Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. Ey Reqîb!
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. Ey ata, ey ana, biz günahkarıq — Dr.
Ey Gözəl Krım
Ey Gözəl Krım (krımtat. «Ey, güzel Qırım») ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var. 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Ey Pak Bakirə
Aqni Parten ( yun . Ἁγνὴ Παρθένε ), azərbaycan dilinə "Ey Pak Bakirə" kimi tərcümə edilmiş, 19-cu əsrin sonlarında Müqəddəs Eginalı Nektarios tərəfindən bəstələnmiş və ilk dəfə Theotokarion (Theotokarion) kitabında çap olunmuş Bakirə Məryəm haqqında bir yunan ilahisidir. Pravoslav kilsələrində bu ilahi, paraliturgik himn sayılır və buna görə də yalnız liturgik mərasimlərdən kənarda istifadə olunur. Bununla belə, o, tez-tez bəzi xorlar tərəfindən xaça ehtiram və antidoron qəbulu zamanı İlahi Liturgiya bitdikdən sonra tənəzzül kimi ifa olunur. Ey pak və bakirə Xanım Ləkəsiz Allahdoğuran Sevin ey bǝysiz Gəlin! Mələkə, Bakirə Ana Ey şehlə örtülü saf yun Sevin ev bǝysiz Gəlin! Göylər yanında alçaqdır Ən parlaq çıraq zil qara Sevin ey bǝysiz Gəlin! Bakirə xoruna fərəhsən Məlaikədən şəstlisən Sevin ey bǝysiz Gəlin! Səmadan daha nuranisǝn Gün işığından cılxasan Sevin ey bəysiz Gəlin! Ey bütün səmavi ordulardan Qüdsilikdə öndə olan Sevin ey baysiz Gəlin!
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Cəfər Eylasov
Cəfər Eylasov (30 sentyabr 2000, Mingəçevir – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəfər Yavər oğlu Eylasov 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Cəfər Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Dendrocygna eytoni
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Duayt Devid Eyzenhauer
Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890[…], Denison[d], Texas – 28 mart 1969[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952). Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir. Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Duayt Eyzenhauer

Duayt Eyzenhaver

Dvayt Eyzenhaver

Ermənistan eyrenisi
Ermənistan eyrenisi (lat. Eirenis punctatolineatus) — Suilanı fəsiləsinə aid ilan növü. Yetkin ilanların uzunluğu 49 sm-dir. Bədəninin müxtəlif nahiyələrində rənglər fərqlidir. Yuxarı hissə zeytuni-boz, balı-qırmızı, bəzən isə demək olarki qaradır. Bədənin ortanahiyyəsində 17 pulcuq vardır. Əsasən Cücülər, Hörümçəklər və digər Onurğasızlarla qidalanırlar. Ov zamanı başını geriyə çəkərək, ağzını geniş açaraq şikarını cəld şəkildə tutur və onu dərhal udur. Bu növə Cənubi Qafqazda, cənub-qərbi və cənub-şərqi Azərbaycan, cənubi Ermənistan, şərqi Türkiyə, qərbi İran və şərqi İraq ərazilərində rast gəlinir.
Eyvazlılar (Beyləqan)
Eyvazlılar (Goranboy)
Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşayır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.
Eyvazlılar (soy)
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır. Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. Eyvazlılar Orxan Məmmədov (Baharlı).
Eyvazxanbəyli
Eyvazxanbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Ağdam Atçılıq Zavodu bu kənddə yerləşir. Eyvazxanbəyli kəndin əsasını qoymuş nəslin adıdır. Qarabağ xanlığı dövründə Kəlbəcərin Çal-bayır, mənşəcə Hacılı tayfasına mənsub olmuş bir el Eyvazxanbəyli adlanırdı. Bu elin digər hissələri Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli. Muradxanbəyli və Tağıbəyli adlanmışdır. Kənddə müasir dövrdə həmin adda olan nəsillər yaşayır. Kəndin tam adı Ərəb-Eyvazxan idi. 1826-cı ildə Eyvazxan öz rəiyyəti ilə İrana qaçmış, sonra çar hökumətinin icazəsi ilə geri qayıdaraq 1830-cu ildə Şəlva (Şalva), Tərnəgüt, Əliməmmədköçü, İsaq Pənah Sərkar köçü adlı yaşayış məntəqələri onlara verilmişdir.
Eyvind Conson
Eyvind Uluf Verner Yunson (isv. Eyvind Olov Verner Johnson; 29 iyul 1900[…] – 25 avqust 1976[…], Stokholm) — İsveç yazıçısı və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974; Harri Martinson ilə birlikdə). İsveç yazıçısı Eyvind Uluf Verner Yunson kiçik yaşlarından həyatın hər cür məhrumiyyətləri ilə üzləşmişdi. Şaxtaçı atası ruhi xəstəlikdən əziyyət çəkdiyi, anasının isə uşaqlara baxmağa imkanı olmadığından qohumlarının himayəsində böyümüşdü. 13 yaşında məktəbi atmağa məcbur olmuş, montyor köməkçisi, mağazada satıcı, kinomexanik və b. işlərdə çalışmışdı. Təhsilini fərdi mütaliə yolu ilə almışdı. Bir sözlə, Eyvind Yunson hər cəhətdən bənzədiyi rus yazıçısı Maksim Qorki kimi əsl həyat universitetləri keçmişdi. Stokholma gəldikdən sonra (1919) Yunson həmkarlar ittifaqlarının fəaliyyəti və siyasətlə maraqlanmışdı. Eyni zamanda ilk əsərlərini çap etdirməyə çalışmışdı.
Eyvind Helgesen
Eyvind Helgesen (10 oktyabr 2001-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Soqndal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Helgesen Soqndal akademiyası vasitəsilə inkişaf etmişdir. Helgesen öz peşəkar karyerasında debütünü 13 may 2017-ci ildə Vikinq klubuna qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə Martin Ramslandı əvəz etmişdir. Həmin görüşdə Soqndal liqa görüşündə rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. 3 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Eyvind Yonson
Eyvind Uluf Verner Yunson (isv. Eyvind Olov Verner Johnson; 29 iyul 1900[…] – 25 avqust 1976[…], Stokholm) — İsveç yazıçısı və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974; Harri Martinson ilə birlikdə). İsveç yazıçısı Eyvind Uluf Verner Yunson kiçik yaşlarından həyatın hər cür məhrumiyyətləri ilə üzləşmişdi. Şaxtaçı atası ruhi xəstəlikdən əziyyət çəkdiyi, anasının isə uşaqlara baxmağa imkanı olmadığından qohumlarının himayəsində böyümüşdü. 13 yaşında məktəbi atmağa məcbur olmuş, montyor köməkçisi, mağazada satıcı, kinomexanik və b. işlərdə çalışmışdı. Təhsilini fərdi mütaliə yolu ilə almışdı. Bir sözlə, Eyvind Yunson hər cəhətdən bənzədiyi rus yazıçısı Maksim Qorki kimi əsl həyat universitetləri keçmişdi. Stokholma gəldikdən sonra (1919) Yunson həmkarlar ittifaqlarının fəaliyyəti və siyasətlə maraqlanmışdı. Eyni zamanda ilk əsərlərini çap etdirməyə çalışmışdı.
Eyvind Yunson

Eyxler dağlaləsi
Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığı və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir.
Eyxler tülpanı
Eyxmanın qaçırılması
Eyxmanın qaçırılması — 1960-cı ilin mayında nasist müharibə cinayətkarı Adolf Eyxmanın Argentinadan İsrailə aparmaq üçün İsrail kəşfiyyat xidməti "Mossad"ın keçirdiyi əməliyyat. Əməliyyat qeyri-rəsmi aparılmışdı. Bu səbəbdən Argentina İsraili öz suverenliyini kobud şəkildə pozmaqda günahlandırdı. İsrail əməliyyatın qanunsuzluğunu, İkinci Dünya Müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırdı. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün xolokost qurbanlarından rəsmi olaraq üzr istədi. Ümumiyyətlə keçmiş nasistlərin axtarışı və cəzalandırılması məsələsi İsraildə həmişə aktualığını saxlayırdı. Belə ki, ölkə əhalisinin əksəriyyəti özü Xolokostdan əziyyət çəkmiş və ya çox sayda qohumu, dostu və tanışı onun qurbanı olmuşdur. Ölkənin 200 minə yaxın sakini özləri konsentrasiya düşərgələri və gettolardan keçmişdilər. İsrail üçün Adolf Eyxman axtarılan nasistlər siyahısında "bir nömrəli" adam idi və onun tutulması prinsip məsələsi sayılırdı. Eyxman Vanze konfransının hazırlanmasında və keçirilməsində, sonra isə "yəhudi məsələsinin son həlli" (yəni Avropa yəhudiliyinin aradan qaldırılması) ilə bağlı qərarlarının icrasında mühüm rol oynamışdı.
Eyya-fiord
Eyya-fiord (isl. Eyjafjörður — Ada fiordu) — İslandiya sahillərində yerləşən fiord. Eyya-fiord İslandiyanın şimalında, Tryodlaskaqi yarımadasının şərqində yerləşir. Sahillərini Qrenland dənizi yuyur. Fiordun uzunluğu 60 km, eni isə 24 km təşkil edir. Qərb istiqamətdə Hendis-fiord və Olafs-fiord adlı kiçik fiordlara bölünür. Aküreyri şəhəri fiordun cənub qutaracağında yerləşir. Qərb sahillərində isə Dalvik və Oulafsfordur şəhərçikləri qərarlaşır. Fiordda Hrisey adası yerləşir.
Eyyafyatlayokudl
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Eyyafyatlayokudl vulkanı

Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Eyyub Tağıyev
Eyyub İsmayıl oğlu Tağıyev (27 yanvar 1912, Bakı – 17 yanvar 1967, Moskva) — texniki elmlər doktoru, professor, Stalin mükafatı laureatı (1942, 1948, 1951). 1912-ci il yanvarın 27-də Bakıda anadan olmuşdur. Ailəsi babasının Böyük Qala küçəsindəki ikimərtəbəli evində yaşayırdı. Eyyubun atası İsmayıl Tağıyev təhsil görmüş adam idi, inqilabdan əvvəl Kiyevin Tereşşenko qardaşları şəkər zavodunu Zaqafqaziyada təmsil edirdi. Eyyub 1928-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1932-ci ildə institutu bitirdikdən sonra Lökbatan qazma kontorunda işə başlayır. Həmin illərdə heç kimin köməyi olmadan ingilis dilini öyrənir. 1937-ci ildə Bakıda xüsusi Suraxanı eksperimental qazma kontoru yaradılır, Bakıdan və Moskvadan bir çox istedadlı mütəxəssislər buraya cəlb edilir. 26 yaşlı Eyyub Tağıyev kontora rəhbər təyin edilir və onun qarşısında qazma mühərriklərinin yeni konstruksiyalarını və turbin qazması texnologiyalarını işləyib hazırlamaq vəzifəsi qoyulur. Bu kollektiv yüksək sürətlə işləyən turboburlar icad edir.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Ea
Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠), Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.. Onu sənətkarların tanrısı da hesab edirlər. Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.
Eb
𐔴 (səslənməsi: /e/; transkripsiyası: E, e) — Alban əlifbasının beşinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Էբ (Eyb) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "eb" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Ե hərfinin antiformasıdır. Alban əlifbasında [e] səsinin qarşılığı kimi işlənilib. Sergey Nikitiç Murayev isə onu ė kimi səciyyətləndirməyin daha doğru olduğunu düşünürdü.
.by
.by — Belorusun internet kodu.
.cy
.cy — Kiprin internet kodu.
EC
EC – 1. “Electronic commerce” (elektron ticarət) sözlərinin abreviaturası. Bax: E-COMMERCE. 2. “European Community” (Avropa cəmiyyəti) sözlərinin abreviaturası. 3. “European Commission” (Avropa Komissiyası) sözlərinin abreviaturası.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Er
Er – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 68-ci element. Er (departament) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. .er — Eritreyanın internet kodu.
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Ex
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
İy
Qoxu və ya iy — insan və heyvanlar tərəfindən havada uçan iyli maddələri hissetmə halı. Qoxu, qoxu hissi ilə hiss edilən, adətən havada çox kiçik konsentrasiyalarda həll olunan hər hansı kimyəvi maddələrdir. Fraqrens və aroma terminləri çox vaxt kosmetika və qida sənayesi tərəfindən xoş ətirləri təsvir etmək üçün istifadə olunur. Qoxuları qavrayışlarına görə pis və xoş qoxulara bölmək olar. Qoxu havada həll olunan qoxu molekullarının hissiyyatıdır. Qoxuların əksəriyyəti üzvi birləşmələrdən qaynaqlansa da, hidrogen sulfid və ammonyak kimi qeyri-üzvi maddələr də qoxuya bilər. Ətirin təsiri iki addımlı bir prosesdə həll edilə bilər. Birincisi, fizioloji mərhələdir; reseptorlarla burundakı stimul sahəsinin hissi. Sonra Psixoloji mərhələ başlayır. Qıcıqlandırıcılar insan beyninin qoxuya cavabdeh olan bölgəsi tərəfindən stimullaşdırılır və işləməsi təmin edilir.
EP
Mini-albom (ing. Extended play, EP) — sinqldan daha çox, lakin albomdan daha az trek ehtiva edən musiqi səsyazması. Adətən, müasir mini albomlar 2–7 trekdən ibarətdir və ümumi müddəti 25 dəqiqədən azdır.
Et
.et — Efiopiyanın internet kodu. E.T. – Keti Perrinin üçüncü studio albomu olan "Teenage Dream" albomundan olan sinql.
Ez
Ez (fr. Èze, oks. Esa) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Bosoley kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Vilfranş-syur-Mer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,47 km², əhalisi — 2932 nəfərdir (2006) artım tendensiyası ilə: 2535 nəfər (2012), əhalinin sıxlığı 267,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 2550 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 2535 nəfər.
Əl-Əyn
Əl-Əyn (ərəb. العين‎ "bulaq") — Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri (Dubay, Əbu-Dabi və Şarjadan sonra). Əl Əyn Əmirliyin ən böyük daxili şəhəri və Əbu-Dabi Əmirliyində ikinci ən böyük şəhərdir. Əl-Ayn, Əbu-Dabi və Dubayı birləşdirən magistral yollar ölkədə coğrafi üçbucaq təşkil edir, hər bir şəhər digər ikisindən təxminən 130 kilometr (81 mil) məsafədə yerləşir. Bununla belə, Əl-Ayn və Əl-Buraimi bölgəsi, ümumilikdə Tavam və ya Əl-Buraimi vahəsi mədəni və tarixi əhəmiyyətə malikdir. Məsələn, bölgə Raşidi xilafəti, Əməvilər xilafəti və Abbasilər xilafəti dövrlərində Dibba və Ras Əl-Xayma kimi İslam tarixinə aid hadisələrin şahidi olub. Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın həyatının çox hissəsini (ən azı 1927-ci ildən, 1966-cı ildə Əbu-Dabi Əmirliyinin hökmdarı olana qədər) keçirdiyi yer bura olub. Onun Əbu-Dabidə doğulduğu qəbul edilsə də, bəzi tədqiqatçılar onun Əl-Əyndə anadan olduğunu iddia edirlər. Əl-Ayn həm də ölkənin ən qədim məscidi Şeyx Xəlifə məscidinin yerləşdiyi yerdir. Əbu-Dabi əmirliyində, ölkənin paytaxtından 148 km şərqdə, Omanla sərhəddə, Buraymi vahəsi ərazisində yerləşir.
Əyn-əl-Türk
Ayn Əl Türk (ərəbcə:عين الترك) — Əlcəzairin şimalında Oran vilayətində, Aralıq dənizi sahilində yerləşən şəhər. Doqquz bələdiyyəsi var, eyni adı daşıyan çimərliyi var. Əlcəzairin önəmli turizm mərkəzlərindən biridir.
Eyn əl-Ərəb blokadası
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Məhəmmədəli bəy əl-Abid
Məhəmmədəli bəy əl-Abid (ərəb. محمد علي بك العابد‎; 1867, Dəməşq – 22 oktyabr 1939, Roma[…]) — Osmanlı imperiyasının ABŞ-dakı səfiri (1908) və Fransanın mandatı dövründə Suriya respublikasının ilk prezidenti (1932–1936).
Əl-Hakim ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Tayyib Əs-Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub.
Əl-Xətib ət-Təbrizi
Vəliəddin Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Umari (v. 1248, ərəb. الخطيب التبريزي‎) — daha çox əl-Xatib ət-Təbrizi adı ilə məşhurdur. Hədisşünas, əl-Bəğavinin “Məsabih əl-Sünnə” kitabının genişləndirilmiş variantı olan “Mişkatul-Məsabih” hədislər toplusunun müəllifi. Təbrizi “əl-İqmal fi əsma ər-rical” kitabını da yazmışdır. “Mişkat” məşhur hədislər toplusuna çevrilir və Orta Asiyada mədrəsələrdə öyrənilir. Sonradan kolleksiya dəfələrlə təkrar nəşr olundu və müxtəlif dillərə (ingilis, benqal və s.) tərcümə edilir. Daşkəndli xəttat Əbdülvədud Əhməd tərəfindən 1339-cu ildə köçürülmüş Təbrizi əlyazması Özbəkistanda saxlanılır. Biblioqrafiya: Əl-Xətib ət-Təbrizi. [=https://books.google.kz/books?id=7CaPrgEACAAJ Mişkatul-Məsabih] (ərəb).
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940, Küveyt) — Küveytin baş naziri. Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir. iyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Rəşid bəy Əfəndiyevin Ev-Muzeyi
Rəşid bəy Əfəndiyevin ev-muzeyi - R.B.Əfəndiyevin ev muzeyi 1992-ci ildən fəaliyyətə başlamışdır. Bina XVIII əsrin axırı, XIX əsrin əvvəllərində inşa edilmişdir. II mərtəbə 5 otaqdan ibarətdir. Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi 1992-ci il martın 31-dən fəaliyyət göstərir. İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir. 2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir. Birinci zalda Rəşid bəy Əfəndiyevin büstü, həyat və yaradıcılığını əks etdirən eksponatlar, o cümlədən Rəşid bəyin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” hekayəti, “Fridanın psixologiya kitabı” nümayiş etdirilir. İkinci zalda Rəşid bəyin ailəsinə məxsus məişət əşyaları saxlanılır.
Əs-Səqafət Əl Hadisə (dərgi)
Əs-Səqafət Əl Hadisə (dərgi) — elmi araşdırma dərgisi. Ərəbcə aylıq elmi araşdırma dərgisi olan "Əs-Səqafət Əl Hadisə"nin təsisçisi Kərkük Müəllimlər Cəmiyyəti, məsul redaktoru isə Ata Tərzibaşı idi. İlk sayı 1954-cü il mayın 1-də çap edilib. İkinci sayı həmin il iyulun 1-i işıq üzü gördükdən sonra bağlanıb. Belə ki, 1954-cü ildə çıxmış 19 saylı qərarın 25-ci maddəsinə görə, İraqda daha əvvəllər qurulmasına icazə verilmiş bütün cəmiyyətlərin ləğv ediıməsi qərara alınmışdı. Beləliklə də, onların çap etdirdikləri mətbu orqanlar da dayandırılırdı. Daxiliyyə Nazirliyinin 1954-cü il 3 oktyabr tarixli rəsmi sənədində bağlandığı qeyd edilmiş mətbu orqanlar arasında "Əs-Səqafət Əl Hadisə"nin də adı var idi. Bağdadda "Dar-ül-Marifə" mətbəəsində çap edilmiş dərginin ilk sayı 58, ikinci sayı 68 səhifəlik olub, 22x16,5 sm. ölçüsündə idi. Dərginin son sayı rəngli çap olunub.
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Bəyda (ərəb. عين البيضاء‎) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 1,020 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 118,662 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Hava limanı şəhərdən 7 kilometr şimal-qərbdə yerləşir.
Ən yaxşısı Sola zəng et
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Cabir əl-Əhməd əs-Sabah
Cabir III əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. جابر الأحمد الجابر الصباح‎; 29 iyun 1926, Küveyt – 15 yanvar 2006[…], Küveyt) — Küveytin 3-cü əmiri (1977-ci ildən). Küveyt şəhərində anadan olub. Küveyti 18-ci əsrdən idarə edən Əl Sabah sülaləsinə, 1921–1950-ci illərdə Küveyti idarə edən Şeyx Əhməd əl-Cabir əs-Sabahın üçüncü oğlu . O, ilk təhsilini əl-Mübaryakiyyə, əl-Əhmedia və əl-Şərqiyyə məktəblərində alıb, daha sonra din, ingilis, ərəb və elmlər üzrə özəl təhsil alıb. 1949–1959-cu illərdə Əhmədi rayonunda ictimai xidmətlər üzrə direktor vəzifəsində çalışıb. 1959–1961-ci illərdə — hökumətdə maliyyə və sənaye şöbəsinin müdiri olub. 1961–1965-ci illərdə müstəqil Küveytin ilk maliyyə və sənaye naziri olub. Onun rəhbərliyi altında neft gəlirləri ilə qidalanan kiçik qəbilə dövləti dünyanın ən böyük kapital qazanmalarından birinə malik müasir, şəhər dövlətinə çevrildi. İlk milli valyuta dövriyyəyə buraxıldı — Küveyt dinarı .
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.
Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah