Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canı-Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
At igidin qardaşıdır
At igidin qardaşıdır qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2002-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan atları haqqındadır. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
At igidin qardaşıdır (film, 2002)
At igidin qardaşıdır qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2002-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan atları haqqındadır. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, “file name” yazılışına üstünlük verir.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Horus adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Nebti adı
Nebti adı ("ikili hökmdar", "hər ikisinin sahibi" mənasını daşıyır) — Qədim Misirdə hökumdar titulunun beş adından biri. Nebti adı Yuxarı və Aşağı Misirin heraldik ilahələri ilə əlaqəlidir: Nexbet kərkəs timsalında Yuxarı Misirin himayəçisi hesab olunur. Uacet ya Horun gözü, eynəkli ilan - kobra timsalında Aşağı Misirin himayəçisi hesab olunur. Hökumdar titullarının içində bu ad fironun Nil çayı boyu yerləşən hər iki məmləkət (Aşağı və Yuxarı Misir) üzərində tam mütləq haikiyyətə malikliyini göstərir. Bu titul ilk Smerxet sülaləsi dövründən başlayaraq tətbiq olunmağa başlanılmışdır.
Qızıl adı
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. == Məzmun == Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan dedektiv ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki, bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Soy-adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soy adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Qızlıq adı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Abova (qışlaq adı)
Allahın 99 adı
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Basshunter (səhnə adı)
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Domen adı spekulyasiyası
Domen adı spekulyasiyası (ing. domaining)— İnternet domen adlarının sonradan mənfəət məqsədi ilə yenidən satışa çıxarılması üçün müəyyən etmək, qeydiyyata almaq və əldə etmək üsuludur. Bu trafik növünə aid ola biləcək sözləri əhatə edən domen adları haqqında fikir yürütmək adi haldır. Buna görə də, «poker» (poker), «insurance» (sığorta), «travel» (səyahət), «creditcards» (kredit kartları), «sex» və digərləri kimi ümumi sözlər və ifadələr istənilən yüksək səviyyəli domendə spekulyasiya üçün cəlbedici hədəflərdir. Domen adının spekulyativ xüsusiyyətləri xəbərlər və ya cari hadisələrlə əlaqəli ola bilər. Həmçinin, bu cür imkanların aktual olduğu effektiv dövr məhdud ola bilər. Domen satışında sürətli dönüş çox vaxt domen dempinqi adlanır.
Gertruda (kod adı)
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. == Adlandırma qaydaları == NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. === Kod adları === A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Həqiqətin Anı (1984)
Payızın 17 anı
== Məzmun == Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Alı (ad)
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi. Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
Ani (dəqiqləşdirmə)
Ani
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur.
Ani Yudhoyono
Ani Yudhoyono (Kristiani Herrouati; 6 iyul 1952, Cokyakarta – 1 iyun 2019) — İndoneziya Respublikasının keçmiş prezidenti Susilo Bambanq Yudhoyononun xanımı və 2004-cü ildən 2014-cü ilədək İndoneziyanın birinci xanımıdır. == Ailə və təhsil == Kristiani Herrouati 6 iyul 1952-ci ildə Cokyakarta şəhərində general-leytenant Sarvo Edi Vibovo və Hj. Sri Sunarti Hadiyah ailəsində anadan olmuşdur. 1973-cü ildə İndoneziyanın Xristian Universitetində tibb tələbəsi oldu, lakin üçüncü ildə Cənubi Koreyada səfir vəzifəsinə təyin olunmuş atasını izləməkdən imtina etdi. Daha sonra 1976-cı ildə Susilo Bambanq Yudhoyonoyla evləndi. Anni Terbuka Universitetində təhsilini davam etdirdi və 1998-ci ildə Siyasət elmləri üzrə bakalavr dərəcəsi aldı. == Karyera == Onun siyasi fəaliyyəti 2004-cü ildə Demokratik Partiyanın sədr müavini vəzifəsinə təyin olunması aiddir. İndoneziya Respublikasının Prezidenti seçkisi uğrunda ərinin seçilməsi üçün kampaniya təşkil etdi. Ərinin prezidentliyə seçilməsi ərəfəsi uşaqlar üçün oxumaq üçün kitablarla dolu olan polio immunizasiya kampaniyaları və Mobil Pintar (Smart Cars) təşkil olundu. Zəlzələ və sunami Aceh və Niyasi vurduqda yardım səyləri etdi.
Ani atəşgahı
Ani atəşgahı — Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında olan qədim atəşgah. Abidə Birinci Dünya Müharibəsindən qısa müddət sonra, 1909 - cu ildə Anidə arxeoloji qazıntılar aparan tanınmış qafqazşünas və şərqşünas alim, akademik N. Y. Marr tərəfindən aşkarlanmışdır. Lakin bu qazıntılardan sonra abidəyə diqqət yetirilməmiş, abidə Aninin xəritələrinə salınmamışdır. Qalıntıların e.ə. I - IV əsrlərə aid bir atəşpərəstlik məbədinə aid olduğu gümün edilir. Digər tərəfdən qalıqların erkən xristianlıq dönəminə aid bir açıq hava şəhidliyi olması ehtimalı da var. Lakin qədim Ermənistan ərazisində bir çox yeraltı şəhidliklərin olması faktı məlum olsa da açıq hava şəhidliyi örnəyi məlum deyil. Təyinatı hər nə olursa olsun böyük ehtimalla Aninin ən qədim abidələrindən biridir və əgər həqiqətən də abidədirsə o zaman bu tikili şəhərdə, xristianlıqdan əvvəlki dövrə aid olan yeganə abidədir. Onu da qeyd edək ki, tarixin sonrakı dövründə dörd sütunlu abidənin sütunlarının arası hörülərək kilsə kimi istifadə olunmuşdur. 1998 - 1999 - cu illərdə atəşgahın ərazisində Ani qazıntılarının rəhbəri professor Beyhan Karamağaralı tərəfindən yenidən arxeoloji qazıntılara başlanılıb.
Ani kafedralı
Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri. Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir: "Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..." Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir. == Memarlıq xüsusiyyətləri == Bazilika planın sahib olmasına rəğmən planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır.
Ani körpüsü
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.
Ani mesajlaşma
Ani mesajlaşma ( ing. instant messaging (= IM) ~ ru. мгновенный обмен сообщениями ~ tr. anlık mesajlaşma) – İnternet üzərindən real vaxt rejimli mətn ötürməsini təklif edən onlayn söhbətin tipidir. qısa mətn məlumatının şəbəkənin başqa istifadəçilərinə proqram təminatı vasitəsilə ani olaraq göndərilməsi; AOL Instant Messenger, Windows Live Messenger, ICQ, yaxud UNIX sistemində talk komandası belə proqramlardandır. Kompüterlərlə yanaşı, ani məlumatlar veb-səhifələrdən və mobil telefonlardan da göndərilə bilər. ShazzleChat məxfi, sürətli, zənglər və mesajlar üçün istifadəsi asan bir tətbiqdir. Göndərdiyiniz hər bir mesaj sizin və adresat arasında qalır. Video və səsli zəngləri iki nəfər arasında p2p Shazzle texnologiyası ilə təmin edilmiş təhlükəsizdir bir tətbiqdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ani qalası
Ani qalası — Türkiyə Cümhuriyyətinin Qars ilində, qədim Ani şəhərini əhatə edən qala divarları. Təxminən X–XIV əsrlərdə inşa edilmiş qala divarları bir neçə hissədən ibarətdir. Onlardan İçqala adlandırılan hissə daha mürəkkəb memarlıq quruluşuna malikdir və içində çoxlu mülki tiklililərin qalıqları var. == İçqala == İçqala Ani şəhərinin Cənub hissəsində, hündür təpənin üstündə yerləşir. Qala ərazidə yerləşən Baqrati hökmdarlarının və onlardan sonra Aniyə hakimlik etmiş digər xanədan nümayəndələrinin saraylarını müdafiə etmək məqsədi ilə inşa edilmişdir. Qalanın Şimal — Qərb küncündə böyük ehtimal ki, kənardan gətirilən qara bazalt daşlarla inşa edilmiş bir bürc var. Bürcün inşa edildiyi daşların ortasında dairəvi oyuqlar vardır. Bu isə qədim inşa texnikasını yansıdan bir özəllikdir. Belə ki, erkən orta əsrlər memarlığında rast gəlinən bir texnikaya görə daşların ortası dairəvi şəkildə oyulur və inşa prosesində həmin oyuqlardan axıdılan qurğuşunla daşların daha möhkəm birləşdirilməsi təmin edilirdi, lakin bürcün inşası zamanı bu texnika tətbiq edilməmişdir. Sadəcə olaraq istifadə edilən daşlar həmin texnikanı həyata keçirmək üçün yonulçuşdur.
Ani (Qars)
Ani — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 427 nəfərdir (2022).
Ani qəsri
Ani qəsri və ya Kamsarakan qəsri — Ani şəhər xarabalıqlarının cənub qurtaracağında, hündür təpə üzərində yerləşən qəsr. Ani qəsrinin qala divarları qədim şəhər divarlarının ən qədim hissəsi olmaqla, VII əsrdə Şirak və Arşakunik ərazilərini idarə edən Kamsarakan sülaləsi tərəfindən qoyulmuşdur. Ani qəsri ərazisində 1907–1908-ci illərdə akademik N. Marr tərəfindən arxeoloji qazıntı işləri aparılmışdır. == Tarixi və tədqiqi == Qəsrin inşası VII əsrə — Kamsarakan sülaləsinin hakimiyyəti dövrünə aid edilsə də , arxeoloji qazıntılar zamanı, XIII əsrə qədər onun dəfələrlə bərpa edildiyi aşkara çıxarılmışdır. Məsələn, akademik N. Marr, qəsrin giriş qapısının Şəddadilər dövründə (1072–1199) inşa edildiyini və daha qədim olan qəsr divarlarına birləşdirildiyini yazır. Arxeoloji tədqiqatlar zamanı, Şəddadilər dövrünə aid qəsr qapısı altında, ilkin yer səthindən yuxarıda qəsrə su ötürən gil borular aşkara çıxarılmışdır. Qəsrin təbii su təchizatı olmadığına görə, bu borular vasitəsilə 11 kilometr aralıda yerləşən bulaqdan xüsusi olaraq çəkilmiş boru xətti vasitəsilə qəsrə su çatdırılırdı. K. Basmacıyan 1904-cü ildə nəşr edilmiş "Ani xatirələri" (fr. Souvenir d'Ani) adlı broşurda qəsr yerində 1903-cü ildə aşkarlanmış yunan dilli kitabə haqqında xəbər verir. 1907-ci ildə qəsr ərazisində qazıntılar zamanı, N. Marr da yunan dilli kitabənin aşkar olunması haqqında məlumat verir və onu qısa müddətli Bizans idarəçiliyi dövrünə aid edir.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Ali Canib Yöntem
Ali Canib Yöntem — Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan bir şair, yazıçı, ədəbiyyat tədqiqatçısı, redaktor, müəllim və siyasətçi == Həyatı == Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan Ali Canib Yöntem 1887-ci ildə İstanbulda anadan olmuşdur. İbtidai təhsilini Üsküdarda "Gülfem Hatum" məktəbində, orta təhsilini isə "Toptaşı Askeri Rüşdiyyəsində almış, iki ilə qədər də "Fransız məktəbində" oxumuşdur. Atasının Selanikə sürgün edilməsi ilə əlaqədar olaraq, Ali Canib buradakı "Mülkiye" orta məktəbində təhsilini davam etdirmiş və axırıncı sinifdə olarkən imtahan verib. İstanbul Hüquq məktəbinə daxil olmuşdur. Bir il İstanbulda, dörd il də Selanik Hüquq məktəbində təhsil alsa da, Balkan müharibəsi başladığına görə o, təhsilini bitirmədən İstanbula getmişdi. 1908-ci ildən ədəbiyyat aləminə qatılan Ali Canib "Bahçe", "Aşiyan", "Kadın" jurnallarında şeirlər və məqalələr yazmağa başlayır. İstanbulda təşkil olunan "Fecri-Ati" cəmiyyətinin Selanikdə müxbiri olmuş və "Fecri-Ati"dən ayrıldıqdan sonra şeirlərini "Genç kalemler" məcmuəsində çap etməyə başlayır. 1911-ci ildə "Genç kalemler" jurnalının baş redaktoru olan Ali Canib, Ömər Seyfəddin ilə birlikdə "Yeni lisan" dil hərəkatının və "Milli ədəbiyyat" cərəyanının yaranmasına rəhbərlik etmişdir. Ali Canib həmçinin bir müəllin kimi fəaliyyət göstərmiş, "Selanik İttihat ve Terakvi" məktəbində, "Ali Ziraat" məktəbində, Çanakkale ve Gelenbevi Sultanilərində, "Kabataş liseyi" və "İstanbul erkek öğretmen" məktəblərində müəllimlik etmişdir. O, həmçinin Ali müəllimlər məktəbində ədəbiyyat müəllimi, Universitetdə də Türk ədəbiyyatı müəllimi olaraq işləmişdi.
Ani Zəfər tağı
Zəfər tağı — Türkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Fatma xanım Ani
Fatma xanım Ani (XVII əsr, Konstantinopol – 1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. == Həyatı == Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.
Pixar
Pixar Animasiya Studiyaları — Walt Disney şirkətinə məxsus animasiya istehsalı şirkətidir. Şirkət bu günə kimi 16 Oskar, 7 Qızıl qlobus, 11 Qremmi mükafatı qazanmışdır. Pixar əvvəl Star Wars filminin yaradıcısı Corc Lukasın 1979 da qurduğu Lucasfilmin kompüter qrafikası qrupunda idi. Bu qrup başqa filmlərin vizual effektlərini hazırlayırdı və animasiya mövzusunda mütəxəssis idi. 1986-cı ildə Corc Lukas Kompüter qrafikası bölümünü satışa çıxarır . Stiv Cobs şirkəti almaq üçün təklif göndərsə də ilk öncə təklifi rədd edilir. Daha sonra heç bir şirkət istənilən məbləği ödəmədiyi üçün 1986-cı ildə 10 milyon dollara (nəzərdə tutulan məbləğin üçdə biri) Stiv Cobsa satılır və Pixar adı altında fəaliyyətə başlayır. == Pixar kompüterləri == Stiv Cobs şirkəti ilk aldıqda şirkət işçilərinin fikrində dünyanın ilk animasiya filmini hazırlamaq vardı amma həm Stiv Cobs həm də işçilər bu işin mümkün olmadığının fərqində idilər. Buna görə də Pixarın etdiyi ilk iş böyük və super güclü bir kompüter hazırlamaq oldu. Kompüterin qiyməti 135.000 $ idi və kompüteri qurmaq üçün də əlavə 35.000 $ lazım olurdu.
Vixar
Vixar (sanskr. विहार vihāra, q.türk Vixar), Sanskrit və Pali dilində Buddist rahibxanaları üçün işlənilər sözdür. Əvvəlcə "yerimək üçün tənha bir yer" anlamına gəlirdi və yağışlı mövsümlərdə dolaşarkən keşişlər tərəfindən işlənilən "sığnaq" olaraq keçirdi. == Xarici keçidlər == Lay Buddhist Practice: The Rains Residence Arxivləşdirilib 2005-04-05 at the Wayback Machine - A short article on the meaning of Vassa, and its observation by lay Buddhists. Mapping Buddhist Monasteries A project aiming to catalogue, crosscheck, verify and interrelate, tag and georeference, chronoreference and, finally, map online (using KML markup & Google Maps technology).
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Egirin
Egirin — mineral. == Haqqında == Egirin - tərkibində 70-100 mol% egirin komponenti olan monoklinik piroksen, NaFe3+[Si2O6]. NaFe3+¬® Ca(Mg,Fe2+) əvəz­lənməsi adi haldır. Egirin avgitlə, həmçinin egirin diopsidlə fasiləsiz izomorf seriyaları vardır. Habitus prizmatik, iynə­vari. Xüsusi çəkisi 3,6. Rəngi tünd-yaşıl. Qələvi siye­nit, qranit və peqmatitlərdə. Metasomatik süxurlar içərisində dəmirli kvarsit qatları egirinitlər əmələ gətirir. Növ müxtəlifliyi: blanfordit, Ca-egirin , V-Egirin.
Piridin
Piridin -bir azot atomundan ibarət altı həlqəli tsiklik quruluşa malik aromatik birləşmədir. Formulu - C5H5N == Alınması == Piridin hələ əlkimyaçılar dövründən məlumdur. 1851- ci ildə Şotland kimyaçısı Tomas Anderson tərəfindən alınmışdır. Piridin almaq üçün əsas xammal daşkömür qatranıdır. Sənayedə piridini 2:1 nisbətində asetilen və hidrogen sianiddən 2HC≡CH + HC≡N→C5H5N. və ya katalizator iştirakı ilə nitrildən sintez edirlər. Katalizatir olaraq kobalt birləşməsi götürülür == Xassələri == Piridin maye şəklində olub kəskin iyə malikdir, rəngsizdir, suda və digər üzvi həlledicilərdə həll olur. Piridin zəif əsasdır, qüvvətli mineral turşularla duz əmələ gətirir. Həmçinin ikiqat duzlar və kompleks birləşmələr əmələ gətirir. Piridin alifatik aminlərə nisbətən daha zəif əsasdır. Onun sulu məhlulu lakmusu göy rəngə boyayır.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.
İsfidin
İsfidin — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,145 nəfər və 759 ailədən ibarət idi.
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. == Film haqqında == Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Antarktika Andı
Antarktika Andı — Antarktidanın qərb hissəsindən keçən dağ sistemi. Antarktik yarımadasından başlayaraq Meri Berd Torpağının sahil ərazisindən küçərək VII Eduard yarımadasına qədər uzanır. Silsilənin ən hündür zirvəsi Markem dağıdır (4572 m) Silsilənin böyük qismi buzla örtülüdür. And dağlarının davamını təşkil edir. And dağları ilə eyni geomorfoloji xüsusiyyətə malikdir. Dağ sisteminin zirvələri vulkanik xüsusiyyət daşıyır.
Hippokrat andı
Hippokrat andı — həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş and.
Horatsilərin andı
Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir. David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.
Olimpiya andı
Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir. İdmançıların Olimpiya andının mətni : Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik. Hakimlərin Olimpiya andının mətni: Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik. 2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni: Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik. == Tarixi == Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu. Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik.
Abidin Dino
Abidin Dino (23 mart 1913, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1993, Paris) — rəssam, yazıçı və siyasətçi. == Həyatı == Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur. Abidinin ədəbiyyata olan marağı, rəssamlığa olan sevgisindən fərqli deyildi.
Abidin Ünal
Abidin Ünal (1953, Pınarbaşı, Kayseri ili) – türkiyəli hərbçi, köhnə Türk Hava Qüvvələri komandanı. == Həyatı == İbtidai məktəbi Qazancıq ibtidai məktəbində, orta məktəbi Pınarbaşı məktəbində və Qarabük Dəmir-Polad məktəbində tamamlamyan Ünal 1968-ci ildə qatıldığı Ankara Kimya Texniki Məktəbindən 1972-ci ildə məzun olmuş və eyni il Hava Hərb Məktəbinə girmişdir. == Hərbi karyerası == 30 avqust 1975-ci ildə Hava Hərb Mktəbindən leytenant rütbəsi ilə məzun oldu və sırasıyla II Ana Təyyarə Qərərgah Komandanlığı Uçuş Təhsil Mərkəz Komandanlığına və III Əsas Təyyarə Qərərgah Komandanlığı komandnalığına, uçuş və hərbi hazırlıq təhsilini tamamladıqdan sonra iyul 1977-ci ildə III Əsas Təyyarə Qərərgah Komandanlığı, 131-ci Eskadrilya komandanlığına təlimçi pilot olaraq təyin eidlmişdir. 1982-ci ildə qatıldığı Hava Hərb Akadmeiyasından 1984-cü ildə məzun oldu və Hava Hərb Məktəbi Kursant Alayına bölük komandanı kimi təyin edildi. 1987-ci ildə ilk F-16-ı ilə birlikdə həərkat icra zabiti və təlimçi pilot olaraq, 1989-cu ildə 142-ci Eskadrilya komandanlığına F-16 komandiri olaraq xidmət etdi. 1990-cı ildə MSB-16 Sistem İdarə Dairə Başqanlığında layihə zabiti olaraq xidmət etdi. 1991-ci ildə 162-ci Eskadrilya komandanlığı F-16 həərkat zabiti olaraq xidmət etdi. 1992-ci ildə bir il müddətlə İngiltərə Kraliyyət Hava Hərb Akademiyasına qatıldı. 1993-cü ildə 192-ci Eskadrilyta komandanlığının F-16 komandanlığı vəzifəsini qəbul etdi. === 1994–2002 === 1994-cü ildə Baş Qərərgah Plan və Prinsiplər Başqanlığı Silahsızlanma və Beynəlxalq Əlaqələr şpbəsində layihə zabiti olaraq çalışdı və 1995-ci ildə Vyanadakı AGİT Türkiyə Daimi Təmsilçiliyi Hərbi müşavirliyinə təyin edilid.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. == Həyatı == 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İridiş delfin
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Xilaskar kilsəsi (Ani)
Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim…" Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Konstantinopola səfəri zamanı əldə edir və kilsəyə verərək burada qorunmasını, İsanın (ə.s.) zühuruna kimi isə hər gecə bu kilsədə gecə ayinlərinin təşkil olunmasını əmr edir. Başqa bir yazıda isə qonaqların dincəlməsi üçün iki jamatunun da əlavə edildiyi 1193-cü il tarixində olmuş bərpadan bəhs edilir. Həmçinin 1291-ci ildə giriş qapısının üstünə zəng qülləsinin əlavə edildiyi də yazılmışdır. Bütün bu əlavələr fasaddakı bəzi beton izləri xaric tamamilə məhv olmuş və onlardan dövrümüzə bir şey çatmamışdır. Başqa bir kitabə isə 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989-cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.
Xani Çahar Bağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Salvia cinica
Salvia cinica (lat. Salvia cinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.