Cəngi (rəqs)
Cəngi rəqsi - Azərbaycan milli rəqsi.
== Etimologiyası ==
Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir.
Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.
== Tarixçə ==
"Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.