FƏRŞ

i. 1. carpet, rug; 2. furnishings; ~ döşəmək to carpet (d.); to furnish with carpets / rugs

FƏRSİZLİK
FƏRYAD
OBASTAN VİKİ
Fərş
Fərş (ərəbcə: فرش) — Azərbaycan əhalisinin arasında xalçaya deyilir. Ərəbcədən tutulmuş və farscaya daxil olunmuş. Məsələn: Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir.
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.
Fərşid Rostami
Fərşid Rostami (idmançı)
Fərşid Rüstəmi
Fərşid Rüstəmi (idmançı)
Həbib Fərşbaf
== Həyatı == Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır,orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur.Fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu onun həyat idealına çevrilir və o, müəllim olmaq qərarına gəlir.”Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. == Fəaliyyəti == Uzun illər müəllim kimi fəaliyyət göstərən Fərşbaf fars dilini tədris etməsinə baxmayaraq tədris keçdiyi körpə uşaqlarda Azərbaycan türkcəsinə sevgi hissi oyadır.Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır.O, gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün,Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır”.İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.
Mirzə Ağa Fərşi
Mirzə Ağa Fərşi (1871, Təbriz)—İran Məşrutə hərakatının fəal üzvü, İran Milli Məclisinin üzvü. Hacı Mirzə Ağa Fərşfüruş 1871-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Atası Hacı Mirzə Hüseyn xalça alveri ilə məşğul olurdu. Özü də mədrəsədə oxumaqla bərabər atasına kömək edirdi. Mirzə Ağa Fərşi İran Milli Məclisinin üzvü idi. Mirzə Ağa Fərşi Mirzə Mahmud xan Müfəxxəməssəltənənin qizı Rəbiyyəbanu ilə ailə qurmuşdu. İranduxt, Turanduxt və Üzma adlı qızları vardı. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Əlirza Fərşi
Əlirza Fərşi (az-əbcəd. الیرزا فرشی‎; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. 2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. Əlirza Fərşi 1979-cu ildə Mərəndin Dizəc Yekan kəndində anadan olub. Atası İran-İraq müharibəsində dünyasını dəyişib. 1998-ci ildə Şərif Texnologiya Universitetinə daxil olub.Burada kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Tehran Universitetində magistr təhsili alıb.

Digər lüğətlərdə