Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gil
Gil — üzvi maddəsiz bərk lil Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Gil adası
Gil adası — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunluğu 2.5 km, ən enli yeri isə 0,3 km təşkil edir. Məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsı Ələt qəsəbəsidir. Adanı sahildən 3,5 km-lik məsafə ayırır. Bakı şəhərı Qaradağ rayonun inzibati ərazisinə aiddir. Ərazisi 0,9 km² təşkil edir. Ada Ələt körfəzində yerləşir.Suxurlar əsas etibarı ilə gildən təşkil olmuşdur. Hündürlüyü 6 metr təşkil edur Ada 1964 ildən yasaqlıq elan edilib. Gil adasında coxlu sayta dəniz quşları əsasən Xəzər qağayısı qorunur.
Qırmızı gil
Rafael Gil
Gil Məhlulu (1935)
Naxçıvan gil yatağı
Naxçıvan gil yatağı- Babək rayonu ərazisində,Naxçıvan şəhərindən 2.5 kilometr şərqdə, Naxçıvan gil yatağı I-dən 3 kilometr şərqdə,Naxçıvançayın sol sahilindədir. Geoloji quruluşunda müasir dövrün boz, çəhrayımtıl-boz rəngli gilləri iştirak edir. Sahəsi 0.06 kvadrat kilometr, faydalı qatın qalınlığı 2.8–5.4 metrdir. Yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "75" markalı kərpic istehsalına yararlıdır.Yataq 1976-cı ildən istismar olunur. Yatağın A+V+S kateqoriyaları üzrə ehtiyatı 1513 min kub metrdir.
Şahbuz Gil Yatağı
Şahbuz Gil Yatağı — Şahbuz rayonu ərazisində, Şahbuz şəhərindən 2 km. şimal-şərqdə keşmiş Qarababa kəndi yaxınlığında yerləşən yataq. Geoloji quruluşunda Üst Dördüncü dövrün allüvial-prolüvial çöküntüləri, boz, tünd-boz rəngli gil və gilcə süxurları iştirak edir. Sahəsi 0,23 km2, faydalı qatın qalınlığı 1,4-4,7 metrdir. Laboratoriya və yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "100" markalı kərpic istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 973540 m3-dir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Gil məhlulu (film, 1935)
Gil adası Dövlət Təbiət Yasaqlığı
Gil adası Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Cənnət qapısı (Gilberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Devid Gilmor
Devid Con Qilmor (ing. David Jon Gilmour; 6 mart 1946, Kembric) — Britaniya bəstəkarı, gitara ifaçısı, vokalist, Pink Floyd qrupunun üzvü. Devid Qilmor 6 mart 1946-cı ildə İngiltərənin Kembric şəhərində anadan olmuşdur. Onun atası Duqlas Qilmor Kembric universitetində zoologiya fənni üzrə baş müəllim idi. Anası Silviya isə müəllimə və montajçı işləyirdi.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Ernest Friedrich Gilg
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Ernst Fridrix Gilq
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Fragaria gillmanii
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Gilgilçay (Siyəzən)
Gilgilçay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır. Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Gilgilçay (dəqiqləşdirmə)
Gilgilçay — Azərbaycanın Quba, Şabran və Siyəzən rayonları ərazisindən axan çay. Gilgilçay (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda qəsəbə. Gilgilçay olistoplakı — Cənub-Şərqi Qafqazın "vəhşi" flişinin tərkib hissəsi olan konsedimentasion tektonik sürüşmə örtüyü. Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi.
Gilgilçay olistoplakı
Gilgilçay olistoplakı Cənub-Şərqi Qafqazın "vəhşi" flişinin tərkib hissəsi olan konsedimentasion tektonik sürüşmə örtüyüdür və Gilgilçayın oyduğu dərin dərənin sıldırımlı yamaclarında acılan hoteriv-barrem arqillitlərinin daxilindəki üst yura əhəngdaşılarından təşkil olunmuş qalın (maksimal qalınlığı – 80 m) monobloka cavab verərək çayın hər iki tərəfində 5,5-6,0 km məsafədə uzanıb gedir. Monoblokun kənarlarında əhəngdaşılarının qalınlığı tədricən tam pazlaşmaya qədər azalır və onlar parçalanaraq əvvəlcə monomikt, sonra isə poligen olistostrom brekçiyasına keçir. Əhəngdaşılarının bünövrəsində olistoplakın və onu özündə saxlayan qarışmış süxurların qırıntılarından ibarət azqalınlıqlı tektonik brekçiya (çöküntü melanjı) açılır.
Gilgilçay səddi
Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı. Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı.
Gilgit-Baltistan
Gilgit-Baltistan (urdu گلگت بلتستان‎) və ya keçmiş adı ilə Şimal əraziləri Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir. Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir. Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir. Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur.
Gilindire mağarası
Gilindire mağarası (türk. Gilindire Mağarası) və ya Aynalıgöl mağarası ― Türkiyənin cənubunda, Mersin ilinin Aydıncık ilçəsində mağara. 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Gilindire 1965-ci ilə qədər Aydıncık şəhərinin keçmiş adı olmuşdur. Gilindire mağarası Aydıncık ilçəsindəki Sancak nöqtəsi və Kurtini krikindən təxminən 7.5 kilometr (4.7 mil) cənub-şərqdə yerləşir. Mağaranın girişi Aralıq dənizinə baxır və mağaranın qarşısında kiçik bir kənd var. Gilindire mağarasısının sahəsi 107 hektardır. Mağaranın girişi dəniz səviyyəsindən 46 metr (151 ft) yüksəkdə yerləşir. Mağaranın ümumi uzunluğu 555 metr (1,821 ft), genişliyi isə 22 metr (72 ft)-dir. Mağarada bir sıra stalaqmit və stallaktiklər var.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.
Gillermo Cordan
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Gillette
Gillette — Procter & Gamble şirkətinə daxil olan kişilər üçün şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. Gillete əsasən üzqırxan istehsalı və satışı ilə məşhurlaşmışdır. Mərkəzi mənzil gərargahı Amerika Birləşmiş Ştatlarının Massaçusets şatının Boston şəhərində yerləşən Gillete şirkətinin əsası 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Gillete 2005-ci ildə Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Gillete markasının əsasını 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Kinq Kemp Jillet həyatı boyu ixtira etmək həvəsində olmuşdu. İxtiraya qədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Jillet günlərin birində üzünü qırxarkən bu işi daha təhlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Jillet ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə The Gillette Company adlı şirkətinin əsasını qoyur. O, 1904-cü ilin 15 noyabr tarixində öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olması idi.
Gilli səhra
Gillikdağ
Gillikdağ — Neolit dövrünə aid ilkin yaşayış məntəqəsi Azərbaycanın Göygöl rayonunun cənubunda yerləşir. Hündürlüyü 772 m. 1930-cu ildə alman əsilli arxeoloq Yakob Qummel Gəncəçayın hövzəsində neolit və tunc dövrünə aid qalıqlar aşkarlayır. Bu tapıntılar Göygöl şəhəri diyarşunaslıq muzeyinə verilmişdir. 1955-ci il növbəti ekspedisiya təşkil edilir. Bu zaman neolit, brünc, ermək dəmir və həm də erkən orta əsrlərə aid materiallar aşkar edilmişdir. Bu arxeoloji materiallara 18 daş alət, 45 daş fraqmenti və 9 daş lövhəsi daxildir. Археологический материал, выявленный во время раскопок Якоба Гуммеля и хранящийся в Национальном Музее Истории Азербайджана.
Gillisqualus
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Gilqameş
Gilqameş, Bilqamıs (şumer. Bilqames) — Şumer mifologiyasında yarı-əfsanəvi hökmdar. Bilqameş olaraq da bilinir. Ölümsüzlüyü axtarmışdır. Tanrılara üsyan edərək sirli diyarlara səfərlər etmişdir. Öldüyü zaman bir çayın yatağı dəyişdirilərək dəfn edilir, daha sonra çay təkrarən əvvəlki yatağına qaytarılır. Çay yatağının dəyişdirilməsinə dair eyni söz-söhbət Attila xan üçün də deyilir. Gilqameşin bədəni tüklüdür. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur.
Gilqameş dastanı
Gilqameş dastanı — tarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir. Dastan tarixə məlum ən qədim mədəniyyətlərdən olan şumerlərin yaşayışı haqqında məlumat verir və eyni zamanda ilk yazılı dastan xüsusiyyətini daşıyır. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar.
Gilruthia
Gilruthia (lat. Gilruthia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Fil
Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
GTL
GTL texnologiya (ing. Gaz-To-Liquid, qazdan - maye) – təbii qazdan yüksək keyfiyyətli, kükürdsüz karbohidrogen məhsullarının alınması prosesidir. GTL texnologiyasının təməli alman kimyaçıları Frans Fişer və Hans Tropş tərəfindən qoyulmuşdur. Onların kömürün tədqiqi üzrə “Adi təzyiq altında neft karbohidrogenlərin birbaşa sintezi haqqında” adlı işi 1926-cı ildə işıq üzü gordü. Sonralar bu proses Fişer-Tropş prosesi adlandırıldı. Alman alimləri yanacaq mənbəyi olan maye karbohidrogenləri - daş kömürünü qızdırılmaqla, su buxarının keçirilməsi ilə almışlar. Beləliklə , GTL texnologiyası yaradıldı, yəni təbii qazın yüksək keyfiyyətli kükürdsüz karbohidrogen məhsullarına çevrilməsi prosesi. Bu proses üç mərhələdən ibarətdir: Təbii qazın kükürddən təmizlənməsi (oksigenin karbonla birləşməsi yolu ilə) nəticəsində sintez –qazın (H2+CO)istehsalı . Sintez-qazın sintetik xammal neftinə çevrilməsi. Sintetik motor yanacaqlarının və başqa məhsulların təmizlənməsi.
GTİL
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
Gilg
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Git
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1800-cü ildə yaradılmışdır. Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Kil
Kil (alm. Kiel‎) – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər. Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi. Kildə iqlim mülayimdir.
Lil
Lil (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Qıl
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Yun Bon-qil
Yun Bon-qil (21 iyun 1908 – 19 dekabr 1932, Kanazava) — 1932-ci ildə Şanxayın Hongkew Parkında (indiki Lu Xun Parkı) bir neçə yapon görkəmli şəxsin ölümünə səbəb olan bombanı partlatmış Koreyalı müstəqillik fəalı idi. O, ölümündən sonra Koreya Respublikasının medalı ilə təltif edilib. 1962-ci ildə Cənubi Koreya hökumətinin Milli Fondu tərəfindən xidmətinə görə ordenlə təltif edilib. Yun Bon-qil abidələri Cənubi Koreyada (Seul), Çində (Şanxay), Yaponiyada (Kanazava) ucaldılıb. Yun Bon-qil 1908-ci ilin iyununda Koreya İmperiyası illərində Yesan mahalında anadan olub. 1918-ci ildə Deoksan İbtidai məktəbinə daxil oldu, lakin müstəmləkəçilik təhsilini rədd edərək növbəti il ​​məktəbi tərk etdi. O, həmçinin Ochi Seosukda (Koreya və Çin dillərini öyrədən kənd məktəbi) oxuyub. Koreya 1905-ci ildə Yaponiya imperiyasının daxili altına alındığında, Yun problemli bir ölkədə böyüdü. 1910-cu ildə Koreyanın ilhaqı ilə yerli müqavimət əhəmiyyətli dərəcədə artdı. Bu, 1919-cu ildə Yaponiya hakimiyyəti tərəfindən aqressiv şəkildə əzilən 1 Mart Hərəkatı ilə yekunlaşdı (Yüzlərlə etirazçı Yapon polis qüvvələri və ordusu tərəfindən qətlə yetirildi).
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.