CƏBƏRİLİK
dini-fəlsəfi təlim. Qurana münasibətdə sifatilərə zidd mövqe tuturdu. Cəbəriliyin tərəfdarları iddia edirdilər ki, Allahın heç bir qədim atributu yoxdur, Quran isə sonradan yaradılmışdır. Cəbəri sözü hərfi anlamda məcburi deməkdir. Cəbərilik dini təlimi Allahı tanıdığı və onu qəbul etdiyi halda, onun atributlarını tanımır. Onlar Quranın vəhy vasitəsi ilə Məhəmməd peyğəmbərə endiyini qəbul etdiyi halda onun Məhəmməd (s.a.s) əsəri olduğunu təsdiq edirlər. Hədisləri isə sonralar yardılmış böyük vəlilərin və övliyaların əsəri hesab edirlər.