fayl
fayton
OBASTAN VİKİ
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Fayl
Fayl bu mənaları ifadə edə bilər:
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.
Veb-server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Veb server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Batch (fayl)
Batch — DOS, OS/2 və Microsoft Windows-da bir skript faylıdır. Sadə mətn sənədində saxlanılan, komanda sətri tərcüməçisi tərəfindən icra ediləcək bir sıra əmrlərdən ibarətdir. Bir toplu iş faylı, tərcüməçinin interaktiv şəkildə qəbul etdiyi hər hansı bir əmri ehtiva edə bilər və IF, FOR və GOTO etiketləri kimi toplu sənəd daxilində şərti budaqlanma və döngünü təmin edən konstruksiyalardan istifadə edə bilər. . Bat fayl sonluğu DOS və Windows-da istifadə olunurdu. Daha sonra Windows NT və OS/2-ə .cmd əlavə edildi. Digər mühitlər üçün fərqli sonluq ola bilər, məsələn, 4dOS, 4OS2 və 4NT. Toplu faylların ətraflı işlənməsi versiyalar arasında əhəmiyyətli dərəcədə dəyişdi. Bu məqalədəki bəzi detallar bütün toplu sənədlərə, digər detallar yalnız müəyyən versiyalara aiddir.
Fayl (Portuqaliya)
Fayl (port. Fail) — Portuqaliyada Vizeuya (fregeziya) daxil olan şəhərlərindən biridir. Vizeu bələdiyyəsinin əsas hissəsidir.
Fayl (dəqiqləşdirmə)
Fayl bu mənaları ifadə edə bilər:
Fayl (informatika)
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi "görünən" disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Müvəqqəti fayl
Müvəqqəti fayl – temporary file (temp file) ~ временный файл ~ geçici dosya ~ müvəqqəti fayl – əməliyyat sisteminin, yaxud hər hansı başqa proqramın yaddaşda, yaxud diskdə yaratdığı fayl; müvəqqəti fayl iş seansı zamanı istifadə olunur, sonra isə məhv edilir. Müvəqqəti saxlama yeri – temporary storage ~ временное запоминающее устройство ~ geçici bellek ~ hesablamalar, çeşidləmə, yaxud veriliş zamanı müvəqqəti olaraq aralıq verilənləri yazmaq üçün ayrılmış yaddaş, yaxud yaddasaxlama qurğusunun bölümü. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məntiqi fayl
Məntiqi fayl (en. logical file) – konseptual baxımdan: yaddaşda və ya saxlama qurğusunda fiziki gerçəkləşdirilməsindən asılı olmayan fayl. Məsələn, məntiqi fayl, yazıların kəsilməz sırasından ibarət ola bilər, baxmayaraq ki, fiziki olaraq o, disk boyunca və ya hətta bir neçə diskə paylanmış ayrı-ayrı kiçik fraqmentlərdə saxlanıla bilər. Eləcə də, məntiqi fayl verilənlər bazasından götürülmüş sütunların (sahələrin) və sətirlərin (yazıların) müəyyən altçoxluğundan ibarət ola bilər. Bu halda məntiqi fayl (baxılan verilənlər), yalnız müəyyən tətbiqi proqrama və ya istifadəçiyə gərəkli olan informasiyadır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndekslənmiş fayl
İndekslənmiş fayl (ing. indexed file ~ ru. индексированный файл ~ tr. dizinli dosya) – yazılarına erişmək üçün indeksi olan fayl. Belə faylda yazını tapmaq üçün öncə uyğun elementi indeks faylında tapmaq lazımdır. Orada yazını tanıdan (identifikasiya edən) açar sahəsi və onun məntiqi, yaxud fiziki ünvanı olur. Müxtəlif açarlar üzrə axtarışı asanlaşdırmaq üçün faylın bir neçə indeksi ola bilər. İndeksləmə mexanizmi yazılara birbaşa erişməni təmin edir və faylın ardıcıl gözdən keçirilməsində vaxt itkisindən qaçmağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İni fayl
İni fayl (ing. INI file (Initialization file)) – Microsoft Windows, Windows NT, OS/2 əməliyyat sistemləri və bəzi tətbiqi proqramlarda: sistemin (proqramın) bəzi parametrlərini kökləmək üçün fayl. Windows əməliyyat sisteminin ilk versiyasında meydana çıxıb. Windows 1.01 versiyasında yalnız bir WIN.INI faylı vardı, Windows 3.0 sistemində SYSTEM.INI faylı da əlavə olunmuşdu. Sonra isə onların sayı sürətlə və nəzarətsiz artmağa başladı. INI-faylları adi mətn fayllarıdır, onlara istənilən mətn redaktorunda baxmaq və redaktə etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
GEOnet Names Server
GEOnet Names Server —
Microsoft Exchange Server
Exchange Server – məlumat mübadiləsi və birgə iş üçün nəzərdə tutulmuş proqram. İlk versiyası 1993-cü ildə Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsas funksiyaları: poçt məlumatlarının emalı və göndərilməsi, təqvim və tapşırıqlara birgə erişmə, mobil qurğuların dəstəklənməsi və veb-erişim, səsli məlumat sistemləri ilə inteqrasiya (Exchange 2007 versiyasından başlayaraq), ani məlumat mübadiləsi sistemlərinin dəstəklənməsi.
Microsoft SQL Server
Microsoft SQL Server — VB və verilənlərin analizi sahəsində istifadə olunan əlavələr yığımıdır. 1992 — SQL Server 4.2 1993 — SQL Server 4.21, Windows NT 1995 — SQL Server 6.0, SQL95 1996 — SQL Server 6.5, Hydra 1999 — SQL Server 7.0, Sphinx 1999 — SQL Server 7.0 OLAP, Plato 2000 — SQL Server 2000 32-bit, Shiloh 2003 — SQL Server 2000 64-bit, Liberty 2005 — SQL Server 2005, Yukon (версия 9.0) Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından "xam" verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır. Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir. SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir.
Windows Server 2003
Windows Server 2003 (hazırlama zamanı kod adı: Whistler Server; daxili variantı: Windows NT 5.2) — Microsoft şirkətinin Windows NT ailəsinə daxil olan əməliyyat sistemi. Serverlərdə işləmək üçün nəzərdə tutulub. 24 aprel 2003-cü ildə satışa çıxarılıb.
Windows Server 2008
Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur. Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Windows Server 2022
Windows Server 2022 — "Windows NT" əməliyyat sistemləri ailəsinin bir hissəsi kimi "Microsoft Corporation" tərəfindən "Windows Server" əməliyyat sisteminin 10-cu və cari əsas uzunmüddətli xidmət kanalı (LTSC) buraxılışı. Bu, 2–4 mart 2021-ci il tarixlərində "Microsoft"un "Ignite" tədbirində elan edilmişdir. 18 avqust 2021-ci ildə, "Windows Server 2019"dan təxminən 3 il sonra və "Windows 11" əməliyyat sistemindən bir neçə ay əvvəl buraxılmışdır. Bu, "Iron" kod bazasına əsaslanır. Onun yeniləmələri "Windows 10" əməliyyat sistemi ilə uyğun gəlmir, çünki bunun üçün "Iron" kod bazası istifadə olunmamışdır. x64 prosessorlarını tələb edir. "Microsoft" 22 fevral 2021-ci ildə "Windows Server 2022"nin 2 martda buraxılacağını elan etmişdir. "Microsoft" 3 mart 2021-ci ildə "Windows Server 2022"nin "Windows Update"də önizləmə quruluşu olaraq buraxılacağını elan etmişdir. "Windows Server 2022" 18 avqust 2021-ci ildə müştərilərin əlçatan olması üçün istifadəyə verilmişdir. 2021-ci ilin sentyabrında "Microsoft" daha sonra 2022-ci ilin martında buraxılacaq "SQL Server 2022"ni elan etmişdir.
Windows Server 2016
Windows Server 2016 — Windows 10 ildönümü (yəni 1607) versiyaya bənzərdir və 12 oktyabr 2016-cı ildə Microsoft tərəfindən yayınlandı. Əsas dəstəyi 11 yanvar 2022 və genişləndirilmiş dəstəyi 12 yanvar 2027-ci ilə qədər davam edir.

Digər lüğətlərdə