açma

is. déliement m (düyünü ~) ; décachetage m ; débrouillage m ; débouchage m (ağzını ~) ; desemballage m, dépaquetage m (qablaşdırılmış şeyi ~) ; dévoilement m, dévulgation f (sirrin, xəbərin üstünü ~) ; çiçək ~ efflorssence f

açılmamaq
açmaq
OBASTAN VİKİ
Açma süxurlar
Açma süxurlar — faydalı qazıntıların açıq üsulla çıxanlması zamanı onlan örtən və istismar ərəfəsində kənara atılan faydasız süxurlardan ibarət töküntülərdir. Gələcəkdə aparılması nəzərdə tutulan rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxürların bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir. == Açma süxurların qalınlığı == Faydalı qazıntı yataqlarında çıxarılacaq filiz və qeyri-fıliz kütləsini örtən süxurların ümumi qalınlığıdır. == Açma işləri == Açıq üsulla faydalı qazıntı yataqlannın istismarı zamanı süxurların çıxarılması, daşınması Və yerdəyişməsi prosesidir. == Açmanın istismar əmsalı == Karxanada istismar dövrü ərzində örtük süxurlannın ümumi həcminin çıxarılıb apanlan faydalı qazıntının ümumi həcminə olan nisbətidir.
Açma-yumma xalçaları
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir. Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan "Açma-yumma" xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü "Açma-yumma" xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu.
Açma-yumma xalçası

Yük açmanın xüsusi avtomatikası
YAXA (Yük açmanın xüsusi avtomatikası) — yük açmanın xüsusi avtomatikası. İki enerji sistemi və enerji sistemin hissələrini əlaqələndirən xətlərdən birinin qəza açılması zamanı yerdə qalan xətlərdə aktiv gücün yolverilməz artımı baş verə bilər. Enerji sistemi bölmədən və generasiya olunan gücü açmadan dayanıqlığı qorumaq üçün enerji sistemin qəbuledici hissəsində yüklərin qısamüddətli avtomatik açılması effektiv vasitələrdən biridir. Bu funksiyanı YAXA yerinə yetirir. YAXA-nın işəsalıcı faktoru onun quraşdırıldığı 110–220 kV-luq obyeklərin şinlərində gərginliyin aşağı düşməsidir. Əlavə faktorlar kimi, bir və ya bir neçə xəttin açılması nəzərdə tutula bilər (əvvəlki gücə nəzarət etməklə və ya etmədən). Əlavə işəsalıcı faktorların seçilməsində çətinlik olduğu istisna hallarda, YAXA-nın işi qısaqapanma səbəbindən gərginliyin azalması zamanı bloklanmaqla yerinə yetirilir (qısaqapanma zamanı təsir etmir). Qaydalara görə, YAXA-nın təsirindən daha çox güc tələb edən, lakin texnoloji prosesin xarakterinə və dərəcəsinə görə az əhəmiyyətli yüklər açılır. YAXA işləyən zaman ATQ-yə qadağa qoyulmalıdır. Qidalanmanın sonrakı bərpası operativ personal tərəfindən həyata keçirilir.

Digər lüğətlərdə