Paliqorskit gilləri
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
== Növ müxtəliflikləri ==
Ca - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi.
== Xassələri ==
Rəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr.
== Mənşəyi və yayılması ==
Palıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir.