DƏFTƏR-QƏLƏM

top.i. copy-books and pens

DƏFTƏR-KİTAB
DƏFTƏRÇƏ
OBASTAN VİKİ
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres == Tarixi == İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. == Süjet xətti == Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. == Əsas mövzular == Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi.Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Doldurma qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
İşıq qələm
İşıq qələm (ing. light pen) – karandaş və ya qələm şəklində düzəldilmiş və kompüterlə elastik kabel vasitəsilə bağlanmış göstərici, koordinat qurğu. Onun köməyilə ekranda lazım olan elementləri və komandaları göstərmək, yaxud seçmək olar. Seçim, ya işıq qələmin kənarında olan düyməni basmaqla, ya da qələmin ucunu ekranın səthinə sıxmaqla (“sıçanın” çıqqıtısının ekvivalenti) gerçəkləşdirilir. Qələmin işıq vericiləri var və hər dəfə onlara işıq düşdükdə (məsələn, ekranla yaxın kontakt zamanı işıqlı piksellər qələmin ucunun altına düşdükdə) onlar kompüterə siqnal göndərir. Elektron şüa ekranı sətir-sətir keçərək ekranın bütün piksellərini 1/60 saniyədə işıqlandırır, buna görə də qələmin göstərdiyi anı və yeri dəqiq qeyd etmək olar. İşıq qələm, sensor ekranda olduğu kimi, xüsusi ekran və ya onun örtüyünü tələb etmir, lakin onunla uzun müddət işləmək üçün əlverişsizdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
"Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Məhəmməd Siyah Qələm
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XV əsrdə yaşadığı və fars, Çin və ya Orta Asiya mənşəli olduğu güman edilən rəssam. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur. II Dünya müharibəsindən sonra, o dövrdə Topqapı sarayı muzeyinin direktoru olan Tahsin Öz albomlardan birindəki Fateh Sultan Məhəmmədin 2 ədəd portretinə görə həmin albomu "Fateh albomu" adlandırmışdır. Lakin sonrakı araşdırmalar bu əsərlərin Sultan II Səlimin dövründə Topqapı sarayına gətirilməsi ehtimalını artırıb. Əsərlərin rəssamlıq texnikası baxımından mükəmməlliyi və müəllifin güclü fantaziyası tədqiqatçılar tərəfindən xüsusi vurğulanır. Siyah Qələmin əsərlərində cinlər, əjdahalar, müxtəlif canlılar, şamanlar, dərvişlər və köçərilərin təsvirlərinə çox rast gəlinir və əksər personajlar tünd rənglərlə, xüsusilə də qəhvəyi və göy rənglərlə çəkilib. Bu fantastik fiqurlar adətən bir-birinə qarşı təsvir edilib və heç bir peyzaj və ya ətraf mühitin təsviri yoxdur.
Qırmızı Qələm (1971)
== Məzmun == Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qızıl qələm mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Yaşıl Qələm Cəmiyyəti
Yaşıl Qələm cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədəbi birlik. == Tarix == Hələ XIX əsrdə daha çox ayrı-ayrı bölgələrdə "Məclisi-üns", "Məclisi-fəramuşan'" (Şuşa), "Beytüs səfa" (Şamaxı), "Əncüməni Şüəra" (Ordubad), "Fövcül tüsəha" (Lənkəran), "Məcməüş süəra" (Bakı) kimi ədəbi məclislər fəaliyyət göstərsə də, Azərbaycanda bütün ədəbi qüvvələri birləşdirən vahid ədəbi qurum yox idi. 20-ci əsrin əvvəllərində, əsasən, ədiblərin sıx birləşdiyi Bakıda da müəyyən ədəbi birlik və dərnəklər fəaliyyət göstərirdi. Onların təşkilində çox vaxt məfkurə uyğunluğu nəzərə alınırdı. 1917-ci ildə Hacı İbrahim Qasımovun rəhbərliyi ilə "Müsəlman mühərrir və əbiblər cəmiyyəti", 1919-cu ildə "Mühərrir və ədiblər ittifaqı" yaradıldı. 1919-cu ildə bolşevik ideyalarına xidmət edən yazıçılar və jurnalistləri birləşdirən "Qırmızı qələm" cəmiyyəti də təşkil olunmuşdu. Bakıda "Ədəb yurdu", "Tənqid gecələri", Gəncədə "Ədəbiyyat və sənayeyi-nəfisə ittifaqı" kimi ədəbi birliklər fəaliyyət göstərirdi. Bununla belə, Azərbaycanın qabaqcıl ziyalılarının vahid ədəbi cəmiyyət yaratmaq təşəbbüsləri uğursuz olmuş, müstəqil dövlətin qurulmasına qədər reallaşmamışdır. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mədəniyyətin inkişafı yolunda atılan mühüm addımlardan biri ilk vahid ədəbi cəmiyyətin — "Yaşıl qələm" cəmiyyətinin təşkili oldu. Cəmiyyətin təsis toplantısı 1919-cu il avqustun 26-da keçirildi.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Qılınc və qələm (roman)
"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. == Mövzu == Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.
Qırmızı qələm (film, 1971)
== Məzmun == Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Wi-Fi-li diyircəkli qələm
Wi-Fi-li diyircəkli qələm - mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsi ilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm. == Texini xarakteristikası == Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb. Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsi ilə Evernote servizində saxlanılmağa göndərilir. Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsi ilə yazır. Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsi ilə fəaliyyət göstərir. Qələmin özünün klaviaturası yoxdur.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır.Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir. Dəftərdə hər kəndin nə qədər vergi verəcəyi sayılarla qeyd edilmişdir.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Nun və ya əl-Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!

Digər lüğətlərdə

многова́то мобилизова́ть неуро́чность но́жечка отмежёвка пю́совый ре́зкость кала́ш обезья́нство огры́зок роди́тельный уни́женная Олонец adapted amoebic crown lawyer gamekeeper goldilocks lexicon ostiole tangle биотоки вельможа колготки произнесение