boz-qonur
bozaçalan
OBASTAN VİKİ
Boza
Boza — Mərkəzi Asiya mənşəli darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Mərkəzi Asiya, Balkanlar, Türkiyə, Qafqaz və Şimali Afrikada hazırlanır. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Boza ən qədim türk mənşəli içkilərdəndir.:77:46 Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Aşıq Hüseyn Bozalqanlı
Hüseyn Məşədi Cəfərqulu oğlu (1868 və ya 1875, Bozalqanlı – 13 noyabr 1941, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == == Xatirəsi == Tovuz rayonunda yerləşən Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi Hüseyn Bozalqanlının adını daşıyır və muzeydə onun büstü yerləşir. == Kitabları == Aşıq Hüseyn Bozalqanlı. Seçilmiş əsərləri. II cilddə, 1-ci c., Bakı: Vətən, 2015, 316 s. == Mənbə == Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh.207–213. Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam".
Bozabdal
Bozabdal, Bzovdal, Bzobdal, Bzovdərə — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Kirovakan şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sol sahilində, Bozabdal dağının ətəyində yerləşir. Erməni mənbələrində Bzovdal, Qafqazın 5 verstlik xəritəsində Bzobdal, Bzovdərə kimi qeyd edilmişdir. Toponim türk mənşəli boz və abdal etnonimlərinin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bazum qoyulmuşdur.
Bozagil
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Bozalaq
Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir. == Mənşəyi və yayılması == Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Bozalqanlı
Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır. == Tarixi == Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Bozaqgülü
Bozaqgülü (lat. Phlomis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Bioloji xüsusiyyətləri == Bütöv lanset və oval yarpaqlı, ziqomorflu çiçəkli çoxillik bitki. Çiçəkləri gövdənin yuxarı hissəsində yerləşir. Yayın ortasında çiçəkləyir. Avropa, Asiya və Afrikada çöl,dağ ətəyi və çəmənliklərdə bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Anemitis Raf. Beloakon Raf. Blephiloma Raf. Hersilia Raf.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Flomosia phlomoides (L.) Raf. Thapsus phlomoides (L.) Opiz Verbascum saxatile Salisb. Verbascum thapsiforme subsp. phlomoides (L.) Corb.
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Bozarqanlı
Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır. == Tarixi == Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Bozavand
Bozavand — Azərbaycan Respublikasının Ağsu rayonunun Bozavand kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağsu çayının sahilindən 2 km. aralı, Şirvan düzündədir. Yaşayış məntəqəsinin adı XIX əsrdə Şamaxı rayonu ərazisindəki Pir İsfahan dağında yaşamış 64 ailədən ibarət bozavənd, tayfasının adı ilə bağlıdır. İsmayıllı rayonunım Mollaisaqlı kəndi ilə Goyçay çayı arasında Bozavənd meşəsi adlı yer də vardır. == Din == Kənddə Bozavand kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəlikyarpaq bozalaq
Dəlikyarpaq bozalaq (lat. Lepidium perfoliatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü.
Enliyarpaq bozalaq
Enliyarpaq bozalaq (lat. Lepidium latifolium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Cardaria latifolia (L.) Spach Crucifera latifolia (L.) E.H.L.Krause Lepidium dioscorides Bubani Lepidium latifolium subsp. affine (Ledeb.) Kitag. Lepidium latifolium var. affine (Ledeb.) C.A. Mey. Lepidium latifolium var. latifolium latifolium Lepidium latifolium var. mongolicum Franch. Lepidium latifolium subsp.
Nazim Aslan Bozalqanlı
Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir. İngilis və rus dillərini bilir. Evlidir, bir qızı var. 1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020-ci ildən isə "Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir. Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.
Qafqaz bozaqgülü
Phlomis orientalis (lat. Phlomis orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Tikanlı bozaqgülü
Tikanlı bozaqgülü (lat. Phlomis herba-venti subsp. pungens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. Çoxillik, hündürlüyü 30-60 sm, sıx ulduzvari tüklü bitkidir. Yarpaqları saplaqlı, aşağıdakılar uzunsov lansetvari, dilimli, gövdə yarpaqları nazik lansetvari, qıraqları xırda mişarvaridilimli, üstdən çılpaq və ya seyrək tüklü, altdan boz, qısa və sıx ulduzvari tüklüdür. Çiçəkləri kəsik-kəsik 4-6 çiçəkli köbələrdə toplanmışdır, kasacığı boruvari, bizvari, qeyri-bərabər uzun əyilmiş dişcikli, sıx boz tüklüdür. Tacı 15-20 mm uzunluqda, bənövşəyi və ya çəhrayıdır. Toxumları 5 mm uzunluqda, uzunsov, çılpaq qara-qonur rəngdədir. BQ şərqi, BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustanın rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Kolluqlarda, quru, daşlı və gilli yamaclarda, qayalarda, bağlarda, quru çay vadilərində bitir.
Toyuq bozartması
Toğrul Bozan
Toğrul Bozan (ö. 1052), 1052-ci ildə təxmini 40–57 gün Qəznəvi taxtını ələ keçirən qulam əsilli sərkərdə və Qəznəvi sultanı. Əvvəlki Qəznəvi hökmdarı Sultan Əbdürrəşidin ordu başçısı təyin etdiyi Tuğrul Bozanın vəzifəsi Səlcuqluların qarşısını almaq idi. Toğrul Bozan, 1051-ci ildə Selçuqluları məğlup edərək Sistanı ələ keçirsə də, Səlcuqların sığındığı Tak qalasını tuta bilmədi. Səlcuqlulara qarşı dövlət mövqeyini gücləndirən komandir, taxta göz dikməyə başladı. 10 noyabr 1051-ci ildə Qəznəyə doğru yürüşə başlayan Toğrul Bozan, 1052-ci ilin əvvəllərində Sultan Əbdürrəşid və on bir şahzadəyi öldürərək taxtı ələ keçirdi. Bu qətliamdan yalnız 3 şahzadə (Fərruxzad, İbrahim və Şüca) qurtula bildi. Qəznəvi Sultan Məsudun qulamlarından birinin Toğrul Bozanı xəncərlə öldürməsi nəticəsində 3 şahzadə də azad oldu. Toğrulun başı, Qəznə küçələrində gəzdirildi və beləliklə xalq, onun öldüyünə inanmış oldu. Bundan sonra Qəznəvi sərkərdələri bir araya gəldilər və sultanlıq üçün şahzadə Fərruxzadı seçdilər.
Vəzəri-bozalaq
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Lənkəran bozaqgülü
Lənkəran bozaqgülü (lat. Phlomis herba-venti subsp. lenkoranica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinin phlomis herba-venti növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Əli Bozan
Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. 2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. 2 uşaq atasıdır.
Hüseyn Bozalqanlı
Hüseyn Məşədi Cəfərqulu oğlu (1868 və ya 1875, Bozalqanlı – 13 noyabr 1941, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == == Xatirəsi == Tovuz rayonunda yerləşən Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi Hüseyn Bozalqanlının adını daşıyır və muzeydə onun büstü yerləşir. == Kitabları == Aşıq Hüseyn Bozalqanlı. Seçilmiş əsərləri. II cilddə, 1-ci c., Bakı: Vətən, 2015, 316 s. == Mənbə == Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh.207–213. Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam".
Bozalan (Cizrə)
Bozalan — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Bəhmur və ya Behmor kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.

Digər lüğətlərdə