CARULLA
CAVADXAN
OBASTAN VİKİ
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Cavad (Sabirabad)
Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi. == Cavad şəhəri == Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606–1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər.
Cavad Abdinov
Cavad Şahvələd oğlu Abdinov (5 yanvar 1940, Behrud, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), həqiqi üzvü (akademik) (2014). == Həyatı == Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H. Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C. Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb. Elmi məqalələrin sayı-283 Beynəlxalq konfranslarda iştirakının sayı-50-dən çox Xaricdə çıxmış elmi əsərlərinin sayı-200-ə yaxın İxtiraların sayı-29 Kadr hazırlığı- 26 fəlsəfə doktoru, 4 elmlər doktoru == Əsas elmi nailiyyətləri == Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini — yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C. Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır.
Cavad Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı “Təsnim” adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun “Nəhcül-bəlağə”yə yazdığı “Səluni qəblə ən təfquduni” adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan “Hikməti-mütəaliyə” əsərinə yazdığı “Rəhiqi-Məxtum” adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Cavad Axundzadə
Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933), Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) Azərbaycan Respublikasının rəsmi dövlət himninin sözlərinin müəllifi böyük şairimiz Əhməd Cavaddır. Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Usaqlig == === Həyatının ilk illəri və təhsili === Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.
Cavad qəzası
Cavad qəzası (rus. Джеватский уезд) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 1916-cı ilə qədər Cavad, bu ildən isə Salyan şəhəri idi. Rus çarı II Aleksandrın (1855–81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən, təşkil edilmişdi. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. 1920-ci ildə Cavad qəzası Azərbaycan SSR-in tərkibinə daxil olmuş və Salyan adlandırılmışdır. 1929-cu ildə ləğv edildi. Salyan qəzasını VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə eyni inzibati ərazi çərçivəsində Muğan mahalı əvəz etmişdir. Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv.
Cavad xan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar. Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur.
Cavad Ağayev
Cavad Ağayev (15 yanvar 2002, Xırdalan) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Cavad Ağayev 2002-ci il yanvarın 15-də Xırdalan şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Samir Aydınlıdır. == Karyerası == Cavad Ağayev 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Cavad Ağayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cavad Ağayev 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz üstün oldu və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.
Cavad Babayev
Cavad Gülverdi oğlu Babayev — — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub.2005–2016-cı illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. Tikinti şirkətlərindən birində işləyib. == Hərbi xidməti == 2017–2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər,Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.11 noyabr 2020-ci ildə Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra). (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra). (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra). (24.06.2021) — "Cəsur döyüşçü"medalı (ölümündən sonra). == İstinadlar == http://masalli-ih.gov.az/news/3294.html.
Cavad Cahangirzadə
Cavad Cahangirzadə (11 avqust 1966, Urmiya) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən) == Həyatı == 2016-cı ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Cavad Cavadlı
Cavad Ələsgər oğlu Cavadov (12 aprel 1926, Dəmirçi – 22 iyun 2015, Bakı) — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist == Həyatı == Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur». Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub.
Cavad Cavadov
Cavad Mirhüseyn oğlu Cavadov 2 dekabr 1925 – 2006, Bakı — Azərbaycanın fiziki, alim. == Həyatı == Cavad Cavadov 1925-ci il 2 dekabrda anadan olmuşdur. 1943-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş Vətən müharibəsi iştirakçısı kimi müxtəlif orden və medallarla təltif olunmuşdur. 1946 ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fizika –Riyaziyyat" fakultəsiniə daxil olmuşdur. 1951 ci ildən riyaziyyat müəllimi və dərs hissə müdiri vəzifəsində çalışmışdır. 1953-ci ildən Azərbaycan Politexnik İnstitutunda müəllim daha sonra baş müəllim vəzifəsində çalışmışdır. 1960 ci ildə təhsilini davam etmək üçün Moskva şəhərində Bauman adına ali Texniki İnstitutun aspirantura mərhələsinə daxil olmuşdur. 1963 cü ildə "Metallar Fizikası" mövzusunda dissertasiya müdafiə edərək "texnika elmləri namizədi" alimlik dərəcəsi almışdlr. 1964 cü ildə Bakıya qayıdıb Neft və Kimya İnstitutunda " Metallar kafedrasında" baş müəllim 1968 ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O illərdə II cildlik "Metallar Fizikası" adlı dərsliyini çap etdirmişdir.
Cavad Derəxti
Cavad Derəxti — Dünya Azərbaycanlıları Konqresinin sədri. == Həyatı == Cavad Derəxti 1951-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Ankara Hacıtepe Universitetinin Mikrobiologiya fakültəsini bitirib. 1987-ci ildə İsvecə mühacirət edib. Hazırda Cənubi İsvecin meşə təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı kimi çalışır. İsvec Sosial Demokrat Partiyasının uzvudur. 1988-ci ildə İsvecdə yaradılan ilk diaspor təşkilatlarından biri olan "Araz" cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olub və DAK-ın III, IV, V, VI, VII, VIII qurultaylarında Dunya Azərbaycanlıları Konqresinin sədri seçilib. Cavad Deraxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dunya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər gorub, Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların diqqətinə catdırılmasında geniş fəaliyyət gostərib. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Cavad Fakuri
Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri. == Əmək Fəaliyyəti == Cavad Fakuri: 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub; 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb; Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib; 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub. Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq, Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib. C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb. Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur.
Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır. == Həyatı == Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir. O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Cavad Hüseynov
Cavad Hüseynov (16 sentyabr 1998, Çayrud, Lerik rayonu – 17 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Cavad Cavid oğlu Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində "Biznesin idarə edilməsi" fakültəsində oxuyub. Subay idi. == Hərbi xidməti == Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavad Həkimli
Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 1918 – 27 fevral 2006, Bakı) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. == Həyatı == Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. 1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub. 1941–42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb. Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
Cavad Karahasan
Cavad Karahasan (bosn. Dževad Karahasan, 25 yanvar 1953[…], Tomislavqrad[d], Bosniya və Herseqovina Federasiyası – 19 may 2023, Qras) — Bosniya yazıçısı. == Tərcümeyi-hal və yaradıcılıq == Sarayevoda universitetdə oxuyub, Zaqrebdə Miroslav Krlezinin yaradıcılığı haqqında dissertasiya müdafiə edib. Saraybosna Universitetində dram dərsləri verimişdir. 1993-cü ildə isə mühasirəyə alınan şəhərdən Zalsburqa köçür. 1995-ci ildən etibarən Avstriya Musiqi və Teatr Cəmiyyəti ARBOS ilə əməkdaşlıq edir . Karahasanın pyesləri Avstriya, Almaniya, Bosniya və Herseqovina, Çexiya, Ukrayna, ABŞ, Sinqapur və s. ölkələrin teatrlarında səhnəyə qoyulmuşdur. Kitabları bir çox Avropa dillərinə tərcümə edilmişdir. == Nəşrlər == Kazalište i kritika (1980) Kraljevske əfsanəsi (1980) Kralju ipak ne sviđa se gluma (1983, dram) Strašno je vani (1984, dram) O jeziku i strahu (1987) Model u dramaturgiji (1988) İstočni diwan / Oriental divan (1989, roman) Misionari (1989, oynayır) Stidna žitija (1989, roman) Stid nedjeljom (1991) Kuća za umorne (1993) Dnevnik selidbe (1993) Šahrijarov prsten / Şəhriyarın üzüyü (1996, roman) Sara i Serafina (1999) Knjiga vrtova / Bahçeler Kitabı (2002, inşa) Noćno vijeće (2005) İzvjestaji iz tamnog vilajeta (2007) == Əlaqədar nəşrlər == Sabrana djela (2007) == Tanınması == Esseistikasına görə Şarl Beyonna Avropa mükafatı Avropa Charles Veyonne Məqalələr Mükafatı (1994), siyasi kitabına görə Bruno Krayski mükafatı ((1995), Herder Mükafatı (1999), Avropada anlaşılmaya görə leypsik kitab mükafatı (2004), Vlenitsa mükafatı (2010), Höte medalı (2012), Höte Mükafatı (2020) və s.
Cavad Mircavadov
Cavad Mirhaşım oğlu Mircavadov (19 yanvar 1923, Bakı – 24 iyun 1992, Tiraspol) — azərbaycanlı rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1988). Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır. Hal-hazırda Cavad Mircavadovun 17 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb. == Həyatı == C. Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir.
Cavad Məmmədov
Cavad Səfiyar oğlu Məmmədov (25 may 1980, Göyçə gölü hövzəsi[d] – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının baş leytenantı. == Həyatı == Cavad Məmmədov 25 may 1980-ci ildə Göyçə mahalında doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, ikinci təhsilini isə Gəncə Dövlət Universitetində almışdır. İsmayıllı rayonunda 3 il kimya və biologiya müəllimi işləyib. 2007-ci ildən Gəncə şəhərinə köçmüşdür. == Hərbi xidməti == 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdu. 2020-ci ildə ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmışdır. Baş leytenant 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Cavad Nurbəxş
Cavad Nurbəxş (fars. جواد نوربخش‎, ing. Javad Nurbakhsh); (10 dekabr 1926 — 10 oktyabr 2008) — 1953-cü ildən 2008-ci ilədək Nemətullahiyyə təriqətinin Qütbü və ya Piri, görkəmli sufi şairi və mütəfəkkiri, təsəvvüf barəsində 30-dan artıq kitabın müəllifi. == Həyatı == Cavad Nurbəxş 1926-cı ildə İranın Kirman şəhərində anadan olub. O, Tehran universitetinin tibb fakultəsini bitirərək, 1952-ci ildə həkimlik diplomu almış, 1962-ci ildə Parisin Sorbonna universitetinin aspiranturasına dəvət olunmuşdur. Sonradan o, Tehrana qayıdır və orada öz təhsilini psixiatriya üzrə bitirir. Doktor Cavad Nurbəxş 1977-ci ilədək Tehran universitetinin professoru olmuş və psixiatriya bölməsinə başçılıq etmişdir. 1978-ci ildə o İranı tərk edərək İngiltərəyə köçmüşdür. Akademik fəaliyyətindən başqa, doktor Cavad Nurbəxş görkəmli sufi Ustadı, şair və mütəfəkkir olmuşdur. O, 16 yaşında Nemətullahi təriqətində müşərrəf olunmuş, 20 yaşında isə şeyx məqamına layiq görülmüşdür.
Cavad xanlığı
Cavad xanlığı (az-əbcəd. جواد خان‌لیغی‎, fars. خانات جاواد‎) — bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Kür-Araz qovşağının sağ və sol sahilində yerləşirdi. Xanlıq qərbdən Qarabağ və Qaradağ xanlığı, şərqdən Şirvan xanlığı və Salyan sultanlığı, cənubdan Talış xanlığı ilə həmsərhəd idi. Xanlığın əsas hissəsi Muğan ərazisində olduğuna görə tarixi sənədlərdə Muğan xanlığı da adlanmışdır. Xanlığın iqamətgahı Cavad qalası, ikinci iqamətgahı isə xan ailəsi qəsrinin olduğu və Muğan mahalının mərkəzi olan Qalaqayın idi. Tərkibində Muğan mahalından başqa Rudbar mahalı da vardı. == Coğrafi ərazisi == Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".
Cavad İbadov
Cavad Cabir oğlu İbadov (10 dekabr 1996, Masallı – 16 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavad İbadov 1996-cı il dekabrın 10-da Masallı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cavad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavad İbadov oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavad İsmayılov
Cavad İsmayılov və ya Cavad İsmayılzadə (tam adı: Cavad Yunis oğlu İsmayılov; 9 may 1962, Bakı, Azərbaycan SSR, SSRİ – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1962-ci ilin 9 may tarixində Bakı şəhərində anadan olmuşdur. Bakı şüşə zavodunda fəhlə işləmişdir. Ailəli olmuş, Qanlı Yanvar faciəsindən sonra iki qız övladı yadigar qalmışdır. Cavad İsmayılov Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin qohumudur. Müşfiq Cavadın atası şair Dağlı Yunisin əmisi oğludur. Cavad Qəmli təxəllüsü ilə şeirlər yazmışdır. == Qanlı Yanvar faciəsi == Anası Əzizə İsmayılovanın dediklərindən: Yanvarın 22-də gecə Cavadın üzərində yenidən cərrahiyyə əməliyyatı aparılmış, lakin o, səhər saat 8-də vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, Tbilisi prospekti, ev 56, mənzil 9.
Cavad Əlizadə
Cavad Əlizadə- peşəkar karikaturaçı, ən yaxşı siyasətçilər, komik aktyorlar və futbolçulardan çəkdiyi karikaturalarına görə tanınır. 4D Yumor adlı elmi / fəlsəfi sütununa (cizgi filmlər, karikaturalar və satiralar daxil olmaqla) görə İtaliya, Çin və Yaponiyada mükafat qazandı. == Bioqrafiyası == Cavad Əlizadə 1 yanvar 1953-cü ildə Ərdəbildə dünyaya gəlib və İngilis dili tərcüməsi sahəsində təhsil almışdır.
Abdulla Cavadi Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı “Təsnim” adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun “Nəhcül-bəlağə”yə yazdığı “Səluni qəblə ən təfquduni” adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan “Hikməti-mütəaliyə” əsərinə yazdığı “Rəhiqi-Məxtum” adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Abdullah Cavadi Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı “Təsnim” adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun “Nəhcül-bəlağə”yə yazdığı “Səluni qəblə ən təfquduni” adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan “Hikməti-mütəaliyə” əsərinə yazdığı “Rəhiqi-Məxtum” adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Anar Cavadzadə
Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990, İmişli rayonu – 17 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanmışdır.
Anbaq-i Cavad (Əhər)
Anbaq-i Cavad (fars. انباق جواد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (18 ailə).
Axund Cavad Nardarani
Axund Cavad Nardarani — din alimi == Həyatı == Axund Cavad Talıbzadə Mоlla Talıb оğlu Nardaran kəndində 1845-46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb. Atası Mоlla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri оlub. İlk təhsilini dоğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yоllanır. Bir müddət оrada təhsil alan Axund Cavad ağa elmin mərkəzi оlan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır. Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sоnralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər оrada yaşayıb dini fəaliyyət göstərmişdir. Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xоmeyninin (r) ustadı оlmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn оlunub.
Azər Cavad Əliyev
Azər Cavad Əliyev (rus. Азер Джавад Алиев; ing. Azer Javad Aliev) - caz tənqidçisi, rejissor və prodüser, "CBC Sport" telekanalının baş direktorunun müavini, Proqramlar Departamentinin rəhbəri == Təhsili == 1976-1981-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsində təhsil alıb. == İş fəaliyyəti == Bakı Maşınqayırma Zavodunda mühəndis-konstruktor (1982-1985), Nərimanov rayonu Komsomol Komitəsində (1985-1987) və sonra Bakı şəhəri Komsomol komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri (1987-1991) vəzifələrində çalışıb. Müstəqillik dövrünün ilk illərində Respublika Sarayının direktor müavini (1991-1995), "Mir-Telefilm" Birliyinin baş rejissoru (1995-1997), sonra Baku Media Company "A Visual" prodakşnın rəhbəri (1997-2016) işləyib. == Mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti == 80-ci illərdə "Azərbaycan gəncləri", "Bakı fəhləsi", "Bakı" qəzetlərinin caz və estrada icmalçısı kimi fəaliyyət göstərib. Bəstəkarlar İttifaqının nəzdindəki "Bakı, Bakılılar, Caz" silsilə caz konsertlərinin (1987-1988), Vaqif Mustafazadənin xatirəsinə həsr olunan caz festivalının təşkilatçısı, rejissoru və aparıcısı (1987) olub. Bakı Beynəlxalq Caz Festivalının mətbuat mərkəzinin rəhbəri və təşkilat komitəsinin üzvü (1987), Beynəlxalq caz tənqidçiləri sorğusunun iştirakçısı (1984-1989), Ümumittifaq Caz Federasiyasının idarə heyətinin üzvü (1987, Qafqazdan 1 yer) olub. "Rok panoram" (1988-1989), "Qızıl Payız-89", "Odlar Yurdu" (Bakı, 1990), "Caz Sammit – 93" kimi festivalların təşkilatçı, direktor və quruluşçu rejissoru olan Azər Cavad Əliyev, həmçinin, "Asiyanın səsi – nəticələr və problemlər" (1991), "Rafiq Babayev – gələcəyə baxış" (1992), "Müslim Maqomayev – 50" (1992), Bəstəkar Tofiq Quliyevin 75 illiyinə həsr olunan "Həmişə bizimlə olan bayram" (1993), "Caz Sammit - 94" (1994), Polad Bülbüloğlunun 50 illiyinə həsr olunan "Bütün bu Polad" (1995), bəstəkar Rafiq Babayevin xatirəsinə həsr olunan "Qalmaq üçün getmək", "Novruz - 96" reklam festivalı (1996), Mstislav Rostropoviçə həsr olunan "Bizdə hər şey var" (1998) kimi televiziya filmlərinin müəllifi və rejissoru olub. == Mükafatları == Mədəniyyət və incəsənət sahəsində ilin ən yaxşı televiziya proqramı üzrə "Humay-Sənət uğurları-93" mükafatının, "Novruz-96" və "Novruz-97" reklam festival-müsabiqələrinin, ilin ən yaxşı televiziya reklamı üzrə "Humay-99" mükafatının, "Avrasiya Teleforumu-99" MDB və Baltik ölkələri Kinomatoqrafiya Birliklərinin xüsusi mükafatının, XI Beynəlxalq Televiziya Filmləri Festivalında teletənqidçilərin və jurnalistlərin xüsusi mükafatının laureatı, 2003-cü ildə "Bizdə hər şey var" filminə görə "Qızıl Çıraq" IV Respublika Kinomatoqrafiya müsabiqəsinin ilin ən yaxşı sənədli filmi nominasiyasının qalibi olub.
Ağahüseyn Cavadov
Ağahüseyn Cavadov (22 aprel 1894, Xırdalan, Bakı qəzası – 19 iyun 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1938). == Həyatı == Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilmir və ailəsini dolandırmaq üçün tacir yanında işləyir. == Yaradıclığı == Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb. O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirmişdir. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.
Bəxtiyar Cavadov
Cahanbaxş Cavadzadə
Cahanbaxş Cavadzadə — (Tam adı:Cahanbaxş Salman oğlu Cavadzadə; d.22 mart 1902, Azərbaycan, Yelizavetpol (indiki Gəncə) — ö.6 fevral 1972, Gəncə) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır. 1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabi ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün Konstantinopolşəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. 1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir. 1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F.Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir.
Canlar Cavadov
Canlar Aqil oğlu Cavadov (18 iyun 1980, Kirovabad – 29 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Canlar Cavadov 1980-cı il iyunun 18-də Gəncə şəhərində anadan olub. 1987-1998-ci illərdə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Yeddi övladı yadigar qaldı. == Hərbi xidməti == Canlar Cavadov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Canlar Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Canlar Cavadov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Canlar Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavad Abbas Gürər
Mehmet Cavad Abbas Gürər (1887, Niş[d] – 4 iyul 1943, Yalova) — Türk əsgəri, siyasətçi, Mustafa Kamal Paşanın baş köməkçisi, ve TBMM-nin I., II., III., IV. və V. çağırış Bolu millət vəkili. Şerif Abbas bəyin oğludur. 13 dekabr 1905-ci ildə Hərbi Akademiyaya daxil oldu. 1 sentyabr 1908-ci ildə piyada leytenant rütbəsi ilə məzun oldu. 3. Ordu komandirliyinə verildi. Manastır Hərbi Liseyində oxuyarkən Birlik və Tərəqqi Komitəsinə girdi. 1910-cu ilin dekabrında Selanik Ehtiyat Zabiti Təliminə təyin edildi. 1911-ci ilin martında İzləmə Taboru ilə Selanik sərhədləri daxilində quldurların təqibində iştirak etdi. İlin sonunda 37.
Cavad bəy Məlik-Yeqanov
Cavad bəy Məlikyeqanov (az-əbcəd. جواد بگ ملک-ییگانوف‎; 1878, Tuğ, Şuşa qəzası – 9 dekabr 1937, Medvejyeqorsk[d], Kareliya MSSR) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı, repressiya qurbanı. Dizaq mahalı məlikləri Məlikyeqanovların nəslindəndir. == Həyatı == Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir.
Cavad bəy Məlikyeqanov
Cavad bəy Məlikyeqanov (az-əbcəd. جواد بگ ملک-ییگانوف‎; 1878, Tuğ, Şuşa qəzası – 9 dekabr 1937, Medvejyeqorsk[d], Kareliya MSSR) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı, repressiya qurbanı. Dizaq mahalı məlikləri Məlikyeqanovların nəslindəndir. == Həyatı == Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdur. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir.
Cavad bəy Rəfibəyli
Cavad bəy Hadı bəy oğlu Rəfibəyli (22 may 1890, Yelizavetpol – 28 yanvar 1956, Kirovabad) — azərbaycanlı maarif xadimi. == Həyatı == Cavad bəy Rəfibəyli 1890-cı ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Yelizavetpol (Gəncə) rus gimnaziyasında almış (1898–1908), əmisi Ələkbər bəyi Rəfibəylinin məsləhəti ilə 1911-ci ildə Kiyev İmperator Universitetinin tarix-genologiya fakültəsinə daxil olmuşdur. Alman, fransız, latın, ərəb və fars dillərini bilirdi. == Fəaliyyəti == === Rusiya imperiyası dövrü === 1916-cı ildə Universiteti bitirdikdən sonra vaxtilə oxuduğu Gəncə oğlan rus gimnazi yasına latın dili müəllimi təyin edilmişdir. O, bu gimnaziyada latın dilini tədris edən ilk türk müəllim idi. Pedaqoji sahədəki uğurlarına görə tezliklə Temirxan-Şura müəllimlər seminariyasına direktor təyin edilmişdir. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci il dekabrın 31-də xalq maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə o, Gəncə Gimnaziyasının müfəttişi, 1919-cu il oktyabrın 1-dən isə gimnaziyanın direktoru təyin edildi. Direktor olduğu dövrdə təhsil sahəsində mühüm islahatlar apardı. Nəticədə, 2 il ərzində gimnaziyada təhsil alan azərbaycanlıların sayı bir neçə dəfə artdı.
Cavad bəy Şıxlinski
Cavad bəy Şıxlinski (3 yanvar 1874, Aşağı Salahlı, Qazax qəzası – 1959, Türkiyə) — Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri. Müqəddəs Georgi" və "Müqəddəs Vladimir" ordenli. Əliağa Şıxlinskinin qardaşı oğlu, Rüstəm Şıxlinskinin qardaşıdır, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub. == Həyatı və təhsili == Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 3 yanvar 1874-cü ildə Qazax qəzasının Aşağı Salahlı kəndində dünyaya gəlmişdir. Rüstəm bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Tiflisdəki zadəganlar üçün kadet korpusuna oxumağa göndərmişdir. Sonra Peterburqda Mixaylov Topçuluq Məktəbindən məzun olmuşdur. == Döyüş yolu == 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olmuşdur. Azərbaycan Demokratik Cümhuriyyəti (ADR) dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmişdir.
Cavad xan (dəqiqləşdirmə)
Cavad xan
Cavad xan (film, 2009)
Cavad xan — Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən film. == Məzmun == Film XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun (Ramiz Novruz) başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan (Nurəddin Mehdixanlı) haqqındadır. == Təqdimatı == 2011-ci ildə İstanbul Universitetinin Avrasiya İnstitutunda “Cavad xan” bədii filminin nümayişi olub. Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı keçirilmişdir. == Film haqqında == Filmdəki paltar və qiyafətlər Sankt-Peterburq şəhərindən sifariş edilib gətirilmişdir. Filmdə 130-a qədər aktyor çəkilmişdir. Filmin kütləvi səhnələrində daxili qoşunların əsgərləri də iştirak etmişdir. Film Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında çəkilir. Əsərin çəkilməsi üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da bu yetərli olmayıb. Yazıçının prezidentə müraciətindən sonra əlavə vəsait ayrılıb.
Cavad xan metrostansiyası
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. == Tarixi == Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.