beşxallı
beşikkərtmə
OBASTAN VİKİ
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Beşik nəğmələri
Beşik nəğmələri — folklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur. Nazlama və oxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatı tarixi. .
Beşikdağ kilsəsi
Beşikdağ kilsəsi və ya Vəngəsər kilsəsi — Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdağ dağında yerləşən VII əsrə aid alban kilsədir. Kilsə Şahbulaq qalasının tam üstündə yerləşir. Kilsə xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır. == Yerləşməsi == Ağdərədən Xankəndinə edən yolun sağ tərəfində, şimaldan cənuba doğru qozbel dağ uzanır. Bütün il ərzində onun səthi quru səhra bikiləri ilə örtülü olur. Bunun səbəbi ərazidə minimal miqdarda yağışların olmasıdır.
Beşikdüzü
Beşikdüzü (türk. Beşikdüzü) — Trabzon ilinin ilçəsi.
Beşikkərtmə
Beşikkərtmə və ya Göbəkkəsmə — El adəti ilə adaxlama. "Körpəlikdən qızla oğlanı nişanlamaq" anlamlı "beşikkərtmə" "Kitabi-Dədə Qorqud" (…Beyrəgin beşikkərtmə nişanlısı, adaxlusıydı) və müasir şivələrimiz baxımından səciyyəvidir.
Beşiktaş
Beşiktaş (türk. Beşiktaş) — İstanbul ilinin ilçəsi. Adını İstanbulun ən qədim səmtlərindən bir olan Beşiktaş səmtindən alır. 8,4 km uzunluğunda sahili olduğu Bosfor boğazının Rumeli tərəfində olan rayon qərbdən Şişli və Kağıtxana, cənub-qərbdə Bəyoğlu, şimalda Sarıyer ilçələri ilə həmsərhəddir. Ərazisi 11 km², əhalisi isə 2014 ADNKS məlumatlarına görə 188.793 nəfərdir. == Etimologiya == Beşiktaş tarix boyu bir çox adla anılmışdır. Bunun əsas səbəbi Osmanlı dövrünə qədər daimi yaşayış yeri xarakteri qazana bilməməsidir. Bu səbəbdən zaman içində müxtəlif hadisələrə, buradakı əhəmiyyətli tikililərə və ya abidələrə görə adlar almışdır. Müxtəlif tarixçilərin və Beşiktaşın sakinləri arasında geniş yayılan və yazılı mənbələrlə də dəstəklənən bir tezisə görə Beşiktaş adının əsli Beştaş sözündən gəlir; Xeyrəddin Barbarossa Paşanın gəmilərini bağlamaq üçün tikdirdiyi beş daş dirək ilə əlaqəlidir. Beşiktaşın adına münasibətin ən ciddi monitorinqi aparan akademik tarixçi Mehmet Cavid Dursun isə qədim mənbələrdə bu adın "Beşiktaşı" formasında keçdiyinə diqqəti çəkərək "Topqapısı"-nın "Topqapı"-ya çevrilməsi kimi "Beşiktaşı"-nın da xalq ağzında "Beşiktaş"-a çevrildiyini bildirmişdir.
Beşiktaş Elmi Cəmiyyəti
Beşiktaş Elmi Cəmiyyəti, XIX əsrin əvvəllərində Türkiyədə qurulmuş olan ilk xüsusi elm dərnəkdir. Dərnəyin başçısı İsmayıl Fərrux Əfəndi idi. Qurucu üzvləri isə dövrün salnaməçi professorlarından olan Şanizadə Ataullah Əfəndi, Kethüdazadə Arif Əfəndi və fars dili müəllimi Fəhim Süleyman Əfəndi idi. Dərnək üzvləri həftənin bir günü mütəmadi olaraq İsmayıl Fərrux Əfəndinin Ortaköydəki evində toplaşırdılar. Bu görüşlərdə mühazirələr və konfranslar verilirdi. Mələkpaşazade Əbdülqədir bəy dərnəyin rəhbərliyinə cavabdeh olduğu müddətdə Fərrux Əfəndi, Ataullah Əfəndi və Arif Əfəndi də elm və fəlsəfə ilə maraqlanırdılar. Dərnəyin xərcləri mühazirə və konfranslarda iştirak edən iştirakçılar tərəfindən ödənilirdi. Həftədə bir dəfə müxtəlif ədəbi müsabiqələr keçirilirdi. Dərnək tərəfindən Nevadir ül-âsar adlı şeir antologiyası dərnək tərəfindən nəşr olunmuşdur. Dərnəyin bağlanması isə II Mahmudun dövründə Yeniçəri korpusunun ləğvi və Bektaşi lojalarının bağlanması ilə sinxronizasiya edildi və dərnək rəhbərləri sürgünə göndərildi.
Beşiktaş Gimnastika Klubu
Beşiktaş Gimnastik Klubu (tr. Beşiktaş Jimnastik Kulübü) 1903-cü ilin Mart ayında İstanbulda təsis edilən idman klubudur. Beşiktaş Bərəkət Gimnastika klubu adıyla qurulan komanda, 26 Yanvar 1911 tarixində quruluşu təsis edilən klub Beşiktaş Osmanlı Gimnastika Klubu adı ilə təsdiqlənmişdir. Klub, futbol (kişilər və qadınlar), basketbol (kişilər və qadınlar), voleybol (kişilər və qadınlar) və həndbol növlərində əsas liqada, gimnastika, əlillər, boks, bric, güləş, yüngül atletika, avarçəkmə, stolüstü tennis və şahmat növlərində iştirak edir. Beşiktaş klubu emblemində Türkiyə bayrağını daşıyan ilk idman klubudur. Bundan əlavə futbol şöbəsində formasında ulduz daşıyan və beşdən çox çempionluğu olan 4 klubdan biridir. == Tarixi == 1902-ci ildə 22 nəfərdən ibarət olan qrup, o dövrdə Mədinə mühafizəsi adını daşıyan Şhaplı Osman Fərid paşa Beşiktaş rayonunu Sərəncəbəy bölgəsindəki evinin həyətində həftənin müəyyən günlərində görüşüb gimnastika ilə məşğul olardılar. O dövrdə toplanma azadlığı olmadığına görə bir gün bu qrup kəşfiyyat idarəsinin hücumu ilə polisə aparılmışdılar. Ancaq sonralar II Əbdülhəmidin yavəri və bəzi saray əməkdaşları padşahı sağlamlığa xeyirli işlər gördüklərini və dinən haram qəbul edilən və qadağan edilən futbol ilə məşğul olmadıqlarına inandıraraq bu qrupu gimnastika ilə məşğul olmağa icazə vermişdilər. Buna görə daha sonra adlarını Osmanlı Beşiktaş Bədən Tərbiyəsi Məktəbi olaraq dəyişdirmişdilər.
Beşiktaş PFK
Beşiktaş Peşəkar Futbol Klubu (türk. Beşiktaş Profesyonel Futbol Takımı) — Türkiyənin İstanbul şəhərini təmsil edən futbol klubudur. Türkiyə Super Liqasında mübarizə aparır. 3 mart 1903-cü ildə Beşiktaş Gimnastika Klubunun nəznində təsis edilib. 2013-cü ilə qədər öz ev oyunlarını Beşiktaş İnönü Stadionunda keçirirdi. 2016-cı ilin aprel 11-dən bəri oyunlarını artıq yeni tikilmiş Vodafone Parkda keçirməyə başladı. Yeni stadionun tikildiyi müddətdə isə ev oyunlarını Atatürk Olimpiya Stadionu, Başakşehir Fatih Terim Stadionu və Osmanlı Stadionunda oynayırdı.Beşiktaş klubunun ən yaxşı oyunçusu Azərbaycan vətəndaşı olan Faiq Məmmədovdur. Faiq Məmmədovun statiskaları beşiktaş klubunun ən yaxşı statiskasıdır. Beşiktaş 16 dəfə Türkiyə Super Liqası, 10 dəfə Türkiyə Kuboku və 9 dəfə Türkiyə Super Kubokunun Çempionu olub. Beşiktaş 1986/1987 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər irəlləyə bilmişdi.
Beşiktaş QVK
Beşiktaş Qadın Voleybol Komandası — 1961-ci ildə yaradılmış və günümüzə qədər də fəaliyyətini davam etdirir. Komanda Türkiyənin ən böyük üç idman klubundan biri olan Beşiktaş Gimnastika İdman Klubunun qızlar üçün voleybol şöbəsidir. Komanda hal-hazırda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır. == Tarixi == Beşiktaş 1961-ci ildə yaradılarkən klub rəhbərləri elə də böyük komanda yaratmaq istəməmişlər. Məqsəd hər idman növündə əzəli rəqibləri olan Fənərbaxça və Qalatasarayın hegomonluğuna son qoymaq idi. Beşiktaş yarandığı ildən etibarən dörd il müddətində Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi Qalatasaray olmuşdu. Nəhayət 1965-ci ildə Beşiktaş əzəli rəqibinin önündə birinci yeri tutdu və tarixindəki hələ ki, yeganə olan çempionluğunu yaşadı. (kişilər daxil) 1970-ci illərdə ləğv edilən komanda uzun müddət voleybola geri qayıtmadı. Nəhayət 1986-cı ildə komanda yenidən bərpa edildi.
Beşiktaş terror hücumu (2016)
Beşiktaş terror hücumu (türk. Beşiktaş saldırıları) - Türkiyənin İstanbul şəhərindəki Beşiktaş səmtində 2016-cı ilin 10 dekabr tarixində yerli vaxtla saat 22:29 iradələrində gercəkləşdirilmiş silsilə terror hücumları. Terror hücumları Beşiktaş səmtinin iki bölgəsində; Beşiktaş PFK-nin stadionu olan Vodafone Arena və Maçka Demokratiya Parkının yaxınlığında kamikadzelərin özlərini partlatması nəticəsində törədilmişdir. Terror hücumu nəticəsində 38 nəfər həlak olmuş və 166 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 38 nəfərdən 30 nəfəri polis əməkdaşı, 1 nəfəri dinc sakin olduğu müəyyənləşdirilib. Hadisələrin səhərisi gün 11 dekabr tarixində Türkiyədə bir günlük milli matəm elan edilərək, dövlət bayraqları yarıya qədər aşağı salınmışdır. 2016-cı il Beşiktaş terror hücumuna görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsədə, Türkiyə hökuməti hadisəni törədilməsində İraq Şam İslam Dövlətinin və ya Kürdüstan Fəhlə Partiyasının əli ola biləcəyini ehtimal edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbul şəhərinin Beşiktaş səmtində baş vermiş terror hücumu ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. == Arxa plan == Türkiyədə Kürd məsələsinin həllinin müzakirələri sürətləndikdən sonra Kürdüstan Azadlıq Şahinləri (TAK) Türkiyə daxilində həyata keçirdiyi terror aktlarını ara verdiyini açıqladı. 2015-ci ilin iyun ayında (türk.
Beşiktaş İnönü Stadionu
Beşiktaş İnönü Stadionu - Türkiyənin "Beşiktaş" klubunun ev oyunlarını oynadığı stadion. Tutumu 32 min nəfərdir. Memarları Şinasi Şahingiray, Vietti Violi, və Fazıl Aysudur. Əvvəlki adları Mithatpaşa, Dolmabahçe olub. Stadionun adı ilk Türkiyənin baş naziri İsmət İnönünün adı ilə bağlıdır. Stadionun son təmiri 2004-ci ildə aparılmışdır.
İsmayıl Beşikçi
İsmayıl Beşikçi (türk. İsmail Beşikçi; 1939, İskilip, Çorum ili) — Türkiyə sosioloqu, filosofu və yazıçısə. O, PEN-in fəxri üzvüdür. Beşikçi Yaxın Şərqin kürd əhalisi haqqında yazılarından irəli gələn təbliğat ittihamı ilə 17 il həbs cəzası çəkmişdir. Beşikçi Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində təhsil almışdır və 1962-ci ildə oranı bitirmişdir. Əsgərlikdən sonra Ərzurumda Atatürk Universitetində dosent vəzifəsində çalışmışdır. O, ilk antropoloji tədqiqatını, sonuncu köçəri kürd tayfalarından biri olan Əlikan haqqında araşdırmanı burada hazırlamış və 1967-ci ildə Ankara Siyasi Elmlər Fakültəsinə təqdim etmişdir. Kürdlərlə ikinci dəfə hərbi xidməti zamanı Bitlis və Hakkaridə qarşılaşmışdır. O, ilk dəfə köçəri Əlikan tayfasının qışdan yay çəmənliklərinə və geriyə köç edərkən Bitlisdən keçdiyini görmüşdü Beşikçi 100 ildən çox müddətə həbs cəzası almış, lakin 1999-cu ildə həbsdən azad edilmişdir. O, 2011-ci ilin martında 15 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Mkrtiç Beşiktaşlyan
Mkrtiç Beşiktaşliyan (erm. Մկրտիչ Պէշիկթաշլեան; 18 avqust 1828 – 29 noyabr 1868, Konstantinopol, Osmanlı imperiyası) — Konstantinopoldan olan Osmanlı erməni şairi, dramaturqu və pedaqoqu. Erməni ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri hesab edilir. Onun yaradıcılığı sonrakı erməni müəllifləri üzərində böyük təsir göstərmişdir.
Beşiktaş Park
Beşiktaş Park yada sponsorluq adı ilə Tüpraş Stadionu, 2013 İyununda Beşiktaş İnönü Stadionunun sökülməsi ilə yerinə Beşiktaş İnşaat Yatırım A.Ş. tərəfindən tikilməkdə olan futbol stadionu. 2014-cü ildə mobil operator Vodafone ilə bağlanan müqavilə ilə Vodafone 15 illiyinə stadionun adına sponsor oldu. Azarkeşlər tərəfindən göndərilən məktubları stadionun bünövrəsinə qataraq "Təməlində sevgi var" şüarını başlatmışdır.Stadionun damı 12 Noyabrda yüksəldilmişdir.Avropada bir çox klubun istifadə etdiyi hibrid qazon Tüpraş Stadionunda tətbiq edilir. 2023-cü ildən adı Tüpraş Stadionudur. == Tarix == İlk dəfə 23 Fevral 2004 tarixində gündəmə gələn lakin lazımi icazələrin çıxmaması səbəbi ilə təxirə salınan layihənin inşaat müddəti rəsmi olaraq 17 Yanvar 2013 tarixində başlamışdır. Türk Telekom Stadionu və Timsah Park ilə Türkiyənin C90görüş bucağına sahib stadionlarından biri olaraq hazırlanan yeni İnönü stadionunda 147 qapalı loja,4500 VIP tribuna və 162 əlil oturacağı olacaq.İki qat formada hazırlanacaq stadionun birinci qatı 26°,ikinci qatı isə 38° olacaq. == Mövqeyi == Vodafone Park İnönü İdman Kompleksi,1947 ilində inşa edilən indiki İnönü stadionunun olduğu sahəyə inşa edilir.
Beşiktaş tərsanəsi
Beşiktaş tərsanəsi və ya Beşiktaş Gəmiqayırma Zavodu — Türkiyənin Yalova vilayətinin Altınova rayonunda tərsanə. 2007-ci ildə təsis edilmişdir.

Digər lüğətlərdə