holdinq
holland
OBASTAN VİKİ
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Faneyl-holl
Faneyl-holl (ing. Faneuil Hall) — Massaçusets ştatının Boston şəhərində tarixi bina. Sahil və Boston hökumət binasının yaxınlığında yerləşir. 1742-ci ildən bazar və konfrans zalı kimi fəaliyyət göstərir. Samuel Adams, Ceyms Otis və Birləşmiş Krallıqdan müstəqilliyin digər tərəfdarları burada çıxış etmişdilər. Bina hazırda Azadlıq cığırı və Boston Milli Tarix Parkının bir hissəsidir. Bəzən onu "Azadlıq beşiyi" də adlandırırlar. Tarixi Azadlıq cığırındakı on altı nöqtənin on birincisidir.
Monti Holl problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Krokus Siti Holl
Crocus City Hall — Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalı. Crocus Group-un təsisçisi Araz Ağalarov "Crocus City Hall" konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.
"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
Hans Hollyayn
Hans Hollyayn (alm. Hans Hollein‎; 30 mart 1934[…], Vyana – 24 aprel 2014[…], Vyana) — Avstriyalı memar və dizayner. == Həyatı == Hans Hollyayn 1956-cı ildə Vyananın Gözəl Sənətlər Akademiyasından məzun olduqdan sonra 1959-cu ildə İllinoys Texnik İnstitutunda, 1960-cı ildə Kaliforniya Universitetində təhsil aldı. 1964-cü ildə Vyanaya dönənə qədər İsveç və ABŞ-nin müxtəlif şirkətlərində işlədi. 1963–1964 illəri arasında ABŞ-nin Sent-Luis şəhərinin Vaşinqton Universitetində qonaq professor kimi dərs verdi.1967–1976-cı illəri arasında da Düsseldorf şəhərində Gözəl Sənətlər Akademiyasında dərs verən Hans Hollyayn 1976-cı ildən Avstriyanın Vyana şəhərindəki Tətbiqi İncəsənət Universitetində dərs verməyə davam edir. 1985-ci ildə Pritsker mükafatını qazanmışdır.
Herman Hollerit
Herman Hollerit (ing.
Holland
Hollandlar və ya niderlandlılar (nid. Nederlanders) — german dilli xalq və millət, Niderland Krallığının əsas əhalisi.
Holland Park (London)
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park. Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir. Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden. == Tarixçə == XIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur. Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
Holland dili
Niderland dili (nid. de Nederlandse taal, het Nederlands ) — niderlandlıların və flamandların dili. Flamandların ləhcəsinə ədəbiyyatda Fələməng dili də deyilirdi. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.
Holland hərracı
Holland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Holland parkı (London)
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park. Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir. Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden. == Tarixçə == XIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur. Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
Holland qızıl dövrü
Holland qızıl dövrü — Hollandiya tarixində 1585–1702-ci illər arasındakı dövrə verilən ad. Bu dövrdə Hollandiya elm, ticarət və incəsənət sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Hollandiyanın Qızıl dövrü 1585-ci ildə Antverpen İspaniyanın əlinə keçməsi, cənubda zəngin Kalvinist (protestant) tacirlər və ziyalılar şimala sığınması ilə başladı. Bundan əlavə, İspaniyadakı inkvizisiyadan qaçan Sefarad yəhudiləri və Fransadan qaçan protestant Huqenotlar Hollandiyaya sığındılar. Beləliklə, Hollandiyada Avropanın ən zəngin və ən maarifli insanları toplaşdı. XVII. Əsr ərzində hollandlar dünyanın hər yerində ticarətə girdilər. Şimali Amerikada Nieuw Amsterdam kimi koloniyalar qurdular. 1602-ci ildə qurulan 'Hollandiya Şərqi Hindistan Şirkəti' (Vereenigde Oostindische Compagnie) Asiyada koloniyalar qurdu. Bu koloniyalar sonda İndoneziya ölkəsini meydana gətirdi. İlk dəfə Osmanlı İmperiyasından gətirilən lalələr Hollandiyada ehtiras halına gəldi.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
Holland sindiromu
Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir. Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir. == Model == Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir. "Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir: "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur.
Holland sindromu

Hollandca
Niderland dili (nid. de Nederlandse taal, het Nederlands ) — niderlandlıların və flamandların dili. Flamandların ləhcəsinə ədəbiyyatda Fələməng dili də deyilirdi. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.
Hollandiya
Niderland və ya Hollandiya (nid. Koninkrijk der Nederlanden), köhnə qaynaqlarda Fələməng — Qərbi Avropada dövlət. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km). Paytaxtı – Amsterdam, hökumətin iqamətgahı – Haaqa şəhəridir. Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir. Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir. == Etimologiyası == "Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır.
Hollandiya (region)
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Hollandiya 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Hollandiya Erediviziya bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Hollandiya Eredivize Liqası bombardirləri siyahısıdır. 1956/57 Mövsümündən başlayaraq hər il çempionatın ən sərrast oyunçusunun adı elan edilir. İlk dəfə bu adı "PSV Eyndhoven" klubunun oyunçusu olmuş Koen Dillen qazanmışdır. Bu adı ən çox Rud Gels, 5 dəfə qazanmışdır.
Hollandiya bayrağı
Niderland bayrağı — Niderlandın Dövlət bayrağı Hollandiya bayrağı 16-cı əsrin ikinci yarısında I. William tərəfindən hazırlanmışdır. Bayrağın adı prinsevlagdır. Bu "şahzadənin bayrağı" deməkdir. Dövrün lideri Orange Şahzadə William tərəfindən hazırlanan bayraq, əvvəlcə qırmızı əvəzinə narıncı rəngə sahib idi. Daha sonra, 17-ci əsrin ortalarında narıncı rəng qırmızıya çevrildi. Yuxarıdan aşağıya doğru üç üfüqi zolaq və bu zolaqların rəngləri sırasıyla qırmızı, ağ və mavi olur. Lüksemburq bayrağına bənzəyir. Uzun müddət istifadə olunan bayraqlardan biridir.
Hollandiya inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Hollandiya milli futbol komandası
Niderland milli futbol komandası — Niderlandı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. (FİFA kodu NED) UEFA üzvlərindən biridir, Niderlandın Futbol Kral Asosiasiyasındadır, üç ev stadionu var (Amsterdam Arena, Feyenord Stadionu və Filips Stadionu). İlk beynəlxalq görüşü — Belçika ilə (30 aprel 1905, 4–1, Antverpendə), ən böyük qələbələri San-Marino (11–0, 2 sentyabr 2011, Eyndhoven) və Norveç (9–0, 1 noyabr 1972, Rotterdamda) üzərində, ən böyük məğlubiyyəti isə İngiltərənin həvəskar yığma komandası ilədir (12–2, 21 dekabr 1907, Darlinqtonda). FİFA dünya kubokunda görünmələri — 8 (ilk dəfə 1934-cü ildə), Avropa çempionatında isə — 7 (ilk dəfə 1976-cı ildə, 1988-ci ilin qalibidir). Niderlandın əzəli və əbədi rəqibi Almaniyadır. Hollandiyalıların ev çıxışı maykaları Oranlı Vilhelmin gerbindən gələn tarixli narıncı rəngindədir. Avroda-2008 komanda 30 il içində İtaliyanı ilk dəfə darmadağın etmişdi.
Hollandiya milli voleybol komandası
Niderland kişi milli voleybol komandası - Niderlandı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.

Digər lüğətlərdə