AYNA
AYNA
OBASTAN VİKİ
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az "Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna (qəzet)
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az "Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna Sultanova
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır. SSRİ-nin dağılmasından sonra Ayna Sultanovaya olan ictimai münasibət dövrün digər marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir. Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı heykəli ucaldılmışdır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H. Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunmuşdur. == Həyatı == Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur.
Ayna TV
Ayna Ulmane
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993–1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993–1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Ayna Ulmanis
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993–1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993–1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Ayna neyronları
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Ola Ayna
Temitayo Olufisayo Olaoluva "Ola" Ayna (8.10.1996) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və İngiltərə U-20 millisində müdafiənin sağ cinahında çıxış edən peşəkar Nigeriya əsilli İngiltərə futbolçusudur.
Ayna (film, 2000)
Ayna qısametrajlı bədii televiziya filmi rejissor Azər Zamanlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film sadə həyat yaşayan fotoqrafın bir günü haqqındadır. Əsas rolu Arif Qasımov ifa edir. == Məzmun == Film sadə həyat yaşayan fotoqrafın (Arif Qasımov) bir günü haqqındadır. Filmin sonuna qədər adama elə gəlir ki, bu adam bədbəxtdir. Amma filmin sonunda belə bir kəlam xatırlanır. İnsan sənətini sevirsə o onun xoşbəxtliyidir.
Ayna (film, 2006)
Ayna qısametrajlı cizgi filmi rejissor Firəngiz Quliyeva tərəfindən 2006-cı ildə çəkilmişdir. Film Azanfilmdə istehsal edilmişdir. Filmdə əllərinə ayna keçən meşə heyvanlarının başına gələn yumoristik əhvalatdan bəhs edilir. == Məzmun == Filmdə əllərinə ayna keçən meşə heyvanlarının başına gələn yumoristik əhvalatdan bəhs edilir.
Ayna və Həmid (film, 1990)
Ayna və Həmid — rejissor Cəmil Fərəcov tərəfindən 1990-cı ildə çəkilmiş qısametrajlı sənədli film. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Məzmun == Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Köçəri Məmmədov, Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Aynacıq (Xudabəndə)
Aynacıq (fars. عين جيک‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Aynaji
Aynaji (latış. ‎, 1917-ci ilə qədər Haynaş (alm. Haynasch‎) — Latviyanın Limbaji diyarında şəhər (1928-ci ildən). Riqa körfəzinin sahilində, Estoniya ilə sərhəddə yerləşir. 1 iyul 2009-cu ilə qədər Limbaji diyarının bir hissəsi idi. Aynaji bütün Vidzemenin ən kiçik şəhəri və Latviya naviqasiyasının beşiyidir. == Etimologiya == "Aynaji" eston dilində "quru ot yolu" mənasını verən "heinastee" sözündən yaranmış ola bilər. Digər ehtimallara livon dilində "quru ot" mənasını verən "aaina" və ya "tənha" mənasını verən "ainagi" sözləri daxildir. Orta əsrlərdə şəhər alman dilində "Haynaş" kimi bilinirdi. == İqtisadiyyatı == Aynajinin ən mühüm sənaye sahələri meşəçilik, ağac emalı və ticarətdir.
Aynallu dialekti
Aynallu dialekti, İnanlu dialekti və ya İnallu dialekti — Azərbaycan dilinin cənub oğuz qrupuna aiddir. Bu dialektdə aynallu tayfası danışır. == Haqqında == Aynallular təxminən 7 min nəfərdən ibarət bir etnik qrupdurlar. Danışdıqları ləhcə Oğuzcanın cənub qoluna daxildir və Əfşar ləhcəsi ilə Qaşqaycaya çox bənzəyir.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aynalı (Susuz)
Aynalı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 18 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 16 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 260 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Aynalı kəndində 95 nəfər əhali yaşayırdı, onların 83 nəfərini və ya 87.4 %-ini etnik türklər, 12 nəfərini və ya 12.6 %-ini isə kürdlər təşkil edirdi.
Aynalı (Xudafərin)
Aynalı (fars. اينه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
Aynalı (Ərdəbil)
Aynalı (fars. اينلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 582 nəfər yaşayır (95 ailə).
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Aşkarlıq Aynasında (1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Aşkarlıq aynasında (film, 1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Dmitri Aynalov
Dmitri Vlaseviç Aynalov (rus. Дми́трий Вла́сьевич Айна́лов; 8 (20) fevral 1862, Mariupol, Yekaterinoslav quberniyası – 12 dekabr 1939[…], Leninqrad) — Rusiya və SSRİ sənətşünası. O, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1914), Rusiya Elmlər Akademiyası (1918) və SSRİ Elmlər Akademiyasının (1925) üzvü olmuşdur. Aynalovun əsərləri Bizans, Rusiya, İtaliya incəsənətinin estetik və tarixi-mədəni şərhinə həsr olunmuşdur. == Əsərləri == Киево-Софийский собор: Исслед. древней мозаич. и фресковой живописи: С 14 рис. / [Соч.] Д. Айналова и Е. Редина. — СПб.: тип. Имп.
Aynalıkavak Köşkü
Aynalıkavak Köşkü — İstanbulun Beyoğlu sahilində Hasköydə yerləşən pavilyon. İstanbul fəth ediləndə Ox meydanı yamaclarında böyük bir meşəlik idi. Bu bağ sahilə doğru enirdi. == Tarixi == I Səlimin dövründə Hasköy və Beyoğlu sahilləri tərsanələrin inşası ilə əhəmiyyət qazanmış və bu böyük bağ bağları ilə birlikdə “Gəmiqayırma bağı” kimi tanınmağa başlamışdır. I Əhməd Ədirnədə olarkən Kayseri admiralı Xəlil Paşa Gəmiqayırma Bağında matəm Əli qəsrinin tikilməsini əmr etdi və sarayın ilk binaları 1613-cü ildə tamamlandı. IV. Murat və Sultan İbrahim Tərsanə Sarayına maraq göstərərək sarayı əlavə binalarla genişləndirdilər. Saray, IV. Mehmet zamanında baş vermiş yanğın nəticəsində tamamilə dağılmış və yenidən tikilmişdir. Beyoğlunun Hasköyündən baxanda sarayın bütün mənzilləri görünürdü. İkimərtəbəli Hərəm İdarəsinin alt mərtəbəsi tamamilə şüşə pəncərə ilə örtülmüşdür. Həmçinin Hərəm və Mabeyn şöbələrinin ətrafında müxtəlif binalar var idi.

Значение слова в других словарях