ayaz
aydınlıq
OBASTAN VİKİ
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aydın Həsəni
Aydın Həsəni — Azərbaycan kinoprodüseri. == Həyatı == Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyi istehsalat şöbəsinin rəhbəri, kinotarixçi və kinematoqrafdır. 120-dən çox televiziya sənədli və bədii filmini ərsəyə gətirib. == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - direktor Balaş və Mədinə (film, 2003) Bəxtiyar Vahabzadə (film, 2003) Bir ocağın nuru (film, 2001) Böyük sınaq (film, 2003) Çay daşı (film, 2001) Cümhuriyyət generalları (film, 2006) Dədə Qorqud axtarışında (film, 2000) Dönüş (film, 1999) Duz gölü (film, 2001) Əbədi zirvə (film, 1998) Əhməd Bakıxanov (film, 2003) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Girdiman (film, 2003) Haradasan, Mübubət?
Aydın Həsənov
Aydın Həsənov (siyasətçi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. Aydın Həsənov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Aydın Kazımzadə
Aydın Kazımzadə (kinoşünas) — Azərbaycan kinoşünası. Aydın Kazımzadə (fizik) — Azərbaycan alimi.
Aydın Kələntərli
Aydın İslam oğlu Kələntərli - Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə "neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuş, neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alim. == Həyatı == Aydın Kələntərli Lənkəran şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. 1950-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini gümüş medalla bitirib, elə həmin ildə Azərbaycan Sənaye Universitetinin "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" fakültəsinə qəbul olmuşdur. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının neft kəşfiyyatı laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir. 1966-cı ildə geologiya-mineralogiya elmlər namizədliyini müdafiə edərək Azərbaycan Elmlər Akademiyasının qərarı ilə alimlik dərəcəsi almışdır. Azərbaycan Elmlər Akademiyasının prezidiumunun qərarı ilə 1969-cu ildən neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Baş elmi işçi adına müvəffəq olmuşdur. Neft hasilatının öyrənilməsi sahəsində mükəmməl elmi ixtiranın və bir çox elmi əsərlərin müəllifi olmuşdur. Aydın Kələntərli 24 yanvar 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Aydın Kərimov
Aydın Kərimov (hüquqşünas) — Azərbaycan Respublikası ədliyyə nazirinin sabiq birinci müavini. Aydın Kərimov (idmançı) — İdmançı, azərbaycanlı triatlon atleti, “METAK” şirkətinin direktoru.
Aydın Mansurov
Aydın Bəhram oğlu Mansurov (14 sentyabr 1953, Bakı – 30 dekabr 2017, Bakı) — Azərbaycan musiqiçisi, kinooperator. == Həyatı == Aydın Mansurov 14 sentyabr 1953-cü ildə Bakıda musiqiçilər ailəsində anadan olub. Asəf Zeynallı adına Orta Musiqi Məktəbində xor dirijorluğu fakültəsində təhsil alıb (1968-1973). Bir müddət musiqi məktəbində nəzəriyyədən dərs deyib (1975-1982). 1983-2005-ci illərdə AzTV-də kinooperator vəzifəsində çalışıb. 2005-ci ildən isə ömrünün sonuna qədər İctimai Televiziyada işləyib. Aydın Mansurov bir çox televiziya və sənədli filmlərin quruluşçu operatoru olub. 24 aprel 2015-ci ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətinin "Humay" Milli Mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7 noyabr 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == == Şəcərəsi == Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
Aydın Menderes
Aydın Menderes (5 may 1946, Ankara – 23 dekabr 2011, Ankara) — Türk siyasətçisi == Həyatı == Aydın Menderes 1946-cı ildə Ankarada doğulub. 1968-ci ildə Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının məzunu olub. Siyasətə 1970-ci ildə Demokratik Partiyanın vilayət başçısı kimi daxil olan Menderes, 1977-ci ildə Ədalət Partiyasından Konya millət vəkili seçilib. 12 Sentyabr dövlət çevrilişindən sonra 10 il siyasətdən kənarlaşdırılan Menderes, 1993-cü ildə banisi olduğu Böyük Dəyişiklik Partiyasının başçısı seçilir. 1994-cü ildə Demokrat Partiyanın başçısı olur. 1995-ci ildə Rifah Partiyasından İstanbul millət vəkili seçilən və 1996-cı ildə bu partiyada başqan müavini vəzifəsinə gətirilən Aydın Menderes, 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili olub. Menderes elə həmin il Fəzilət Partiyasından istefa verib. 3 noyabr 2002-ci il tarixində Doğru Yol Partiyasından (DYP) millət vəkilliyinə namizəd olub, ancaq DYP baryeri keçə bilmədiyi üçün siyasətdən uzaqlaşdığını elan edən Menderes, tərcüməçiliklə məşğul olub və "Yeni Əsr" qəzetində köşə yazısı hazırlayıb. Edam edilən keçmiş baş nazir Adnan Menderesin son oğulu olan Aydın Menderes, keçirdiyi yol qəzası nəticəsində qismən iflic olub. Menderes 2011-ci ilin dekabrın 23-də 1 aydır müalicə gördüyü Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib.
Aydın Mirzəzadə
Aydın Böyükkişi oğlu Mirzəzadə (2 iyul 1957, Mingəçevir) — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü. Siyasi elmlər üzrə fəlsəfə doktoru (2003-cü il), dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, (2015–2021), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri. == Həyatı və fəaliyyəti == Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir. 1980-ci ildə təyinatla RSFSR-in Kalinin vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980–1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1982–1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Aydın Məmmədov
Aydın Mirsaleh oğlu Məmmədov — dilçi, türkoloq, tənqidçi, siyasətçi. Aydın İsrafil oğlu Məmmədov — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001). Aydın Məmmədov (dövlət xadimi) Aydın İsrafil oğlu Məmmədov — Azərbaycan SSR daxili işlər naziri (1987-1990). Aydın Yusif oğlu Məmmədov — Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri. Aydın Balaca oğlu Məmmədov — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru. Aydın Balamirzə oğlu Məmmədov — Azərbaycan tarixçisi.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın (ad)
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aydın (dəqiqləşdirmə)
Aydın (opera) — opera. Yaşayış məntəqələri Aydın (şəhər) — Türkiyədə şəhər. Aydın ili — Türkiyədə il. Aydıntəpə — yeraltı şəhər.
Aydın (opera)
Aydın — bəstəkar Ramiz Mustafayevin 1968-cü ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı opera. Librettonun müəllifi Əfrasiyab Bədəlbəyli və Turqut Bədəlbəyli.
Aydın (şəhər)
Aydın (əvvəlki adı: Gözəlhasar/türk. Güzelhisar; qədim adı Trall/q.yun. Τράλλεις) — Türkiyənin cənub-qərbində şəhər. Aydın ilinin inzibati mərkəzi. Avtomobil yolları qovşağıdır. Yeyin sənayesi müəssisələri var. Meyvə ixrac edilir. Aydın ilində mis, dəmir və mərgmüş filizləri, liqnit yataqları var.
Aydın Abbasov
Aydın Abbasov (26 avqust 1976, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı. == Həyatı == Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bitərəfdir. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Aydın Abdullayev
Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı. == Həyatı == Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur. 19 yanvar 2022-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Pəncə... Qulaq... Palaz...
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın Aimbetov
Aydın Akanoviç Aimbetov (qaz. Айдын Ақанұлы Айымбетов, rus. Айдын Аканович Аимбетов) 27 iyul 1972, Otenay[d]) — Qazax kosmonavt. == Ailəsi == Aimbetov ailəlidir, üç övladı var. == Kosmik karyerası == Aimbetov 2000-ci ildə Qazaxıstanın kosmonavt sinifinə, 2000 nəfərlik bir qrupdan Muxtar Aymaxanovla birlikdə seçilib. 2003-cü ildən 2009-cu ilədək Rusiyanın "Star" şəhərində kosmonavt kimi təlim keçmişdir. Sonra isə Qazaxıstana qayıdır.Onun 2009-cu ilin payızında uçması planlaşdırılırdı, ancaq dünya maliyyə böhranı səbəbindən bu plan gecikdi. Aymaxanov Rusiyada qaldı, Rusiya vətəndaşı oldu, bu isə Aymbetovu yeganə Qazaxıstan kosmonavtına çevirdi. Qaytarıldıqdan sonra Aimbetov Qazaxıstan Milli Kosmos Agentliyinin (NSA) ASC (milli kosmik tədqiqat və texnologiyalar mərkəzi) komonavtı oldu. Qazaxıstanda kosmik sənaye inkişaf etdirmək üçün Kosmik İnkişaf İnstitututunu qurdu.
Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır. Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir.
Aydın Ağabəyov
Aydın Ağabəyov (azərb. Ağabəyov Aydın Fazil oğlu‎) — Dünya Kikboksinq Federasiyasının beynəlxalq dərəcəli azərbaycanlı hakimi, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədri, V İslam Həmrəyliyi Oyunlarının beynəlxalq dərəcəli hakimi == Həyatı == Aydın Ağabəyov 21 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından oxumuşdur, 1986-cı ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunmuşdur. 2000-ci ildə buradan məzun olduqdas sonra Ağabəyov 2003-cü ildən 2007-ci ilə qədər Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili üzrə təhsil almışdır. == Fəaliyyəti == Bakalavr təhsili başa çatdırdıqdan sonra Ağabəyov 2000–2001-ci illərdə hərbi xidmətdə olmuşdur. === Hava limanı === Hərbi xidmətdən qayıtdıqdan sonra Ağabəyov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə xidmətin təşkili üzrə agent, növbə rəisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. O, 2002–2009-cu illərdə "Silk Way" Aviaşirkət MMC-nin "Groun Handlinq Company" filialında, 2009–2012-ci illərdə isə "VİP Aviation Services Company" MMC-nin sürətli keçid filialında çalışmışdır. Həmçinin, Ağabəyov 2012–2016-cı illərdə "Silk Way West Airlines" Aviaşirkət MMC-nin "Baku Cargo Terminal"ında çalışmışdır. === Kikboksinq === Ağabəyov 1997-cu ildən Azərbaycan Kikboksinq Federasiyasının üzvüdür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq bölməsinin idmançısı və məşqcisidir.
Aydın Ağasiyev
Aydın Ağasıyev (tam adı: Aydın Ənvər oğlu Ağasıyev; 16 dekabr 1949, Bakı, Azərbaycan SSR – 19 aprel 2011, Bakı, Azərbaycan) — Azərbaycan bəstəkarı, Azərbaycan SSRİ Bəstəkarlar İttiffaqının üzvü, müəllim, Azərbaycan Televiziyasının professional səs rejissoru. == Həyatı == Aydın Ağasıyev 1949-cu il dekabrın 16-da İçərişəhərdə ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 6 saylı musiqi məktəbinin violonçel şöbəsində almış, daha sonra təhsilini Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi, opera solisti Olqa Nikolskayadan dərs almışdır. Milli Konservatoriyanın bəstəkarlıq şöbəsini bitirmiş, Xəyyam Mirzəzadənin tələbəsi olmuşdur. Aydın Ağasıyev 1973-cü ildə Sankt-Peterburqda keçmiş SSRİ bəstəkarlarının yaradıcılıq görüşündə birinci yerə layiq görülmüşdür. 1979-cu ildə Naxçıvan Dövlət Dram Teatrında mahnı və rəqs ansamblının bədii rəhbəri və musiqi texnikumunda musiqi nəzəriyyəsi kafedrasının şöbə müdiri və direktor müavini vəzifəsində çalışmışdır. Uzun müddət dövlət televiziyasında ali dərəcəli səs rejissoru işləmişdir. Gözəl mahnıların, simfonik əsərlərin, tamaşa və film musiqilərinin müəllifidir. Azərbaycan SSRİ Bəstəkarlar İttifaqının üzvü olmuşdur.
Aydın Ağasıyev

Aydın Ağdaşlı
Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri. == Ailəsi və ilk illəri == Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi. İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı.
Aydın Balayev
Aydın Hüseynağa oğlu Balayev (19 noyabr 1956, Bakı – 7 dekabr 2021) — Azərbaycanlı tarixçi, etnoloq, tarix elmləri doktoru, professor. == Həyatı == Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlamışdır. 1988-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq işini müdafiə etmişdir. Vəfatına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin baş elmi işçisi olub.. == Elmi fəaliyyəti == Aydın Balayevin Azərbaycan etnoqrafiya elminin inkişafında müstəsna rolu olmuşdur. Tədqiqat işlərinin nəticələri tərtib etdiyi elmi hesabatlarda, 100-ə yaxın elmi əsərdə, bir neçə monoqrafiyada öz əksini tapmışdır..
Aydın Həsənov (siyasətçi)
Aydın Xanhüseyn oğlu Həsənov (7 noyabr 1942, Astarxanbazar – 15 sentyabr 2017, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Aydın Həsənov 7 noyabr 1942 tarixində Cəlilabad şəhərində anadan olmuşdur. O, Bakı Ali Hərbi Ümumqoşun Məktəbi və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Aydın Həsənov 1961-ci ildən Cəlilabad Rayon Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1969-cu ildən Biləsuvar rayonunda hərbi komissarın köməkçisi, Hərbi Komissarlığın şöbə rəisi işləmişdir. 1974-cü ildən Sabirabad Rayon Hərbi Komissarlığında şöbə rəisi, 1978-ci ildən Ağsu rayonunun, 1980-ci ildən Şamaxı rayonunun hərbi komissarı olmuşdur. 1987-ci ildən Azərbaycan Respublikasının Hərbi Komissarlığında 2-ci şöbənin və Respublika toplanış məntəqəsinin rəisi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun şöbə prokuroru, 1995–1997-ci illərdə Respublika toplanış məntəqəsinin rəisi vəzifələrində çalışmışdır. Evli idi, 3 övladı var. == Siyasi fəaliyyəti == Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Aydın Həsənov (əsgər)
Aydın Elşən oğlu Həsənov (15 dekabr 1995, Gəncə – 10 noyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydın Həsənov 1995-ci il dekabrın 15-də Gəncə şəhərində anadan olub. 2002-2011-ci illərdə Gəncə şəhərində 44 nömrəli İngilis dili Təmayüllü liseydə təhsil alıb. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aydın Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Aydın Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aydın Həsənov noyabrın 10-da Xankəndi istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aydın Kazımzadə (fizik)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Aydın Kazımzadə (kinoşünas)
Aydın Ələsgər oğlu Kazımzadə (15 yanvar 1940, Bakı) — Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi(2005), Prezident təqaüdçüsü (2012). == Həyatı == Kazımzadə Aydın Ələsgər oğlu (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955–1958-ci illərdə istehsalatda işləyib. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. == Fəaliyyəti == 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. Azərbaycanda kino mətbuatının yaradıcısı olmuş, " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.
Aydın Kazımzadə (professor)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Aydın Kərimov(idmançı)
Aydın Kərimov (hüquqşünas)
Aydın Məmməd oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini. == Həyatı == Aydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir. Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir. Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.
Aydın Məmmədov (dövlət xadimi)
Aydın İsrafil oğlu Məmmədov — Azərbaycan SSR daxili işlər naziri (1987-1990). Aydın Yusif oğlu Məmmədov — "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırışlarının deputatı, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri, Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi.
Aydın Məmmədov (dövlət xadimi, 1932)
Aydın Yusif oğlu Məmmədov (15 may 1932, Kəpənəkçi, Lüksemburq rayonu – 1 noyabr 2022) — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı. == Həyatı == Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır. O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir. Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == === Sovet dövrü === Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır. Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Aydın Məmmədov (dövlət xadimi, 1939)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır. Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur. Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir.
Aydın Məmmədov (filoloq)
Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944, Kiş, Nuxa rayonu – 19 aprel 1991, Qax rayonu) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi. == Həyatı == Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işlәyәn daha A.Məmmədov elmi işçi, ictimai xadim vә siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edәn Aydın Mәmmәdov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb. Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb. Millət vəkili seçilәn A.Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlәr görüb. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub. Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir. 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Aydın Məmmədov (iqtisadçı)
Aydın İsrafil oğlu Məmmədov (14 iyul 1941, Dəliməmmədli, Qasım İsmayılov rayonu – 25 fevral 2003, Bakı) — tanınmış Azərbaycan iqtisadçısı, professor (1986), Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (1991), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Aydın Məmmədov 1941-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olub. O, ali təhsilini 1960–1965-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Universitetin Kənd təsərrüfatı iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib, kafedrada assistent işləyib. == Elmi fəaliyyəti == Aydın Məmmədov 1967-ci ildə istehsalatdan ayrılmaqla K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunub. Nəzərdə tutulan müddətdə (1970-ci il) aspiranturanı bitirən A. Məmmədov "Azərbaycan SSR-də pambığın məhsuldarlığının iqtisadi – statistik təhlili və uzunmüddətli proqnozlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 0, 1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat işini ümumiləşdirərək "Regional aqrar-sənaye komplekslərində qarqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi" (Azərbaycan SSR-in materialları əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, 1986-cı ildə professor elmi adına layiq görülüb. Aydın Məmmədov 1991-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 10 nəfər elmi işçi namizədlik dissertasiyası müdafiə edib.
Aydın Məmmədov (jurnalist)
Aydın Məmmədov (nazir)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır. Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur. Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir.
Aydın Məmmədov (paleontoloq)
Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq. == Həyatı == 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.

Digər lüğətlərdə