Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çapıqlı (Bicar)
Çapıqlı (fars. چپقلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (65 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çapıqlı (Qoşaçay)
Çapıqlı (fars. جبک لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Çapıqlı üz (film, 1983)
Çapıqlı üz (ing. Scarface) — 1983-cü ildə çəkilmiş Amerika epik kriminal dramdır. Baş rolda Al Paçinonun Toni Montananı canlandırdığı filmin rejissoru Brayan De Palma, ssenari müəllifi isə Oliver Stoundur. Hovard Houksun 1932-ci ildə çəkdiyi eyniadlı film əsasında çəkilmiş "Çapıqlı üz"də, 1980-ci ildə Mariel gəmi köçürülməsi nəticəsində Mayamiyə gələn uydurulmuş (real şəxsiyyət olmayan) Kuba köçkününün hekayəsi təsvir olunur. Montana 1980-ci il kokain bumu dövründə qüdrətli qanqsterə çevrilir. Süjet boyu onun Mayaminin kriminal aləmində yüksəlişinin və sonda yunan faciəsi tərzində enişinin xronikası təqdim edilir.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Çapuq (İcrud)
Çapuq (fars. چاپوق‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd Mərkəzi bəxşdə, Gülabar kəndistanında, Zəncan şəhərindən 8 km cənub-qərbdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 592 nəfər yaşayır (144 ailə).
Çarıq (Əsədabad)
Çarıq (fars. چارق‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 142 nəfər yaşayır (36 ailə).
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Həsənabad-i Çarıq (Bicar)
Həsənabad-i Çarıq (fars. حسن آباد چاروق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 165 nəfər yaşayır (32 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Cacıq
Cacıq — yunan və türk mətbəxinə aid olub qatıq, xiyar, sarımsaq, duz və sudan hazırlanır. Tzatziki (ingilis /tætˈsiːki/, /tsætˈsiːki/, or /tɑːtˈsiːki/; Yunan: τζατζίκι, tzatzíki [dzaˈdzici]; Türk: cacık [d͡ʒɑˈd͡ʒɯk]; Bolqar: дзадзики, dzadziki) yemək ətdən və xüsusi soula hazırlanır. Tzatziki əsasən duz və qatıq (adətən qoyun və keçi südündən qatıq), həmçinin xiyar, sarımsaq, zeytun yağı, bəzən isə şərab və ya limon şirəsi əlavə edilərək yeyilir. Adətən soyuq halda serviz edilir. == Etimologiyası == Yunan dilində "tzatziki" türk sözündə götürələrək "cacık" deməkdir. Bu sözün kökü Qərbi Asiya dilindən gəlib. Ərəb dilində zhazh (ژاژ) adlanır. Evliya Çelebi 17-ci əsrdə yazdığı "Səyahətnamə" əsərində bu yeməyi "cacıx" adlandırır. Əhməd Vefik Paşa 1876-cı ildə türk lüğətinə bu sözü "cacık" kimi daxil etmişdir. O zaman bu yemək qatıq və salat ilə yeyilir.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Barıq
Barıq (Qoşaçay)
Çadır
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Qacıq
Qacıq — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1911-ci ildən eyni addadır.
Aclıq
Aclıq — orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyət. Bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ. P. Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahnın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahsızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir. == Kütləvi aclıq == Kütləvi aclıq – regionda uzun müddət ərzaq çatışmazlığından yaranan və əhalinin kütləvi ölümünə səbəb olan sosial fəlakət. Aclıq-ın mütləq və nisbi formaları mövcuddur.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Calın
Camış
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.