Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. == Həyatı == Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Əmir Nizam Evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. == Haqqında == Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. == Həyatı == Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Mirzə Nizam (Qoşaçay)
Mirzə Nizam (fars. ميرزانظام‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Nizami itburnusu
Nizami itburnusu (lat. Rosa nisami) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == Təbiətdə 110-190 sm hündürlükdə olan koldur. Tikanları bir formadadır və qaidə hissəsi genişdir. Yarpaqları tərs yumurtavarı və ya neştərşəkillidir. Yarpaqcıqlarının uzunluğu 3,5 sm-ə qə-dər, eni isə 2,5 sm-ə qədər ola bilir. Çiçək olan budaqlarda yarpaqlar uzunsov lansetşəkilli olub, enliləşmişdir. Bəzən bu yarpaqlar qulaqcıqlara malik olur. Çiçəkləri tək-tək, bəzən bir neçəsi bir yerdə toplanmışdır.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. == Həyatı == Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. == İstinadlar == == Həmçinin bax == Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Sürətli nizamlama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. == İşləmə mexanizmi == Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Təsadüfi nizamlama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədi ilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi — Vyetnam Kommunist Partiyasının prinsiplərini, məqsədlərini, ideologiyasını, təşkili prinsiplərini, fəaliyyətini və aparat strukturunu müəyyən edən əsas hüquqi sənəd. Bu, Vyetnam Kommunist Partiyasının, partiya üzvlərinin və bütün səviyyələrdə partiya təşkilatlarının məsuliyyətlərini, öhdəliklərini və səlahiyyətlərini müəyyən edir. Partiya Nizamnaməsi Vyetnam Kommunist Partiyasının Milli Konqresi tərəfindən təsdiq və elan edilmişdir. Bütün partiya təşkilatları və partiya üzvləri Partiyanın Nizamnaməsinə əməl etməlidir.
Xacə Nizamülmülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092, Səhnə, Böyük Səlcuq İmperiyası və ya Bürucərd, Böyük Səlcuq İmperiyası) — Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət. == Həyatı == Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Xosrov və Şirin (Nizami)
"Xosrov və Şirin" (خسرو و شيرين Xusrau o Şīrīn) (1180) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173–1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178–1194) və Qızıl Arslanın (1186–1191) da adları çəkilir. Əsərin süjetinin əsasında Sasani şahı II Xosrov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq "Xosrov və Şirin" dastanını ilk dəfə Firdovsi (X əsr) "Şahnamə"nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla "Xosrov və Şirin" dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə "Xosrov və Şirin" mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi "Xosrov və Şirin"i Fəxrəddin Əsəd Gurganinin "Veys və Ramin" poemasının müstəqim təsiri altında yazmışdır. Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır.
Yaşayış binası (Nizami küçəsi, 133)
Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir. Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir. Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir. Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır. Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.
Yaşayış binası (Nizami küçəsi 133)
Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir. Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir. Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Yaşayış binası (Nizami küçəsi döngə 4, ev 3)
Nizami küçəsi döngə 4, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == XIX əsrin əvvəllərində inşa edilmiş ev, fasad və planının həll edilməsinə görə, İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 yerləşən yaşayış binasını xatırladır. Evin interyeri fasadla müqayisədə daha zəngin həll edilmişdir. Otaq boyunca uzanan ləmlərin üstündə dayaz niş sırası keçir. Nişlər bir-birindən alebastr çəpərlər vasitəsiylə ayrılmışdır; otaqdakı buxarı da zəngin bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Yeddi gözəl (Nizami)
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeni Dünya Nizamı
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Yer Kürəsi Nizamnaməsi
Yer Kürəsi Nizamnaməsi — ədalətli, davamlı və dinc qlobal dünya qurmaq üçün başlıca etik prinsipləri özundə əks etdirən, global asılılıq və universal məsuliyyət üzərində qurulmuş bəyannamədir. Bu, 21-ci əsrdə insanların üzləşdiyi kritik çətinlikləri və seçimləri müəyyən etməyə cəhd göstərir. Bunun prinsipləri "bütün fərdlərin, qurumların, biznes təşkilatlarının, hökümətlərin və beynəlxalq orqanların işinə bələdçilik eləmək və qiymətləndirmək üçün ortaq standard kimi tərtib edilmişdir." Yer Kürəsi Nizamnaməsi 1990-cı illər ərzində ortaq məqsədlər və dəyərlər uğrunda icra edilən onilliyin, dünyəvi və mədəniyyətlərarası dialoqun məhsuludur. Bu proses hər hansı bir beynəlxalq sənədin yaradılmasında göstərilə biləcək yetərincə açıq və iştirakı konsultasiyaları özündə əks etdirən etik bələdçi kimi Yer Kürəsi Nizamnaməsinin qanuniliyinin əsas mənbəyidir. == Tarix == Yer Kürəsi Nizamnaməsi ideyası 1987-ci ildə BMT-in Etraf Mühit və Inkişaf üzrə Dünya Komissiyasının ətraf mühitin qorunması və davamlı inkişaf üçün, davamlı inkişafın əsas prinsiplərini özündə formalaşdıran "yeni nizamnamənin" yaradılması teklifi esasında yarandı. Beynəlxalq səviyyədə qəbul edilən Yer Kürəsi Nizamnaməsini yaratmaq məqsədi ilə Rio de Janeyroda Dünya Sammiti təşkil edilir. Lakin hökumətlər razılığa gəlməyə müvəffəq olmayıb, nizamnamə əvəzinə Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsini qəbul edirlər. Rio Yer Sammitinin baş katibi Maurice Strongun liderliyi altında, Yer Sammiti razılaşmalarının yerinə yetirilməsini gücləndirmək və davamlı inkişaf üzrə milli şuraların formalaşmasını müdafiə etmək üçün Yer Kürəsi Şurası yaradılır. Yer Kürəsi Şurasının sədri Maurice Strong və Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Mixail Qorbaçov Yer Kürəsi Nizamnamesini layihələndirmək üçün vətəndaş cəmiyyəti təşəbbüsünü başladı. Holland hökuməti ilk maliyyə dəstəyini təmin edir.
Zəxireyi-Nizamşahi
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Müqəddəs Avqustin nizamnaməsi
Müqəddəs Avqustin nizamnaməsi (lat. Regula Sancti Augustini) — ən çox istifadə edilən katolik monastır nizamnamələrindən biri. Avqustin Avreli tərəfindən təqribən 400-cü ildə, həvarilərin həyatının modeli əsasında tərtib edilmişdir. Bu, qərb kilsəsindəki ən qədim monastır nizamnaməsidir. == Tarixi == Avqustin Avrelinin monastır nizamnaməsi Qərbi Avropada ilk monastır nizamnamələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bunlardan biri də Müqəddəs Benedikt nizamnaməsi olmuşdur. Avqustin nizamnaməsi artıq XI əsrin ortalarında geniş yayılmış, sonradan "Avqustinlər" adını almış müntəzəm kanonlar hərəkatı tərəfindən qəbul edilmişdir. Avqustin monastır nizamnaməsi monastır icmasının həyatı üçün ən ümumi və əsas normaları müəyyən edir, icma üzvlərini ilk növbədə daxili mənəvi kamilliyə yönəldir. Monastır qardaşlarının dünyanı məcburi tərk etmələrini əmr edən Benedikt nizamnaməsindən fərqli olaraq, Avqustin nizamnaməsi ağır askentizmi monastırdan kənarda müntəzəm keşiş fəaliyyətlə birləşdirməyə imkan verir. Bu, XII–XIII əsrlərin Avropa cəmiyyəti tərəfindən tələb olunurdu.
Türk nizamnaməsi
1838-ci il Serbiya Konstitusiyası və ya Türk nizamnaməsi (serb. Турски устав) — Serbiya knyazlığının 1838–1869-cu illərdə qüvvədə olan konstitusiyası. 1838-ci il konstitusiyasının Serbiyaya Osmanlı sultanı tərəfindən tətbiq edilməsinə baxmayaraq, onun ilkin mərhələdə olan dövlət-hüquq institutlarının inkişafı üçün mühüm mütərəqqi əhəmiyyəti var idi. 1858-ci il qanununun müddəaları ilə tamamlanan 1838-ci il xətti-şərifi sayəsində hakimiyyət bölgüsü üçün əsaslar qoyulmuşdur. Burada parlamentin və nazirlər kabinetinin səlahiyyətləri və formalaşdırılması qaydası müəyyən edilmiş, knyazın səlahiyyətləri məhdudlaşdırılmış və qanunvericiliklə məntiqi üç səviyyəli məhkəmələr sistemi qurulmuşdur. Bundan əlavə, konstitusiya Serbiya vətəndaşlarının hüquqlarının əsas təminatını – cinayətlərə görə yalnız məhkəmə qərarı əsasında təqibi təsbit etmişdir. Dövlət başçısı knyazın dövlət-hüquqi statusu artıq Osmanlı sultanının iradəsindən asılı olmayan irsi kral hakimiyyətinin mülkiyyətini əldə etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == История государства и права славянских народов: Учебное пособие/ Автор-составитель И. Н. Кузнецов. М.: Новое издание. 2004.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi (kitab)
Nizami rayonu (dəqiqləşdirmə)
Nizami rayonu (Bakı) — Bakı şəhərində rayon. Nizami rayonu (Gəncə) — Gəncə şəhərində keçmiş rayon.
Nizamnamə kapitalı
Nizamnamə kapitalı— dövlət qeydiyyatından keçmiş təşkilatın təsis sənədlərində müəyyən edilmiş məbləğdir. Nizamnamə kapitalı hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edən əmlakının minimum məbləğini müəyyən edir. == Nizamnamə kapitalının funksiyaları == Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir. Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər. Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur. Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur, lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz. == Faktları == Nizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir. Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər.
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Yeni Dünya Nizamı ( ing. New World Order ) sui-qəsd nəzəriyyələrində elitaların və gizli cəmiyyətlərin avtoritar dünya hökuməti qurmaq məqsədi kimi qeyd olunur. Belə nəzəriyyələr ilk əvvəl 1990-cı illərin əvvəllərində ABŞ- da populyarlaşdı. Bunlar əsasən xristian fundamentalist, sağçı və ezoterik müəlliflər tərəfindən yayılırdı. Antiqlobalist solda isə bu terminin istifadəsinin sui-qəsd nəzəriyyəsi kimi təsnif edilib-edilməməsi mübahisəlidir. == Nəzəriyyənin mənşəyi == === Soyuq Müharibənin sonu === Sosial elitaların gizli şəkildə Yeni Dünya Nizamı üzərində işləməsi barədə geniş yayılmış fikir 1990-cı illərin əvvəllərində ABŞ-da siyasi müstəvidə geniş müzakirələrə səbəb oldu. Soyuq Müharibə başa çatdıqdan və Sovet İttifaqının dağılmasından sonra yeni bir dövrün başlanğıcı olduğu fikri geniş yayılmışdı. 1989-cu ildə amerikalı politoloq Frensis Fukuyama tarixin sonu gəldiyi tezisini irəli sürdü: demokratiya, bazar iqtisadiyyati, liberalizm nəhayət qələbə çaldı; tarixi daha da inkişaf etdirə biləcək qlobal ziddiyyətlər artıq yox idi. ABŞ prezidenti Corc Buş Körfəz Müharibəsi zamanı da oxşar fikirləri dilə gətirib. 1991-ci il yanvarın 29-da o, Konqresin hər iki palatasına Birləşmək haqqında ikinci müraciətində bu barədə demişdi.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
"Nizami" kinoteatrı
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.
Heydərabad nizamı
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. == Titulun yaranması == == Soyun və sülalənin yaranması == Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi == Həyatı == Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. === Ailəsi === Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Nizami Aydın
== Siyahı ==
Nizami Aydəmirov
Nizami Elçin oğlu Aydəmirov (11 mart 1993; Bağbanlı, Quba, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizami Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub. Uşaq yaşlarından hər iki valideynini itirmişdir. Subay idi. 2 bacısı, 1 qardaşı var idi. == Hərbi xidmətləri == 2011-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən kəşfiyyatçı və baş kəşfıyyatçı vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nizami Aydəmirov Fizuli döyüşlərində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub.
Nizami Ağayev
Ağayev Nizami Adil oğlu (12 iyun 1936, Kirovabad – 21 yanvar 2022, Bakı) — torpaqşünas-aqrokimyaçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor. == Həyatı == 12 iyun 1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük və meyvəçilik fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakıda Torpaq Eroziyası stansiyasında qısa müddət işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, kiçik elmi işçi, aspirant, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. == Mükafatları == Bir neçə müsabiqələrin qalibi kimi pul və fəxri fərmanlarla mükafatlandırılmışdır. == Elmi fəaliyyəti == 1965-ci ildə Bakıda namizədlik dissertasiyasını müdafiəyə etmişdir. 1974-cü ildə Aqrokimya ixtisası üzrə baş elmi işçi diplomunu almışdır. 1977–1979-cu illərdə keçmiş SSRİ-nin Torpaq-Ekologiya Ekspedisiyasında Liviya Ərəb Cəmahiriyyəsində böyük mühəndis vəzifəsində çalışmışdır. 1991-ci ildə Moskvada doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü seçilmişdir, daha sonra isə fəxri professor adına layıq görülmüşdür. 1992–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfat Nazirliyinin "Şəfa" Elmi İstehsalat Birliyinin baş direktoru işləmişdir.
Nizami Bəhmənov
Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, Dağlıq Qarabağ – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı. == Həyatı == Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır. 1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub. Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib. == Mənbə == "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı.
Nizami Cəfərov
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nizami Gəncəvi
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizami küçəsi
Nizami küçəsi və ya Tarqovı — Bakı şəhərinin Sabail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə. Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsnə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.
Nizami metrostansiyası
Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı səslənir. Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur. == Haqqında == Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. "Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.
Nizami parkı
Nizami adına Mədəniyyət və İstirahət parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb.
Nizami rayonu
Nizami rayonu — Bakıda rayon. == Tarixi == Bütün Azərbaycanda "Vosmoy" qəsəbəsi kimi məşhur olan, müstəqillikdən sonra Azərbaycanca tərcümə olunaraq "8-ci kilometr" adlanan qəsəbə rayonun əsas qəsəbəsidir.
Nizami simfoniyası
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.
Nizami (film)
Nizami — Nizami Gəncəviyə həsr olunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi film. == Məzmun == Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur. Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir. == Festivallar və mükafatlar == 1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı Dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə Priz verilmişdir. 2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı Film Özbəkistan Yazıçılar İttifaqının Diplomu və Özbəkistan Nazirlər Sovetinin Diplomuna layiq görülmüşdür. == Səhv == Filmin əvvəlində Nizami küçə ilə yeriyir və yerə diqqətlə baxdıqda kanalizasiya qapağı görünür. == Film haqqında == Filmdə Üzeyir Hacıbəyovun "Sənsiz" romansından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsa Hüseynov, Eldar Quliyev Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Qara Qarayev Səs operatoru: Kamal Seyidov Rejissor: Akif Rüstəmov Operator: Yuri Varnovski Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Mark Qorelik, Afət Məmmədova Qrim rəssamı: V. Arapov, İ. İlyina Dekor rəssamı: Əziz Məmmədov Rejissor assistenti: Süleyman Əhmədov, A. Əliyev, T. Atakişiyev, Fərid Hümbətov Məsləhətçi: Ziya Bünyadov (tarix elmləri doktoru, akademik), R. Əliyev (filologiya elmləri doktoru) Operator assistenti: N. Zəkiyev Rəssam assistenti: M. Manuvaxova, Aydın Lazımov Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Elşad Bağırov Redaktor: N. Qlaqoleva, Ramiz Rövşən Filmin direktoru: Tələt Rəhmanov Mahnıları ifa edir: Müslüm Maqomayev === Rollarda === Müslüm Maqomayev — Nizami Gəncəvi Həmidə Ömərova – Pəri; Afaq Həsənağa Turabov – Müzəffəri Ələddin Abbasov – Xaqani Şirvani Hacımurad Yegizarov (Hacımurad kimi) – Qızıl Arslan Əhməd Salahov – Zeyd Gülnarə Sayalıyeva – Rəna Şahmar Ələkbərov – Osman Hamlet Xanızadə — Əbu-Bəkr Vsevolod Yaqut – Mütəzzil Rəsmi Cəbrayılov – Zərgər Muxtar Maniyev – Qazı E. Əhmədova Fərhad Yusifov – İsgəndər İradə Akimova Sadıq Hüseynov – Ata Eldəniz Rəsulov – Əkiz qardaşlar; Maxan və Bəşir Əliqulu Səmədov – Bəşir Süleyman Əhmədov – xidmətçi Mayak Kərimov Bahadur Əliyev – Sərxoş A. Əliyev T. Məmmədov N. Hüseynov Bəxtiyar Kərimov Y. Məmmədxanov Ədalət Yunusov Ramiz Novruzov – Dərbənd elçisi === Filmi səsləndirənlər === Rasim Balayev – Nizami (Müslüm Maqomayev) (titrlərdə yoxdur) Əminə Yusifqızı – Afaq (Həmidə Ömərova) (titrlərdə yoxdur) Pərviz Bağırov – Zeyd (Əhməd Salahov) (titrlərdə yoxdur) Səməndər Rzayev – Qızıl Arslan (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov – Mütəzzil (Vsevolod Yaqut) (titrlərdə yoxdur) Yaşar Nuri – Zərgər (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Nizami (kinoteatr)
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.
Nizami kinoteatrı
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.