QƏLİB

is.
1. Bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə keçirilən alət; ülgü. Papaq qəlibi. Çəkmə qəlibi. Qəlibə çəkmək (salmaq, vurmaq).
2. Tökmə vasitəsilə müəyyən formalı şeylər hazırlamaq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qab, alət (bu qablara ərgin və ya horra halında tökülən maddə soyuduqdan və ya quruduqdan sonra həmin qabın içinin şəklini alır). Qırma qəlibi. Güllə qəlibi. Hürufat qəlibi. Kərpic qəlibi. Sabun qəlibi.
3. Qəlibdən çıxmış, qəlib vasitəsilə hazırlanmış şey. Bir qəlib sabun.
◊ Qəlibdən-qəlibə girmək yaxud min qəlibə girmək – öz şəkil və simasını teztez dəyişmək, dondan-dona girmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏLİB ülgü

Etimologiya

  • QƏLİB Yunan mənşəlidir, “forma” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏLƏYAN
QƏLİBÇİ

Digər lüğətlərdə

-ени-(е) испра́виться коромы́словый погуторить подна́шиваться поколоти́ться футбо́лочка вы́молот необщи́тельный нечести́вый фикса́тор тегульчик cotton gin plant crept dewless forenamed ground-sill hurl out landscape architect narks Novorossiysk punctulated skirmisher навалоотбойщик счетовод