HƏLİM

I. i. broth, decoction

II. s. 1. mild, gentle, calm, quiet; ~ xasiyyət mild / gentle disposition; 2. kind; ~ adam a kind person

HƏLƏLİK
HƏLİMLİK
OBASTAN VİKİ
Əl-Həlim
Əl-Həlim (ər. الحليم) — Allahın adlarından biri.
Həlim Gəray
Həlim Gəray (1689 – 1759, Türkiyə) — XXXX Krım xanı. Krım xanı IV Səadət Gərayın oğludur. Əmisi II Məngli Gərayın hər iki səltənətində nurəddin ünvanı almışdır. 1756-cı ilin martında bilinməyən bir səbəblə vəzifədən alınan Arslan Gərayın yerinə xan təyin edildi. Qardaşlarından Dövlət Gərayı kalqay, Mehmed Gərayı isə nurəddin təyin etdi. Vəzifəyə gəldikdən sonra öz yaxın adamlarını və qohumlarını yüksək saray rütbələrinə təyin etdi. Ancaq təyin edilən şəxslərin bir çoxu yaxşı idarəçi deyildi və bu saray əyanlarıyla xanın münasibətlərini pisləşdirdi. Ayaqlanan saray əyanları və xidmətçilər Həlim Gərayı saraydan qovdular. Məsələyə Osmanlıların müdaxiləsi ilə əvvəlcə Arslan Gəray xanlığa gətirilmək istənilsə də, yerli tatar bəyləri bunu qəbul etmədi və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. Olduqca yaşlı olan Həlim Gərayın İstanbul yaxınlığında Saracelində yaşamasına icazə verildi.
Səid Həlim Paşa
Səid Həlim Paşa (d. 19 fevral 1864 - ö. 5 dekabr 1921) — V Mehmed Rəşad səltənətində 3 il 7 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Kavalalı Mehmed Əli Paşanın nəvəsidir. Tekil, Süleyman. Galatasaray Tarihi, 1905-1985, sf (17) Ahmet Şeyhun. Said Halim Pasha: Ottoman Statesman and Islamist Thinker (1865-1921) Istanbul: Isis Press, 2003 Ahmet Şeyhun.
Həlimə Abdullayeva
Abdullayeva Həlimə Yusif qızı (1928, Sərdarabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1950-ci ildə Şəmkir rayonunda üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Həlimə Sultan
Həlimə Validə Sultan (1576, Abxaziya – ən tezi 1623, Konstantinopol) — I Mustafanın anası. Bəzi qaynaqlarda adı bilinmədiyi üçün Füldânə Sultan olaraq qeyd edilir. Validə sultanlıq dövrü az olmuş, oğlunun ikinci dəfə taxtdan endirilib sürgün edilməsi səbəbi ilə kədərdən vəfat etmişdir. == Həyatı == III Mehmedin hasəki qadınlarından biridir. Oğlu əqli cəhətdən zəif olduğu üçün sarayda önəmli rol oynamışdır. I. Mustafa taxta keçəndə nənəsi Safiyə Sultan hələ də sağ idi. Safiyə Sultan həm əri III. Murad, həm də oğlu III. Mehmed zamanında sarayda çox təsirli olmuş bir Validə Sultan idi. İki nəvəsinin də səltənətini gördü. Osmanlı adətlərinə görə padşahın nənəsi yox, anası Validə Sultan olaraq dövlətin ən qüdrətli qadını olmalı idi. Ancaq Safiyə Sultanın əri və oğlu dönəmində iqtidardakı gücü nəvələrinin dönəmində gəlinlərinin gücünə kölgə salırdı.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, Söğüt, Biləcik ili) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həlimə binti Əbu Zuayb
Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr – 629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər. == Bioqrafiyası == Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi. Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.
Xədicə Həlimə Xatun
Tacünisa Xədicə Həlimə Xatun (1415 – 1500, Bursa) - 6. Osmanlı padşahı II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır. Xədicə Həlimə Xatun Candaroğlu II İbrahim bəyin qızı idi. 1425-ci ildə Ədirnədə böyük bir mərasimlə II Muradla evləndirildi. Eyni mərasimdə II Muradın bacıları Səlcuq Xatun və Sultan Xatun da Candaroğulları bəyliyindən olan şəxslərlə evləndirildi. Bu evliliklər tamamilə siyasi məqsədlər daşıyırdı. Nəticədə Osmanlı dövlətinin şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Bu münasibətlər gələcəkdə sultan olan II Mehmed dönəmində də davam etdirildi. Həmin il Xədicə Həlimə Xatun ilk övladı olan Şahzadə Ələddini dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Manisaya göndərildi.

Digər lüğətlərdə