DİN

is. [ ər. ]
1. Xariqüladə qüvvələrə, varlıqlara inanmağı əsas götürən, Tanrıya etiqadı və tapınmağı sistemləşdirən ictimai şüur forması. Qorxu hissi yanlış olaraq dinin meydana gəlməsinin səbəbi sayılırdı. Din bəşəriyyət tarixinə hakim olan ən böyük qüvvətdir. Fəlsəfənin də, elmin də qaynağı dindir.
2. Həmin inam və etiqadları ayin və mərasimlər şəklində özündə toplayan dünyagörüşü, davranış və spesifik fəaliyyət. İslam dini. Xristian dini. Budda dini. Dini ayinlər.
◊ Dindən-dondan çıxmaq – yorulmaq, usanmaq.

Синонимы

  • DİN DİN Ər-arvad və din məsələsində Həsən köhnə ata-baba yolu ilə gedənlərdən idi (M.İbrahimov); MƏZHƏB [Molla Sadıq:] Camaat, hamınız sünnüsünüz, məzhəbi

Омонимы

  • DİN DİN I is. [ ər. ] Üstqurum formalarından biri. Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu İslam adına (B
DİMEDROL
DİN-İMAN
OBASTAN VİKİ
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Lukas Din
== İstinadlar ==
Macarıstanda din
Macarıstanda din — Macarıstanda ən çox yayılmış dini istiqamət katoliklikdir; 2001-ci il milli siyahıyaalınmasına əsasən, 5.558.901 nəfər və ya ölkənin ümumi əhalisinin 54,5%-i özlərini katolik hesab edir. Macarıstanın katolik əhalisinin əksəriyyəti Latın ayininə mənsubdur, 268 935 nəfər (əhalinin 2,6%-i) yunan katolikləri kimi təsnif edilir. İkinci ən çox yayılmış məshəb protestantlıqdır (əsasən Kalvinizm). Protestantlar ölkə əhalisinin 19,5%-ni təşkil edir. Protestantlıq tarixi səbəblərdən ən çox ölkənin şərqində (xüsusilə Debrecen bölgəsində) geniş yayılmışdır. Macarıstan protestantlarının 90%-dən çoxu kalvinistlərdir, üstəlik lüteranlar, baptistlər və s. vardır. Dini azlıqlar arasında pravoslavlar (əsasən etnik serblər, rumınlar, ukraynalılar və rutenlər), yəhudilər, müsəlmanlar və s. var. Katoliklik və protestantlıqla əlaqəli olmayan dinlərin ardıcıllarının sayı ümumilikdə 0,5%-dən çox deyil.
Monteneqroda din
Monteneqroda din - Pravoslav xristianları ölkədə böyük üstünlük təşkil edirlər. Ölkədə islam və katolik xristianlığında etiqad edənlər də müəyyən faizə sahibdirlər. Digər dinlərdə etiqad edənlər isə ölkə əhalisinin 0,1 % keçmir. == Etiqad edənlərin sayı == 2003-cü siyahıya alınmasına əsasən əhalinin dini mənsubiyyəti də qeydə alınmışdır. Onun nəticələrinə görə, ölkə əhalisi dini mənsubiyyətinə görə aşağıdakı kimi sıralanır: Provaslav — 460 383 (74,24 %) İslam — 110 034 (17,74 %) Katolisizm — 21 972 (3,54 %) Protestantlıq — 383 (0,06 %) Okkultizm — 58 (0,01 %) İudaizm — 12 6 003 nəfər (0,97 %) heç bir dinə mənsub olmadıqlarını, 2 424 nəfər (0,39 %) Aqnostisizm olduqlarını bəyan etmişlər. 13 867 (2,24 %) nəfər isə suala cavab verməkdən imtina etmişlər. == Provaslav == Ölkədə provaslav məzhəbində etiqad edənlərin böyük hissəsini monteneqrolular (52,5 %) və serblər (42,7 %) təşkil edir. Provaslavlar həm Serbiya provaslav kilsəsi həm də Monteneqro provaslav kilsəsinə (digər provaslav kilsələri tərəfindən tanınmır) tabedirlər. == Katolizm == Monteneqroda katolizm məzhəbində etiqat edənlər əsasən albanlar (36,98 %), xorvatlar (31 %) və monteneqrolulardır (22,76 %). Katolizm məzhəbində etiqad edənlərin böyük hissəsi sahil zolağında yayılmışlar.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
DİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində (Rusiya İmperiyasında mövcud olmuş polis sistemi əsasında) yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Pakistanda din
Pakistanda din — Pakistan İslam Respublikasındakı dini vəziyyətə verilən ad. Pakistanda dövlət dini İslam dinidir. Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.. == Dini demoqrafiya == Konqres Kitabxanası, ABŞ Dövlət Departamenti, The World Factbook, Pensilvaniya Universiteti və Oksford Universiteti tərəfindən həyata keçirilmiş müxtəlif tədqiqatlarda Pakistanda əhalinin dini baxımdan bölgüsü üzrə fərqli rəqəmlər ortaya çıxmışdır. Bu hesablamaların fərqli olmasının əsas səbəbi onların müxtəlif metodlarla hesablanması olmuşdur. Ölkədə hazırda əhalinin dini baxımdan bölgüsünün aşağıdakı kimi olduğu təxmin edilir: İslam (96%) Sünnilər: 75–95% Şiələr: 5–20% Əhmədiyyə: 0.22–2.2% Digər dinlər Hinduizm: 2% (3,600,000 nəfər) Xristianlıq: 1,59% (2,800,000 nəfər) Bəhailik: 40,000–79,000 nəfər Siqhizm: 20,000 nəfər Zərdüştilik/Parsilər: 1,600-20,000 nəfər Kalaşlar: 3,000 nəfər Buddizm: 1,500 nəfər 2012-ci ildə həyata keçirilmiş hesablamalara əsasən Pakistanda 18 yaşdan yuxarı 5,900,000 nəfər özünü qeyri-müsəlman kimi təqdim etmişdir. == Dinlər == === İslam === İslam dini Pakistanda dövlət dinidir. Ölkə müsəlmanların sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir.
Pir (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. == Etimologiya == "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. == Tarixi == Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Polşada din
Polşada din — Polşa Respublikasında din. == Qanunvericilik == Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir. Ölkə Konstitusiyasında dinlə əlaqədar hər hissədə katolikliyə yer ayrılmışdır. Bu mənada, Katolisizm dövlətin rəsmi dini olaraq qəbul edilməkdədir. Kilsə, dövlət, siyasət və cəmiyyət həyatında lazım olduğunda istifadə etdiyi ciddi bir nüfuza malikdir. Bəzi katolik keşiş və qruplar siyasətlə açıq-aşkar fəaliyyət göstərməkdə və bugünkü koalisiya iqtidarının ən böyük və ən kiçik partiyalarını dəstəkləməkdədir. Dövlət ilə Kilsənin rəsmi əlaqəsi 1989-cu ildə qəbul olunan qanuna əsasən təşkil edilməkdədir. Bu qanunlar, inanc azadlığını zəmanət altına almaqda, Roma Katolik Kilsəsinin radio və televiziya proqramları təşkil etməsinə; ayrıca məktəb, xəstəxana və tarixi dəyəri olan binaları işlətməsinə icazə verməkdədir. Polşa parlamenti olan Seymin Başçı kürsüsünün arxasında Xaç vardır.
Qazaxıstanda din
Qazaxıstanda din—Müxtəlif sorğulara görə, Qazaxıstan vətəndaşlarının əksəriyyəti, ilk növbədə etnik Qazaxıstan, qeyri-denim Müsəlman , digərləri isə Sünniliyə meyl edirlər. Hənəfi məktəbi, ənənəvi olaraq əhalisinin 63,6% -ni təşkil edən etnik qazaxlar, eyni zamanda etnik özbəklər, uyğurlar və tatarlar. 1% -dən az hissəsi Şəfiiliyin (ilk növbədə Çeçenlər) və Şiə nin bir hissəsidir..Təxminən Qazaxıstanda 2300 dən çox məscid fəaliyyət göstərir..Qurban Bayramı milli bayram olaraq tanınıb..Qazaxıstan əhalisinin 25% -dən az hissəsi ənənəvi olaraq etnik ruslar, ukraynalılar və belaruslardan ibarət olan rus pravoslavlardır. Digər xristian qruplarına Katoliklər, Protestant daxildir.Həmçinin ölkədə Baptist, Presbiterianlar, Lüteranlar, Pentekostallar, Metodizm, Mennonit və Yeddinci gün Adventistləri), Yehovanın Şahidləri və Mormonlara rast gəlmək mümkündür .Cəmi 265 qeydiyyatdan keçmiş pravoslav kilsəsi, 93 katolik kilsəsi və 543 protestant kilsəsi və ibadət evi var..Yulian təqviminə görə Rus Pravoslav qaydasında göstərilən Milad da Qazaxıstanda milli bayram olaraq qəbul edilir.Qeydiyyata alınan digər dini qruplara Yəhudilik, Bəhai İnam, Hinduizm, Buddizm daxildir. Ölkə çox millətli, uzun tolerantlıq və dünyəvilik ənənəsinə malikdir..Lakin əhali bəzən azsaylı dini qruplara və prozelitizm edən qruplara qarşı ehtiyatlı olur..Vətəndaşların ailə üzvləri bu cür qruplara qoşulduqdan sonra hakimiyyət orqanlarına şikayət etdikləri barədə bir neçə məlumat var..Hökümətin "ənənəvi" hesab etdiyi dörd dini qrupun rəhbərləri - İslam, Rus Pravoslavlığı, Katoliklik və Yəhudilik - digər dini qrupların daima sevmədikləri ümumi qəbul və dözümlülük barədə məlumat verdilər. == Tarixi == Ölkə tarixən müxtəlif dinlərə sahib müxtəlif etnik qruplara ev sahibliyi etmişdir. Digər cəmiyyətlərə qarşı dözümsüzlük qazax mədəniyyətinin bir mövzusuna çevrildi. Müstəqil bir respublikanın qurulması, SSRİ-nin dağılmasından sonra, insanların həyatının hər sahəsində çox dəyişikliklər başlamışdır. Əhalinin dindarlığı, hər hansı bir mədəni şəxsiyyətin vacib hissəsi kimi dinamik dəyişikliklərə də məruz qalmışdır. Baptist Kilsələr tez-tez basqın edilir.
Rid Din
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Rəsmi din
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. == Dövlət dininin atributları == == Müasir dövrdə vəziyyət == Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. == Rəsmi dini olan dövlətlər == === Xristianlıq === ==== Katoliklik ==== Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) ==== Protestantlıq ==== ===== Kalvinizm ===== Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) ===== Lüteranlıq ===== Danimarka İslandiya Norveç Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Sədəqə (din)
Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir. == Haqqında == Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır.
Türkiyədə din
Türkiyədə din — Türkiyə Respublikasının Konstitusiyasına əsasən Türkiyə dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri ayrılmışdır. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilmişdir. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, 3 mart 1924-cü ildə Baş Nazirliyə bağlı bir təşkilat olaraq qurulmuşdur. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulmuşdur. Dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur. 1923-cü ildən əvvəl qüvvədə olan dini qanunlar tamamilə ləğv edildi. Osmanlı Dövlətində rəsmi mənsubiyyət elementi olan "Müsəlman" konsepsiyası 1923-cü ildən bəri istifadə edilməmişdir və bu mənsubluğu "Türk" konsepsiyası əvəz etmişdir. Qeyri-müsəlmanlar, ümumi əhalinin çox az bir hissəsini (0,2%-dən az) təşkil edir.
Çində din
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib.
İndoneziyada din
İndoneziyada din — İndoneziya Respublikasının ərazisində din. == İslam == Bu ölkədə İslam dini tacirlərin vasitəsilə yayılıb. İndoneziya əhalisinin böyük əksəriyyəti - 86 faizi müsəlmanlardır. Hazırda 230 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. == Xristianlıq == Xristianlar əhalinin 10.72 faizini (7.6% protestant, 3.12% katolik) təşkil edir. == Dini tikililər == İndoneziya özündə hinduizm, buddizm və islam dinlərinin abidələrini birləşdirən məbəd memarlığının nadir beşiyidir. Möhtəşəm budda kompleksi olan Borobudur e.ə. IX əsrdə dördtərəfli nəhəng piramidalar şəklində tikilən ən böyük məbəddir. Borobudur Budda kompleksi Vişna, Şiva və Braxma allahlarına həsr olunmuş dünyada ən iri dini tikililərindən biridir ki, günümüzədək qorunub saxlanılıb. Min il əvvəl Merapi vulkanından sonra insanlar bu yerləri tərk edib.
İraqda din
İraqda din 2015-ci ilə nisbətən müsəlman idi, əhalinin 95-98% -i İslamı qəbul edir. Xristianlıq, o cümlədən Katolik, Pravoslav, Protestant, Şərq Assuriya Kilsəsi 1%, digər dinlər isə qalan 1-4% təşkil edir .Yazidizm və İraqdakı azlıqların etiqad etdiyi dini skretizm Mandaeism, Şabakizm və Yarsanizm 1.5'ini əhatə edir. İraq Yəhudi icması artıq yoxdur. == İslam == İraq müsəlmanları iki fərqli ənənəyə - şiə və sünni İslama uyğundur. 2018 CIA Fakt kitabına görə, İraq 97% müsəlmandır: 60-65% şiə və 32-37% sünni. İraqdakı Vətəndaş Müharibəsindən (2014–2017) bəri müsəlmanların ümumi faizi xristian və yezidi qaçqınlarının qonşu ölkələrə köç etməsi səbəbindən artmışdır. Bağdad əsrlər boyu İslam öyrənmə və təqaüd mərkəzi idi və Abassidlərin paytaxtı olaraq xidmət etdi. Kərbəla şəhəri 680-ci il oktyabrın 10-da müasir şəhərin yerində vuruşan Kərbəla döyüşü nəticəsində şiə İslamda əhəmiyyətli dərəcədə geniş yer tutur. şiələri saleh xəlifə və ilk imam hesab edənlər də "İmam Əl" adıyla tanınır. Artıq şəhər şiə İslam dünyasının böyük bir həcc mərkəzidir və yalnız Məkkə və Mədinədən daha çox müsəlman zəvvar qəbul etdiyi təxmin edilir.
İslam (din)
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteizm dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan İslam tərəfdarlarına müsəlman deyilir. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
İsraildə din
İsraildə din ölkənin həm mədəniyyətində, həm də əhalinin həyat tərzində mühüm əhəmiyyət kəsb edir. Din İsrail tarixində daima mərkəzi rol oynamışdır. İsrail dünyada əhalisinin əksər hissəsi yəhudi olan yeganə dövlətdir. İsrail Mərkəzi Statistika Bürosunun 2011-ci ildə verdiyi məlumata əsasən əhalinin 75,4%-i yəhudi, 20,6%-i ərəb, 4,1%-i isə digər etnik azlıqlardan ibarət olmuşdur. Dini bölgü baxımından əhalinin 75,4%-i yəhudilərdən, 17,0%-i müsəlmanlardan, 2,1%-i xristianlardan, 1,7%-i druzlardan, qalan 4%-i isə bəhailik və ya digər dinlərə sitayiş edənlərdən ibarət olmuşdur. İsraildə konstitusiya yoxdur. Ölkədə qanunlar "İsrailin əsas qanunları" ilə müəyyən olunur və bu, ölkədə konstitusiya rolunu oynayır. Həmin qanunlarda ölkə "Yəhudi dövləti" kimi adlandırılmışdır. İsrail qanunları rəsmi olaraq beş dini tanıyır ki, bunların da hər biri İbrahimi dinlər sırasına daxildir. Bu dinlər İudaizm, İslam, Xristianlıq, Druzizm və Bəhailikdir.
Şərif (din)
Şərif (ərəbcə: شريف, xeyirxah deməkdir) — Məhəmmədin nəslindən olan, orta əsrlərdə müsəlman dövlətlərinin aristokratiyasının təbəqələrindən birini təşkil edən adamların fəxri təxəllüsüdür. Daha məhdud mənada peyğəmbərin nəvəsi Həsənin xələflərinə şərif deyilir. Onun digər nəvəsi Hüseynin xələfləri seyid adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Avstraliyada din
Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər. == Tarixi == Avropa məskunlaşması zamanı avstraliyalı aborigenlərin öz dini adət-ənənələri var idi, xüsusən də Yuxu vaxtı, məsələn, Mirça Eliade onları belə müəyyənləşdirir: "Avstraliyanın yerli əhalisi arasında əsas inam var ki, dünya, insan, müxtəlif heyvanlar və bitkilər sonradan yoxa çıxan bəzi fövqəltəbii varlıqlar tərəfindən yaradılmışdır".
Tailandda din
Tailandda din— Tayland xalqı bir neçə dinə etiqad edir. Tayland qanunları rəsmi olaraq beş dini tanıyır: Buddizm, İslam, Hinduizm, Sikhizm və Xristianlıq. == Buddizm == Buddizm Taylandın ən böyük dinidir. Buddizm Tayland konstitusiyasına görə dövlət dinidir, buna baxmayaraq, bütün Tayland vətəndaşları üçün ibadət azadlığına zəmanət verir, baxmayaraq ki, qanunla kral Txeravada Buddisti olmalıdır. Taylandda əhalinin böyük əksəriyyəti Txeravada Buddistləridir. Taylandlılar arasında onların payı 94% ilə 94,6% arasında qiymətləndirilir. Buddist məbədləri hündür qızılı stupalarla xarakterizə olunur və memarlıq baxımından Birma, Lao və Kamboca məbədlərinə bənzəyir. Taylandda iki Buddist universiteti var: Maxamakut və Maxa Çulalongkorn Universiteti. == İslam == İkinci ən böyük din İslamdır (4–4,6%). Dörd cənub əyalətində (Naratxivat, Pattani, Satun, Yala) və Sonqxla əyalətinin cənubunda müsəlmanlar çoxluq təşkil edir.
Təşkilatlaşmış din
Mütəşəkkil din, təşkilatlaşmış din və ya institusional din — inanc sistemlərinin və ritualların sistematik şəkildə təşkil edildiyi və rəsmi şəkildə qurulduğu din. Mütəşəkkil din adətən rəsmi doktrina (və ya doqma), iyerarxik və ya bürokratik rəhbərlik strukturu və qayda və təcrübələrin kodlaşdırılması ilə xarakterizə olunur. == Tərifi == Mütəşəkkil din, xüsusilə antropologiya, sosiologiya və fəlsəfədə daha geniş din anlayışından fərqlənir. ABŞ filosofu Vilyam Ceyms mütəşəkkil dini özlüyündə dindən fərqli və ikinci dərəcəli hesab etmiş, onun haqqında danışarkən "bizim qəbul etdiyimiz mənada dindən kənarda teologiyalar, fəlsəfələr və kilsə təşkilatları ikinci planda inkişaf edə bilər" demişdir. Ceyms ardınca şərh etmişdir ki, "institusional din"in əsas elementləri "ibadət və qurban tanrının, yəni teologiyanın və mərasimlərin və kilsə təşkilatının xüsusiyyətləri üzərində işləmək üçün prosedurlardır". Müasir dövrdə "din" termininin tərifi getdikcə qeyri-şəffaflaşır və "mütəşəkkil din"in tərifini çətinləşdirir. Beləliklə, antropoloqlar, ilahiyyatçılar və alimlər "təşkilat" ideyasını dinin özünün tərifinə daxil etməyə çalışmışdılar. Bunun bəzi nümunələri dini "mədəni sistem" olaraq təyin edən Klifford Girts tərəfindən verilən tərifdə tapılır. Bundan əlavə, Maks Veberin dinə verdiyi tərifi mütləq xristian tərifində deyil, hiss olunan dini qurumu təşkil edən mütəşəkkil iyerarxiya anlayışında israr edən "kilsə" ideyasını ehtiva edir.
Hacı əd-Din Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.. == Haqqında == Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
I Diniz
I Diniz (port. Dinis I de Portugal; 9 oktyabr 1261[…], Lissabon – 7 yanvar 1325[…], Santaren[d]) — Portuqaliya krallığının VI kralı.
Imperata dinteri
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Karl Diner
Karl Diner — (alman dilində: alm. Karl Diener‎; 1862–1928) — Vyana Universitetinin paleontologiya professoru. 1883–1885-ci illərdə fəlsəfə doktoru olan Karl Diner Suriyaya səyahət etdi və Livanda, Antilivanda geoloji tədqiqatlar apardı. 1886-cı ildən Vyana Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti, 1897-ci ildən professoru oldu. 1897-ci ildə Mərkəzi Himalaya geoloji və paleontoloji tədqiqarlar üçün səyahət edən ekspedisiyada iştirak etdi. Karl Diner 1 dekabr 1923-cü ildən Rusiya Elmlər Akademiyasının fizika-riyaziyyat elmləri bölməsinin (biologiya elmləri (paleontologiya) dərəcəsi üzrə) müxbir üzvü oldı.
Keklicek (Dinar)
Keklicek — Afyonkarahisar ilinin Dinar ilçəsine yerləşən kənd.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi: "'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Marqaret Dinqeldeyn
Marqaret Dinqeldeyn (d. 30 may 1980) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Marqaret Dinqeldeyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Mesopotamiya dini
Mesopotamiya dini qədim zamanlardan Xristian və İslam dövrünün başlanmasına qədər Yaxın Şərq reqionunda yayılan dini inaclardır. Bu inanclar o zaman orada yaşayan bütün xalqlar arasında yayılmışdır. Bu inancların mənşəyi Şumerdən gəlir. Sonra onlar başqa xalqlar arasında yayılmışdır. Şumer, Akkad, Babil, Assuriya kimi dövlətlərin dinlərinin mənşəyi birdir. Onların hamısını Mesopotamiya dini kimi adlandırırlar. Assuriya və Babil dinlərinin xüsusiyyətləri ayrıca məqalələrdə verilmidir: Babil dini Assuriyada din == Mesopotamiya inanclarının özəllikləri == Mesopotamiyada, bütün Yaxın Şərqdə olduğu kimi, dinlər əsasən çoxtanrılı (politeist) və bütpərəst olmuşdur. Politeist düşüncəsi dünyanın hər bir təzahürünün arxasında bir tanrın olduğunu iddia edir. Qədim şumerlər inanırdılar ki, tanrılar hər bir şeyi yaradıb, idarə edirlər. Onlar insan cildində və insanabənzər təsəvvür edilirdi: insanlar kimi ailə qururlar, xəstələnirlər, əsəbləşirlər, savaşırlar, yaralanırlar, sevirlər, nifrət edirlər, bir birinə xəyanət edirlər, uşaq doğurlar və s.
Misir dini
Qədim Misir dini — Misirdə xristianlığın qəbul edilməsinə qədər yayılmış inanclar və ibadətlər O zaman Misirdə çox sayda regional tanrılara və inancları sitayiş etmişlər. Ancaq müəyyən zamanlarda ümumi dinə bənzər inanclar da olmuşdur. Ümumiyyətlə Misir dini politeistik olmuşdur. Bəzi misirşünaslara görə bir zamanlar orada monoteistik inac da olmuşdur. == Çoxtanrılı panteon == Ayrıca məqalələrdə verilmişdir: Qədim Misir tanrıları Qədim Misir tanrılarının siyahısı Mirir dinində yaradan və ölüb-dirilən tanrılar da olmuşdur. Onlar haqqında ayrıca məqalələr: Xnum Osiris Ptah == Qədim Misir dinində axirət inancı == Əski misirlilərin inanclarına görə, bu dünyadakı həyat ölümlə bitmir, məzarda davam edir. Buna görə də onlar ölülərin bədənlərini mumyalayaraq çürüməkdən qorumağa böyük önəm verirdilər. Bundan başqa, onlar ölülər üçün geniş məzarlar qazmış, oraya yeyəcəkləri, məişət əşyalarını qoyurdular. Məzar bağlandıqdan sonra ölünün orada dirilib bütün bunlardan yararlandığını sanırdılar. Daha sona ölülərin ruhlarının (BA-larının) məzarlardan çıxması, tanrıların yanına qalxmaları, yeraltı dünyada gəzməsi inancları yaranmışdır.
Molekulyar dinamika
Müasir dini incəsənət muzeyi
Müasir dini incəsənət muzeyi (italyan dilində:Collezione d'arte religiosa moderna) — 1973-cü ildə Vatikanda açılmış müasir dini incəsənət muzeyi. Muzeyin kolleksiyasının toplanmasına papa VI Pavelin əmri ilə başlanılmışdır. İlk 30 rəsm əsəri (1956–1957-ci illərdə) Corcia və Vatikan muzeylərindən biri olan Vatikan pinakotekində yerləşirdi. Sonralar bu kolleksiyanın bir hissəsi Borcio və Salette Borgia departamentlərində yerləşdirilmişdir. Muzeyin 55 zalında ayrı-ayrı rəssamlar və kolleksiyaçılar tərəfindən Vatikana hədiyyə edilmiş müasir incəsənət əsərləri: rəsmlər, heykəllər, tətbiqi incəsənət, qrafika, əsərləri nümayiş etdirilir. İlk kolleksiyada El Qrekonun, Simone Martininin, Tosinin, Mançininin və başqalarının əsərləri var idi. Muzeyin kolleksiya fonduna bütün dünyanın rəssamlarının 800-ə yaxın rəssamının əsəri saxlanılır. Onların arasında Oqust Poden, Anri Matiss, Vinsent Van Qoq, Moris Deni, Salvador Dali, Paul Klee, Ernst Barlax, Maks Bekman, Mark Şaqal, Otto Disk, Oskar Kokoşka, Pablo Pikasso, Xose David Sikeyros, Odilon Redon, Moris Utrillo, Vasili Kandiyski, Jorj Brak, Amedeo Modilyani, Renato Quttuzo, Cakomo Balla, Bernar Byuffe, Corco de Kiriko, Corcio Morandi, Jorj Ruo, Eduardo Çilida, Frensis Bekon, Alfred Manesye və digər rəssamların əsərləri vardır. == Mənbə == Pomella, Andrea. Vatikanische Museen.
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. == Tətbiqləri == Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması == Həmçinin bax == Klassik mexanika == Ədəbiyyat == E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. == Sərəxs hakimi == 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. == Kirman hakimi == 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.

Значение слова в других словарях