İLKƏR
İLKİNƏ
OBASTAN VİKİ
Abıyev İlkin
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
İlkin Abıyev
İlkin Ağakişiyev
İlkin Ağaquliyev
İlkin Ağayev
İlkin Bayramov
İlkin Cavanşirov
İlkin Fərəcov
İlkin Həsəni
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Həsənli
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Kazımov
İlkin Misgərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu) — Azərbaycan aktyoru. İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.
İlkin Miskərli
İlkin Misgərli (6 yanvar 1983, Salyan rayonu) — Azərbaycan aktyoru. İlkin Misgərli 6 yanvar, 1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Məktəb illərində Salyan rayon dövlət kukla teatrında işləmiş və aktyorluq təcrübəsi qazanmışdır. Təhsil aldığı Salyan rayon 4 saylı orta məktəbində keçirilən siniflər arası KVN yarışlarında öz aktyorluq məharətləri ilə seçilmişdir. Yaxın dostlarının dediklərinə görə hələ 5-ci sinifdə oxuyarkən gələcəkdə aktyor olacağını hər zaman deyirmiş. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunmuş, 2004-cü ildə universiteti bitirmiş, bir il Azərbaycan Dövlət Yuğ Teatrında işləmişdir.
İlkin Muradlı
İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995, Şahbuz, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır. Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şərafəddin İlkin
Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
İlkin Ələkbərov
İlkin Dövlətov
İlkin Dövlətov (16 iyun 1990, Bakı) — azərbaycanlı muğam ifaçısı. Səs Azərbaycan yarışmasının xalq mahnıları kateqoriyasında ikinci yer tutduqdan sonra məşhurlaşmışdır. 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree ilə birlikdə "Özünlə apar" mahnısıyla Azərbaycanı təmsil etmiş, 1-ci yarımfinalda 11 xalla 14-cü yeri tutmuşdur. 16 iyun 1990-cı ildə doğulmuşdur.
İlkin Hacıyev
İlkin Hacıyev (8 yanvar 1983, Azərbaycan) — Bakının "Neftçi" klubunda və Azərbaycan milli futzal komandasında çıxış edən azərbaycanlı futzalçı.
İlkin Muradov
İlkin Muradov (5 mart 1996, Azərbaycan) Azərbaycan Premyer Liqasında "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Klub karyerası == 29 aprel 2017-ci ildə Muradov Azərbaycan Premyer Liqasında "Zirə" nin "Şüvəlan"la oyununda debüt edib. 2023-cü il fevralın 15-də Muradov mövsümün qalan hissəsi üçün icarə əsasında "Səbail"ə keçib.
İlkin Məmmədov
İlkin Məmmədzadə
İlkin Məmmədzadə (azərb. Məmmədzadə İlkin Əzizağa oğlu;‎19 dekabr 1991, Sumqayıt – 7 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb.
İlkin Nəcəfov
İlkin Misir oğlu Nəcəfov (17 noyabr 1989; Yenikənd, Salyan rayonu, Azərbaycan — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. İlkin Nəcəfov 17 noyabr 1989-cu ildə Salyan rayonunun Yenikənd kəndində Misir Nəcəfovun ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2011-2012-ci illərdə "zabitlik kursu" adlanan təkmilləşmə kursunda təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı. İlkin Nəcəfov 2012-ci ildə təkmilləşmə kursunu bitirərək Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamış və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı İlkin Nəcəfov Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə zabit kimi xidmət edirdi. O, Ağdam rayonunun təmas xəttində yerləşən kəndləri istiqamətində gedən hərbi əməliyyatlarda iştirak etmişdir.
İlkin Quliyev
İlkin Qırtımov
İlkin Qırtımov (d. 11 noyabr 1990, Zaqatala, Azərbaycan SSR) — azərbaycanlı futbolçu, "Qəbələ" futbol klubunun və Azərbaycan milli futbol komandasının heyətində çıxış edir. Müdafiəçidir. İlkin Qırtımov futbol karyerasına məktəb illərində Şaban Şirdanovun rəhbərliyi altında Zaqatalada başlayıb. 2008-ci ildə o, "Simurq" ilə müqavilə bağlayıb və "Simurq"un gənc komandasında çıxış etməyə başlayıb. İlkin Azərbaycan Premyer Liqasında debütunu 2010-cu ildə edib. 2011-ci ildə Qırtımov "Simurq"la müqaviləsini yeniləyib. 9 yanvar 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Neftçi klubu ilə 2017-18 mövsümünün sonuna kimi müqavilə imzalamışdır. 12 iyun 2018-ci ildə Qırtımov Azərbaycan Premyer Liqası təmsilçisi olan Zirə klubu ilə müqavilə imzalamışdır.
İlkin Süleymanov (baş gizir)
İlkin Süleymanov (cinayətkar)
İlkin qiymətli kağızlar bazarı
İlkin qiymətli kağızlar bazarı — ilk buraxılmış qiymətli kağızların yerləşdirildiyi bazardır. Əslində, ilkin bazar səhmlərin və ya istiqrazların buraxıldıqdan dərhal sonra yerləşdirildiyi birjadır — mallar buraya birbaşa istehsalçıdan gəlir. İlkin qiymətli kağızlar bazarının əsas funksiyaları bunlardır: buraxılışın təşkili; yerləşdirmə və uçot; tələb və təklif arasında balansın saxlanması. Alıcılar satınalmaları necə ləğv edəcəklərinə qərar verə bilərlər: dividendlər üçün saxlayın və ya mənfəət üçün yenidən satın. Eyni zamanda, səhmlərin ilkin bölgüsü heç vaxt yekun deyil, əslində bu, kapitalın sonrakı hərəkəti üçün yalnız başlanğıcdır. Əksər investorlar öz əmanətlərində dinamik artımda maraqlı olduqlarından, gec-tez bütün aktivlər ikinci dərəcəli ticarət mərtəbələrində başa çatır. Yeni buraxılmış qiymətli kağızları almış istənilən birja üzvü onları hərraca çıxarmaq hüququna malikdir (emitentin satış üçün xüsusi şərtlər müəyyən etdiyi hallar istisna olmaqla). İlkin yerləşdirmənin iki növü mövcuddur — özəl və ictimai. Şəxsi yerləşdirmə (ing. private placement).
İlkin tibbi yardım
'İlk tibbi yardım zamanı (ing. First aid)— hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə. Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir. Həyati təhlükəni ortadan qaldırmaq. Həyati funksiyaların davam etdirilməsini təmin etmək. Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək. Yaxşılaşmanı asanlaşdırmaq. Yardım çantasında olmalıdır: üçkünc sarğı bezləri rulonlu sarğı bezləri steril qazlı bezlər pambıq yara bandları boyunluq turna jqutu antiseptik məhlullar ağrı kəsici preparat sancaq qayçı fənər.
İlkin kapital yığımı
İlkin kapital yığımı — Karl Marksın fikrincə, kapitalist istehsalı üçün şəraitin yarandığı tarixi proses. “Kapitalın ilkin yığılması” anlayışı ilk dəfə Adam Smitin əsərlərində təqdim edilmiş və Marks tərəfindən ilkin yığım nəzəriyyəsi şəklində işlənmişdir. Bu nəzəriyyəyə görə kapitalın ilkin yığılmasının mahiyyəti aşağıdakı kimidir. Kapitalistik istehsalın həyata keçirilməsi üçün aşağıdakı şərtlər lazımdır: 1) qanuni olaraq azad, lakin istehsal və yaşayış vasitələrindən məhrum olan və buna görə də kapitalistlər üçün işləməyə məcbur olan yoxsul kütlənin olması; 2) kapitalistik müəssisələrin yaradılması üçün zəruri sərvətin toplanması. Bu şərait XV əsrin sonlarından XVIII əsrə qədər, digər ölkələrdə isə XIX əsrin sonlarına qədər Qərbi Avropada baş verən ilkin kapital yığımı prosesi zamanı yaradılmışdır. İlkin yığım prosesinin birinci tərəfi istehsal vasitələrinin xırda istehsalçılar (kəndlilər və sənətkarlar) kütləsindən zorla müsadirə edilməsi və onların mülki yoxsul proletarlara çevrilməsidir. Bu prosesin ən parlaq təzahürü, Marksın fikrincə, XV əsrin sonunda başlayan və ən böyük həddi XVIII əsrdə çatan kəndlilərin kütləvi surətdə müsadirə edilməsi (“çəpərləmələr” adlanan) idi. İngilis sənaye inqilabı dövrü, hakimiyyət və qanunlar tərəfindən icazə verilən əhalinin kütləvi soyğunçuluğu formasını aldıqda:“XVIII əsrdə tərəqqi ondan ibarətdir ki, qanun özü xalqın torpağının talan edilməsi alətinə çevrilir... Belə soyğunçuluğun parlament forması “İctimai mülkiyyətin bağlanması haqqında qanunlar”dır (Bills for Inclosures of Commons), yəni mülkədarların xalqın torpaqlarını onların köməyi ilə özlərinə xüsusi mülkiyyət kimi verdiyi fərmanlar – xalqı özgəninkiləşdirən dekretlər”.Kəndlilərin torpaqlardan qovulması elə bir miqyasda həyata keçirildi ki, XVIII əsrin sonlarında İngiltərədə torpağa sahib olan müstəqil kəndlilər - yomenlər praktiki olaraq yox oldular. Lakin ümumilikdə bu proseslər, bu dövrdə əmək haqqı “minimumdan aşağı düşməyə başlayan” və “yalnız həyatın tamamilə zəruri ehtiyaclarını ödəməyə kifayət edən” muzdlu işçilərdən ibarət nəhəng bir ordunun formalaşmasına səbəb oldu.

Значение слова в других словарях