Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xətib
Xətib (ərəb. خطيب‎) — Cümə namazını qıldıran müsəlman din xadimi (cümə namazı). Cümə namazından öncə minbərin üçüncü pilləsindən nitq (xütbə) oxuyur. Minbər Məkkəyə baxan mehrabın sağında yerləşir. İki xütbə oxunur: birincisi xütbət-ül-va'z (ərəb. خطبة الوعظ‎) adlanır, yəni ibrətamiz məzmunlu nəsihət; ikincisi xütbət-ən-nat (ərəb. خطبة النعت‎) adlanır və etiqad, xəlifələrin tanınması, hökmdar və möminlər ordusu üçün duaları ehtiva edir. Xətib cümə xütbəsi ilə yanaşı, Qurban bayramı və ya Fitr bayramı (Ramazan ayında orucun bitməsi şərəfinə) kimi dini bayramlarda da çıxışlar edir. Encyclopaedia of Islam, tom IV, səh.
Xətib Təbrizi
Yəhya bin Əli Xətib Təbrizi (1030, Təbriz – 1109, Bağdad) – XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi və şair; ərəb dili və ədəbiyyatı, qrammatika və leksikologiyası elminin banilərindən biri. Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı", "müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı", "bütün ədəbiyyatşünasların rəhbəri" adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən "XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət"- deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə məlum deyildir. Salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər. Əbül-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqqında deyəcəkdi ki," ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. O (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim.
Seyyid İsmayıl Xətib
Seyyid İsmayıl Xətib (1961, Qainat şəhristanı, Cənubi Xorasan ostanı, İran) — İranın 13-cü hökumətində informasiya naziri vəzifəsini tutan iranlı siyasətçi və din xadimidir. Bəzi mənbələr onu SEPAH və Seyid Əli Xameneiyə yaxın radikal din xadimi kimi tanıdır. Seyyid İsmayıl Xətib 3 Şəhrivar 1400-cü ildə Seyid İbrahim Rəisi tərəfindən 13-cü hökumətdə informasiya naziri olaraq təklif edilən İslam Şurasına təqdim edildi və 222 lehinə, 48 əleyhinə və 17 bitərəf səslə etimad səsi aldı. İslam Şurası informasiya naziri vəzifəsini öz üzərinə götürəcək. İslam İnqilabı Keşikçiləri Korpusunun yaranmasından sonra Xətib 1359–1360-cı illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatının qabaqcılları arasında idi. Bir müddət məhkəmə müdafiəsi və informasiya mərkəzinin rəhbəri olub. Onun bu dövrdə SEPAH-dakı rolu tam aydın deyil; Amma onun Möhsün Rezai ilə sıx əməkdaşlıq edərək İslam Respublikasına qarşı çıxan kürdlərin öldürülməsində iştirak etdiyi bildirilir. İsmayıl Xətib Seyid Əli Xamenei, Fazel Lənkərani, Məkarim Şirazi və Misbah Yəzdinin tələbələrindən biridir. Xətibin kəşfiyyat və təhlükəsizlik işlərində uzun bir tarixə malik olmasına baxmayaraq, onun təhsili yalnız İslam fiqhi sahəsində olub və kəşfiyyat və siyasət elmi ilə heç bir əlaqəsi yox idi. Seyid İsmayıl Xətib ABŞ Maliyyə Nazirliyi tərəfindən 9 sentyabr 2022 (18 Şəhrivar 1401) tarixində Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə qarşı kiber fəaliyyətlər həyata keçirdiyi üçün sanksiyaya məruz qalıb.
Əl-Xətib ət-Təbrizi
Vəliəddin Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Umari (v. 1248, ərəb. الخطيب التبريزي‎) — daha çox əl-Xatib ət-Təbrizi adı ilə məşhurdur. Hədisşünas, əl-Bəğavinin “Məsabih əl-Sünnə” kitabının genişləndirilmiş variantı olan “Mişkatul-Məsabih” hədislər toplusunun müəllifi. Təbrizi “əl-İqmal fi əsma ər-rical” kitabını da yazmışdır. “Mişkat” məşhur hədislər toplusuna çevrilir və Orta Asiyada mədrəsələrdə öyrənilir. Sonradan kolleksiya dəfələrlə təkrar nəşr olundu və müxtəlif dillərə (ingilis, benqal və s.) tərcümə edilir. Daşkəndli xəttat Əbdülvədud Əhməd tərəfindən 1339-cu ildə köçürülmüş Təbrizi əlyazması Özbəkistanda saxlanılır. Biblioqrafiya: Əl-Xətib ət-Təbrizi. [=https://books.google.kz/books?id=7CaPrgEACAAJ Mişkatul-Məsabih] (ərəb).
Rəsul Xətibi
Rəsul Xətibi Sentyabr.22 1978 də İranının Təbriz şəhərində anadan olub. O indi bir peşəkar futbolçudur və Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir.
Xətibzadə Yəhya Paşa
Xətibzadə Yəhya Paşa (ö. avqust 1755) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Əyyubsultan məscidinin xətibi Mustafa Əfəndidir (ö. 1728). Həkimoğlu Əli Paşanın xidmətinə girərək, həm kəndxudası, həm də kürəkəni oldu. Onun ilk sədarəti dönəmində 1732-ci ilin mayında sədarət naibi oldu və 1733-cü ilin yanvarında baş miraxur, 1734-cü ildə vəzirliklə İrəvan, 1735-ci ilin iyulunda Trabzon, 1736-cı ilin mayında Özi valisi oldu. 1737-ci ilin mayında şərq cəbhəsindəki döyüşlərin birində əsir düşmüş, 1740-cı ildə bağlanan atəşkəslə azadlığa buraxılmışdır. 1741-ci ilin martında Bursa valisi, həmin ilin mayında Misir bəylərbəyi, 1743-cü ilin mayında kaptan-ı dərya, həmin ilin noyabrında Belqrad mühafizəsi ilə vəzifələndirildi. 1744-cü ilin dekabrında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. 1746-cı ilin avqustunda Rumeli, 1748-ci ildə Aydın, həmin ilin noyabrında Mosul, dekabrında isə Rumeli və Diyarbəkir, 1749-cu ildə Anadolu, 1753-cü ildə Vidin, 1754-cü ilin sentyabrın yenidən Rumeli, 1755-ci ilin iyulunda Yanya valisi oldu.
Xətab (Miyanə)
Xətab (fars. خطب‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Antib
Antib (ing. Antibes) — Fransanın cənub-şərqində yerləşən şəhər. == Ümumi məlumat == Aralıq dənizi sahilində (Mavi sahildə), Sahil Alplarının ətəklərində iqlim kurortu. Əhalisi 70 min (2004). E.ə. IV əsrdən məlumdur. Ətrafında qızılgül plantasiyası, sitrus və zeytun bağları salınmışdır. Bədii dulusçuluq inkişaf etmişdir. Ətriyyat, elektrotexnika müəssisələri, muzeylər (tarix, arxeologiya, xalq sənəti və s.), memarlıq abidələri (12–16-cı əsrlər), aqronomik tədqiqatlar mərkəzi və s. var.
Gətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib Minaçeviç Minaçev Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Kətiş
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Lətif
Lətif — kişi adı.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
Qətab
Gətab — İranın Mazandaran ostanının Babül şəhristanının Gətab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,956 nəfər və 1,744 ailədən ibarət idi.
Sətif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Xitin
Xitin — Xitin (C8H13O5N)n (/ˈkaɪtɪn/ KY-tin) qlükozanın amid törəməsi olan N-asetilqlükozaminin uzun zəncirli polimeridir. Təbiətdə ən çox yayılmış ikinci polisaxarid (yalnız sellülozadan sonra), göbələklərin hüceyrə divarlarının, xərçəngkimilər və həşəratlar kimi artropodların ekzoskeletlərinin və molyuskların radulaların, sefalopodların dimdiklərinin və qladiuslarının əsas komponentidir. O, həmçinin ən azı bəzi balıqlar və lissamfibiyalar tərəfindən sintez edilir. Xitinin strukturu sellüloza ilə müqayisə oluna bilər, kristal nanofibrillər və ya bığlar əmələ gətirir. Funksional olaraq keratin proteini ilə müqayisə edilə bilər. Xitinin bir sıra tibbi, sənaye və biotexnoloji məqsədlər üçün faydalı olduğu sübut edilmişdir. İngiliscə "xitin" sözü 1821-ci ildə yunanca χιτών (khitōn), örtük mənasını verən fransızca "xitine" sözündən yaranmışdır. Bənzər "xiton" sözü qoruyucu qabığı olan dəniz heyvanına aiddir. Xitinin quruluşu 1929-cu ildə Albert Hofmann tərəfindən müəyyən edilmişdir. Hofman Helix pomatia ilbizindən əldə etdiyi xitinaz fermentinin xam preparatından istifadə edərək xitini hidroliz etdi.
Xotin
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Xədiv
Xidiv (osman. خدیو ḫidīv) — Osmanlı imperiyası dövründə Misir xidivliyinin idarəçisinə verilən titul.
Xətai
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Xəşil
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Metis
Hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adıdır. Amerika qitəsinin bir çox ölkəsində əhalinin əksəriyyətinin təşkil edir.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Setif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Fetiş
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir. Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır.