Dolma

Mənşəcə bu söz “dolmaq” feilindən düzəlmiş isimdir. “Dol” və “ma” komponentlərindən ibarətdir. Bir çox növləri var. Bütün hallarda “tərəvəzin və ya hər hansı üzüm yarpağının və ya digər yarpağın içərisinə doldurulmuş ət” mənasındadır. Növləri: 1) kələm dolması pörtlədilmiş kələm yarpağının içərisinə göyərti, düyü, ət, yağ və ədviyyatlardan yığılıb bükülür. Bəzi zonalarda həmin dolmanın içərisinə alça və ya gavalı, digərlərində isə şabalıd qoyulur. 2) üzüm tənəklərinin uc yarpaqları yığılır, yuyulur, hər yarpağın içərisinə ayrıca çəkilmiş ət, düyü, yağ, nanə və ədviyyatlar “iç” qoyulur. 3) Badımcan, bibər və pomidorun içərisi təmizlənir, çəkilmiş və ya qiymə ət, ət maşınında çəkilmiş noxud, ədviyyatlar həmin tərəvəzlərin içərisinə doldurulur və öz buxarında bişirilir. Beləliklə, dolma xörək adı ümumtürk mənşəlidir. N. Mustafa, A. Qurbanov, E. Əlilinin yazdıqları “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında “dolma” haqqında böyük bir etnoqrafik oçerk verilmişdir. Bu tarixi-etimoloji aspektdə işlənən oçerk bizi tam şəkildə qane etdiyindən burada verməyi məqsədəuyğun hesab edirik: “Dolma” (dulma, dalma, durma, tolma, tulma), “dolama”, “sarma” adlı mətbəx nümunələri qiymə ətə əlavə edilmiş ədviyyat, düyü və ya başqa dənli və paxlalılardan ibarət qarışığın yarpaqla, kələmlə sarınmış, tərəvəzlərin içinə doldurulmuş yeməklərin ümumi adlarıdır. Hazırda dünyada bu cür yemək növləri bir çox bölgələrdə yayılmışdır və daha çox “dolma” adı ilə tanınmaqdadır. Buna rəğmən, semantik baxımdan “dolma” və “dolama” sözləri arasında aşkar fərq vardır. Daha çox “dolma” adı ilə tanınan bu yemək növləri hələ orta əsrlərdə Qıpçaq çöllərində, Qafqazda, Orta Asiyada, Anadoluda, Balkanlarda, yəni türklərin yaşadıqları ölkələrdə və mədəni təsir altına aldıqları bütün bölgələrdə yayılmışdı. “Dolma” sözü türk dünyasında geniş yayılmış termindir və bu sözün Krım tatarcasında “tulma”, özbək dilində “dulma” kimi dialektik modifikasiyaları da vardır. Rusiyalı tarixçi, dilçi, rus şərqşünaslığının əsasını qoyan alimlərdən olan İlya Nikolayeviç Berezin (1818-1896-cı illər) “Dağıstana və Zaqafqaziyaya səyahət” (1850-ci il) adlı əsərinin Dərbənddən Bakıyacan olan bölməsində yerli yemək növlərinin bəzilərinin adlarını çəkir. Orada bir neçə cür dolma növünə də toxunur: “Döyülmüş ətlə doldurulmuş almalar: almaların içi təmizlənir, sonra isə yağda qızardılmış qoyun əti ilə doldurulur və yağ əlavə olunaraq qazanda dəmə qoyulur. “Yarpax dolmasi” və ya içi doldurulmuş yarpaq yeməyi də vardır. Qoyun əti, soğan, noxud, istiot və digər ədviyyatlarla doldurulmuş təzə üzüm tənəyindən ibarətdir. Bu dolma növü bütün Şərq aləmində tanınır və Konstantinopolda belə sevilir. “Kalyam dolmasi” və ya içi doldurulmuş kələm yeməyi də vardır. Burada üzüm tənəyini kələm yarpağı əvəzləyir. Bu dolma növünü mən bir neçə dəfə dadmışam və tərifləməyə hazıram. “İlpenek dolmasi” da vardır ki, bu, içi doldurulmuş xiyar yeməyidir... Və ən nəhayət, “badancan dolmasi” vardır. Badancan (badımcan) xiyar ölçüsündə bir tərəvəzdir və Həştərxanda da vardır. Ondan hazırlanan dolma isə bütün Şərqdə yaxşı tanınan və təbii qarşılanan yemək növüdür” (И.Березин. Путеществие по Дагестану и Закавказью. Изд. 2-е. Казань, 1850) Qeyd edək ki, İ.Berezin kabinet alimi deyildi. Türküstanı, Qafqazı, İranı, Yaxın Şərqi, Misiri, Anadolunu gəzərək Şərq xalqlarının adət-ənənələrini, mədəniyyətlərini, dillərini öyrənmiş və səyahətləri zamanı vacib qeydlər etmiş çalışqan bir tədqiqatçı idi. Bir neçə Şərq dilini mükəmməl öyrənmişdi və Şərq xalqlarının mədəniyyətinə yaxşı bələd olan bir mütəxəssis idi. Alimin yuxarıdakı qeydindən də göründüyü kimi, o, türkcə “dolma” sözünü rus dilinə “naçinka” kimi tərcümə edir. Ümumiyyətlə götürdükdə, “dolma” sözünün türk kəlməsi olması heç bir dilçi alim tərəfindən şübhə altına alınmamışdır. Hətta mötəbər erməni dilçiləri də bu sözün türk mənşəli olduğunu qeyd etmişlər. Buna baxmayaraq, bugünkü erməni ideoloqları “dolma” sözü üçün gülünc erməni etimologiyası uydururlar. Və ən acınacaqlısı isə ondan ibarətdir ki, bu günün cetimologiyanı həm də tirajlayırlar. Yəni hər zaman olduğu kimi, ermənilər tərəfindən növbəti yalan uydurulur, sonra bu yalana öz xalqlarını da inandırırlar. Növbəti mərhələdə isə artıq bu yalanı tirajlayaraq digər xalqların nümayəndələrinə də aşılamağa çalışırlar. Türklər arasında çeşidli dolma növləri barədə hələ orta əsrlərdən başlayaraq bir çox avropalı və rus səyahətçi və etnoqraflarının tarixi qeydləri vardır. Alman əsilli rusiyalı ensiklopedist-alim, səyyah Peter Simon Pallasın (1741-1811-ci illər) qeydlərində Krım türklərinin mətbəxinə toxunulmuşdur. O, yazılarında üzüm, ya da quzuqulağı yarpağı ilə dolanmış düyülü ət yeməyinin, həm də qiymə ət ilə doldurulmuş xiyar, heyva, alma, badımcan, qabaq, balqabaqdan hazırlanmış yeməklərin Krım tatarları arasında sevimli süfrə bəzəyi olduğunu bildirmişdir. (Паллас П. Наблюдения, сделанные во время путешествия по южным наместничествам русского государства в 1793-1794 годах. Москва: НАУКА, 1999) Bu gün də Azərbaycanda incə dəriylə sarılan, ya da bağırsağa doldurulan ət yemək növləri mövcuddur. Bəzi bölgələrimizdə bu cür xörəklərə bu gün də “dolma” deyirlər. Dolma adı ilə tanınan yemək növləri türklərlə təmasda olan, onların mədəniyyətindən təsirlənən bir çox xalqların mətbəxinə hələ orta əsrlər dövründə keç-mişdi. Və rus dili ədəbiyyatında da bu sözün “dalma”, “dulma” və “durma” şəklində tələffüzləri mövcud olmuşdu. “Dolma” sözünün bu tələffüzləri Vladimir Dal (1801-1872-ci illər) tərəfindən hazırlanmış rus dilinin ilk izahlı lüğətində yer almışdı. Bu termini o, “üzüm yarpağı ilə dolanmış qoyun əti qiyməsi, ya da kələmə bürünmüş paxlalı ət, balıq” kimi izah edir və Həştərxan tatarlarının yeməyi olduğunu bildirir.451 Ensiklopedist alim olan Vladimir Dal bir çox dilləri bilirdi. Həmçinin, türk dilinə də bələd idi. V.Dal hətta Rusiyanın ilk türkoloqlarından biri sayılır. Yuxarıda da qeyd edildiyi kimi, bu sözün türk mənşəli olması dilçi alimlər tərəfindən qəbul edilmiş elmif aktdır. Sloven mənşəli avstriyalı dilçi alim Frants Mikloşiç (1813-1891-ci illər) “Şərqi Avropa dillərinə keçmiş türkcə sözlər” adlı ikicildlik sözlüyündə “dolma”, “dulme” sözlərinin türkcədən alman dilinə etimologiyasını “füllsel” “dolma, doldurmaq üçün istifadə olunan ləvazimat”, “sarma” sözünün tərcüməsini isə “Art Pastete mit Weinlaub oder Krautblatt umwickelt” – “üzüm, ya da kələm yarpağına bürünmüş paştet” kimi verir. Alman türkoloqu, məşhur dilçi alim Cerard Derfer (1920–2003-cü illər) də başqa dillərə keçən “dolma” sözünün türkcə olduğunu qeyd etmişdir. Tərtib etdiyi dördcildlik “Fars dilində türkcədən alınma sözlər” lüğətində o, “dolma”, “dulma”, “dolme”, “dalma” və “dolama” kimi transkripsiyalara yer vermişdir. “Dolma” termininin o, türkcədəki “dol” (dolmaq) feili kökündən yarandığını qeyd edir və alman dilində “dolma” sözünün etimologiyasını “füllung” (dolma, doldurulma) kimi göstərir. “Dolama” termininin isə türkcədəki “dola/tola” (dolamaq) feili kökünə dayandığını yazaraq bu feli əsasın da alman dilinə tərcüməsini “umgeben, einwickeln” (dolamaq, sarmaq, sarımaq) kimi qeyd edir. Qeyd edək ki, Y.Şipovanın bu lüğəti aparıcı sovet-rus türkoloqu Andrey Kononovun rəhbərliyi altında redaktə olunmuşdur. Rusiyalı məşhur dilçi alim və dördcildlik “Rus dilinin etimoloji sözlüyü” lüğətinin müəllifi Maks Fasmer də rus dilinə keçmiş bu sözün türk mənşəli olduğunu bildirmiş və onun rus ədəbiyyatına Krım tatarcası və Türkiyə türkcəsi vasitəsilə daxil olduğunu qeyd etmişdir. “Dolma” kimi bir çox digər türkcə mətbəx terminləri erməni dilinə də keçmişdir. Bu terminlərin bir qismini ermənişünas və türkoloq Hraçya Açaryan özünün “Türkcə sözlərin ermənidilinə təsiri” kitabında təqdim etmişdi. H.Açaryan “dolma” sözünün türk mənşəli olduğunu və ermənicə լիցք (ličk) “dolma”, “doldurma” mənasını verdiyini qeyd etmişdir. Onu da əlavə edək ki, Açaryan “dolma” sözünün erməni dili və ədəbiyyatında iki “dolma” (դoլմա) və “tolma” (տոլմա) transkripsiyalarını da göstərmişdir. Göründüyü kimi, Şərqdə doğranmış qiymə ətlə doldurulmuş badımcan, qabaq, xiyar, alma, heyva, pomidor, bibər kimi tərəvəzlər, ya da üzüm, kələm və digər növ yarpaqlarla sarınmış, dolanmış yemək növlərinin ümumi adı “dolma” deyilir. Bu cür yeməklərin bəzilərinin adı tarixi ədəbiyyatda həm də “dolama” (dolanmış, sarılmış) kimi də qeyd olunmuşdur. Bu gün isə bu termin arxaikləşmişdir. Məsələn, orta əsr çağatay mətnlərində yarpaqlarla sarılmış, dolanmış qiymə ət yeməyinin adı “dolma” kimi deyil, “dolama” kimi göstərilir. Erməni leksikası “dolama” termini ilə tanış deyil. Və yalnız “dolma” sözünü bilir. Bu da onu göstərir ki, “dolma” sözü erməni leksikasına Azərbaycan türkcəsindən son dönəmdə keçmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi, Türkiyədə yarpaq və kələm dolması “sarma”, bəzi bölgələrdə isə “dolama” adlandırılır. Azərbaycan leksikasında isə “dolama” termini “dolma” ilə əvəzlənmiş və ermənilər sırf Azərbaycanda yarpaq və kələm dolması üçün işlənən söz variantını mənimsəmişlər. Maraqlıdır ki, yaxın zamanlara qədər erməni mətbəxi yalnız yarpaq dolması ilə tanış idi. Bu səbəbdən də “dolma” sözünü guya ermənicə üzüm yarpağı, ya da saplağı mənasına gələn “toli” sözü ilə bağlamağa çalışırlar. Digər dolma növləri isə erməni mətbəxinə yaxın zamanlarda keçmişdir. Təbii ki, yenə də qonşuları türklərdən. Bütün bu aşkar faktlara baxmayaraq, erməni tərəfi yarpaq dolması yeməyinin mənşəyi barədə yalan məlumatlar yayır, bu yemək növünün tarixən ermənilərə məxsus olduğunu iddia edir və qonşu türklərə də guya onlardan keçdiyi barədə dezinformativ məlumatlar tirajlayır. Və adı türkcə olan bir çox yemək növləri də dolma kimi sırf erməni mənşəli mətbəx nümunəsi elan edilir. Halbuki, bu yeməklərin heç birinin adı ermənicə deyildir. Bəzən də bu yemək adları üçün heç bir dil qanununa uyğun gəlməyən ermənicə yalan, saxta etimologiyalar uydurulur. Çünki bu gün xarici ölkələrdə erməni dilini araşdıran çox az dilçi alim vardır. Qonşu Rusiyada isə yox dərəcəsindədir. Bu amildən istifadə edən erməni ideoloqları erməni dili və ermənicə terminlər barədə hər növ yalanı digər xalqların nümayəndələrinə aşılamaqla məşğuldurlar. Ən maraqlısı da budur ki, bu saxta etimologiyaların heç bir elmi əsaslara dayanmadığını da görmək istəmirlər. Bu gün erməni “mətbəx ideoloqları” “dolma” sözünü guya ermənicə “üzüm yarpağı”, ya da “saplağı” mənasına gələn “toli” (տոլի) sözüylə əlaqələndirir və bu xörəyin adını da “tolma” şəklində yazıya alırlar. Bu da çox gülünc görünür. Özləri də bilmədən bu terminin Azərbaycan transkripsiyasından “qurtulub” onun tatar transkripsiyasından yapışıblar. Lakin Stepan Malxazyants kimi ermənişünasın tərtib etdiyi və 1944-cü ildə nəşr edilən “Erməni dilinin izahlı lüğəti” sözlüyündə bu söz “tolma” kimi deyil, “dolma” şəklində verilmişdir. H.Açaryandan sonra tanınmış ikinci ermənişünas, dilçi alim Malxazyants da bu sözün türk mənşəli olduğunu öz elmi əsərində vurğulamışdır. Bütün bu məlumatlara rəğmən, bu gün erməni ideoloqları dolma xörək növünü erməniləşdirir və bu söz üçün saxta etimologiyalar uydururlar. Məsələn, onların iddialarına əsasən, “dolma”/”tolma” sözü guya Urartu dilində mövcud olmuş “uduli” “üzüm” sözündən yaranmışdır. Bununla da həm erməni dilini, həm də “erməni mətbəxini” Urartu dönəminə aparıb çıxarırlar. Əvvəla, dolmanın çeşidləri çoxdur və təkcə üzüm yarpağından hazırlanmır. İkincisi isə, Urartu dilində “uduli” sözü yox idi. Bu da erməni saxtakarlarının tirajladığı yeni yalandır. Çünki Urartu leksikasında, “üzümlük” anlamını verən “uldi” və ya “ulde” sözü vardır.
Dəvə qutabı
Dondurma
OBASTAN VİKİ
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Pip dolma
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Alma dolması
Qoyun əti-60q, Ərinmiş yağ-10q, Alma-200q, Baş soğan-15q, Şəkər-5q, Üzüm sirkəsi −10q, Zəfəran-0,1 q, Duz-10 q. Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir. Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Dolmabaxça Sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dolmabağça saat qülləsi
Dolmabağça saat qülləsi — Bəzmi Aləm Validə Sultan Məscidi ilə Dolmabağça sarayının Səltənət qapısı arasında yerləşən saat qülləsi. 1890-1895-ci illər arasında Sultan II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Saray memarı Sarkis Balyan tərəfindən Neobarok və Ampir üslubunda tikilib. 27 metr hündürlüyündə və 4 mərtəbəli olan qüllənin 94 pilləsi var. Pilləkən dəhlizlərinin fonu rəngli daşlarla, həndəsi şəkillər verilərək düzəldilmişdir. 12 x 12 m ölçülərdə mərmər platformaya, qüllə sütunları ilə 8,50 x 8,50 mt abadan quruluşdadı. Qüllənin hər kənarında altı pilləli pilləkən və tinlərdə iki mərtəbəli bir fəvvarə yerləşir. Birinci mərtəbənin 3 hissəsində pəncərə, digərində isə qapı var və hər səmtdə tağ qövs daxilində barometr var. Qapı və pəncərələrin iki yanında cüt sütunlar bu mərtəbəni bəzəyir. 7,40 x 7,40 m ölçülü birinci mərtəbənin səmtləri çox bəzəklidir.
Dolmabağça sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dolmalar
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Dolmatovka
Göbələk dolması
Göbələk dolmasını hazırlamaq üçün fırının üst gözü yandırılır. Göbələklər təmizlənir və saplaq hissələri göbələklər zədələnmədən çıxarılır. Yağ ayrıca tavada əridilir. Göbələklər güvəcə yığılır, duz və istiot vurulub 2 xörək qaşığı əridilmiş yağ göbələklərin üzərinə çəkilir. Güvəc fırına qoyularaq göbələklər yarıbişmiş hala gətirilir. İçlik üçün pendir və xırdalanmış çörək içi qarışdırılır. Yarıbişmiş göbələklər fırından götürülüb içləri doldurulur və qalan əridilmiş yağ üzərlərinə tökülür. Göbələklər yenidən fırına qoyulur və 200 dərəcə temperaturda, üstləri qızaranadək bişirilir. Süfrəyə cəfəri ilə birlikdə verilir. Azərbaycan kulinariyası ensiklopediyası.
Hamsi (kilkə) Dolması
Hamsi (kilkə) Dolması — Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.
Hamsi dolması
Hamsi (kilkə) Dolması — Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.
Heyva dolması
Heyva dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti - 108q heyva - 400q, ərimiş yağ - 25q, şabalıd - 25q, şüyüd - 12q, şəkər - 5q, duz. Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır.
Kabaçok dolması
Kabaçok dolması — Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Kələm dolması
Pamidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Pip dolması
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
Pomidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Soğan dolması
Soğan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. qoyun əti — 163 q, baş soğan — 178 q, düyü — 15 q, qoyun quyruğu — 20 q, ərinmiş yağ — 20 q, qatıq — 50 q, darçın — 0,1 q, istiot — 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Sumqayıt dolması
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq dolması

Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

Digər lüğətlərdə