CAVAN

Fars mənşəlidir, gənc sözünün sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

CAVABDEH
CAVANŞİR
OBASTAN VİKİ
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. == Həyatı == Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. == Kitabları == "Mənim də qəlbimin bir arzusu var" == Haqqında yazılanlar == “Tovuzlu Alayı tanı” adlı kitab.
Cavan Zeynallı
Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019). == Həyatı == Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır, Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur.
Cavan ulduzlar
Cavan ulduzlar dedikdə ulduz təkammülünün başlanğıc mərhələsində olan ulduzlar başa düşülür. Bu sinfə iki qrup obyektlər daxildir: protoulduz və ilkin baş ardıcıllıq ulduzları. Astronomlar , çox qədim bir elliptik qalaktikanın ətrafında yerləşən bir sıra cavan ulduz topası aşkar etdilər - bu kəşf qədim qalaktikaların yalnız qədim ulduzlardan ibarət olması fikrini təkzib etdi. Araşdırma qrupu, Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'u istifadə edərək, NGC 4365 qalaktikasının seria halında görünüşlərini aldılar, aparılan bu müşahidələr nəticəsində məlum oldu ki, bu qalaktikanın əksər ulduzlarının yaşı12 milyard və daha böyükdür, bu baxmayaraq bu qalaktikada bir-neçə milyard yaşa malik ulduzlarda var. Bu qalaktikanın belə bir gənc və yaşlı ulduz komleksinə malik olmasının səbəbi hələ də naməlumdur. NASA / ESA Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'tan (VLT) əldə edilən məlumatları birləşdirən bir qrup avropalı və amerikalı astronomlar, böyük bir kəşf etdi. Köhnə bir eliptik qalaktikada çox sayda 'gənc' ulduz təsbit etdilər. İlk dəfə, qalaktikada bu qədər köhnə olan bir neçə ulduz meydana gəlmə dövrünü müəyyənləşdirmək mümkün olmuşdur. Eliptik qalaktikaların hər zaman bir ulduz meydana gəlmə dövründən keçdiyi və daha sonra ulduz meydana gəlməsindən məhrum olduğu düşünülmüşdür. Bununla birlikdə, ən yaxşı və ən böyük teleskoplardan kosmosda və yerdə bir araya gətirilməsi, artıq gözlə görülemədən daha çox olduğunu açıqca göstərmişdir.[1] == Spektral enerji parlanmasına əsasən təsnifat == Ulduzun formalaşması kosmik maddənin protoulduz diskinin və ya örtüyünün altında cəmləşməsi nəticəsində baş verir.
Əli Cavan
Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016, Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur. == Həyatı və karyerası == Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Aşıq Hüseyn Cavan
Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967) == Həyatı == Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935). Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.
Bəxtsiz cavan (pyes)
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Aktyor Mükafatı
Cavan Aktyor Mükafatı - Əsası 1979-cu ildə ABŞ-də Maurin Draqon tərəfindən qoyulan hər il aktyorlara və aktrisalara verilən mükafatdır..
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Ağalar xan Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hüseyn ağa Sarıcalı-Cavanşir
Hüseyn ağa Sarıcalı-Cavanşir (1854 -1924) — şair. == Həyatı == Hidayət ağanın ikinci oğlu Hüsеyn ağa 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Xoştəb şair, xеyrxah insan idi.Onun da nəsibinə sürgün, zindan payı düşmüşdü. 1890-cı ilin yayında Cəbrayılda alman tədqiqatçı Qustav Radde ilə görüşmüşdü. Radde kitabında onu "qəza rəisinin köməkçisi" kimi təqdim edir. Daha sonra tutulub Sibirə sürgün еdilmişdi. Zindan çəkib gələndən sonra atasının ayırdığı mülkü idarə еdirdi. 1895-ci ildə Zaqafqaziya diyarının aksiz idarəsində tütün üzrə nəzarətçi vəzifəsində çalışmışdı. Hüsеyn ağanın torpaqları Ziyarət dağından Arazboyuna qədər uzanırdı.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə xanım Cavanşirin ev-muzeyi
Həmidə xanım Cavanşirin ev-muzeyi — Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi == Muzeyin yaranması == Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. == Muzeydəki materiallar == 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur == Muzeyin fəaliyyəti == 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir.
II Səfixan ağa Yağləvəndli-Cavanşir
II Səfixan ağa Yağləvəndli-Cavanşir (?-19 sentyabr 1768) - XVIII əsrdə yaşamış hərbi xadim, Qarabağ bəyi, xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı, kələntər. Nadir şah Əfşarın ordusunda xidmət etmişdir. == Həyatı == Səfi xan Zeynalxan ağa oğlu XVIII yüzilin ortalarında ömür sürüb. Savadlı adam idi. Atasından sonra Yağləvənd oymağının oymaqbəyi kimi Havsalıları savaşa, yaylaq-qışlağa aparırdı. Yağlavənddə doğulmuş Səfixan ağa gəncliyini elə orada keçirmişdir. Nadir şah Qırxlı-Avşar Qarabağda hərbi çağırış elan edəndə Səfi xan atlıları ilə orduya qatılmışdı. Bir çox döyüşlərdə igidlik göstərmişdi. Yurdunda səngər qurmuş, Osmanlılara qarşı döyüşmüşdü. Indiki Araz Dilağarda ərazisində “Səfixan səngəri” adlı savaş meydanı onun adınadır.
Leyla Cavanşirova
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Mehdiqulu xan Cavanşir
Mehdiqulu xan Cavanşir (1763, Şuşa rayonu – 1845, Şuşa rayonu) — 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı. Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın atasıdır. == Həyatının erkən illəri == 1763-cü ildə İbrahimxəlil xanın ailəsində doğulmuşdur. Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsidir. Bəzi mənbələrdə 1763-cü ildə anadan olması qeyd olunsa da, 1805-ci ilin noyabrında Sisisanovun verdiyi hesabata görə, Mehdiqulu xan o zaman 33 yaşında olmuşdur. Bu isə onun doğum tarixinin 1772-ci il olmasını göstərir. Mehdiqulu xan gəncliyində burnunun yarısını Qacarlara qarşı savaşda itirmişdir. == İbrahimxəlil xanın hakimiyyəti dövrü == O, ögəy qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birlikdə əmisioğlu Məhəmməd bəyi (Mehrəli bəyin oğlu) təqib etməyə göndərilmişdi. Məhəmməd bəy 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra çıxan xaosdan istifadə edərək Qarabağdakı, hakimiyyəti ələ almışdı. 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verilmişdir.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Mirzə Camal Cavanşir Qarabaği
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. == Həyatı == Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzə Camal Cavanşir Qarabağlı
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. == Həyatı == Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzəhüseyn bəy Cavanşir
Mirzəhüseyn bəy Cavanşir (?-1612) — Cavanşir oymağının və Otuziki elinin başçısı. == Həyatı == Mirzəhüseyn bəy Cavanşir oymağının və Otuziki elinin başçısı olmuşdu. Osmanlı ordusu 1588-ci ildə Qarabağı, Arazbarı alanda Mirzəhüseyn bəy qaçmayıb yurdunda qaldı. Fərhad paşa Mirzəhüseyn bəyi Arazbarın hakimi və Otuziki elinin başçısı təyin etdi. Mirzəhüseyn bəy bir müddətdən sonra qaçıb Qızılbaş ordusuna qoşuldu. Tarixçi İskəndər bəy Türkman Münşi bu iki qardaşın başına gələn əHvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar.
Molla Abbas Cavanşir
Molla Abbas Cavanşir — şair, müəllim, alim, riyaziyyatçı. == Həyatı == Molla Abbas Molla Hüsеynəlini oğlu 1849-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Sarıcalı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Kürdüstanda (İraqda), Sinə sığır (Kiçik Sinədə) mahalında ali savada yiyələnmişdi. Şair idi. Nücum və riyaziyyat еlmlərini də tamam-kamal öyrənmişdi. Şərq dillərini bilirdi. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Axund Molla Abbas Qarabağ əhlindəndir. Sarıcallı kəndindən, Cavanşir əhalisindən. Şеirlərini gah Abbas, gah da Cavanşir adı ilə dеmişdir.
Molla Səfi Gecəgözlü-Cavanşir
Molla Səfi Gücəgözlü-Cavanşir — qazı, məktəbdar. == Həyatı == Molla Səfi Gecəgözlü-Cavanşir 1797-ci ildə Cavanşir-Dizaq mahalının Gecəgözlü оbasında dünyaya gəlmişdir. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində molla, müctəhid yanında təhsilini davam etdirmişdi. Öncə obanın dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq etmiş, 1878-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilmişdi. Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq yazmışdı: Molla Səfidən xoşu gəlməyən şair Bəhram bəy Fədai yazırdı: Mir Mehdi Xəzani Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı: == Ailəsi == Molla Səfinin törəmələri Axundov soyadını daşıyırdılar. Onun Möhsün, Həşim, Səlim adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu. Hacılılar.
Mustafa Cavanşir
Mustafa Cavanşir (tam adı: Cavanşir Mustafa Zülqədər ağa oğlu; d. 1936, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2009, Bakı, Azərbaycan) — məşhur azərbaycanlı papaqçı. == Həyatı == Mustafa Cavanşir 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideyləri ilə bərabər sürgündə olmuşdur. 1960-cı ildən 1989-cu ilədək Özbəkistan SSR-də yaşamışdır. 1989-cu ildə Bakıya dönüb papaqçılıqla məşğul olmuşdur. Mustafa Cavanşir 2009-cu ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Natəvan adlı qızı var. == Filmoqrafiya == 2007-ci ildə "Papaq" sənədli filmində çəkilmiş, papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar vermişdir.
Məhəmməd ağa Yağləvəndli-Cavanşir
Məhəmməd bəy Cavanşir
Məhəmmədqulu bəy Mehrəli bəy oğlu Sarıcalı-Cavanşir (1762–1797) — Qarabağ xanlığının sərkərdəsi, Mehrəli bəy Sarıcalı-Cavanşirin oğlu. 1797-ci ildə məhz onun əmri ilə Molla Pənah Vaqif və oğlu Əli bəy edam edilmişdir. Özü də elə həmin il Şirvan hakimi Mustafa xan Xançobanlı tərəfindən öldürülmüşdür. == Həyatı == Məhəmmədqulu bəy Mehrəli bəy oğlu 1762-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağrıldığından bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir. Məhəmməd bəy 1797-ci ildə qısa müddətə Qarabağı idarə etmişdi. Xanlığın cəsur və qorxmaz sərkərdələrindən biri idi. Molla Pənah Vaqif Məhəmməd bəy haqqında yazmışdı: Qarabağın məşhur el şairi, Aşıq Valeh kimi tanınan Kərbəlayı Molla Səfi isə onun haqqında yazırdı: == Ailəsi == Məhəmməd bəy Aişə xanım, Hürü xanım və Qızxanım xanım Dürbənd bəy qızı Cinli ilə evli idi.
Məhəmməd bəy Cavanşirov
Məhəmməd bəy Sarıcalı-Cavanşir
Məhəmmədqulu bəy Mehrəli bəy oğlu Sarıcalı-Cavanşir (1762–1797) — Qarabağ xanlığının sərkərdəsi, Mehrəli bəy Sarıcalı-Cavanşirin oğlu. 1797-ci ildə məhz onun əmri ilə Molla Pənah Vaqif və oğlu Əli bəy edam edilmişdir. Özü də elə həmin il Şirvan hakimi Mustafa xan Xançobanlı tərəfindən öldürülmüşdür. == Həyatı == Məhəmmədqulu bəy Mehrəli bəy oğlu 1762-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Saray təhsili almışdı. Ailədə Məhəmməd çağrıldığından bu adla tanınmışdır. Məhəmməd bəy 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın apardığı danışıqlar nəticəsində azad edilmişdir. Məhəmməd bəy 1797-ci ildə qısa müddətə Qarabağı idarə etmişdi. Xanlığın cəsur və qorxmaz sərkərdələrindən biri idi. Molla Pənah Vaqif Məhəmməd bəy haqqında yazmışdı: Qarabağın məşhur el şairi, Aşıq Valeh kimi tanınan Kərbəlayı Molla Səfi isə onun haqqında yazırdı: == Ailəsi == Məhəmməd bəy Aişə xanım, Hürü xanım və Qızxanım xanım Dürbənd bəy qızı Cinli ilə evli idi.
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. == Həyatı == Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir
Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir (1786, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — Qarabağ xanlığının xanzadələrindən biri, Qarabağ xanı İbrahimxəlil xanın VII oğlu, Rusiya İmperator Ordusunun polkovniki. == Həyatı == İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy Üngütlünün, əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Qarabağ xanllığının Rusiya imperiyasının tərkibinə keçməsini rəsmiləşdirən Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1806-cı ildə Rusiya-Qacar müharibəsinin gedişatında mayor Lisaneviç tərəfindən İbrahimxəlil xan və ailəsinin qətlə yetirilməsi xəbərini eşidən zaman qardaşı Xanlar ağa kimi Məhəmmədqasım ağa da Qacar imperiyasına sığınmışdır. O, Qarabağa yalnız Gürcüstandakı yeni Qafqaz komandanı Knyaz Qudoviçin (1806–1809) icazəsindən sonra 1807-ci ildə geri dönə bildi və andını yenilədi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edildi və birbaşa imperiya torpaqlarına birləşdirildi. Bunun qarşılığında Məhəmmədqasım ağaya 12 kənd və köçəri obaları verildi. Bunlara Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları daxil idi.
Məhəmmədxan bəy Hacılı-Cavanşir
Məhəmmədxan bəy Səlif bəy oğlu Hacılı-Cavanşir (?-16 iyul 1797) — Cavanşir-Dizaq mahalının naibi, Şuşa qalasının qalabəyi, Mirzə Camal Cavanşirin atası. == Həyatı == Məhəmmədxan bəy Hacılı-Cavanşir Səlif bəy Cavanşirin oğludur. Tayfa mənsubiyyəti baxımından Cavanşir tayfasının Hacılı oymağına mənsub olmuşdur. Məhəmmədxan bəy Səlif bəy oğlu İbrahimxəlil xanın hakimiyyəti dönəmində 1777-ci ildən 1794-cü ilə qədər Cavanşir-Dizaq mahalının naibi olmuş, 1794-1797-ci illərdə Şuşa qalasının komеndantı (qalabəyi, kutvalı) kimi xidmət etmişdir.. Onun vəzifəsinə şəhərin sutka ərzində bütün əmin-amanlığı daxil idi. Vicdanlı adam olduğundan, rüşvət almadığından oğru-əyri adamların əl-qolunu döşünə yığmışdı. Hətta xanın bеlə toxunmadığı dağıstanlılar Məhəmmədxan bəyi görəndə özlərini yığışdırırdılar. Kirvəsi, XVIII yüzilin adlı şairlərindən olan Ağqız oğlu Piri qoşqularında Məhəmmədxan bəyi öymüşdü. Öygünün səbəblərindən biri günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır.
Məhəmmədəli xan Cavanşir
Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Cavanşir (Təbriz – 17 may 1893, Təbriz) — general-leytenant. == Həyatı == Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra hərbi məktəbdə oxumuşdu. Naib (leytenant) rütbəsindən general-leytenant rütbəsinədək yüksəlmişdi. Məhəmmədəli xan istefaya çıxandan sonra Rusiyaya gəlmiş, Hərbi-Gürcüstan yolunda poçt işini icarəyə götürmüşdü. Vladiqafqaz şəhərində şəxsi evi vardı. Məhəmmədəli xan 17 may 1893-cü ildə vəfat edib. == Ailəsi == Məhəmmədəli xanın törəmələri İbrahimbəyov soyadını daşıyırdılar. Məhəmmədəli xan Nisə xanım Kərim qızı Şahsuvarova ilə ailə qurmuşdu.
Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir

Digər lüğətlərdə