"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı
== Məzmun ==
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər:
Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətdə xüsusi fərqlənməyə və səmərəli fəaliyyətə görə;
Əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasında və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştiraka görə;
Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə."Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır:
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 20 il xidmət edən şəxslərə;
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 15 il xidmət edən şəxslərə;
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir.
== Təsviri ==
=== 1-ci dərəcəli ===
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.
Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində "XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi ilə dəfnə yarpaqları, lent, relyefli şüalar, milli ornament və fonlar qızılı, sözlər isə qara rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.