Этимологический словарь азербайджанского языка

  • QARAYEL

    Rusca buna шторм deyirlər. “Pis yel” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARAYELİN

    Doğduqdan sonra süd verməyən heyvana qarayelin deyirlər. “pis yelin” deməkdir (qara sözünün “pis” mənası məlumdur)

    Полностью »
  • QARDAŞ

    Bu söz qarın və daş kəlmələrindən əmələ gəlib, “bir qarında olanlar” de­məkdir. Qıza da qardaş demişik, oğlana da

    Полностью »
  • QAREYLƏ

    Qaragilə (meyvə adı) sözünün dialekt formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARƏT

    Ərəbcədir, “çapovul” (talan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARĞA

    Bunun üç yozumu mümkündür: 1. Qara sifətindən əmələ gəlib, quşun rəngi ilə bağlıdır (rus dilindəki галка və ворона sözləri də “qara” deməkdir)

    Полностью »
  • QARĞABURNU

    Ruslar buna ckoбa deyirlər. Tikintidə istifadə olunur və milləri bir-bi­rinə bərkidir. Qarğanın burnu (dimdiyi) kimi olur(ucları şiş)

    Полностью »
  • QARĞIDALI

    İraq türkmənləri buna ağ darı, bəyaz darı, Anadolu türkləri mısır deyir­lər. Bizim alimlər “budaqlı, qollu ( dal “budaq”dır) qarğı” kimi yozurlar

    Полностью »
  • QARĞILIQ

    “Patrondaş” deməkdir. Qarğı həm də ucunda nazik (batıcı) dəmir olan ağaca deyiblər: oxluqlar, ox qabıdır

    Полностью »
  • QARĞIŞ

    Qayğı sözü ilə bağlıdır. Qarğamaq “qayğı arzu etmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARI

    Dilimizdə “qocalmaq”, “köhnəlmək” mənasını verən qarımaq feili olub (indi az işlədilir). Qarı (qoca arvad) sözü də onun əsasında əmələ gəlib

    Полностью »
  • QARIM

    “Quyu”, “səngər” mənasında qeydə alınıb. Lağım (atmaq) sözünün təhrifidir. Gen və uzun olur, rusca ров deyirlər

    Полностью »
  • QARIN

    Bu söz həm “живот”, həm də “qarın boşluğunda yerləşən əzalar (içalat)” an­la­mında işlədilir. Qarnım ağrıyır dedikdə heç də живот nəzərdə tutulmur, iç

    Полностью »
  • QARIN-QARTA

    Tatar dilində bu söz 40 qarta kimi işlədilir, mənası “çoxlu qırışları olan” deməkdir (türk dillərində 40 sözü həm də qeyri-müəyyən çoxluq bildirir)

    Полностью »
  • QARINCA

    Bu qarışqanın variantıdır və “qarınyox” (qarınsız) kimi açıqlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARIŞ

    0,213 m ölçü vahidi (baş və çeçələ barmaq  arası), sözün kökü “əl” mənasını verən qar kəlməsidir (müq

    Полностью »
  • QARIŞDIR

    Bu sözün kökü qa feilindən ibarətdir. Sonuna r (qar) və ya t (qat) artırmaqla yeni (sinonim) kəlmələr düzəldilib

    Полностью »
  • QARIŞQA

    Bu sözün mənası “qarışıq yaşayan, çox olan dəstə” deməkdir. Mətbuatda oxuyuruq: “они живут большими семьями-колониями

    Полностью »
  • QARQARA

    Ərəbcədir, “su ilə yaxalamaq” deməkdir. İkinci qarqara da var, farsca “кa­тушка”, “ролик” deməkdir (iti qarqaraya bağlayırıq)

    Полностью »
  • QARMA-QARIŞIQ

    Kök qar hissəsidir, -ma indiki və bağlayıcısının qədim sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARMAQ

    Ədəbiyyatda haqlı olaraq, göstərilir ki, qanırmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QAROV

    Əsli qaraq yox kimi olub, qaraq “göz”dür, söz “kor” anlamında işlədilir. (Rus­lar куриная слепота deyirlər, zəif görən adamla bağlı işlədilir)

    Полностью »
  • QAROVUL

    Bir zamanlar “baxmaq” mənasını verən qaramaq feilimiz olub. Göz ye­ri­nə qaraq işlətmişik. Gözümün qarası birləşməsindəki qara sözü də həmin qaraq kəl

    Полностью »
  • QARPIZ

    “Avesta”da, qədim fars dilində bucina (xiyar) və xərbucina (eşşək xiyarı) sözləri olub. Sonradan xərbucina sözü qarpız şəklinə düşüb

    Полностью »
  • QARRİQA

    fr. garrigue – boş yer

    Полностью »
  • QARŞI

    Qaraq (göz) sözü ilə qohumdur, “ön (göz) tərəf” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QARTAL

    Mənbələrdə qartal ət (tikə-tikə doğranmış ət), qartal qoyun (zolaqlı qoyun) kimi ifadələr var. Görünür, qartal sözü “parçalayan” demək olub

    Полностью »
  • QARTMAQ

    Yaranın üzündə əmələ gələn bərk qabıq belə adlanır (qərtmək də de­yirlər). Mənbələrdə qart sözü “язва” kimi şərh olunub

    Полностью »
  • QARUN

    Musa peyğəmbərin əmisi oğlunun adı Qarun, qardaşının adı isə Harun olub. Qarun çox varlı, lakin xəsis olub

    Полностью »
  • QASIQ

    Qasmaq (qatlamaq) feilindən düzəlib, “qırış” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QASIQBAĞI

    “Bandaj” deməkdir. Qasıq və bağlamaq sözlərindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QASIRĞA

    Bu söz qaynaqlarda qısırğa kimi verilib. Güman ki, qısmaq (qırışmaq, bu­rulmaq) feili ilə bağlıdır. Havada qasırğa olanda hərə bir tərəfə qaçır və sığ

    Полностью »
  • QASNAQ

    Dilimizdəki qas (paltarın ətəyini qas deyirik) və qat sözləri sinonimdir (qatla deyirik). Qasnaq sözü də “əymək, ətrafına dolamaq” anlamı ilə bağlıdır

    Полностью »
  • QAŞ

    Mənbələrdə “hündür, yuxarı” mənalarında qeydə alınıb. Qaş qaralanda, üzük qaşı, dağın qaşı birləşmələri də buna sübutdur

    Полностью »
  • QAŞ DÜZƏLTMƏK

    Qaş düzəltdiyi yerdə göz çıxardı deyimi var. Ruslar buna “медвежья услуга” deyirlər. Bizim kənddə isə Sadıqlı həngi sözündən istifadə olunur

    Полностью »
  • QAŞIQ

    Qazımaq (qaşımaq) feili ilə bağlıdır: qaşığın içini çökəltmək üçün əydi adlı alətlə qazıyıblar. Başqa dillərdə də belədir

    Полностью »
  • QAŞQA

    Həm də təpəl, ağıtma kəlmələri ilə ifadə edilib, “ağ ləkə” kimi açıqlanıb. Anadolu türklərində qaşqa yerinə akıtma işlədilir

    Полностью »
  • QAŞQABAQ

    Qaş-qabaq sallamaq deyirik. Burada qabaq sözü “göz qapağı” (веко) anlamını əks etdirir və müasir türkmən dilində həmin mənada qa: bak formasında işləd

    Полностью »
  • QAŞQALDAQ

    Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır

    Полностью »
  • QAŞQAY

    Mənbələrdə söz “ağ, parlaq, günəş kimi olan” mənalarında açıqlanıb. “Ağ” mənasını verən qaşqa (təpəl) kəlməsi ilə qohumdur

    Полностью »
  • QAŞOV

    Qaşımaq feilindən əmələ gəlib. Qaşağu kimi olub, sonra dəyişərək qaşov şəklinə düşüb. “Qaşıma aləti” deməkdir

    Полностью »
  • QAT

    Ərəbcə (qate) “kəsən” deməkdir (qat kəsib deyirik), bizdə qas sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QATI

    Qatmaq (bərkimək) feilindən əmələ gəlib, “qatılaşmış (bərkimiş)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QATIQ

    Bu əşya südlə çalasının (mayanın) qarışmasından hasil olur. Qatmaq, qatışmaq (qarışmaq) sözləri ilə bağlıdır

    Полностью »
  • QATIR

    “Qatışığı (qarışığı) olan heyvan” deməkdir. Anası atdır, atası eşşək. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QATIRDIRNAĞI

    Ruslar buna дрок deyirlər. Bizim lüğətlərdə дрок “naz” kimi tərcümə olunub. Formaca qatırın dırnağına oxşayan sarı çiçəkli yabanı bitkidir

    Полностью »
  • QATIRQUYRUĞU

    Formaca qatırın quyruğuna oxşayan və bataqlıqda yetişən bitki növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • QATIŞIQ

    Qarışmaq feili ilə kökdaşdır. Sözün ilkin kökü qadır. Tuva dilində qatışıq sözü ruslardakı вместе sözünün qarşılığı kimi şərh olunub, yəni “qatışıb (q

    Полностью »
  • QATİL

    Ərəb mənşəlidir, qətl sözü ilə qohumdur. Bizdə onun yerinə ölütçü sözündən istifadə olunub. (Bəşir Əhmədov

    Полностью »
  • QAYA

    Qayamaq “sürüşmək” deməkdir. Bu söz bəzi mənbələrdə qıya kimi verilib. Qayaların çoxu sıldırımlı, sürüşkən olur

    Полностью »