GEOKİMYƏVİ
GEOLOJİ
OBASTAN VİKİ
Akkumulyasiya (geologiya)
Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.). == Haqqında == Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Aktualizm (geologiya)
Aktualizm — keçmişdə baş vermiş geoloji proses və hadisələri dərk etmək üçün müasir proseslərin tədqiqinə əsaslanan təlim. Lakin nəzərə almaq lazımdır ki, keçmişdə, xüsusilə müasir zamandan uzaq olan qədim dövrlərdə Yer səthində (və dərinlikdə) fiziki-coğrafi şərait və baş verən proseslər, qədimliyindən asılı olaraq, müasir zamandakından müəyyən dərəcədə fərqlənirdi. Təlimin əsasını İ. Valter qoymuş və sonralar Straxov (1945 və b.) tərəfindən inkişaf etdirilmişdir. Yerin geoloji həyatının müxtəlif tərəflərinə bu metodun tətbiqi məhduddur. Məsələn: aktualizm dərinlik proseslərinə, o cümlədən tektonik və maqmatik proseslərə tətbiq oluna bilməz. Çünki biz onların müasir dövrdə necə baş verdiyini bilmirik. Aktualizm tətbiqi paleontologiyada da olduqca məhduddur. Çünki üzvi aləmin inkişafı böyük sürətlə getdiyindən və orqanizmlərin şəraitə uyğunlaşması çox yüksək olduğundan müasir və qədim formaların müqayisəsi az inandırıcıdır və bir çox mübahisəli məsələlərin meydana çıxmasına səbəb olur. Aktualizm ən çox və effektiv tətbiq sahəsi litologiyadır. Müasir çöküntütoplanma prosesinin hər hansı dəqiqliklə öyrənilməsi və kifayət qədər dərk edilməsi, digər tərəfdən, Yer səthindəki fiziki-kimyəvi şəraitin təkamülü və uyğun olaraq çökmə prosesinin özünün yavaş təkamülü ilə izah edilir.
Aqlomerat (geologiya)
Aqlomerat (lat. agglomera — toplayıram) — müxtəlif böyüklükdə və formada çeşidlənmiş yumşaq süxur və mineral qırıntıları yığınıdır. == Haqqında == Aqlomerat adətən bucaqlı iriqırıntılı yumşaq material yığımıdır. Aqlomerat bəzi piroklastik süxurlar, məsələn, vulkanik tuflar və tufobrekçiyalar, əsasən vulkan bombaları yığımı və habelə çökmə mənşəli iri qırıntılı material toplusu da aid edilir. == Aqlomerat quruluşu == Aqlomerat quruluşu vulkan bombaları, lapillilər və qaymalardan təşkil olunan qırıntılı piroklastik süxurlar quruluşunun növ müxtəlifliyi. == Aqlomerat tufu == Aqlomerat tufu iri ölçülü kövrək vulkan məhsullarının toplanıb sementləşməsi nəticəsində əmələ gələn vulkanik tuf. Qırıntıların ölçüsünə görə qaymalı (>200 mm), kobudqırıntılı (30–200 mm) və iriqırıntılı (1–30 mm) Aqlomerat tufu ayrılır. Sinonim: Vulkanik brekçiya, Eksploziv brekçiya. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Matriks (geologiya)
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Minerallaşma (geologiya)
Minerallaşma (ing. Mineralization; rus. Минерализация) — qalxan və ya enən filizli məhlullar və ya dağ enamasiyaları, bəzən isə maqmatik ərintilərdə filiz və qeyri-filiz minerallarının gətirilməsi və çökdürülməsi prosesi.
Mühəndisi geologiya
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. == Həmçinin bax == Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Planetar geologiya
Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir. Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır. Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, flüvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır. == Tarixi == 1960-cı illərin əvvəllərində Yugin Şumeykerə geologiya prinsiplərini planetar xəritələrə tətbiq etmək və planetologiyanın yeni qolunu yaratmaq etibar edilir. O planetologiya sahəsinə və zərbə kraterlərinin, peyklərin, astroid və kometlərin öyrənilməsinə əhəmiyyətli töhfələr vermişdir. Bu gün bir çox qurum planetar elmlərin və planetar geologiyanın öyrənilməsi ilə maraqlanır. Arizona yaxınlığındakı Arizona kraterindəki Ziyarət Mərkəzinə planetar geologiya muzeyi də daxildir. Bundan əlavə Montana Dövlət Universiteti, Braun Universiteti, Arizona Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kolorado Universiteti, Qərbi Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sent Luis Vaşinqton Universiteti kimi bir sıra universitetlər geniş planetar tədqiqatlar aparırlar.
Resessiya (geologiya)
Resessiya - dənizin quru ilə əvəz olunmadığı hallarda çöküntütop­lanmada fasilə. Güclü dib axınlarına məruz qalan, dənizdibi sahələrdə müşahidə olunur. Bu zaman bütün çöküntülər, hətta dəniz dibi də yuyulmaya məruz qalır. Belə sahələrdə çöküntülərin toplanmasına şərait yaranmır. == Həmçinin bax == Dəniz Çöküntülər Dəniz dibi == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sekresiya (geologiya)
Sekresiya - süxur boşluqlarını dolduran, tərkibcə süxurlardan fərqlənən kristallik, yaxud kolloid mineral maddələr. Konkresiyadan fərqli olaraq, maddələrin çökməsi, boşluğun divarlarından mərkəzə doğru gedir, nəticədə müxtəlif rəngli və müxtəlif mineral tərkibli konsentrik-zonal quruluş əmələ gəlir. Boşluğun dolması tam, yaxud qismən ola bilər. Sekresiya badamcıqlar — kiçik ölçülü sekresiya və jeodlar – iri, qismən doldurulmuş boşluqlar şəklində olur. Sekresiya əmələ gəlməsi hipergen və hidrotermal proseslərdə maddənin həqiqi və kolloid məhlullarla gətirilməsi ilə əlaqədardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Çat (geologiya)
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. == Haqqında == Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) == Haqqında == Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. == Çöküntülərin sıxlaşması == Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Azərbaycan Geologiya Muzeyi
Azərbaycan Geologiya Muzeyi — Azərbaycan SSR Nazirlər Sovetinin 19 aprel 1982-ci il tarixli qərarı ilə Azərbaycan SSR Geologiya İdarəsinin nəzdində yaradılmış, Bakı şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin seksiyalarında ölkənin bütün bölgələrindən 5000 dağ süxuru, minerallar və kristallar vardır. Muzeyə gələnlər, həmçinin geologiya ilə bağlı audio-video materiallarla da tanış ola bilərlər. Muzeyin mövcudluğu həm yerli əhalinin, həm də xarici nümayəndələrin, həmçinin bu sahə üzrə investorların Azərbaycanın təbii sərvətləri ilə tanış olmasına şərait yaradır. Muzey regional geologiya, mineral resurslar (faydalı qazıntı süxurları, süxur olmayan faydalı qazıntılar), petroqrafiya, minerologiya və palentologiya seksiyalarından ibərətdir. 21 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən respublika Təbii Sərvətlər və Əkologiya Nazirliyinin Geologiya Nazirliyinin fəaliyyətini yaxşılaşdırmaq üçün Prezidentin Ehtiyat Fondundan bir milyon manat ayrılması barədə sərəncam imzalanmışdı. Sərəncamdan sonra muzeydə geniş təmir və rekonstruksiya işi başlanmış, muzeyin strukturu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Muzeyin sahəsi genişləndirilərək 630 kv. metrə çatdırılmışdır. Muzeyə müasir baxış stendləri, zalların temperatur tənzimləyicisi qoyulmuş, bir sıra eksponatlar bərpa edilmişdir.
BDU Geologiya fakültəsi
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == Geologiya-coğrafiya fakültəsinin 1991-ci ildə iki müstəqil struktura Geologiya və Coğrafiya fakültələrinə ayrılmasından sonra müstəqil Geologiya fakültəsi fəaliyyətə başlamışdır. Ümumiyyətlə, universitetdə geoloq mütəxəssislərin hazırlanmasına 1943-cü ildən başlanılmış, 70 ildən artıq bir müddət ərzində minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, dağmədən mühəndisi və geokimyaçı həyat məktəbinə vəsiqə almışdır. Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə prof. Əziz Əsgərov, dos. Abdulla Şahbazov, prof. Hadı Əliyev rəhbərlik etmişlər. 1952-1963-cü illərdə fakültə dekanı vəzifəsində prof. Səttar Süleymanov, sonrakı illərdə prof. Ramiz Sultanov (1963-1965), dos.
London Geologiya Cəmiyyəti
London Geologiya Cəmiyyəti (ingilis dilində:Geological Society of London или Geological Society) — Böyük Britaniyada yerləşən, Yer kürəsinin tədqiqi məqsədilə yaradılan elmi cəmiyyət. London Geologiya Cəmiyyəti dünyada yaradılan ilk geologiya cəmiyyətidir. Cəmiyyətin əsas missiyası geoloqlara bir-birilə tanış olmalarına, elmi axtarış cəhdlərinin stimullaşdırılmasına, fikir mübadiləsi yolu ilə geologiya elminin inkişafı sahəsində baş verən yeniliklər və yeni faktlar barəsində məlumatların paylaşılmasına yardım etməkdir . == Tarixi == London Geologiya Cəmiyyəti 1807-ci ildə 13 alimin iştirakı ilə keçirilən yığıncaqda yaradılmışdır. Cəmiyyətin təsisçiləri arasında Uilyam Babinqton, Corc Qrinaf Qemfri Devi və Artur Eykin kimi görkəmli alimlər də var idi. Onlar vaxtaşırı nahara toplaşır və geologiya məsələlərini müzakirə edirdilər. 1825-ci ildə bu cəmiyyət kral IV Georqdan xüsusi imtiyaz almış və rəsmən tanınmışdır. 1839-cu ildə London Geologiya cəmiyyətinin artıq 750 nəfər üzvü var idi. Qadınların bu cəmiyyətə rəsmi şəkildə üzv olmasının qadağan edildiyi bir dövrdə paleontoloq Meri Enninqə xüsusi istisnalıq edilmişdir. 1874-cü ildə Cəmiyyət Londonun Pikadelli küçəsində Byörlinqton-hause iqamətgahında yerləşirdi.
AMEA Geologiya və Geofizika İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == Geologiya-coğrafiya fakültəsinin 1991-ci ildə iki müstəqil struktura Geologiya və Coğrafiya fakültələrinə ayrılmasından sonra müstəqil Geologiya fakültəsi fəaliyyətə başlamışdır. Ümumiyyətlə, universitetdə geoloq mütəxəssislərin hazırlanmasına 1943-cü ildən başlanılmış, 70 ildən artıq bir müddət ərzində minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, dağmədən mühəndisi və geokimyaçı həyat məktəbinə vəsiqə almışdır. Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə prof. Əziz Əsgərov, dos. Abdulla Şahbazov, prof. Hadı Əliyev rəhbərlik etmişlər. 1952-1963-cü illərdə fakültə dekanı vəzifəsində prof. Səttar Süleymanov, sonrakı illərdə prof. Ramiz Sultanov (1963-1965), dos.
Geologiya
Geologiya (Yunanca geo — Yer, logiya — təlim, elm) — yaşadığımız planet (səyyarə) — Yer kürəsi haqqında elm. Müasir geologiya hidrologiya da daxil olmaqla Yer haqqında elmlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Yer sistemi elmi və planet elmi ilə inteqrasiya olunur. Geologiya Yerin quruluşu və bu quruluşu formalaşdıran prosesləri təsvir edir. Geofizika Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənir. Geoloqlar süxurların əmələ gəlmə tarixini öyrənmək üçün onların mineraloji tərkibini öyrənirlər. Geologiyanın bir qolu olan geoxronologiya müəyyən bir yerdə tapılan süxurların nisbi yaşlarını müəyyən edir; geokimya onların mütləq yaşlarını müəyyən edir. Müxtəlif petroloji, kristalloqrafik və paleontoloji alətləri birləşdirərək geoloqlar bütövlükdə Yerin geoloji tarixini sala bilirlər. Bir aspekt Yerin yaşını nümayiş etdirməkdir. Geologiya plitələrin tektonikası, həyatın təkamül tarixi və Yerin keçmiş iqlimləri üçün dəlillər təqdim edir.
Dövr (geologiya)
Dövr - tarixi geologiyada nisbi geoxronoloji şkalanın vahidi. Yerin və canlılar aləminin inkişafının böyük bir mərhələsinə uyğundur. Eranın bir hissəsi olub, sistemin əmələgəlmə vaxtı və geoxronoloji ekvivalentidir. Dövr mütləq davamiyyəti bir neçə on milyon illərlə ölçülür (~1,8 mln il davam etmiş dördüncü dövrdən başqa). Dövr Yer qabığının ehtizazi və horizontal hərəkətlərilə səciyyələnir. Yer üzərində dəniz hövzələrinin paylanması və forması, həmçinin fauna və flora aləmində baş verən dəyişikliklər bu hərəkətlərlə bağlıdır. Çox vaxt bu iri hərəkətlər, dövrlərin müxtəlif əsrlərində və ya onların sərhədlərində baş verən daha zəif ehtizazi hərəkətlər və qırışıq əmələgətirmə prosesləri ilə müşayiət edilir. Dövr 2 və ya bir neçə əsrə bölünür. Dövr adı sistemin adından əmələ gəlir. == Həmçinin bax == Geologiya == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Ekstruziya (geologiya)
Ekstruziya (yun.extrusio-püskürmə) — Vulkan kraterindən elastiki lavanın yer səthinə çıxıb qübbə və s. formalar əmələ gətirməsidir.
Epigenez (geologiya)
Epigenez — mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Genezis (geologiya)
Geologiya İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Geologiya-mineralogiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə. Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Geologiya və Geofizika İnstitutu
Geologiya və Geofizika İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == 1926-cı ildə Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti yaradılmışdır (geologiya və geofizika sahəsində tədqiqatlar daxil olmaqla). 1932-ci ildə bu cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi (EAZDAzŞ) təşkil edilmişdir. 1935-ci ildə EAZFAzŞ bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri — Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın yardımı ilə müstəqil elmi-tədqiqat idarəsinə — Geologiya İnstitutuna çevrilmişdir (Geologiya İnstitutunun təşkil edilməsinin rəsmi tarixi). 2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri institutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu adlandırıldı. İnstitutun yaranması və inkişaf Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri İ.M.Qubkin, D.B.Qolubyatnikov, Vladimir Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, Vladimir Tixomirov, B.S.Sokolov, Viktor Xain və s. böyük rolu olub.
Antarktidanın geologiyası
Antarktidanın geologiyası — Antarktidanın geoloji tədqiqatları tarixi iki əsas mərhələyə ayrılır: I mərhələ 1901-1956-cı illəri əhatə edir. Antarktida üzrə 1907-ci ildə dərc edilmiş ilk geoloji iş R.Skott ekspedisiyasının iştirakçısı Q,Ferrara mənsubdur. II mərhələ Beynəlxalq Geofizika ili (1957-ci il) proqramı üzrə tədqiqatların başlanması ilə və altıncı qitənin intensiv öyrənilməsi ilə səciyyələnir. Antarktidanın geoloji tədqiqatlarında Rusiya və ABŞ mühüm yer tutur. Bundan başqa Antarktidanın geologiyasının öyrənilməsində İngiltərə, Avstraliya, Yeni Zelandiya, Belçika, Fransa, Yaponiya, Argentina alimlərinin də xüsusi xidmətləri olmuşdur. Birinci mərhələdə qitənin ümumi sərhədləri, onun relyefinin bir sıra xüsusiyyətləri, həmçinin Şərqi və Qərbi Antarktidanın struturu və suxurlarının yaş fərqi müəyyən edilmişdir. Antarktidanın faktiki material əsasında ilk tektonik sxemi 1913-cü ildə O. Nordşeld tərəfindən təklif olunmuşdur. 1940-cı ildə əldə olunmuş material haqqında məlumat "Regionlee Geologie der Erde" elmi jurnalında Q.Teylor tərəfindən dərc edildi. Faktiki materiala əlavə kimi, R.Endinin (1952) XIX Beynəlxalq Geoloji Konqresinin əsərləri toplusunda getmiş Hondvana üzrə simpoziuma təqdim olunmuş işi oldu. Birinci mərhələnin tədqiqatları nəticəsində R, Feyrbric tərəfindən daha dolğun tektonik sxem 1949-cu ildə dərc edildi.
Asiya geologiyası
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Avstraliya geologiyası
Avstraliya geologiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan geoloji quruluş. Materikin çox hissəsi Kembridən əvvəlki platformadır. Platforma kristallik qalxanlardan (qərbdə Qərbi Avstraliya və mərkəzi hissədə Masqreyv), sineklizlərdən, onları birləşdirən qədim qırışıqlıq (Alt Proterozoy) zonasından ibarətdir. Üst Paleozoyda və Mezozoyun birinci yarısında Avstraliya platforması qədim Qondvana materiki ilə bitişik olmuşdur. Kembridən əvvəlki bünövrə üzərində yatan Alt Paleozoy çöküntüləri şimal hissədə Böyük Artezian hövzəsinin Triad, Yura kontinental çöküntüləri və Təbaşir (dəniz) çöküntülərinin qalın qatı ilə örtülür. Avstraliyanın qərb sahilində Kembridən əvvəlki süxurların üzərində metamorfikləşməmiş Üst Paleozoy (kontinental) və Yura (dəniz) çöküntüləri yatır. Cənub-şərqdə Nallarbor düzənliyində Kembridən əvvəlki bünövrəni Təbaşir, Paleogen və Neogen çöküntüləri örtür. Tasmaniya adası və Avstraliyanın dağlıq şərq hissəsi Hersin qarışıqlığından ibarətdir. Burada Paleozoy çöküntülərinin qalın kompleksli şimal-şərq və şimal-qərb istiqamətindəki qırışıqlarla pozulmuşdur. Üst Təbaşir dənizi transqressiyası Paleozoy yaşlı dağların aşağı hissələrini örtmüş, Kaynozoydakı sonrakı qlaxma prosesləri isə Şərqi Avstraliya dağlarının müasir relyefini əmələ gətirmişdir.
Azərbaycan geologiyası
Azərbaycan Respublikasının ərazisi geologiya cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. Böyük və Kiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında yer qabığının qalınlığı 38–55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talış dağları ətəklərindədir. Ərazinin geologiya quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogen və kontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geologiya dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinal və molass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var. == Tektonik quruluş == Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur. Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir: Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Səngəçal ağırlıq qüvvəsi maksimumu hesab edilir.
Başqırdıstan geologiyası
Başqırdıstan geologiyası — Başqırdıstanın geoloji quruluşunda üç əsas sahə fərqlənir: Qərb, Cənub və Dağlıq Başqırdıstan. == Qərbi Başqırdıstan == Qərbi Başqırdıstan Şərqi Avropa platformasında və Ön Ural deprerssiyasında yerləşir. Başqırdıstan respublikanın qərb sərhəddindən Ural qırışıqlığına qədər olan ərazisi Şərqi Avropa platformasına aiddir. Qərbi Başqırdıstanda Şərqi Avropa platforması çöküntü süxurlarından ibarət örtükdən və metamorfik, maqmatik mənşəli süxurlardan ibarətdir. Rus platformasının təməli aşağıdakı qalxma zonlarından ibarətdir: Buqulminsko-Belebeyevskaya yüksəkliyinin yerləşdiyi Tatar qalxması, Ufa yaylasının yerləşdiyi Başqırd qalxması, Baş Sırt yüksəkliyini yerləşdiyi Orenburq qalxması. Bölgənin relyefi təməl səthinin formasına uyğundur. == Dağlıq Başqırdıstan == Cənubda yerləşən dağlıq Başqırdıstanın relyefi dağ silsilələrindən və dağlar arası çökəkliklərdən ibarətdir. Bu bölgədə Cənubi Uralın ən yüksək dağ zirvələri - Böyük İremel (1582 m) və Yamantau (1640 m), həmçinin Zilair yaylası (Cənubi Ural yaylası) var. Başqırdıstan dağ silsilələrinin zirvələrində və yamaclarında "daş dənizlər", "daş çaylar" - ölçüləri 0,2-0,3 m-dən çox olan daş bloklarının xaotik yığımları - kurumlar mövcuddur. Kurumlar aşınma, sərt iqlim və keçmiş buzlaşmanın təsiri ilə formalaşmışdır.
Naxçıvan geologiyası
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Dəniz geologiyası
Dəniz geologiyası — və ya geoloji okeanoqrafiya okean dibinin tarixini və quruluşunu öyrənir. Okeanın dibinin və sahil zonasının geofiziki, geokimyəvi, sedimentoloji və paleontoloji tədqiqatlarını əhatə edir. Dəniz geologiyasının geofizika və fiziki okeanoqrafiya ilə güclü əlaqələri var. Dəniz geoloji tədqiqatları İkinci Dünya Müharibəsindən sonrakı illərdə dəniz dibinin yayılması və plitələrin tektonikası üçün kritik sübutların təmin edilməsində son dərəcə vacib idi. Dərin okean dibi, mahiyyətcə öyrənilməmiş sonuncu sərhəddir və həm hərbi (sualtı) məqsədləri, həm də iqtisadi (neft və metal hasilatı) məqsədləri dəstəkləyən təfərrüatlı xəritəçəkmə tədqiqatı aparır. == Ümumi == Sakit Okean ətrafındakı Atəş Halqası intensiv vulkanizmi və seysmik fəaliyyəti ilə birlikdə fəlakətli zəlzələlər, sunamilər və vulkan püskürmələri üçün böyük təhlükə yaradır. Bu fəlakətli hadisələr üçün hər hansı erkən xəbərdarlıq sistemi sahil və ada qövs mühitinin dəniz geologiyasının daha ətraflı başa düşülməsini tələb edəcəkdir. Sahil və dərin dəniz çöküntülərinin və müxtəlif dəniz mühitlərində kalsium karbonatın yağıntı və həll olunma dərəcələrinin öyrənilməsi qlobal iqlim dəyişikliyi üçün mühüm təsirlərə malikdir. Əvvəlcə Qırmızı dənizdə, daha sonra Şərqi Sakit Okeanın yüksəlişi və Orta Atlantik silsiləsi sistemləri boyunca orta okean rift zonası vulkanizminin və hidrotermal çuxurların kəşfi və davamlı tədqiqi dəniz geoloji tədqiqatlarının mühüm sahələri idi. Həmin hidrotermal sistemlərin daxilində və onlara bitişik yaşayan aşkar edilmiş ekstremofil orqanizmlər yerdəki həyatı və belə bir mühitdə potensial həyatın mənşəyi haqqında anlayışımıza açıq şəkildə təsir göstərmişdir.
Türkiyə geologiyası
Türkiyə geologiyası — milyonlarla il ərzində Kiçik Asiya yarımadasını formalaşdıran və hələ də formalaşmaqda olan müxtəlif tektonik prosesləri əhatə edir, bunun bariz nümunəsi tez-tez baş verən zəlzələlər və vulkan püskürmələridir. == Relyef == Türkiyənin kifayət qədər mürəkkəb relyefi var. Mərkəzi dağ silsiləsi iki dağ silsiləsi arasında sıxılmış bir plitə əmələ gətirən gənc çöküntülərlə örtülmüş sıldırımlardan və çökəkliklərdən ibarətdir. Türkiyədə çay dərələri və dar sahil zolağından başqa heç bir ovalıq yoxdur. Ölkə ərazisinin demək olar ki, 85%-i 450 metrdən artıq yüksəklikdə yerləşir. Ölkə üzrə orta hündürlük 1128 metr səviyyəsində dəyişir. Türkiyənin Asiya hissəsində düzənliklərə nadir hallarda rast gəlinir. Onlar da əsasən Qızılirmaq çayının deltası, Antalya və Adana sahil düzənlikləri, Gediz və Böyük-Menderes çaylarının vadiləri və bəzi çökəkliklərlə (Tuz gölü) məhdudlaşır. Türkiyənin yer səthinin 80%-dən çoxunun qeyri-bərabər, dağlıq relyefə malik olması kənd təsərrüfatının inkişafını məhdudlaşdırır. Ən çox dağlıq relyef ölkənin şərq hissəsində, Ermənistan, Azərbaycan və İranda ən yüksək hündürlüyə çatan iki böyük dağ silsiləsinin (Pont dağları və Tavr dağları) birləşdiyi Kiçik Asiya yüksək dağlarının sərhədində müşahidə olunur.
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. == Həmçinin bax == Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Digər lüğətlərdə