Dəməşq

coğ. Damas [[t]-as[/t]]

dəmək
dəmir
OBASTAN VİKİ
Dəməşq
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. == Tarixi == Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dəməşq Universiteti
Dəməşq Universiteti (ərəb. جامعة دمشق‎ Camiʿət Diməşq), 1958-ci ilə qədər – Suriya Universiteti (ərəb. الجامعة السورية‎ əl-Camiʿə s-Suriyyə) — Suriyanın Dəməşq şəhərində dövlət universiteti, əsası 1923-cü ildə qoyulub. Dəməşq Universitetinin prezidenti Məhəmməd Üsamə əl-Cəbbandır.
Dəməşq mühafazası
Dəməşq mühafəzəsi - Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 18.032 km², inzibati mərkəzi Dəməşq şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.711 milyon nəfərdir (Dəməşq şəhrinin əhalisi daxil olmadan) .
Dəməşq mühafazlığı

Dəməşq mühafəzəsi

Dəməşq qızılgülü
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır. == Ekologiyası == Soyuğa, rütubətə, işığa davamlıdır.
Dəməşq şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. == Tarixi == Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Dəməşq əyaləti
Dəməşq vəya Şam əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Dəməşq qapısı
Dəməşq qapısı — Nablus Qapısı (İvrit: שער שכם, Şaar Şekem; ərəbcə: باب العامود, Bab əl-Amud) kimi də tanınır, Qüdsün Köhnə Şəhərinin müsəlman məhəlləsinin əsas qapısıdır. Qapı şimala baxır. Şərqi Qüdsdəki Şeyx Jarah ərəb məhəlləsi ilə üzbəüz şəhərin şimal-qərb tərəfindəki divarda yerləşir. Buradan Nablus, oradan isə keçmiş dövrlərdə Suriyanın paytaxtı Dəməşqə gedən magistral yol başlayır. Ərəb adlarına gəlincə, Bab ən-Nəsr (ərəb. باب النصر) "Qələbə qapısı", Bab əl-Amud isə "Sütun qapısı" deməkdir. Ən erkən, 10-cu əsrdən bəri davamlı olaraq istifadə edilən sonuncu ad, Roma dövründən darvaza dizaynında bir detalın yaddaşını qoruyur. == Tarix == İndiki formada darvaza 1537-ci ildə Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə tikilmişdir, lakin Roma dövründən eyni yerdə bir darvaza olduğu bilinir. Dəməşq qapısı iki qüllə arasında yerləşir. Onlar köhnə şəhərin müsəlman məhəlləsinin və ərəb bazarının mərkəzi girişidir.
Dəməşq Atabəylər mədrəsəsi
Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə. == Haqqında == Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi.
Dəməşq Milli Muzeyi
Dəməşq Milli Muzeyi‎ (ərəb. المتحف الوطني بدمشق‎‎) — Suriyanın paytaxtı Dəməşqin mərkəzində muzey. Muzeyin ən məşhur hissəsi II əsrə aid olan və orada yenidən qurulmuş Dura-Evropos sinaqoqudur. Dəməşq Milli Muzeyi şəhərin qərb hissəsində, Dəməşq Universiteti ilə Süleymaniyyə təkyəsi arasında yerləşir. == Eksponatlar == Eksponatların toplanmasına 1919-cu ildə başlanılmış, indiki bina isə 1936-cı ildə tikilmişdir. Eksponatlar 5 zalda saxlanılır. Daş dövrünə aid qalıqlar və skeletlər var. Eksponatların çoxu Ebla, Uqarit kimi qədim yerlərdə tapılmışdır. Bunlardan ən əhəmiyyətlisi dünyanın ilk əlifbasıdır. Roma və Bizans eksponatları var.
Prezident Sarayı (Dəməşq)
Prezident Sarayı (قصر الرئاسي əl-qəṣr ər-riasī) və ya Xalq Sarayı (قصر الشعب qəṣr əş-şə‘b) — Suriya Ərəb Respublikasında prezident sarayı.
Süleymaniyyə məscidi (Dəməşq)
Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة‎ ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
“Dəməşq Atabəylər mədrəsəsi
Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə. Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi.
Dəməşq döyüşü (2012)
Dəməşq döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı, 15 iyul 2012-ci ildə Suriyanın paytaxtı Dəməşqə başlayan döyüş. Döyüşün kim tərəfindən başladığı məlum deyil. Müəyyən mənbələrə görə, yüzlərlə üsyançı şəhərə qonşu rayonlardan soxulmuşdur. Müxalifət bundan sonra Dəməşqi ələ keçirmək üçün kütləvi hücuma keçmişdir. Digər mənbələr hökumət qoşunlarının təşəbbüsü ələ keçirmək və hərbi üstünlük əldə etmək üçün ilk hücuma keçdiyini bildirmişdilər. Üsyançılara yaxın mənbələr sızdırılmış döyüş planına görə, əməliyyatın vaxtından əvvəl başladığını qeyd etmişdir. Paytaxtın bir neçə rayonunu ələ keçirən üsyançıların ilkin hücumları uğurlu olmuşdur. Şəhərin mərkəzində bombalı hücumda 4 yüksək rütbəli hökumət üzvünün həlak olmasından sonra hökumət qoşunlarının şiddətli əks-hücumları nəticəsində müxalifət qüvvələri geri çəkilməyə məcbur qalmışdır. 3 həftə davam edən döyüşlərdən sonra paytaxt yenidən faktiki olaraq rejim qüvvələrinin nəzarətinə keçmişdir. Döyüşlər zamanı Dəməşqin mərkəzində geniş miqyasda tanklar və helikopterlərdən istifadə edilmişdir.
Sultan Səlim məscidi (Dəməşq)
Səlimiyyə təkyəsinin məscidi (ərəb. مسجد التكية السليمية‎) — Sultan I Səlimin dövründə başlayan Dəməşqdəki məsciddir. Məscid əs-Salihiyyədə yerləşən kənddə inşa edilmişdir.
Dəməşq saatı ilə (film, 2018)
Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir. == Mövzusu == 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir. Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir. Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir. == Film haqqında fikirlər == İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır. Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması

Dəməşqli İoann
Dəməşqli İoann (təq. 675, Dəməşq – 4 dekabr 749) — erkən dövr xristian din xadimi, kilsə atası. == Həyatı == Xristian müqəddəslərindən olan Dəməşqli İoannın həyatı haqqında çox az şey dəqiqliyi ilə bilinir. Onun təxminən 660–675-ci illər arasında, Əməvi xilafətinin paytaxtı Dəməşq şəhərində varlı və nüfuzlu ailədə doğulduğu məlumdur. Ərəb adı Mənsur ibn Sərcun olmuşdur. İohanın atası kimi vergi idarəsində işlədiyi, lakin daha sonra oranı tərk edərək monastıra daxil olduğu barəsində məlumatlar var. Əməvilər dövründə son dərəcə inkişaf etmiş paytaxtında, elm və mədəniyyət mərkəzi olan Dəməşqdə, fərqli millət, din və mədəniyyətlərə məxsus insanların qaynayıb-qarışması nəticəsində təkrarolunmaz, tolerant aura hökm sürürdü. Bu dövrdə müxtəlif elmi, dini, ədəbi əsərlərin ərəb dilinə tərcümə edilməsi prosesinə də başlanmışdı. İoannın təxminən 736-cı ildə monastıra daxil olması haqqında məlumatlar vardır. Bu dövrdə xristian dünyasında, xüsusilə Bizans İmperiyasında baş vermiş geniş dini mübarizələr ondan da yan keçməmişdir.
Şəmsəddin əd-Dəməşqi
Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi (ərəb. شمس الدين محمد بن أبي طالب الدمشقي‎; 1256, Dəməşq — 1327) — Ərəb coğrafiyaşünası. Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi 1256-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdu. Onun əsas əsəri 1300-cü ildə «Nühbatu-d-dəhr fi əcaibi-l-bərr və-l-bəhr»dir. Şəmsəddin əd-Dəməşqi 1327-ci ildə Safed şəhərində vəfat edib. Крачковский И. Ю. Арабская географическая литература. — М., 2004. — С. 29, 129, 192, 277, 327, 352, 359, 377, 382—386, 491, 493, 502, 598, 662.

Digər lüğətlərdə