HEY

I. i. bax hal (4-cü mənada)

II. z. continually, constantly, always, without break, uninterruptedly, over and over, again and again, eyni şeyi ~ təkrar etmək to repeat the same thing again and again / over and over / constantly / without break

III. nid. o, oh, halloo, I say, look here

HESABLAYICI
HEYBƏT
OBASTAN VİKİ
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Hey, meydan genişdir
Hey, meydan genişdir (bolq. Хей, поле широко) — İkinci Dünya müharibəsindən qalma bolqar partizan mahnısı. Bu, təkcə bolqarlar arasında deyil, həm də Yuqoslaviya partizanları arasında məşhur idi. Mahnının sözləri ilk dəfə "Bolqar fəhlə hərəkatının mahnıları 1891–1944" toplusunda dərc edilmişdir. Bir versiyaya görə, mahnının sözlərinin müəllifi teatr direktoru Lena Çençevadır. 1962-ci ildə Bolqarıstanda olmuş və Plovdivdə sovet əsgərlərinin xatirəsinə ucaldılmış "Alyoşa" abidəsini görən bəstəkar Eduard Kolmanovski şair Konstantin Vanşenkinlə gördüyü abidə ilə bağlı təəssüratlarını bölüşmüşdü. Vaşenkin bu təəssüratların təsiri ilə "Alyoşa" poemasını yazmış və Kolmanovski həmin şeir üçün musiqi bəstələyir. O, bəstəni hazırlayarkən "Hey, meydan genişdir" mahnısının motivindən istifadə etmişdir. SSRİ-də 1984-cü ildə “Hey, meydan genişdir” mahnısının partiturası "SSRİ–BXR dostluq mahnıları fortepiano müşayiəti ilə və olmadan səs və xor üçün" toplusunun bir hissəsi kimi nəşr edilmişdir.
Hey gidi günler (mahnı)
Hacı Heybət məscidi
Hacı Heybət məscidi (İçərişəhər) — İçərişəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. Hacı Heybət məscidi (Fatmayı) — Fatmayıda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımçı tikililər vardır.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hafiz Heydərov
Heydər Əliyev filateliyada
Heydər Əliyev filateliyada — Azərbaycanın dövlət xadimi Heydər Əliyev haqqında buraxılmış filateliya məhsulları. == Azərbaycan buraxılışları == === Xarici rəhbərlərlə görüşlərə həsr olunan markalar === == Xarici buraxılışları == == "Heydər Əliyev" ordeni poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Heydər Əliyev" ordeninə həsr olunmuşdur.
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
Heydər Əliyev muzeyi
Heydər Əliyev Muzeyi — Gəncədə muzey. Heydər Əliyev Muzeyi — Göyçayda muzey. Heydər Əliyev Muzeyi — Qubada muzey. Heydər Əliyev Muzeyi — Mingəçevirda muzey. Heydər Əliyev Muzeyi — Naxçıvanda muzey. Heydər Əliyev Muzeyi — Salyanda muzey. Heydər Əliyev Muzeyi — Qaradağda muzey. Heydər Əliyev Muzeyi — Siyəzəndə muzey.
Heydər Əliyev ordeni
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. == Təsisi == Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir. == Statusu == 1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. 2.
Heydər Əliyev parkı (Gəncə)
Heydər Əliyev Park-Kompleksi — dünyanın ən iri üç parkından biridir.[mənbə göstərin] Ümumi sahəsi 450 hektar (4.5 km²) olan park-kompleksinin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılmışdır, parkın girişində Zəfər tağı yerləşir . Park-Kompleksinin açılışı 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur. == Park-kompleksinin quruluşu == Heydər Əliyevin 1980-ci ildə Gəncəyə səfəri zamanı burada 2 çinar ağacının əkilməsindən sonra xatirə parkının əsası qoyulmuşdur. Parkda 2012-ci ildə yenidənqurma işlərinə başlanılmışdır . Park-Kompleksinin açılışı isə 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur. Parkın ümumi sahəsi 2 km-dən və 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyəti Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu 1400 metrdir.
Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. == Haqqında == Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Heydər Əliyev prospekti (Bakı)
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. == Haqqında == Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Heydər Əliyev prospekti (Gəncə)
Heydər Əliyev prospekti — Gəncə şəhərində ən uzun və geniş prospekt. Prospekt Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Əvvəlki adı Булатовскую улицу sonra Lenin prospekti Şah İsmail Xətai prospekti 28 May prospekti olmuşdur. == Haqqında == Baş Meydan bu prospektə yerləşdiyi üçün şəhər qədim yerlərindən biridir. Şah Abbas məscidi bu prospektə yerləşir. Bu küçə Zərrabi məhəlləsi ilə baslıyir Dörtyol məhəlləsi ile gedirdi.Gəncədə Dəmir yolu tikilməyə başlandıqdan sonra Şəhər şərqə doğru uzanmağa Başlanmış Və 20 əsrin sonunda prospekt indiki formasını alamağa başlamışdır. == Kəsişdiyi küçələr == Heydər Əliyev prospekti Zərrabi küçəsindən başlayır və Zülfü Hacıyev ilə kəsişmədə bitir.
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (kitab)
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı (kitab)
Heydər Əliyev və Qafqazda Sülh Prosesi (kitab)
Heydər Əliyev şəxsiyyətinə pərəstiş
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir: Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur. «Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir.
Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. == Haqqında == Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. === Yaranma tarixi === Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Heydər Əliyevin heykəli (Bakı)
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. == Haqqında == Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. === Yaranma tarixi === Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Heydər Əliyevin heykəlləri
Heydər Əliyevin heykəlləri — Azərbaycanın eks-prezidenti Heydər Əliyevi təsvir edən heykəltaraşlıq nümunələri. == Azərbaycanda == Heydər Əliyevin heykəli (Bakı) — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev büstü (Naxçıvan) — Naxçıvan şəhərində Heydər Əliyevə həsr olunmuş büst. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli Fərmanı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində Heydər Əlirza oğlu Əliyevin büstünün qoyulması qərara alınmışdır. 1983-cü ilin oktyabrında Naxçıvan şəhərində Heydər Əliyevin büstünün açılışı olmuşdur. Büst Naxçıvan şəhərinin qədim məhəllələrindən birinin yerindəki mədəniyyət və istirahət parkında uca ərazidə yerləşir. Büstün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, xalq rəssamı Ömər Eldarovdur. Heydər Əliyev büstü (Sabirabad) — Sabirabadda yerləşən büst.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Heydər Əliyevin ölümü və dəfni
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib. == Dəfn prosesinin təşkili == Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib. İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri Artur Rasizadə - Azərbaycanın baş naziri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri Vilayət Quliyev - Xarici İşlər Naziri Səfər Əbiyev - müdafiə naziri Namiq Abbasov - milli təhlükəsizlik naziri Ramil Usubov - daxili işlər naziri Zakir Qaralov - Baş prokuror Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Hacıbala Abutalıbov - Bakı meri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri == Dəfni == Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib.
Heydər Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Heydər Əsədov
Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı (2024), Azərbaycan Dövlət Dəniz Akademiyasının sabiq rektoru (2019–2024), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013). == Həyatı == Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir. 2 may 2024-cü ildə yenidən növbəti 5 il müddətinə rektor təyin edilib.

Digər lüğətlərdə