İlkin Məmmədzadə (azərb. Məmmədzadə İlkin Əzizağa oğlu;19 dekabr 1991, Sumqayıt – 7 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
İlkin Məmmədzadə | |
---|---|
İlkin Əzizağa oğlu Məmmədzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Tərtər-Ağdərə istiqamətində |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olmuşdur.[2]
2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Agcakənd kəndində "N" saylı hərbi hissədə Leytenant kimi xidmətə başlayıb. Xidməti ərzində dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin Dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında "Baş leytenant" rütbəsini alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxartmışdır.[3] 7 oktyabr 2020-ci ildə saat 10:00 radələrində Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olmuşdur.
8 oktyabrda 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.