dağ-dağa 2021

dağ-dağa
dağ-dağ
dağ-daş
OBASTAN VİKİ
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kostyuşko (dağ)
Kostyuşko (pol. Kosciuszko, yerli tələffüz — Kozi-osko (ˈkɔziˌɔskoʊ, BFƏ) ) — Avstraliya qitəsinin ən yüksək zirvəsi. Yeni Cənubi Uels ştatının cənubunda və bu ştatla həmsərhəd olan Viktoriya ştatının yaxınlığında, eyni adlı milli parkın ərazisində yerləşir. Zirvənin hündürlüyü 2228 metrdir. İlk dəfə 1840-cı ildə fəth edilmişdir. Zirvə, Avstraliya Alpında yerləşir. == Tarixi == Dağın zirvəsinə qalxmış ilk insan polyak səyahətçisi, coğrafiyaçı və geoloq Pavel Edmund Stşeleski olmuşdur. O bu dağın adını hərbçi və siyasətçi Taeduş Kostyuşkonun şərəfinə adlandırmışdır. == Maraqlı faktlar == Əvvələr bu dağın adı Taunsend idi, "Kostyuşko" adı isə bu dağa qonşu olan o zamanlar, Avstraliya Alpında ən yüksək zirvə hesab edilmiş dağa verilmişdir. Sonralar tədqiqatlar nəticəsində məlum oldu ki, Taunsend dağı "Kostyuşko" dağından 20 metr hündürdür.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.
Liverpul (dağ)
Liverpul (ing. Liverpool Range) — Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisində yerləşən dağ silsiləsi. Liverpul vulkanik mənşəli dağ silsiləsidir. Liverpul sıra dağlarının ən yüksək nöqtəsi olan Oksli dağının hündürlüyü 1372 m-dir. Dağın cənub yamacları çoxlu çayın, o cümlədən Hanter və onun qollarının mənbəsidir. Şimal yamacları Pil və Muki çaylarının mənbəsidir.
Məmmədvəli (dağ)
Məmmədvəli — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Şəmkir və Şamxor çayları arasında yerləşir. Hündürlüyü 2645 m. Oronim Məmmədvəli şəxs adı ilə bağlıdır. Görünür, dağın ərazisi həmin şəxsə məxsus yaylaq yurdu olmuşdur.
Nemrut Dağ
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. == Tarix == E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Olimp (dağ)
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Orta dağ
Orta dağ — Mütləq hündürlüyü 1000 m-dən 2000 m-ə qədər olan dağ. Nisbətən meyilli yamacları və dəyirmi zirvələri ilə fərqlənir. Orta dağ materiklərin 24 milyon km2 sahəsini tutur.
Plovtəpə (dağ)
Plovtəpə — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Uzunoba su anbarından 500 m qərbdədir. Hündürlüyü 1036 m-dir. Plovtəpə – Babək rayonu ərazisində dağ (hünd. 1036,3 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Naxçıvan şəhərindən 4,6 km şimalda, Uzonoba su anbarının qərb sahilindədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda iştirak edən Duzdağ sinklinalının geniş cənub-şərq qanadında yerləşir.
Qapıcıq (dağ)
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qaradağ (dağ)
Qaradağ – Şahbuz rayonu ərazisində dağ (hünd. 1756,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Külüs kəndindən 800 m cənubdadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacı sıldırımlı yüksəklikdir. Yamaclarında lay dəstəsinin alt hissəsinə aid çöküntülər açılır. Düzəlmə səthi fraqmentidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Külüs sinklinalının nüvə hissəsində yerləşir. Cənub-qərb yamacından qırışığın qanadını mürəkkəbləşdirən şimal-qərb istiqamətli fay qırılması keçir.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaratikanlı (dağ)
Qaratikanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun ərazisində dağ. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratikan, Dədə-Qorqudda Qaratikan Qıpçaqların Tikan tayfasının adından (Şaqiyazov, Qeybullayev, Az-a s. 66). Qaraq (el, camaat) və tikan. İrəvan əyalətində Tilkanlı, Qars əyalətində Tikanlı, Dağlıq Şirvanda Tikanlı-Yurd və b. adlarla mənşəcə eynidir.
Qaraçuq (dağ)
Qaraçuq - Xocavənd rayonunda dağ adı. == Toponim == Qaraçuq - Xocavənd rayonunda dağ adı (hünd. 632). Yuxarı Qarabağın Dizaq nahiyəsində Qaraçuq kənd adı da qeyd olunmuşdur. Qaracuq adlı dağ və kənd Naxcıvanda da vardır. Kitabi-Dədə Qorqud eposunda da Qaraçuq yer adı cəkilmişdir. == Qaraçuq coğrafi koordinatı == Qaracuq, Qaraçıq – coğrafi koordinatı məlum olmayan yer adı. KDQ-də üç yerdə adı çəkilir (II, D- 3613, III, D-1105, VII, D-2054). II boyda Bayındır xan Amid soyunun aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, Xan Uruzun babası...” – deyə xatırlanır (D-3613). III boyda Beyrək Dəli Ozana Qazan xanı Türkistanın dirəgi!
Qarqar (Dağ)
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. == Toponim == Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qellert (dağ)
Qellert (mac. Gellért-hegy) — Budapeştdə (Macarıstan) Dunay tərifi ilə 235 m yüksəklikdə təpə. Budapeştin 1-ci və 11-ci rayonlarının bir hissəsidir. == Tarixi == XVIII əsrdə Qellert dağının yamacları üzüm bağları ilə örtülmüşdür. Dağın ətəyindəki Taban, Bodada yerləşən əhəmiyyətli bir şərabçılıq mərkəzi idi. 1789-ci ilin məlumatlarına görə, təpənin 128 hektarı üzüm bağları ilə örtülmüşdür (və yalnız 7,62 hektar otlaq kimi istifadə edilmişdir). == İstinadlar == == Ədəbiyyat == А. Сегеди. Гора Геллерт и Цитадель // Будапешт. Жемчужина Дуная (2000 nüs.). М.: Вече.
Qurbantəpə (dağ)
Qurbantəpə dağı — Azərbaycanda, Qubadlı rayonu, Məlikəhmədli kənd yaxınlığında yerləşən dağ. Dağın maksimal hündürlüyü 1075 metrdir. == Yerləşməsi == Gorusdan Qubadlıya gedən yolun sağ kənarındadır. Məlikəhmədli kəndindən Yazı düzünə çıxan Gülsəyeri yolunun sağ hissəsində yerləşir. == Toponimikası == Qurbantəpə toponimi “qurban vermə” və ya “qurban kəsmə” hadisəsi ilə bağlı olaraq meydana gəlmişdir. Yerli sakinlərin sözlərinə görə uzun zaman yağış yağmadıqda və ya quraqlıq baş verdikdə, bu təpədə qurban kəsmə ayini icra edilirdi. Beləki Yazı düzündə aparılan əkinlər dəmyə istiqamətli olması səbəbindən əkin ancaq yağıntı sularına əsaslanırdı.
Quşqayası (dağ)
Quşqayası dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında zirvə. Şahbuzkənddən 3 km cənub-qərbdədir. Orta Eosenin Lütet və Barton mərtəbələrinə aid Alt və Orta Paradaş lay dəstələrinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Qərb yamacından submeridional istiqamətli fay-yerdəyişmə qırılması keçir.
Qırmızıdağ (dağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızqala (Dağ)
Qızqala — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı. == Toponomik izahı == Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). Azərbaycanda və Ermənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.
Qızılqaya (dağ)
Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.