8 nəfər. == Oyun qaydası == Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Yatmaq vaxtıdır (cizgi filmi, 1984)
== Məzmun == Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır. Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir. Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?.. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev Montaj edən: Nailə Dadaşova Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva Filmin direktoru: Faiq Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı.Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. == Xülasə == Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir . Varlı bir balıqçılıq kirayəsi müştərisi ("Var olanlardan biri") üç həftəlik balıq ovu səfərindən sonra heç bir ödəniş etmədən Harrini itib-bataraq Harrini məhrum edir.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. == Tarixçə == === Dostluq üçün futbol 2013 === "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. == Süjet == Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). == Tarixi == Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Almaniya üçün Alternativ
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — Almaniyanın radikal mühafizəkar və Avropaya inteqrasiya siyasətini rədd edən siyasi partiyası, 6 fevral 2013-cü ildə yaradılıb. Almaniya üçün Alternativ (AfD) partiyası ifrat sağçı və antisemitizm baxışlarını təbliğ etməkdə ittiham olunan mübahisəli siyasi partiyadır. Partiya son illərdə əhəmiyyətli seçki uğurları yaşasa da, Bundestaqda təcrid olunmuş vəziyyətdə qalır və digər siyasi partiyaların və medianın tənqid obyektinə çevrilib. == Partiya İdeologiyası == AfD immiqrasiya, İslam və Avropa İttifaqını tənqid edən sağçı populist və millətçi siyasi partiyadır. Partiyanın ideologiyasını perspektivdən asılı olaraq ifrat sağçı və ya populist-sağçı kimi təsnif etmək olar. == Seçki Performansı == AfD son illərdə əhəmiyyətli seçki uğuru qazanıb. 2013-cü il federal seçkilərində partiya 4,7% səs toplasa da, Bundestaqa daxil ola bilməyib. 2017-ci il federal seçkilərində partiya 12,6% səs qazanaraq ilk dəfə Bundestaqa daxil olaraq parlamentdə üçüncü ən böyük partiya oldu. 2021-ci il federal seçkilərində partiya əvvəlki seçkilərlə müqayisədə müəyyən dəstəyi itirərək 10,3% səs qazandı.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi.Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. == Məzmun == Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır. == Xəmirin hazırlanması == Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. == Tarixi, == Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Təzə evlənənlər üçün çətir (film, 1986)
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. == Məzmun == Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Olman bataqlığı
Olman bataqlığı (belar. Альманскія балоты) — Avropanın üst, keçid və alt formalı bataqlıq kompleksi. Müasir dövrə qədər öz ilkin formasını saxlamış bataqlığın ərazisində yasaqlıq yaradılmış. Olman bataqlığı ərazisində hərbi aviasiya poliqonu yerləşir. Massivin cənub-qərb hissəsi Ukrayna ərazisinə daxildir. O üzdən bataqlığın cənub sərhəddi dövlət sərhəddi zolağına uyğun gəlir. Bataqlıq ərazisində yerləşən yollar və hərbi postlar ümumi sahənin 1%-ni təşkil edir. Ümumi sahənin 40 % - i açıq sahəli bataqlıqdır. Bu ərazidə mamırlar və nadir halda ağcaqayınlar üstünlük təşkil edir. Bataqlığın mərkəzi hissəsində qumlu dyun və qum tirələri mövcuddur.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bəndər Xəmir
Bəndər Xəmir — İranın Hörmüzgan ostanının şəhərlərindən və Xəmir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,307 nəfər və 2,441 ailədən ibarət idi.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi. Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.
Xəmir şəhristanı
Xəmir şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Xəmir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,545 nəfər və 10,320 ailədən ibarət idi.
Xətib Təbrizi
Yəhya bin Əli Xətib Təbrizi (1030, Təbriz – 1109, Bağdad) – XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi və şair; ərəb dili və ədəbiyyatı, qrammatika və leksikologiyası elminin banilərindən biri. == Həyatı == Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı", "müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı", "bütün ədəbiyyatşünasların rəhbəri" adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən "XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət"- deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə məlum deyildir. Salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər. Əbül-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqqında deyəcəkdi ki," ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. == Tarixi == Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Çətir şəlaləsi
Çətir şəlaləsi — Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi kimi də tanınır. Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyanın dediyinə görə İkinci Qarabağ müharibəsindən sonra, şəlalənin olduğu ərazi neytral zona sayılır.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Beatriçe d'Este
Beatriçe d'Este (29 iyun 1475, Ferrara – 3 yanvar 1497, Milan) — Milan şəhərinin hersoqiniyası, İtaliya intibah dövrünün ən gözəl zadəgan qadınlarından biri.
Punta del Este
Punta del Este — Uruqvayın dənizkənarı kurort.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
"Bəbir" xüsusi təyinatlı dəstə
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. == Tarixi == "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. == Yaranması == Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. == Məqsədi == Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır == Simvolu == Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. == Loqo == Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. == Özəllikləri == Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837—1910), Modest Petroviç Musorqski (1839—1881), Aleksandr Porfiryeviç Borodin (1833—1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844—1908) və Sezar Antonoviç Küi (1835—1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824—1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Dəcəl dəstə
== Məzmun == Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler === Rollarda === A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Usta
Usta — çalışdığı sahəni yüksək səviyyədə bilən şəxs. Usta — konkret sənət üzrə təzə başlayan fəhlənin hamisi. Usta — Orta əsrlərdə sех lərin tamhüquqlu üzvü. Usta — XIX əsrdə İngiltərədə oğlana edilən müraciət. Usta — istehsalatda ilk mühəndis vəzifəsi. Usta — məişət xidməi sahəsində ixtisaslı fəhlə. İdman ustası — idmanda ixtisas dərəcəsi. Usta — masonluğa həsr edilmə dərəcəsi. Usta — müəyyən sahələrdə professionallıq dərəcəsi. Usta (film) — Polşa filmi , 2005-ci il, rejissor Pyotr Тşalski tərəfindən çəkilib.
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Yumurta yazmaq
Yumurta yazmaq Azərbaycan folklorunda bir dəb dir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazma dir. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Həqiqi püstə
Əsl püstə (lat. Pistacia vera) – Sumaq fəsiləsinin püstə cinsinə aid növ. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Püstə Məlikaslanova
Məlik-Aslanova Püstə Süleyman bəy qızı — Tibb elmləri doktoru, professor (1926-2001) == Həyatı == Püstə Süleyman qızı Məlik-Aslanova 1926-cı ildə Qaryagin (indiki Füzuli) şəhərində anadan olmuşdu. 1949-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1956-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957-2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir və 1984-cü ildə professor elmi adına layiq görülmüşdür. Prof. P.S.Məlik-Aslanovanın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. P.S.Məlik-Aslanovanın səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur. P.S.Məlik-Aslanova görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir. Prof. Məlik-Aslanova 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir.
Püstə ağacı
Püstə ağacı (lat. Pistacia vera) - püstə cinsinə aid bitki növü.
Püstə Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. == Həyatı == Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. == Fəaliyyəti == P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
İbn Rüstə
İbn Rüstə; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır. == Həyatı == İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir". == İstinadlar == == Mənbə == Sayyid Maqbul Ahmad.
Əsl püstə
Əsl püstə (lat. Pistacia vera) – Sumaq fəsiləsinin püstə cinsinə aid növ. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Esten
Esten (kanton)
Dəştə (Sərdəşt)
Dəştə (fars. دشته‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (8 ailə).
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "La casa de papel"də rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) == Həyatı == Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Ester Eksposito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Expósito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). == Bioqrafiyası == Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.