Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhman Gülbarnəjad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhman Hacıyev
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi. == Həyatı == Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi.
Bəhman Qolbarnejad

Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhman Çopurov
Çopurov Bəhmən Səyyad oğlu (16 fevral 1968, Arabaçı) — şəhid. == Həyatı == Çopurov Bəhmən Səyyad oğlu 1968-ci ildə fevralın 16-da Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1986-88-ciillərdə Sovet Ordusu sıralarında xidmət edib. Vətənə qayıtdıqdan sonrakönüllü olaraq doğma torpaqlarımızın müdafiəsinə qalxaraq 1993-cü ildə vəfat etmişdir.
Bəhman Əliyev
Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi. == Həyatı == Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib. Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb. == Filmoqrafiya == "Bakılı" press-avtomatı (film, 1967) "Koroğlu" dənizdə (film, 1966) Balaca çoban (film, 1985) Böyük bostan (film, 1965) Camışçılıq (film, 1966) Cırtdan (film, 1969) Cırtdan və div (film, 1983) Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Cücələrim (film, 1975) Dəniz səyahəti (film, 1992) Əndazədən çıxanda (film, 1988) Fitnə (film, 1970) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güzgü (film, 1990)(I) Humayın yuxusu (film, 1985) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Lağım (film, 1993) Lovğa fil balası (film, 1987) Meşəyə insan gəlir (film, 1980) Nar ağacının nağılı (film, 1989) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964) O geri çəkilməlidir (film, 1966) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Qəribə əjdaha (film, 1984) Qozbeli qəbir düzəldərmi?
Manaf Bəhmanlı
Manaf Bəhman oğlu Bəhmanlı (2 yanvar 1998, Yevlax – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub.2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb. == Hərbi fəaliyyəti == Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. == İkinci Qarabağ müharibəsi == Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bəhmən
Bəhmən — Kişi adı. Bəhmən Vətənoğlu — Azərbaycan şairi. Bəhmən Əliyev — Bəhmən Axundov — == Digər == Bəhmən (ay) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən (Zəncan) — İranda kənd.
Bəzman
Bəzman-İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəzman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,002 nəfər və 816 ailədən ibarət idi.
Bahman Golbarnezhad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bahman Qobadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Bahman Qrup
Bahman — İranın iki böyük avtomaşın istihsal edən fabriklərindən biri.
Bəhmən (ay)
Bəhmən (fars. بهمن‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən ayında 30 gün var. Bəhmən qışın ikinci ayıdır.
Bəhmən (İcrud)
Bəhmən (fars. بهمن‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == İcrud şəhristanının Qiydar bölgəsinin Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 29 km. qərbdədir. . == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (33 ailə).
Bəhmən (şəhər)
Bəhmən-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,484 nəfər və 1,604 ailədən ibarət idi.
Bəhmən Abbasov
Bəhmən Abbas oğlu Abbasov (1890, Köçəsgər, Qazax qəzası – 15 dekabr 1958, Köçəsgər, Ağstafa rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Bəhmən Abbasov 1890-cı ildə Azərbaycanın hazırkı Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur. Ağstafa rayonunun Voroşilov adına kolxozunda sədr işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. 1958-ci il dekabr ayının 15-də Köçəsgər kəndində vəfat etmişdir.
Bəhmən Axundov
Bəhmən Yusif oğlu Axundov (28 dekabr 1910, İrəvan – 2 oktyabr 1980, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), ilk azərbaycanlı iqtisad elmləri doktoru (1951), professor, Əməkdar iqtisadçısı (1967). == Həyatı == Bəhmən Axundov 28 dekabr 1910-cu ildə İrəvan quberniyasının İrəvan şəhərində fəhlə ailəsində anadan olub. 1917-ci ildə atasının ölümündən sonra ailənin vəziyyəti ağırlaşır. 1918-ci ildə İrəvanda milli münaqişənin kəskinləşməsi ilə əlaqədar onların ailəsi (anası, üç qardaşı, bir bacısı) Şərurun Yengicə kəndinə köçür. Bəhmən uşaqların ən böyüyü olduğu üçün məcburi olaraq erkən əmək fəaliyyətinə başlayır. Eyni zamanda təhsilini davam etdirir. Yengicə kənd məktəbini bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Sonra Daşkənd Orta Asiya Dövlət Plan İnstitutunda təhsilini davam etdirir və 1934-cü ildə institutu bitirir. == Əmək fəaliyyəti == Bəhmən Axundov ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində çalışır. O, bir müddət SSRİ Ağır Sənaye Xalq Komissiyasının Mərkəzi aparatında, Qubkin adına Moskva Neft İnstitutunda çalışıb.
Bəhmən Gülbarnəjad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhmən Hacıyev
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi. == Həyatı == Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi.
Bəhmən Mirzə
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhmən Qubadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Bəhmən Quliyev
Bəhmən Quliyev (Quliyev Bəhmən Hidayət oğlu; d. 14 fevral 1969. Qırıxlı, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, Professor. İ.İ.Meçnikov adına Şimal‑Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru. == Həyatı == Quliyev Bəhmən Hidayət oğlu 1969-cu il fevralın 14-də Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıxlı kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi fərqlənmə ilə bitirib və təhsilini davam etdirmək üçün Leninqrada göndərilib. 1993-cü ildə İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universitetinin müalicə fakültəsini bitirib. O, 1993-1996-cı illərdə “urologiya” ixtisası üzrə internatura və klinik ordinaturada təhsil alıb. 1996-cı ildən Rusiyanın Şimal-Qərb bölgəsinin ən böyük stasionarlarından biri olan 2 saylı şəhər çoxprofilli xəstəxanasının urologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır. 2010-cu ildə bu şöbənin bazası əsasında Rusiyanın bütün regionlarının, eləcə də MDB ölkələrinin xəstələrinə yüksək ixtisaslı yardım göstərən Elmi-Praktik Urologiya Mərkəzi yaradılıb.
Bəhmən Vətənoğlu
Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) (31 dekabr 1932, Seyidlər, Kəlbəcər rayonu – 30 sentyabr 2004, Gəncə) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993). Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur.
Bəhmən Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhmən şəhəri
Bəhmən-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,484 nəfər və 1,604 ailədən ibarət idi.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov —DigərMehman (povest) — Süleyman Rəhimovun əsəri.
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930 - 23 iyun 2015) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.