Bozagil

Bozdağ (Bozağıl)Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır.[1]

Bozdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1182,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Geomorfologiyası

[redaktə | mənbəni redaktə et]

Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ maili sinklinal qırışığının nüvə hissəsində yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-qərb və şimal-şərqə yönəlmiş fay qırılmaları izlənilir.[2]

Bozağıl dağı – Şərur rayonu ərazisində Bozdağın yerli əhali arasında işlədilən başqa adı.

  1. B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta-Rress, 2002
  2. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]