Aviasiya yanacağı
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur.
Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi.
Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur.
Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur.
== Aviasiya benzinləri ==
=== Aviasiya benzininin əsas keyfiyyət göstəriciləri: ===
detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir)
Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа))
Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq)
=== Aviasiya benzini istehsalı ===
Aviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.