Donuzqıran dağı

Donuzqıran dağıOrdubad rayonu ərazisində dağ (hünd. 3392,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin  andezitli porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən  Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.[1]

Donuzqıran dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3392 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.