HEYKƏL
HEYKƏLTƏRAŞLIQ
OBASTAN VİKİ
Heykəltəraş
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). == Sahələri == Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental dekorativ dəzgah heykəltaraşlığı. Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır. == Azərbaycanın professional heykəltaraşlığı == Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur.
Heykəltəraş (bürc)
Heykəltaraş (lat. Sculptor) - göyün cənub yarımkürəsində bürc.
Perilay (heykəltəraş)
Perilay (q.yun. Περίλαος; e. ə. I minillik, Qədim Afina – e. ə. VI əsr) — qədim yunan heykəltaraşı, əfsanəyə görə, Falaris öküzünün yaradıcısı. Ovid və Böyük Plini kimi Roma yazıçıları onu Perill adlandırırlar. Siciliyalı Diodorun məlumatına görə, Perilay, Aqrigent vətəndaşı olmuşdur, lakin İoann Tsets onu afinalı adlandırmışdır. Diodor, Böyük Plini, Pindar və bir neçə başqa müəllifin nəql etdiyi əfsanəyə görə, o, tiran Falaris üçün "öz həmvətənlərini edam etmək" məqsədilə mis öküz düzəltmiş və onun ilk qurbanı olmuşdur. Lippold G. Perilaos 9) // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft.
Azad Əliyev (heykəltəraş)
Azad Mikayil oğlu Əliyev (20 yanvar 1956, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2018). == Haqqında == Azad Mikayil oğlu Əliyev 22 yanvar 1956-cı il Bakı şəhərində həkim ailəsində dünyaya gəlib. 1972-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin fakültəni bitirmişdir. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 1982-ci ildə Universiteti bitirmişdir. == Yaradıcılığı == 1983-1986-cı illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasına daxil olmuş, Akademik Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 2000-dən artıq əsərin müəllifidir. Əsərləri Azərbaycan, Rusiya, Polşa, Almaniya, Amerika, İtaliya, Fransa, Belçika, Avstriya, Mərkəzi Amerika, İran, Nepal, Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır, muzey və parklarını bəzəyir. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Eldar Zeynalov (heykəltəraş)
Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı – 13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2001). == Həyatı == Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub.
Elmira Hüseynova (heykəltəraş)
Elmira Mehralı qızı Hüseynova (9 fevral 1933, Bakı – 23 yanvar 1995, Bakı) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967). == Həyatı == Elmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərən Elmira xanım daha sonra rəssamlıq təhsili almaq üçün ciddi çalışmış, beləliklə, 1954-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. O, 1957-ci ildən ölkəmizdə və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak etmiş, heykəltaraşlığın məişət və portret janrlarında çalışmışdır. Heykəltaraş Elmira Hüseynova 1995-ci il yanvar ayının 23-də Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Elmira xanım eyni zamanda monumental heykəltaraşlıq sahəsində də fəaliyyət göstərib və özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi (1968) kompozisiya və bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olmuşdur. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq və kölgə effektlərini harmonik şəkildə bütövləşdirmişdir. Heykəltaraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlamış, daha çox ağac üzərində işləmişdir.
Hüseyn Əhmədov (heykəltəraş)
Kamal Ələkbərov (heykəltəraş)
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Mahmud Rüstəmov (heykəltəraş)
Natiq Əliyev (heykəltəraş)
Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi). 1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur. Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır. Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib. Respublika Gənclər Mükafatının laureatı — 1989 Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005 Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008 Avstriyanın I dərəcəli "Cəngavər Ordeni" (Qızıl) — 2015 "Şöhrət" ordeni — 9 avqust 2018 Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985) Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990) Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski.
İbrahim Zeynalov (heykəltəraş)
İbrahim İsmayıl oğlu Zeynalov (27 dekabr 1934, Bakı – 6 mart 2008, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1988), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı. İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarmışdır. 1956-cı ildə məktəbin heykəltaraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirmişdir. O, 1962-ci ildə institutun heykəltaraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltaraşlıq sənətinə həsr etmişdir. 1957-ci ildən etibarən ən müxtəlif respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olan İbrahim Zeynalov özünün sənətkarlıq fəaliyyətini pedaqoji işlə uğurla əlaqələndirmiş, 1971–1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973–1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur. Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməmiş, özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf etmişdir. Azərbaycanda milli heykəltaraşlıq məktəbinin inkişaf etdirilməsində İbrahim Zeynalovun böyük xidmətləri olmuşdur. Onun monumental heykəl, büst-portret və digər heykəltaraşlıq janrlarında yaratdığı gözəl sənət əsərləri ölkəmizin zəngin ənənələrə malik heykəltaraşlıq mədəniyyətinin parlaq səhifələrindəndir.
Şərif Şərifov (heykəltəraş)
Şərif Şərifov (1945, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı. Nəriman Nərimanovun və Heydər Əliyevin Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və bir sıra xarici ölkələrin muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilib. Şərif Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M. Ə. Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək Azərbaycana qayıtmışdır. İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltaraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür.
Afrikada heykəltəraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Azərbaycan rəssamlar və heykəltəraşlarının siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
Azərbaycanda heykəltəraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Heykəltəraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). == Sahələri == Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental dekorativ dəzgah heykəltaraşlığı. Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır. == Azərbaycanın professional heykəltaraşlığı == Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur.
Ankara Təsviri incəsənət və heykəltəraşlıq muzeyi
Ankara Rəsm və Heykəltaraşlıq Muzeyi — Ankarada yerləşən incəsənət muzeyi və mədəniyyət mərkəzi. Muzey Etnoqrafik muzeyin yaxınlığında, Altındağ küçəsinin Ulus rayonunun Namazgah təpəsində yerləşir. Muzey 1930-cu ildə Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə açılmışdır. Muzey türk plastik sənətinin Cümhuriyyətdən əvvəlki və sonrakı təşəkkül və inkişaf dövrlərini əks etdirən zəngin sənət əsərləri kolleksiyasına malikdir. Muzeydə Osman Həmdi bəydən Əbdülməcid Əfəndiyə, Şəkər Əhməd Paşadan Fikrət Muallaya, Şevkət Dağdan Şefik Bursalıya, İbrahim Çallıdan Abidin Dinoya qədər bir çox sənətkarın orijinal əsərləri sərgilənir. == Binanın tarixi == === Türk Ocaqları mərkəzi binası === Muzey binası kimi fəaliyyət göstərən tarixi bina Ankaranın dördüncü böyük ictimai binasıdır. Binanın tikilişində Mustafa Kamal türk naxışlarının istifadə olunmasını və yalnız türk işçilərin işləməsini tələb edir. Türk Ocaqları binası kimi tikilən bu bina üçün 1924-cü ildə dövrün tanınmış memarlarından təkliflər istənilib. Memar Arif Hikmət bəyin çəkdiyi proyekt prezident Mustafa Kamal Paşa tərəfindən bəyənildikdən sonra layihə təsdiqləndi və 21 mart 1927-ci ildə binanın tikintisi başlandı. Memar Koyunoğlu 1930-cu ilin aprelində məzar daşı ustalarını toplayaraq Mərmərə adasından mərmər gətirərək binanın tikintisini tamamladı.
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası— Qaziantep ilinin İslahiye ilçəsinin Yesemek məhəlləsi yaxınlığında açıq səma altında muzey və arxeoloji sahədir. Sahə Het dövründə karxana olub və 100.000 m2 ərazini əhatə edir ki, bu da onu qədim Yaxın Şərqdə məlum olan ən böyük daş hörmə emalatxanasına çevirir. Muzey Qaziantep ilinin İslahiye ilçəsinin Yesemək kəndinin cənubunda 36°53′35″ şm. e. 36°44′40″ ş. u.-də yerləşir. Dağlıq ərazinin qərb yamaclarında və Tahtalı bənd gölünün şərqindədir. Kənddən 15 kilometr (9,3 mil), İslahiyedən 23 kilometr (14 mil) və Qaziantepdən təxminən 113 kilometr (70 mil) məsafədədir. Ziyarətçilər abidəyə Qaziantep, İskəndərun və ya Antakyadan gələ bilərlər. Qalıqlar, 1890-cı ildə bölgənin şimalında Zincirli Höyükdə apardığı qazıntılar zamanı avstriyalı arxeoloq Feliks fon Luşan tərəfindən qismən aşkar edilib.

Digər lüğətlərdə