Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi.
Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.
"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
"Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir.
"Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər.
Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.