FƏLSƏFƏ

\[alm.=fr. Philosophie; ing. Philosophy: yun. Philia – sevgi və sophia – bilik, hikmət\] – istər varlığın \[yəni təbiət və cəmiyyətin\], istərsə də insan təfəkkürünün, idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların varlığı, mənası və səbəbləri haqqında ortaya çıxan sualları cavablandırır. İlk əvvəllər bu suallara dindən və müdriklərin söhbətlərindən cavab tapmağa çalışırdılarsa, fəlsəfə onları daha doğru və ətraflı cavablandırdı. Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlsədə feodalizmdə fəlsəfə demək oalr ki özünün zirvəsində olmuşdur. İlkin fəlsəfi görüşlərin Şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilməyə çalışlımışdır. Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya" - "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb. Ərəblər filosofa feyləsuf deyirlər. İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm" deyib.
FƏLƏK
FƏNA

Значение слова в других словарях