cərəyan

is. fiz courant m ; elektrik ~ı courant électrique ; güclü ~ courant fort ; hava ~ı courant d’air, bouffé f, vent m ; daimi ~ courant continu ; dəyişən cərəyan courant alternatif ; elektron ~ courant d’électrons (électronique) ; tendance f, mouvement m ; ~ etmək circuler vi

cənublu
cərgə
OBASTAN VİKİ
Cərəyan
Cərəyan bu mənaları ifadə edə bilər:
Cərəyan ayrılması
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
İqtisadi əsas cərəyan
İqtisadi əsas cərəyan (ing. mainstream — hakim cərəyan) və ya iqtisadi düşüncənin əsas axını — iqtisadçıların ümumiyyətlə onlardan başladığı, dünyada öyrədilən biliklər, nəzəriyyələr və iqtisadiyyat modelləri məcmusudur. "Ortodoksal iqtisadiyyat" olaraq da bilinən qeyri-adi iqtisadiyyatla fərqli məktəbləri və ya yalnız azlıqlı iqtisadçılar tərəfindən qəbul edilən yanaşmaları əhatə edən iqtisadiyyata qarşı qoymaq olar. İqtisadi peşə ümumiyyətlə neoklasik iqtisadiyyatla və neoklassik sintezlə əlaqələndirilir və XX əsrin ortalarından etibarən makroiqtisadiyyata Keynesian yanaşmasını da əhatə etmişdir. Neoklassik iqtisadi nəzəriyyənin əsas konsepsiyası fərdlərin rasional subyektlər kimi, iqtisadi sistemin isə tarazlığa can atması kimi fikirləridir. == Tarixi == İqtisadiyyat bir çox iqtisadi düşüncə məktəbi ilə həmişə fərqlənmişdir və fərqli məktəblər fərqli ölkələrdə və zamanla fərqli şöhrət qazanmışlar. "İqtisadi əsas axın" ifadəsinin hazırkı istifadəsi II Dünya Müharibəsindən sonrakı dövr üçün, xüsusən də ingilisdilli dünyada və daha az qlobal səviyyədə xarakterikdir. Klassik iqtisadiyyatın inkişafından və yayılmasından əvvəl Avropada hakim məktəb merkantilizm idi, bu institusional məktəbdən daha çox əlaqəli fikirlər toplusu idi. XVIII əsrin sonunda şərti olaraq Adam Smitin "Millətlərin Sərvətinin Təbiəti və Səbəbləri haqqında Tədqiqat" adlanan müasir iqtisadiyyatın inkişafı ilə İngilis iqtisadiyyatı inkişaf etdi və indi klassik məktəb adlanan bölgədə üstünlük təşkil etməyə başladı. Xalqların zənginliyindən Böyük Depressiyaya qədər İngilis dilində danışan dünyada hakim məktəb klassik iqtisadiyyat idi və neoklassik iqtisadiyyat onun davamçısı idi.
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyi Sabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır == Həmçinin bax == Gərginlik mənbəyi == İstinadlar == == Əlavə oxu == "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Cərəyan transformatoru
Cərəyan transformatoru — dəyişən cərəyanın ölçülməsi üçün istifadə olunan transformator növlərindən biridir. Bu transformator ikinci sarğısında birinci sarğıya proporsional olaraq, dəyişən cərəyan hasil edir. Gərginlik transformatorları ilə yanaşı cərəyan transformatorları ölçü transformatorlarıdır. Ölçü transformatorları mühafizə relesi və ölçü üçün cərəyan və gərginliyin standartlaşdırılmış kiçik qiymətlərini almağa imkan yaradır. Ölçü transformatorları sistemin ölçü və mühafizə dövrəsini yüksək gərginlikdən izolə edir. Cərəyan transformatorları sənayedə elektrik paylaşdırıcılarında və elektrik yarımstansiyalarında istifadə olunur. == Xarici keçidlər == Cərəyan transformatoru nədir?
Cərəyan şiddəti
Cərəyan şiddəti (və ya sadəcə "cərəyan") qiymətcə naqilin en kəsiyindən δ t {\displaystyle \delta t\,\!} zamanındada keçən δ q {\displaystyle \delta q\,\!} yükün miqdarının δt zamanına olan nisbətinə bərabər olan skalyar kəmiyyət. Cərəyan şiddəti I {\displaystyle I\,\!} hərfilə işarə olunur (bəzən də J {\displaystyle J\,\!} hərfilə işarə olunur. Amma bunu cərəyan sıxlığı olan j → {\displaystyle {\vec {j}}} vektor kəmiyyəti ilə qarışdırmaq olmaz):→ {\displaystyle {\vec {c}}} I = δ q δ t {\displaystyle I={\frac {\delta q}{\delta t}}} Cərəyan şiddəti ilə bağlı məsələ həlli üçün istifadə olunan əsa düstur Om qanunu hesab olunur: Elektrik dövrəsi üçün : I = U R {\displaystyle I={\frac {U}{R}}} — cərəyan şiddəti gərginliklə müqavimətin nisbətinə bərabərdir. Tam elektrik dövrəsi üçün: I = E R + r {\displaystyle I={\frac {E}{R+r}}} — burada E — EHQ, R — xarici müqavimət, r — daxili müqavimət. BS-də — 1 Amper (А) = 1 Kulon / saniyə. Dövrədəki cərəyan şiddətini ölçmək üçün xüsusi ampermetr adlanan cihazdan istifadə olunur. Kiçik ölçülü cərəyan şidddətinin dəyişməsini ölçmək üçün qalvanometrdən istifadə olunur.
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Nominal cərəyan
Nominal cərəyan - avadanlığın uzun müddət işləyə bildiyi, onun izolyasiya və cərəyandaşıyan hissələrinin qızma şərtinə görə yolverilən ən böyük cərəyandır. Nominal cərəyan demək olar ki, istənilən elektrik avadanlığının ( açarların, transformatorların, elektrik veriliş xətlərinin, şinlərin, elektrik yuvalarının və s.) əsas parametrlərindən biridir və avadanlıqların pasportunda göstərilir. EAQQ -də naqillərin qızmaya görə en kəsiklərinin seçilməsi üçün yolverilən cərəyan termini istifadə olunur. Elektrik avadanlıqlarının nominal cərəyanlarının sırası, A ( ГОСТ 6827-76 uyğun olaraq): 1. Bu seriya, əsas parametri nominal cərəyan olan elektrik avadanlığı və elektrik enerjisi qəbuledicilərinə aiddir. 2. İstehlakçı və istehsalçı arasındakı razılığa əsasən 37500, 75000, 150000 A cərəyanların istifadəsinə dəyişdirici aqreqatlar və onlar üçün nəzərdə tulumuş transformatorlara icazə verilir. 3. Mötərizədə göstərilən cərəyanların qiymətləri yeni layihələrdə istifadə edilmir. 4.
Sabit cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Transarktik cərəyan
Transarktik cərəyan — Şimal Buzlu okeanında ən əsas dəniz cərəyanlarından biri. Buz kütlələrinin hərəkətini təmin edir. O Alyaskadan Şpitsbergen və Qrenlandiyaya qədərki məsafədə uzanır. Cərəyan ən əsası çayların fəaliyyəti nəticəsində yaranır. Onların fəaliyyətində Asiya və Alyaskanın iri çayları böyük rol oynayır. Bu axın Berinq boğazı vastəsi ilə Sakit okeandan gələn hərəkətlə qüvvətlənir. Transarktik cərəyan xüsusilə süründürmə stansiyalarının təşkili üçün istifadə olunan buzun yönəldilmiş sürüşməsini təmin edən bir mexanizmdir. == Ədəbiyyat == Althoff, William F. Drift Station: Arctic Outposts of Superpower Science. Potomac Books Inc. 2007, Dulles, Virginia.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. == Həmçinin bax == Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean == Xarici keçidlər == Şimali Amerika Sakit okean == Ədəbiyyat == Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Anqola cərəyanı
Anqola cərəyanı — Afrikanın qərb sahilləri boyunca keçən isti dəniz cərəyanı. Cərəyan cənub istiqamətində hərəkət edir. Cənub Ekvatorial əks cərəyanı ilə Benqel cərəyanının təsiri ilə formalaşır. İlk dəfə AtlantNİRO ekspedisiyası zamanı Moroşkin tərəfindən aşkar edilmişdir. O, cərəyanı "Cənub axını" adlandırır. Ancaq bu adın uğursuz olaraq verilməsi səbəbindən Anqola cərəyanı olaraq dəyişdirilir.
Antil cərəyanı
Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Baffin adası cərəyanı
Baffin adası cərəyanı (və ya Baffin cərəyanı)— Şimal Buzlu okeanında Baffin adası boyunca Baffin körfəzinin qərb hissəsində cənuba doğru axan soyuq okean cərəyanıdır. Cərəyanın mənbələri Qərbi Qrenlandiya cərəyanı və Şimal Buzlu okeanından axan kənar sulardır. Sürəti gün ərzində təxminən 17 km-dir (11 mil).
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. == Xüsusiyyətləri == Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200–300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Braziliya cərəyanı
Braziliya cərəyanı— Atlantik okeanında Braziliyanın cənub sahilindən Rio de la Platosuna qədər cənub istiqamətində axan isti su axımıdır. == Xüsusiyyətləri == Braziliya cərəyanı Atlantik okeanında Cənubi passat cərəyanının bir hissəsinin Cənubi Amerika materiki ilə qarşılaşması nəticəsində yaranır. Cərəyan Cənubi passat cərəyanının təxminən 10–15˚ cənub enliyində Cabo de Sao Roque, Braziliya yaxınlığında parçalandığı yerdən başlayır. Axımın dərinliyi 700 m-ə qədər çatır və 12˚ cənub enliyində su nəqliyyatı 2,5 Sv-dir. Nəql etdiyi su axımı cənuba doğru artaraq 15˚ cənub enliyində 4 Sv çatır. Şelf zonasında təxminən 30˚ cənub enliyində axımın antisiklon sirkulyasiyası Braziliya cərəyanının nəql etdiyi suyun artmasına səbəb olur. Cənuba doğru 27˚ c.en., 31˚ c.en, 34 c.en. və 36 c.en-də su nəqliyyatı 11 Sv, 17 Sv, 22 Sv və 41 Sv-dır. Cəm nəqliyyat 36° c.en-ə qədər 70–80 Sv ola bilər, bunun da yarısı sirkulyasiya dövründə olur. Braziliya cərəyanı Cənubi passat cərəyanın bir hissəsidir.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. == Cərəyanın fiziki xüsusiyyətləri == Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
İrminger cərəyanı
İrminger cərəyanı — Atlantik okeanın şimalından, İslandiya adası yaxınlığından keçən isti cərəyan. Şimali Atlantika cərəyanının bir kompanentidir. Onlar sonda soyuq Qrenlandiya cərəyanı ilə qayışır. Cərəyan öz adını Danimarka hərbi-dəniz donmasının kapitanı Karl İrmingerin (1802—1888) adından almışdır.
İynə burnu cərəyanı
İynə burnu cərəyanı və ya Aqulyas cərəyanı — Hind okeanının cənub-qərbindən keçən isti dəniz cərəyanı. İki okean arasında sərhəd zonasından başlayır. Afrikanın şərq sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Cənubi Ekvatorial cərəyanının qərb qolunu təşkil edir. İnsiz olması sürətinin yüksəkliyinə səbəb olur (bəzən sürəti 200 sm/s çatır).
Şimali Atlantika cərəyanı
Şimali Atlantika cərəyanı— güclü isti dəniz cərəyanı. Qolfstrim cərəyanının şimal-şərq uzantısı olaraq bilinir. 6500 km məsafədə hərəkət edir. Böyük Nyufaundlend bankəsindən başlayaraq İrlandiya adasına qədər uzanır. Burada iki qola ayrılır. Cənuba istiqamətlənən qol Kanar cərəyanı adlanır. Digəri isə şimala yönəlir. o isə öz nönbəsində Farer adaları və İslandiya arasında iki qola bölünür:Norveç cərəyanı və Qərbi İslandiya cərəyanı. Bu cərəyan Avropanın iqliminə böyük təsir göstərir. == Ədəbiyyat == The North Atlantic Current.
Şimali Koreya cərəyanı
Şimali Koreya cərəyanı — Yapon dənizinin soyuq dəniz cərəyanlarından biri. Fakriki olaraq Primorsk cərəyanının davamını təşkil edir. Böyük Pyotr körfəzinin cənubundan başlayaraq cənub istiqamətində hərəkət edir. 38° ş.e isti Şərqi Koreya cərəyanı ilə toqquşur. Bəzi illərdə sürəti olduqca zəif olur. Şimali Koreyanın iqtisadi zonasında yerləşir. Bununla belə iqtisadi əhəmiyyəti zəif araşdırılmışdır. M. Uda qeyd edir ki, Primorsk cərəyanının güçü Şimali Koreya cərəyanının güçündən daha çoxdur.
Şimali Passat cərəyanı
Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanı — Sakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı. Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır. Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir. Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.
Şimali Sakit okean cərəyanı
Şimali Sakit okean cərəyanı (bəzən Şimali Sakit okean dreyfi olaraq adlandırılır)— Sakit okeanda 30-50° şm. enlikləri arasında qərbdən şərqə doğru yavaş axan isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Şimali Sakit okean cərəyanı Sakit okeanın subarktik hissəsinin cənubu və subtropik hissəsinin şimal hissələri arasında formalaşır. Cərəyan Yaponiyanın sahillərindən şimala doğru davam edən Kurosio cərəyanının toqquşması və Sakit okeanın şimal-qərbində cənuba axan soyuq subarktik Oyaşio cərəyanından yaranır. Sakit okeanın şimal-şərqində Britaniya Kolumbiyasının cənubunda cənuba doğru axan Kaliforniya cərəyanı və şimala axan Alyaska cərəyanlarına bölünür. == Həmçinin bax == Sakit okean Kamçatka cərəyanı Şərqi Avstraliya cərəyanı == Xarici keçid == Okean suyunun hərəkəti == Ədəbiyyat == The Great Soviet Encyclopedia, 3rd Edition (1970-1979) H. Freeland, What Proportion of the North Pacific Current Finds its Way into the Gulf of Alaska?
Şpitsbergen cərəyanı
Şpitsbergen cərəyanı və ya Qərbi Şpitsbergen cərəyanı — Şpitsbergenin qərb sahilləri boyunca keçən keçən isti cərəyan. Qolfstrim cərəyanının davamı olan Norveç cərəyanının haçalanması nəticəsində meydana gəlir. Norveç cərəyanı 67° şm. e. 3° ş. u. koordinatında Nordkap və Şpitsbergen cərəyanlarına parçalanır.
Şərqi Avstraliya cərəyanı
Şərqi Avstraliya cərəyanı — Sakit okeanda cənub ekvator axımından formalaşaraq Mərcan dənizindən keçən və Avstraliyanın şərq sahillərinə çataraq, cənuba doğru axan isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Avstraliya sahillərinin yaxınlığında təxminən 15° c.en-də cənub ekvator axımı bölünərək Şərqi Avstraliya cərəyanını yaradır. Bu, Avstraliya sahillərinə yaxın ən böyük okean cərəyanıdır. Cərəyan 30° c.en-də maksimum sürətinə çataraq, 90 sm/s sürəti ilə axır. Cənub istiqamətində axarkən 31°c.en ilə 32° c.en arasında bölünür. 33° c.en-ə çatdıqda o, cənub istiqamətinə keçməyə başlayır və axımının digər hissəsi sıx sirkulyasiya zamanı şimala tərəf dönür. Bu ərazidə Şərqi Avstraliya cərəyanı özünün maksimum axım nəqliyyatına çatır, təxminən 35 Sv (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir). Geri dönməyən axımın çox hissəsi Yeni Zellandiyanın şimal burnunun şimalında Tasman dənizindən keçərək şərqə doğru Tasman cəbhəsinə irəliləyir. Cərəyanın qalan hissəsi cənuba doğru Qərb küləkləri cərəyanına çatana qədər axır. Tasman hissəsində axımın nəqli 13 Sv hesablanmışdır.
Şərqi Koreya cərəyanı
Şərqi Koreya cərəyanı — Tsuşima boğazından keçən və Tsuşima adası tərəfindən iki hissəyə ayrılan Tsuşima cərəyanının qərb qolu. Şərqi Koreya cərəyanının isti və duzlu suları Cənubi Koreyanın şərq sahilləri boyunca şimala istiqamətlənir. Burada artıq Yapon dənizinin daxili hissələrinə kimi gedir Tsuşima cərəyanının bu qolu digər qollardan fərqli olaraq daga güçlü olması ilə seçilir. Bu axın Yapon dənizinin mərkəzində isti suların köməyi ilə şimala istiqamətlənir. Buradan artıq Şimali Koreya cərəyanı adını alır. Şimalda isə soyuq cəbhə ilə birləçdiyindən ərazidə daim duman müşahidə edilir.Bu cərəyanların sayəsində Koreya və Yaponiyanın iqlimi subtropik, Rusiyanın Primorsk vilayətinin iqlimi isə mülayimdir. Cərəyanın düzluğu 34,10-34,40 ‰ arasında dəyiişir. Cərəyanın tempperaturu +12 °С-dən heç vaxt aşağı düşmür. Cərəyanın orta eni 50 kilometrdir.. Cərəyanın ən güçlü sürəti açıq dənizdə müşahidə edilir.
Şərqi Qrenlandiya cərəyanı
Şərqi Qrenlandiya cərəyanı — Şimal Buzlu okeandan keçən soyuq dəniz cərəyanı. Cərəyan əvvəlcə Qrenlandiya adasının şərq sahilləri boyunca cənuba istiqamətlənir. Buradan isə istiqamətini dəyişərək adanın qərbsahilləri ilə şimala yönəlir. Arktikanın buzlarını okeana dağıdır. Bəzən onlar arasında iri aysberqlər belə olur. Cərəyanın sürəti 0,9–1,2 km/s. Duzluluğu 32,0–33,0 ‰ təşkil edir. Suyunun temperaturu 2,4 °C olur.
Şərqi Saxalin cərəyanı
Şərqi Saxalin cərəyanı (rus. Восточно-Сахалинское течение) — Oxot dənizinin cənub şərq hissəsindən keçən soyuq dəniz cərəyanı.. Oxot dənizinin ən əsas cərəyanlarından biridir. Saxalin adasının şərqi ilə şimaldan cənuba doğru istiqamətlənir. Cərəyanın soyuq olmasına səbəb buzların şimaldan cənuba istiqamətlənməsidir. Oxot dənizinin vəziyyəti sayəsində yay və payız ayları isti cərəyanla soyuq cərəyanın kontraksı təşkil olunur. == Coğrafiyası == Cərəyanın özü şelf zonasının yüngül suları ilə sıx suların təsirindən meydana gəlir. Digər cərəyanlar kimi bu cərəyanda mövsümdən asılı olaraq güçlənir və zəifləyir. Yay ayları onun ən zəif dövrüdür. Terpeniya burnu yaxınlığından cərəyan şərqə istiqamətlənir.
Şərqi İslandiya cərəyanı
Şərqi İslandiya cərəyanı (ing. East Iceland Current) — Atlantik okeandan keçən soyuq cərəyan. Cərəyan İslandiya adasının şərq və şimal-şərq sahillərindən keçir. Əsasən cənub istiqamətində hərəkətdədir. Cərəyanın orta sürəti 0,9–1,9 km/s-dır. Orta temperatur isə −1°С — +3°С arasında dəyişir.

Digər lüğətlərdə