beh
behbudlamaq
OBASTAN VİKİ
Aşıq Behbud
Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq. == Həyatı == 1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır.
Behbud Behbudlu
Behbud Rübail oğlu Behbudlu (9 sentyabr 2001, Mustafaağalı, Bərdə rayonu – 1 oktyabr 2020, Toğana, Göygöl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Behbud Behbudlu 9 sentyabr 2001-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuşdur. G. Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Behbud Behbudlu 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmət müddətində bir neçə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Behbud Behbudlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Behbud Behbudlu 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Göygöl rayonunun Toğanalı kəndində "Canavar sol" döyüş mövqeyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Behbud Mustafayev
Behbud Mustafayev (13 mart 1982, Bakı) — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş. == Həyatı == Behbud Mustafayev Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışmışdır. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilmişdir. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdur. Hal-hazırda Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən Müqəddəs 2-ci İoann Pavel Katolik Prixodunda Baş Keşiş olaraq xidmətinə davam edir.
Behbud Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Baba bəy Behbud
Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. 1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.
Behbud ağa Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Behbud bəy Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud bəy Çərkəz
Behbud bəy olaraq da bilinən Behbud xan Çərkəz I Şah Abbasın (1588-1629) dövründə xidmət edən çərkəz mənşəli Səfəvi məmuru və qulam. 1606-cı ildə Qoxlan, 1620-ci ildə Qaskar və 1620-1629-cu illərdə Astrabad bəylərbəyliyini idarə etdi. 1615-ci ildə Behbud xan Çərkəz vəliəhd Məhəmməd Baqir Mirzəni I Abbasın əmri ilə öldürdü. == Mənbələr == Butler, John Anthony. Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. 2012. səh. 403. ISBN 978-0866984751.
Behbud xan Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Behbud
Behbud — azərbaycanlı kişi adı. Behbud xan Cavanşir Behbud ağa Şahtaxtinski — diplomat. Behbud Mustafayev — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş. Behbud bəy Çərkəz Baba bəy Behbud — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Behbud Behbudlu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Aşıq Behbud — aşıq. Behbud xan Çavuşlu — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından.
Behbudovlar
Behbudovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Cavanşir elinin Sarıcalı oymağından yaranıb. Soyun ilk patronu Behbudəli ağa Ibrahimxəlil ağa oğlu Sarıcalı obasında anadan olmuşdu. Pənahəli xanın qardaşıdır. Mədrəsə təhsili almışdı. Xanlığın qurucularından biri idi. Qarabağ qoşununa sərkərdəlik etmişdi. Behbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğulları vardı. Behbudovlar və yaxud Behbudalılar Qarabağda tanınmış, sayılan-seçilən bir soy olublar.
Behbudovların evi
Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi.
Behbudəli ağa Cavanşir
Behbudəli ağa İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir (1695, Arazbar[d] – 1767, Şuşa) — Qarabağ bəyi, sərkərdə. Pənahəli xanla Fəzləli ağanın qardaşı. == Həyatı == Bеhbudəli ağa İbrahimxəlil ağa oğlu 1695-ci ildə Sarıcalı obasının yerləşdiyi Arazbarda Qarabağın zadəgan ailələrindən biri olan Cavanşirlər ailəsində dünyaya gəlmişdir. Onun atası İbrahimxəlil ağa Sarıcalı tayfasının başçısı olmaqla birlikdə, həm də Arazbarinin hakimi olmuşdur. Mirzə Camal Cavanşirə görə, Osmanlı dövlətinin Qarabağdan qovulması ilə yadda qalan (1735) prosesdə Nadir xan Cavanşir tayfasından olan sərkərdələrdən yararlanmışdır. Bu sərkərdələr gələcəkdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanla Behbudəli ağa idi. Osmanlı ilə olan döyüşlərdə Qarabağdan olan döyüşçülər də fəal iştirak etmişdir. Bu xidmətlərinə görə Nadir xan Pənahəli xanı özünün komandanlarından biri, Behbudəlini isə mərasimlər üzrə rəhbər təyin etdi. Bu vəzifələrə olan təyinatlardan sonra hər iki şəxs sarayda Nadir xanla birlikdə yaşamaqla birbaşa onun nəzarətinə daxil oldular. 1736-cı ildə özünü şah elanedən Nadirin hakimiyyətini şah sülaləsində yalnız Səfəvi ailəsindən kimsə otura bilər iddiasiyla Cavanşir, Otuzikilər və Kəbirlilər tanımadılar.
Cavid Behbudov
Cavid Ədalət oğlu Behbudov (12 aprel 1994, Qızılca, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Behbudov Cavid Ədalət oğlu 12.04.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008–2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illər ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib. 2015-ci ilin iyun-dekabr ayları ərzində Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alıb. 2016-cı ilin yanvar ayından 2019-cu ilə qədər Ağstafada N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri olaraq Azərbaycan Ordusunda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri olaraq döyüşlərdə iştirak edib. Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-nə qədər Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb.
Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi. == Həyatı == Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir. Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı. Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır. Cəfər 26 sentyabr 2019-cu ildə Kiyevdə xərçəng xəstəliyindən vəfat etmiş və öz vəsiyyəti ilə orada da dəfn olunmuşdur.
Lütfəli bəy Behbudov
Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1877, Şuşa – 1918) — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü. == Həyatı == Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi. Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı. Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var). Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi.
Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən. == Həyatı == Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi. Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi. Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi. Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir. 1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır.
Rəşid Behbudov
Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi. == Həyatı == Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
Rəşid Behbudov (film, 1975)
Rəşid Behbudov (film, 1985)
Rəşid Behbudov (gəmi)
"Rəşid Behbudov" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun adını daşıyır. == İnşası == Gəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansının sifarişinə əsasən Avstraliyanın "Austal" gəmiqayırma zavodunda inşa edilmişdir. == Texniki göstəriciləri == Gəmi Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verir. Tutumu 150 nəfərdir. Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılmış, istirahət sahələri quraşdırılmış, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilmişdir. Gəmidə Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və İlham Əliyevin iştirakı ilə dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb. Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunmuşdur.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı — Azərbaycan teatr tarixində ilk mahnı teatrı. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Yerləşdiyi bina ilk öncə sinaqoq kimi istifadə olunmuşdur. Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev, Vaqif Şıxəliyev və s. kimi populyar sənət ustaları çalışmışdır. R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə "EKSPO-2000" sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001–2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada "Azərbaycan Mədəniyyət Günləri"ndə, 2004-cü ildə Yekaterinburqda "Novruz şənliklərində", 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti Günləri"ndə, Moldovanın Kişinyov şəhərində "Mersi-Şor" adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.
Rəşid Behbudov gəmisi
"Rəşid Behbudov" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun adını daşıyır. == İnşası == Gəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansının sifarişinə əsasən Avstraliyanın "Austal" gəmiqayırma zavodunda inşa edilmişdir. == Texniki göstəriciləri == Gəmi Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verir. Tutumu 150 nəfərdir. Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılmış, istirahət sahələri quraşdırılmış, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilmişdir. Gəmidə Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və İlham Əliyevin iştirakı ilə dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb. Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunmuşdur.
Rəşid Behbudov küçəsi
Rəşid Behbudov küçəsi — Bakı şəhərində mərkəzi küçələrdən biri. Keçmiş adı “Leytenant Şmidt”, küçənin uzunluğu 2,16 km-dir. Rəşid Behbuddov küçəsində 2 saylı musiqi məktəbi, Rəşid Behbudov adına Mahnı teatrı, 8 saylı orta məktəb, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Şəhriyar adına mədəniyyət evi, Musiqi sənəti muzeyi, Caz mərkəzi, Akvapark və Azərbaycan Dillər Universiteti. Həmçinin bu küçədə çar Rusiyası dövründə inşa edilmiş bir çox tarixi binalar mövcuddur, Rəşid Behbudov küçəsində bəzi tanınmış brendlərin dükanları da yerləşir. == Şəkillər == == Ədəbiyyat == Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Rəşid Behbudov küçəsi (Bakı)

Digər lüğətlərdə