GÖSTƏRİLMƏK
GÖSTƏRMƏK
OBASTAN VİKİ
Göstəriş
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir.
Göstəriş Polad FK
Göstəriş Polad Futbol Kulubu — Güney Azərbaycanın Təbriz şəhərinin İran Peşəkara Futbol Çempionatında iştirak edən ən yeni futbol komandasıdır. İndi Azadəgan Liqasında mübarizə aparır.[mənbə göstərin] Göstəriş 2009-cu ildə maddi çətinliklərlə üzləşən Niroyə Zamini F. K.-ın lisenziyasını alaraq yaranmışdır. Öncəki dönəmdə 3-cü Divizionda oynamış və birinciliklə bitirmişdir.
Azaldılmış göstərişlər toplusuyla hesablama
Azaldılmış göstərişlər toplusuyla hesablama (ing. Reduced instruction set computing), RISC — nisbətən az sayda özəl göstərişlər toplusunun cəld və səmərəli yerinə yetrilməsinə yönəli mikroprosessor arxitekturası tipi. Prosessorun yalnız məhdud sayda sadə göstərişləri yerinə yetirə bilməsi hesabına belə mikroprosessorlu kompüter çox sürətli işləyir. Bu sadə göstərişlərdən daha mürəkkəb göstərişlər formalaşdırmaq mümkün olduğundan RISK prosessorları dar ixtisaslaşdırılmış olmur. Ancaq mürəkkəb göstərişlərin yerinə yetirilməsi zamanı RISK mikrosxemləri CISC mikrosxemləri ilə müqayisədə yavaş işləyir, çünki belə göstərişləri daha sadə göstərişlərə "bölmək" lazım gəlir.

Digər lüğətlərdə