dəfələrlə istifadə
dəmir oksid
OBASTAN VİKİ
Ermənistan dəmir yolları
Ermənistan dəmir yolları (erm. Հայկական երկաթուղի) dəmir yolu şəbəkəsi olaraq Ermənistanın 10 mərzindən 9-nu əhatə edir. Hazırda "Cənubi-Qafqaz dəmir yolu" idarəsinin nəzarətindədir (erm. Հարավկովկասյան Երկաթուղի). 1991-ci ildə təşkil olunan Ermənistan dəmir yolları əsasən Cənubi Qafqaz dəmir yolları ilə Azərbaycan dəmir yollarının balansında olan dəmir yol xəttlərinin hesabına yaradılmışdır. Dəmir yollarının Azərbaycan, Gürcüstan və Türkiyə çıxışı vardır. Dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi. Abxaziya ilə yaranan konflikdən sonra Gürcüstan vastəsi ilə Rusiyaya çıxış qapanmışdır. Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan konflikdən etibarən isə Dilican Qazax istiqamətində dəmir yolu 1989-cu ildən tamamən fəaliyyətini dayandırmışdır. Bu xətt demək olar ki, bütünlüklə sökülmüşdür.
Dəmir
26 elektron Var. Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir.Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir - (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir.Dəmir maqnit sahəsinə malik olan metaldır.O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.İnsan qidasında dəmir çatışmadıqda elementar anemiya (qida anemiyası) baş verir. Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. Bitki orqanizmində dəmirin kütlə ilə miqdarı orta hesabla 0,02 %-dir.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Dəmir (dəqiqləşdirmə)
Dəmir
Dəmir Alməmmədov
Dəmir Gədəbəyli
Dəmir Müseyib oğlu Qasımov və ya Dəmir Gədəbəyli (27 mart 1939, Ataxal, Gədəbəy rayonu – 6 may 2019, Bakı) — şair, filologiya elmləri doktoru. 1939-cu il mart ayının 9-da (şəxsiyyət vəsiqəsində 27 mart) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür"). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.
Dəmir Hacıyev
Hacıyev Dəmir Vahid oğlu (29 yanvar 1929, İlisu, Zaqatala qəzası[d] – 20 iyun 1999, Bakı) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, zoologiya, paleontologiya, stratiqrafiya, tibbi biologiya sahəsində tanınmış alim. Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunun İlisu kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası alim-paleontoloq Hacıyev Vahid Hüseynəli oğlu respublikanın müxtəlif ali təhsil müəssisələrində, eləcə də elmi sovet və partiya idarələrində çalışmışdır. Anası – N.Nərimanovun qardaşı qızı Xanım Salman qızı Nərimanova müəllimə olmuşdur. Dəmir Hacıyev 1946-cı ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1952-ci ildə İnstitutu bitirib uşaq cərrahı ixtisasına yiyələnmişdir. Dəmir Hacıyev 1961-ci ildə “Eldar bozqırı­mın üst sar­mat hipparion faunası” mövzu­sun­da nami­zəd­lik dissertasiyasını müdafiə etmiş və bu işinə görə o, biolo­giya üzrə elm­lər doktoru elmi dərəcəsinə layiq görülmüş­dür. 1963-cü ildə Azərbay­can Dövlət Univer­sitetinin Onurğalılar zoologiyası kafedra­sında professor vəzifə­sinə seçilmiş, 1964-cü ildə professor elmi adını almış­dır. Dəmir Hacıyev 1964-cü ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş və “Ümumi biologiya və genetikanın əsasları” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1965-ci ildən 1969-cu ilədək kafedraya rəhbərliklə yanaşı, ADTİ-nin elmi işlər üzrə prorektoru olaraq da çalışmışdır. 1967-1968-ci illərdə D.Hacıyev Səhiyyə Nazirliyinin Elmi Şurasının sədri, 1968-1970-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunun Paleobiologiya şöbəsinin müdiri olmuşdur.
Dəmir Qvardiya
Dəmir Qvardiya (rum. Garda de fier) - Rumıniyada Arxangel Mixail Legionu (Legiunea Arhanghelului Mihail) və ya Legioner hərəkatı (Mișcarea Legionară) kimi Korneliu Zelya Kodryanu tərəfindən 1927-ci ildə qurulmuş faşist siyasi partiya və hərəkat. Cəmiyyət ultranasionalist, antisemitik, antimacar, antisiqanist, antikommunist idi və Şərqi Ortodoks Xristianlığını dəstəkləyirdi. 1930-cu ilin martında Kodryanu Legionun yarımhərbi siyasi qolu kimi Dəmir Qvardiyanı yaratdı və 1935-ci ildə Legion öz rəsmi adını "Totul pentru Țară" partiyası ("Hər Şey Ölkə Üçün" Partiyası) olaraq dəyişdirdi. O, sadəcə, İkinci Dünya müharibəsinin əvvəllərində mövcud oldu. Partiyanın üzvləri geyindikləri yaşıl formalar səbəbiylə "Yaşıl köynəklilər" olaraq adlanırdı. Marşal Yon Antonesku 1940-cı ilin sentyabrında hakimiyyətə gələndə Milli Legioner Dövləti yaradaraq, Dəmir Qvardiyanı idarəetməyə gətirdi. Ancaq, 1941-ci ilin yanvarında Legionerlər üsyanından sonra Antonesku təşkilatı dağıdaraq, ordu vasitəsiylə hərəkatı basdırdı. Hərəkatın Horiya Sima və digər liderləri Almaniyaya qaça bildi.
Dəmir Qübbə
Dəmir Qübbə (ivr. ‏כִּפַּת בַּרְזֶל‏‎, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır. İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur. Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır. Livanda yerləşən Hizbullah təşkilatının 1990-cı illərdən etibarən İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması İsrail Müdafiə Qüvvələrinin və əhalinin təhlükəsizliyini sual altında saxlayırdı.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Dəmir pakt
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir.Bu tikili dəmir filizindən hazırlandığına görə,həmdə dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır.Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur.Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi. Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä.
Məhəmməd Dəmir
Məhəmməd Dəmir (orijinal adı: türk. Muhammet Demir; d. 10 yanvar 1992; Trabzon, Türkiyə) — Türk futbolçudur. Hal-hazırda Sivasspor komandasında oynayır. Dəmir futbol oynamağa uşaqlıqdan başlayıb. Məktəb komandasında olan peşəkarlığı ilə əlaqədar 12 yaşında Qaradənizspora dəvət edildi. 2005-ci ildə komanda çempionu olan Dəmir, Türk çempionatlarına qoşuldu. Burada peşəkar olan Dəmir, bir çox komandadan transfer təklifi aldı. 2005-ci ildə Bursaspora transfer oldu. Bir neçə kiçik oyunlardan sonra, 2008-09 mövsümündə 15 yaşında peşəkar müqavilə imzaladı.
Sərbəst dəmir
Sərbəst dəmir α — Fe — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalasıː nadir. Sərbəst dəmirin yaxın xassələrlə səciyyələnən tellurik – yer mənşəli (ferrit: adətən 2,9 at. %-dək Ni) və meteorit – kosmik mənşəli (kamasit: ~ 6,4 at. % Ni; tenit : 24 at. %-dən çox Ni) əmələ-gəlmələri ayrılır. Rəng – poladı-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – poladı-boz, parıltılı; Parıltı – metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,3 (ferrit) — 8,2 (tenit) ; Sərtlik – 4–5; Ayrılma – ferrit və kamasitdə {100} üzrə mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – döyüləndir; güclü maqnitlik xassəsinə malikdir; tərkibində 30 %-dən çox Ni olduqda tenit maqnitlik xassəsini itirir; Morfologiya – XX: çox nadir hallarda: heksaedrik və oktaedrik; İ: {111} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, qeyri-düzgün formalı aqreqatlar, pulçuqlar, lövhələr, dendritlər, meteorit mənşəli əmələgəlmələr üçün səciyyəvi olan vidman-ştett fiqurları, plessit – kamasit və tenitin incə qatışıqları. Tellurik dəmir ilkin maqmatik əmələgəlmə, yaxud dəmirli birləşmələrin reduksiya məhsulu hesab edilir. Mineralın kütləsi bir neçə tona, nadir hallarda 20 tona çatan ən iri yığınları bazaltlarda yerləşir. Onun tapıntıları serpentinləşmiş ultrabazitlərdə də qeyd olunmuşdur.
Yusuf Dəmir
Yusuf Dəmir (türk. Yusuf Can Taşar, 2 iyun 2003, Vyana, Avstriya) — cinah mövqeyində oynayan türk əsilli avstriyalı futbolçu. Avstriya milli futbol komandasında və La Liqa təmsilçisi olan Barselona klubunda çıxış edir. Yusuf Dəmir 2003-cü il iyunun 2-də Avstriyanın paytaxtı Vyanada, ailəsinin kökləri Türkiyənin Trabzon şəhərindən olan türk ailəsində anadan olmuşdur. 26 may 2019-cu ildə Yusuf Dəmir Rapid Vyana ilə müqavilə imzaladı. Dəmir peşəkar debütünü 14 dekabr 2019-cu ildə Admira üzərində 3-0 liqa qalibiyyətində Rapid Vyana ilə etdi. 15 sentyabr 2020-ci ildə Dəmir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Gent"ə 1-2 hesablı məğlubiyyətdə qol vurdu. O, 17 il, 3 ay və 10 gün sonra, Gerd Vimmerdən sonra UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu oldu. 2021-ci ilin iyulunda Barselona Yusuf Dəmiri Rapid Vyana-dan 500.000 avroya bir mövsümlük icarəyə götürdüklərini və gələcəkdə 10 milyon avroya Yusuf Dəmiri komandaya transfer edə biləcəklərini elan etdi. 31 avqust 2021-ci ildə Barselona, Yusuf Dəmiri, əsas komanda oyunçusu kimi qeydiyyatdan keçdirdi.
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
Mustafa Dəmir
Mustafa Dəmir (1980, Kilis ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Mustafa Dəmir 1980-ci ildə Kilis ilində anadan olub. Kilis Universitetinin Peşə Liseyinin Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Kilis Gənclər və İdman İdarəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. 2017-ci ildə MHP Kilis ilçə sədri, 2020-2023-cü illərdə isə MHP Kilis il sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Kilis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Nejla Dəmir
Nejla Dəmir (1988, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nejla Dəmir 1988-ci ildə Ağrı ilində anadan olub. Van Yüzüncü İl Universiteti Kənd təsərrüfatı Bölməsindən məzun olub. Həmin universitetdə heyvanşünaslıq üzrə magistr dərəcəsi alıb. Ağrıda aqrar sahəsində çalışıb. Ağrı Kənd təsərrüfatı Palatasında təmsil olunub. 2019-cu ildə Sülh Bulağı əməliyyatı ilə bağlı Gazete Karınca nəşrində dərc olunan məqalələrinə görə barəsində açılan istintaqa əsasən həbs edilib. Bir müddət Ağrı həbsxanasında, daha sonra isə Oltu həbsxanasında saxlanılıb. Həmin ildə bəraət alıb və azadlığa buraxılıb. 2016-cı ildə Gazete Karınca nəşrində dərc olunan digər məqalələrində "prezidenti təhqir etmə" ittihamı ilə 2019-cu ildə barəsində daha bir istintaq açılıb, elə həmin ildəcə bəraət alıb.
Şahzadə Dəmir
Şahzadə Dəmir (1974, Şırnaq ili) — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir. Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dəmir şüa
Dəmir şüa (ivr. ‏קֶרֶן בַּרְזֶל‏‎, keren barzel, ing. Iron beam) — İsrailin müdafiə podratçısı olan Rafael inkişaf etmiş müdafiə sistemləri tərəfindən 17 avqust 2020-ci ildə dünyaya nümayiş etdirilmiş hava hücumundan müdafiə sistemidir. Sistem ilk dəfə 11 fevral 2014-cü ildə Singapur Air Show sərgisində nümayiş etdirilmişdir. Dəmir şüa Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin effektiv bir formada qarşısını almaqda çətinlik çəkdiyi mənzili çox kiçik olan, yəni 7 kilometrə qədər olan qısa mənzilli raketləri, artilleriya mərmilərini və Hava toplarını məhv etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, sistem pilotsuz uçuş aparatlarını da məhv edə bilir. Sistem mənzili 7 kilometrə qədər olan düşmən hədəflərini məhv etmək üçün “yönləndirilmiş yüksək enerjili lazer şüasından” istifadə edəcəkdir. Dəmir şüa Arrow 2, Arrow 3, Davud sapandı və Dəmir Qübbə ilə yanaşı, İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin beşinci elementini təşkil edəcəkdir. Bununla belə, Dəmir şüa həm də müstəqil bir hava hücumundan müdafiə sistemidir. Dəmir şüa, atışdan sonrakı 4-5 saniyə ərzində havadakı hədəfi məhv etmək üçün fiber lazerdən istifadə edir.
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (Almanca: Ritterkreuz des Eisernen Kreuzes) Cəngavər dəmir xaçı və ya daha çox tanınan adı ilə Cəngavər Xaçı (Almanca: Ritterkreuz), digər variantları ilə Nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı hərbçilərə və hərbiləşdirilmiş heyətə vermiş olduğu ən yüksək mükafat olmuşdur. Cəngavər Xaçı — döyüşdə əsgərlərinə müvəffəqiyyətlə rəhbərlik edən yüksək rütbəli komandirdən tutmuş, hərbi sahədə göstərdiyi şücaətə görə aşağı rütbəli əsgərə qədər müxtəlif səbəblərə görə və bütün rütbələrə mənsub olan insanlara verilmişdir. Mükafat Waffen-SS, Reichsarbeitsdienst (RAD, Reyx İnsangücü Xidməti) və Volkssturm (Vətən Mühafizəçiləri) üzvlərinə, həmçinin də Wehrmacht komandanlığı altında olan üç böyük hərbi qüvvənin üzvlərinə (Quru qoşunları: Heer, Hərbi dəniz qüvvələri: Kriegsmarine və Hərbi hava qüvvələri: Luftwaffe), eləcə də digər Ox qüvvələri dövlətlərinin hərbçilərinə verilmişdir. Mükafat ilk dəfə olaraq 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşa kampaniyasını başlaması ilə təsis edilmişdir. Mükafatın yaradılma səbəbi Almaniya İmperiyasında mövcud olmuş olan köhnə ləyaqət və cəsarət mükafatlarını yeniləri ilə əvəz etmək olmuşdur. 1940-cı ildə mükafatın daha yüksək səviyyəsi olan, palıd yarpağı əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. 1941-ci ildə mükafatın daha iki yüksək səviyyəsi yaradılmışdır: palıd yarpaqları və qılınclar əlavə edilmiş Cəngavər Xaçı və palıd yarpaqları, qılınclar və brilyantlar əlavə edilmiş Cəngavər Xaçı. 1944-cü ilin axırlarında isə Stuka komandiri olmuş olan Oberst Hans-Ulrix Rudelin böyük hərbi müvəffəqiyyətlərinə görə verilmiş mükafatın ən ali dərəcəsi olan Qızıl Palıd Yarpağı, Qılınc və Almaz əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. Müharibə illəri ərzində təxminən 7000-dən çox insan Cəngavər Xaçı mükafatı ilə təltif edilmişdir.
Culfa Dəmiryol Stansiyası
Culfa Dəmiryol Stansiyası — Azərbaycan Respublikası, Culfa şəhərində yerləşən vağzal tipli beynəlxalq əhəmiyyətli dəmir yolu stansiyasıdır. Culfanın Cənubi Qafqazda mühüm geostrateji ərazidə yerləşməsi bu bölgədə dəmir yolu əsasında nəqliyyat dəhlizinin yaradılmasında xüsusi rol oynayıb. Xüsusilə keçmiş Çar Rusiyasının İranla iqtisadi əlaqələrində Culfanın əhəmiyyəti danılmaz fakt olaraq hər kəsin yaddaşında qalmışdır. Ümumilikdə Culfa Dəmiryol Stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi regionda şöhrət qazanmışdır. Qeyd edilməlidir ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisindən sonra Uluxanlıdan Culfaya ilk dəfə dəmir yolu xətti çəkilməyə başlanır. Uzunluğu 189 verst olan və Zaqafqaziya dəmiryollarının tərkibində mühüm hesab edilən bu xəttin çəkilişi 1908-ci il yanvarın 20-də yekunlaşdırılır. Culfa şəhərində yerləşən sinifsiz sahə tipli bu dəmir yolu stansiyası isə 1900-1905-ci illər ərzində inşa edilib, 1908-ci ildən istifadəyə verilir. Həmin ildən Uluxanlı-Culfa xətləri üzrə fəaliyyət göstərən bu stansiya o dövrdə Rusiyanın İranla əlaqələrində mühüm qovşaq kimi maraq dairəsində olur. Buna görə də 1907-ci ildə Araz çayı üzərində yeni körpü tikilir və dəmiryol xətti də bu körpüdən keçməklə İran dəmir yolları ilə birləşir. Birinci Dünya müharibəsi dövründə, daha doğrusu, 1915-ci ildə Culfa-Təbriz dəmir yolu fəaliyyətə başlayır.
Cənubi Mancuriya dəmiryolu
Cənubi Mancuriya dəmiryolu - Mancuriyada Harbindən Port-Artura qədər uzanan, uzunluğu 1022 km. olan dəmiryol xətti Şərqi-Çin dəmiryol xəttinin tərkib hissəsi kimi Cənubi Mancuriya dəmiryol xətti Xarbin - Port-Artur dəmiryol xətti üzrə 1898-1903-cü illərdə çəkilmişdir. Bu dəmiryol xəttinin tikintisi 1898-ci il Rusiya-Çin konvensiyasına əsasən Kvantun əyaləti ilə Dalyan və Port-Artur limanları arasında dəmiryol əlaqəsinin yaradılması məqsədilə aparılmışdır. 1904-1905-ci illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsindən sonra, Portsmut sülh müqaviləsinə əsasən Şərqi-Çin dəmiryolunun Cənubi Mancuriya xəttinin Port-Arturdan Çançuna qədər uzanan 735 km.-lik böyük bir hissəsi daş kömür şaxtaları da daxil olmaqla, əmlakı ilə birlikdə Yaponiyanın ixtiyarına keçdi. Şərqi-Çin dəmiryol xəttinin Rusiyanın əlində qalan ən cənub stansiyası Çançun şəhərinin şimal hissəsində yerləşən Kuançentszı stansiyası oldu . Cənubi Mancuriya dəmiryol xəttinin Yaponiya hissəsi 1906-cı ildə əsası qoyulan və qərargahı Dayrendə yerləşən Cənubi Mancuriya dəmiryol kompaniyası tərəfindən idarə olunurdu. Cənubi Mancuriya dəmiryol xəttinin Şərqi-Çin dəmiryol xətti rus ölçüləri əsasında (5 fut vəya 1524 mm) inşa edildiyi halda Rusiya-Yaponiya müharibəsi zamanı yaponlar bu dəmiryol xəttini Yaponiya dəmiryol xəttinin ölçülərinə (5 fut və ya 1524 mm) uyğunlaşdırdılar. Müharibə qurtardöqdan sonra bi dəmiryol xəttini Çinin dəmiryol xəttinə uyğunlaşdırmaq məqsədilə standart ölçülər (1435 mm) tətbiq olundu . 1907-ci ildə Rusiya ilə Yaponiya arasında Yaponiyanın əlində olan dəmiryol xəttinin ondan şimalda yerləşən və Rusiyanın ixtiyarında olan Şərqi Çin dəmiryolu ilə birləşdirilməsinə dair razılıq əldə edildi. 1945-ci ilin avqustundan keçmiş Şərqi Çin dəmiryol xətti SSRİ-nin və Çinin birgə idarəçiliyinə verildi, 1952-ci ildə bu dəmiryol xətti əvəzsiz olaraq Çinə verildi.
Cənubi Qafqaz dəmir yolu
Cənubi Qafqaz dəmir yolu (erm. Հարավկովկասյան Երկաթուղի) — Rusiya Dəmir Yollarının 100 % törəmə şirkətidir. 13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür: — Uzunmüddətli effektivliyi və maliyyə qayanaqlığının artırılması; — Xidmətlərin keyfiyyətinin artırılması; — Ermənistan ərazisində nəqliytatın imkanlarının artırılması; — Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi. Yük daşımanın artırılması, mövcud infrastrukturu Ermənistan dəmir yollarının güzəştə verilməsi barədə razılaşmada şirkətin öhdəliklərini lazımınca yerinə yetirməməsi halında Rusiya tərəfinin "57 milyon dolları keçməyən" məbləği ödəməli olduğu qeyd edilir. 2019-cu ilin sentyabrında Rusiya Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolunun idarə edilməsinə dair müqavilənin erkən ləğv olunma ehtimalını nəzərdən keçirə biləcəyi barədə bir açıqlama verir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfi ilə dəmir yolunun idarə olunması ilə bağlı danışıqları davam etdirir. Dəmir yolunun eni — 1520 mm. İşləyən stansiyaların sayı — 55. Sərnişin qatarlarının maksimal sürəti 100 km/saat, minimum 40 km/saatdır.
Daşkəsən dəmir filizi yatağı
Daşkəsən dəmir filizi yatağı — Qafqazda sənaye ehtiyatları 300 mln.ton həcmində qiymətləndirilən yeganə dəmir filizi yatağıdır. Daşkəsən skarn-maqnetit yataqlar qrupu eyniadlı rayonda, Gəncə şəhərindən cənubi-qərbdə yerləşir. Onlar özlüyündə erkən təbaşir dövründə formalaşmış kontakt-metasomatik törəmələrdən ibarətdir. Filiz yerləşən çöküntülətin tərkibində 110-dan çox mineral növləri müəyyən edilmişdir. Filizəmələgətirən əsas minerallar maqnetit və hematitdir, digər minerallardan isə mis, qurğuşun və sink sulfidlərini, eyni zamanda, kobalt sulfo-arsenitlərini və b. qeyd etmək olar. Şimali Daşkəsən kobalt yatağı Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Dəmirtəpə (Əhər)
Dəmirtəpə (fars. دميرتپه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Dəmiryol bərəsi
Dəmiryol bərəsi — Dəmiryol qatarlarını dənizlərdən, boğazlardan keçirən gəmi. Məsələn, Bakı-Türkmənbaşı bərələri.
Dəmiryol nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryol stansiyaları
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəmiryol stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Dəmiryolu
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri - Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır. Ddarəetmə obyekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir və bu sistemlər dəmiryolu nəqliyyatında idarəetmə sistemlər əsasını təşkil edir. Obyektin idarə olunması elə bir təsir vasitəsidir ki, burada baş verən prosesin gedişinin lazımı formada təmin olunması və ya onun vəziyyətinin əlverişli istiqamətdə dəyişdirilməsini təmin edir. İdarəetmə obyekti dedikdə müxtəlif növ texniki qurğular,texnoloji proseslər,robototexniki komplekslər və s.nəzərdə tutulur.İdarəetmədə insan əməyindən istifadə olunarsa belə idarəetmə avtomatlaşdırılmış idarəetmə,insan əməyi olmadan aparılan idarəetmə isə avtomatik idarəetmə adlanır.Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır.idarəetmə obtekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. Bütün idarəetmə sistemləri açıq və qapalı olmaqla iki qrupa ayrılır. İdarəetmə texnikasının inkişafının ilk pillələrində praktiki olaraq onun ancaq bir növü mövcud idi,bu da tənzimlənən parametrin verilmiş sabit qiymətində saxalanılmasından ibarət idi.Lakin texnikanın bütün sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq idarəetmənin və tənzimləmənin dəqiqliyə,keyifiyyətinə,etibarlılığına olan təlabat artır.Buna görə də idarəetmənin mövcud olan aşağıdakı növlərini öyrənilməsi vacibdir. İdarə edilən və ya tənzimlənən parametrin verilmiş qiymətdə saxlanılmasına deyilir.Tənzimləmə meyl etməyə uyğun aparıldıqda onu azaltmaq üçün statik xarakterisikaya malik olan tənzimləyicilərdən isitifadə etmək lazım gəlir. Verilmiş funksionallaşma alqoritminə əsasən X0-verən proqram vericisi ilə icra olunan idarəetməyə deyilir.Zaman proqramalı idarəetmə sistemlərininin iki əsas formasından istifaə edilir.;a) zaman proqramalı sistemlər;b)fəza proqmalı sistemlər. Zaman proqramalı sistemdə proqram vericisi birbaşa X0 funksiyasını yaradır.Belə sistemlərə misal olaraq saat mexanizminin hərəkətini ,müntəzəm gdişli mühərriki,bərkidici sobalarda temperaturun dəyişməsini,mexanizmli oyuncaqları,maqnitafonları və s. Fəza proqramalı idarəetmə metal emalı dəzgahların proqramla idarəetmə sistemlərində istifadə olunur.
Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Dərbənd Dəmiryolu Stansiyası
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Elşən Dəmirli
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Estoniya dəmir yolları
Estoniya dəmir yolları ümumi uzunluğu 1320 km olan dəmir yol şəbəkəsi (2005 ilə olan məlumata görə 132 kilometri elektrikləşdirilmişdir). Reylslər arasında məsafə 1520 mm-dir. Bu əsasən keçmiş sovet ölkələrində mövcuddur. Estoniyanın əsasən voğzalı Batik voğzalıdır. Milli şirkətin rəhbəri "Eesti Raudteedir". 24 oktyabr 1870-ci ildə Estoniyada ilk dəmir yolu Paldiski—Pevel—Narva—Qatçina istiqamətində çəkilmişdir. Elə həmin ildə Peterburq-Varşava dəmir yolu birləşdirilmişdir. Baltik dəmir yolları 1870-ci ildə Qatçindən Tasno xətti birləşdirilir. 1877-ci ildə Tapa—Derpt yolu inşa edilir. 1897-ci ildə yol Valqa ilə birləşdirilir.
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Gravity (Ovik Dəmirçyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.
Göksəl Dəmirpəncə
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyniadlı stansiyası. Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Həsən Dəmirov
Həsən Dəmirçi
Həsən Dəmirçi (18 fevral 1941, Təbriz – 24 iyun 2018, Təbriz) — azərbaycanlı milli-mədəni fəal, şair, yazıçı, bəstəkar, musiqiçi. Həsən Dəmirçi 1941-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub. 2006-cı ildə Milli Qiyam Günündə Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə görə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilib. İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra Həsən Dəmirçi bəraət qazanıb və 6 aydan sonra azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb. 2009-cu ildə rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi” Eteelaat əməkdaşları tərəfindən bağlanıb. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalıb. 2015-ci ilin dekabr ayında İranda və Güney Azərbaycanda yaşayan 1046 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar.

Digər lüğətlərdə