cırrıt 2021
cırtacırt 2021
OBASTAN VİKİ
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Cırtdan-"Pəhləvan" (1981)
Cırtdan-"pəhləvan" (film, 1981)
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova Klara Rumyanova — Cırtdan Stanislav Fedosov Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan-"pəhləvan" (film, 1983)
Cırtdan-"pəhləvan": ikinci film və ya Cırtdan və div (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdan cizgi filmi (1969) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan (1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
Cırtdan (film, 1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Cırtdan Afrika gürzəsi
Cırtdan Afrika gürzəsi (lat. Bitis peringueyi) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqların 20–25 sm arasında dəyişir. Maksimal uzunluqları isə 32 sm-dir. Dişilər erkəklərdən həm iri həmdə uzun olur. Başları enli və hamar olur. Bədənləri isə olduqca kökdür. Göz ətrafında pulcuq yoxdur. Rəngi boz və qəhvəyi-sarıdır. Quyruqlarının sonucu adətən qara olur.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvus Cırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Cırtdan TV
Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır. 2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur. 2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.
Cırtdan ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Cırtdan ağdiş
Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür. Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır. Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.
Cırtdan balinalar
Cırtdan balinalar – Balinakimilər dəstəsinin Dişli balinalar alt dəstəsinə aid olan bir fəsilədir.
Cırtdan camış
Cırtdan camış, Anoa, Düzənlik cırtdan camışı (lat. Bubalus depressicornis) — Boşbuynuzlular fəsiləsinin meşə antilopları cinsinə aid növ.
Cırtdan donuz
Cırtdan donuz (lat. Porcula salvania) - donuzlar fəsiləsinə aid növ. Ən kiçik donuz növüdür. Nəsli kəsilməkdə olan növlərə daxildir. Cırtdan donuzların bədən uzunluğu yalnız 45-50 sm, hündürlüyü 20-25 sm, çəkisi 3-4,5, nadir hallarda 5,5 kq-a qədər artır.Bu donuzlar kəllə strukturunda dramatik şəkildə fərqlənir. Qadınlarda digər növlərdə olduğu kimi 6 cüt deyil, 3 cüt nipples var. Buna görə də, cücə donuzları bəzən xüsusi bir növ Porcula olaraq adlandırılır.Dərisinin boz-qəhvəyi rənglərlə boyanmış, yanaqlarında ağqitrək çilləri var.Himalayaların, Nepal, Butan və Şimal-Qərb Assamın ətəyində və cənub yamaclarında yayılmışdır. Brahmaputra vadisinin meşələrinə yayılmışlar.Çox gizli, gecə həyatı sürür.Erkəyi daim qadınlardan və gənclərdən ibarət sürüdə yaşayır və onların sürüsünü düşmənlərdən qorumaqla qoruya bilər, hətta bir insanda kəskin hiyləgər şəkildə hücum edir.
Cırtdan dövlətlər
Cırtdan dövlətlər- Ərazisi min kvadrat kilometrdən kiçik olan dövlətlərə Cırtdan dövlətlər deyilir. Belə dövlətlərə həm materik daxilində, həm də adalarda rast gəlinir. Cırtdan dövlətlərin əsas hissəsi çox qədimdən Avropa qitəsində yerləşdiyi halda, bir çoxu da sonralar dünyanın müxtəlif qitələrində, İkinci Dünya Müharibəsindən sonra istiqlaliyyət qazanmış keşmiş müstəmləkələrdir. Cırtdan olmalarına baxmayaraq, bu ölkələrin bəzilərinin dünyanın siyasi və iqtisadi həyatında böyük rolu vardır. Malta, Sinqapur, Qrenada, Maldiv kimi Cırtdan dövlətlərin yerləşdiyi ərazilər hərbi-strateji cəhətdən cox əlverişli hesab olunur. Vatikan kimi cırtdan dövlət dünyanın bir çox rayonlarında öz kapitalına malikdir və bir çox ölkəlrinə siyasətinə təsir göstərir. Cırtdan dövlətlərin 6-sı Avropada, 2-si Afrikada, 3-ü Asiyada, 7-si Amerikada, 4-ü Avstraliyada və Okeaniyada yerləşir. Bunlardan ərazicə ən böyüyü San-Tome və Prinsipi, ən kiçiyi isə Vatikandır. Əhalisinin sayına görə isə ən böyüyü Sinqapur, ən kiçiyi isə yenə də Vatikandır. Avropada Andorra Vatikan Lixtenşteyn Malta Monako San-Marino Asiyada Bəhreyn Maldiv Sinqapur Afrikada San-Tome və Prinsipi Seyşel adaları Amerikada Antiqua və Barbuda Barbados Qrenada Dominika Sent-Vinsent və Qrenadin Sent-Lüsiya Sent-Kits və Nevis Avstraliya və Okeaniyada Kiribati Nauru Tonqa Tuvalu Cırtdan döpvlətlərin əksəriyyəti respublika quruluşuna malikdir.
Cırtdan lamantin
Cırtdan lamantin (Trichechus "pygmaeus") — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir. Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır.
Cırtdan lemurlar
Cırtdan lemurlar (lat. Cheirogaleidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Cırtdan planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Cırtdan qartalça
Cırtdan qartalça (lat. Hieraaetus pennatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartalça cinsinə aid heyvan növü. Təhlükə altında olan və sayı azalan quş növüdür. Ən kiçik qartaldır. Ümumi rəngi qəhvəyi-qonur, quyruğu nisbətən açıq, çalma lələkləri isə tünd rənglidir. Səsi zəif, amma bərkdir (“yuq-yuq-yuq”). Arealı genişdir: Avropa, Asiya, Afrika, Avstraliya, Azərbaycanda aranda və dağda yayılıb. Yaşayış yeri və həyat tərzi: Açıq sahə ilə növbələşən seyrək meşələrdə və hündür ağac olan köhnə bağlarda yaşayır. Azərbaycana reproduksiya üçün gəlir (apreldən oktyabra qədər olur). Yalnız ağacda yuva tikir və ya başqa quşların yuvasını zəbt edir.
Cırtdan qarışqayeyən
Kiçik qarışqayeyən (lat. Cyclopes didactylus) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin cyclopedidae fəsiləsinin kiçik qarışqayeyən cinsinə aid heyvan növü.
Cırtdan qatil balina
Cırtdan qatil balina, və ya fereza (lat. Feresa attenuata) — Məməlilərin nadir növüdür. Delfinlər fəsiləsinə aiddir. Cırtdan qatil balinanın başı elədə böyük deyildir. Bel üzgəcləri üçkünc olub 20–30 sm hündürlüyə malikdir. Ağzı kiçik ölçülərə malik olur. Rəngi qara rəngdə olsa da boğaz nahiyəsində parlaq ağ ləkə vardır.
Cırtdan qızılquş
Cırtdan qızılquş (lat. Microhierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Cırtdan siçan
Cırtdan siçan (lat. Micromys minutus) — gəmiricilər dəstəsindən məməli heyvan növü. Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur. Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir.
Haumea (cırtdan planet)
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.

Digər lüğətlərdə