Aymaralar
Aymaralar (aym. Aymaranakaja)—Cənubi Amerikanın qərbində hindi xalqı. Əsasən, Boliviyanın qərbində (başlıca olaraq, La-Pas, Oruro və Potosi departamentlərində təqribən 2 mln. nəfər; 2000) yerləşən Titikaka gölü ətrafındakı yüksək dağlıq vil.-lərdə, Perunun c.-unda (Puno dep.-ti və Mərkəzi Perunun bir neçə məskənində təqr. 970 min nəfər), Çilinin şm.-ında (26 min nəfər) və Argentinada (40 min nəfər) yaşayırlar. Mərkəzi, cənubi və karanqa A.-ına bölünürlər. Aymara dilində, həmçinin ispan və keçua dillərində danışırlar. Dindarları, əsasən, katolikdir.
== Tarixi ==
İspaniya işğalına qədərki dövrdə şm.-da Vilkanota çayınadək, c.-da Koypasa və Uyuni şoranlıqlarınadək, q.-də isə Sakit okeanın sahilyanı ərazilərinədək məskunlaşmışlar. 14 əsrdə – 15 əsrin əvvəllərində Aymaraların Kançi, Kanna, Kolya, Lupaka, Pakaxe və s.