immoralizm
immunitet
OBASTAN VİKİ
İmmun sistemi
İmmun sistemi — orqanizmin vacib sistemlərdən biri olub,orqanizmin müxtəlif infeksion agentlərdən spesifik müdafiəsini təmin edir. İmmunitet sistemi düzgün işləməsi üçün, viruslardan parazitar qurdlara qədər patogenlər kimi tanınan çox sayda helmint aşkar etməli və orqanizmin özünün sağlam toxumasından ayırmalıdır. İmmunitet sisteminin iki əsas alt sistemi mövcuddur: anadangəlmə immun sistemi və adaptiv immun sistemi. Hər iki alt sistem funksiyalarını yerinə yetirmək üçün humoral toxunulmazlıq və hüceyrə vasitəçiliyi toxunulmazlığından istifadə edir. İnsanlardakı qan-beyin maneəsi, qan-beyin boşluğu maye maneəsi və bənzər maye-beyin maneələri, periferik immunitet sistemini beyini qoruyan neyroimmun sistemdən ayırır. Patogenlər sürətlə inkişaf edə və uyğunlaşa bilər, bununla da immunitet sistemi tərəfindən təsbit edilmədən və zərərsizləşdirilmədən qaçılır; lakin patogenləri tanımaq və zərərsizləşdirmək üçün çoxsaylı müdafiə mexanizmləri də hazırlanmışdır. Hətta bakteriya kimi sadə bir hüceyrəli orqanizmlər də bakteriofaj infeksiyalarından qoruyan fermentlər şəklində əsas immunitet sisteminə malikdirlər. Digər zəruri immunitet mexanizmləri qədim nüvəlilərdə inkişaf etmiş bitki və onurğasızlar kimi müasir nəvələrində qalmışdır. Bu mexanizmlərə faqositoz, defensinlər adlanan antimikrobiyal peptidlər və komplement sistemi daxildir. İnsanlar da daxil olmaqla Ağızçənəlilər daha inkişaf etmiş müdafiə mexanizmlərinə malikdirlər və müəyyən patogenləri daha effektiv şəkildə tanımaq üçün zamanla uyğunlaşma qabiliyyəti də daxil olmaqla.
Anadangəlmə immun sistemi
Anadangəlmə immun sistemi — Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür. Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz. Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar. Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə "görüşünü" sadəcə olaraq hiss etmirik. Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar. Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər. Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – "düşmənlərlə" mübarizənin ön cəbhəsidir. Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 m² təşkil edir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən "lizosim" adlı maddə ifraz edirlər.
Qazanılmış immun sistemi
Qazanılmış immun sistemi təkamül prosesində sonrakı mərhələlərdə fərmalaşdığından onurğasız heyvanlarda ona demək olar ki, rastlanmır. Qazanılmış immun sisteminin əsasını limfositlər təşkil edir. İmmunolji reaksiyaların spesifikliyə və immunoloji yaddaşa malik olmaları bu hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Qazanılmış immun sisteminin işləmə prinsipiini izah etmək üçün klonal seleksiya nəzəriyyəsi irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə limfositlər inkişafları zamanı antigenlə qarşılaşmadan asılı olmayaraq çoxlu miqdarda klonları əmələ gətirirlər. Klon daxilindəki hüceyrələr identikdirlər.(eynidirlər). Müxtəlif klonların hüceyrələri isə bir birilərindən səthlərindəki antigen tanıyan zülal reseptorlarına görə fərqlənirlər. Beləliklə orqanizmdəki milyardlarla limfositlər milyonlarla klonlarda paylanırlar. Ona görə də , orqanizmə düşmüş hər hansı bir antigen (yad cisim) spesifik olaraq ona komplementar olan klonların hüceyrələrinin reseptorları ilə tutulurlar. Antigen eseptor qarşılıqlı əlaqəsi yalnız bu klonların hüceyrələrini activləşdirir.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Adaptiv yaxud qazanılmış immun sistemi
Qazanılmış immun sistemi təkamül prosesində sonrakı mərhələlərdə fərmalaşdığından onurğasız heyvanlarda ona demək olar ki, rastlanmır. Qazanılmış immun sisteminin əsasını limfositlər təşkil edir. İmmunolji reaksiyaların spesifikliyə və immunoloji yaddaşa malik olmaları bu hüceyrələrin fəaliyyəti ilə əlaqədardır. Qazanılmış immun sisteminin işləmə prinsipiini izah etmək üçün klonal seleksiya nəzəriyyəsi irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə limfositlər inkişafları zamanı antigenlə qarşılaşmadan asılı olmayaraq çoxlu miqdarda klonları əmələ gətirirlər. Klon daxilindəki hüceyrələr identikdirlər.(eynidirlər). Müxtəlif klonların hüceyrələri isə bir birilərindən səthlərindəki antigen tanıyan zülal reseptorlarına görə fərqlənirlər. Beləliklə orqanizmdəki milyardlarla limfositlər milyonlarla klonlarda paylanırlar. Ona görə də , orqanizmə düşmüş hər hansı bir antigen (yad cisim) spesifik olaraq ona komplementar olan klonların hüceyrələrinin reseptorları ilə tutulurlar. Antigen eseptor qarşılıqlı əlaqəsi yalnız bu klonların hüceyrələrini activləşdirir.
Antiparazitar immunitet
BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya
BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya — BMT Baş Assambleyası tərəfindən 13 fevral 1946-cı ildə qəbul edilib. Bəzən Nyu-York Konvensiyası da adlandırılır. == Tarixi == 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması müasir diplomatiya hüququnun proqressiv inkişafı yolunda mühüm təkan oldu. Belə ki, 1946 və 1947-ci illərdə BMT iki konvensiya qəbul etdi; BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya və BMT-nin ixtisaslaşdırılmış qurumlarının immunitet və imtiyazları haqqında Konvensiya. Hər iki konvensiya müasir diplomatiya hüququnda immunitet və imtiyaz institutunun inkişafına mühüm töhfə idi. == Haqqında == 1946-cı il Konvensiyasında qeyd olunduğu kimi, bu konvensiyanın işlənib hazırlanmasının hüquqi əsasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-105-ci maddələri təşkil edir. Bu maddələrdə deyilir ki, təşkilat onun üzvlərinin hər birinin ərazisində funksiyalarının yerinə yetirilməsi və məqsədlərinə çatması üçün vacib olan hüquq qabiliyyətindən istifadə edir. Bununla yanaşı, BMT Nizamnaməsində qeyd olunur ki, öz funksiyalarının həyata keçirilməsinin vacibliyi ilə təşkilatın özünə verilən immunitet və imtiyazların həcmi, təşkilat üzvlərinin nümayəndələrinin və təşkilatın vəzifəli şəxslərinin funksiyalarının səmərəli həyata keçirilməsinin vacibliyi ilə onlara verilən immunitet və imtiyazların həcmi müəyyən olunur. Başqa sözlə ifadə etsək, BMT rejiminin, onun üzvlərinin nümayəndələrinin və onun vəzifəli şəxslərinin rejiminin əsasında funksional zərurət nəzəriyyəsi durur. BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası (Ümumi Konvensiya) 36 bölməni əhatə edən 9 maddədən ibarətdir.
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür.
İmmunitet
İmmunitet — orqanizmə düşmüş hər hansı bir yad toxumaya, yad cismə qarşı mübarizə reaksiyasının yaranmasıdır. Yad cisim orqanizmə düşəndə onu həm faqositlər, həm də qanda yaranan zülal mənşəli xüsusi maddələr (anticisimlər) məhv edir İmmunoloji müdafiə şərti olaraq 2 kateqoriyada təsnifləşdirilir: anadangəlmə qazanılmış Anadangəlmə yaxud qeyri spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmsanın ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin kompanentləri insan və heyvan anadan doğularkən orqanizmdə hazır şəkildə mövcud olur və onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir. Adaptiv yaxud qazanılmış immun sistemi (spesifik) müdafiənin sonrakı mərhələsini təşkil edir. Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalaşır. O anadangəlmə immun sitemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olnunur. Ondan fərqli olaraq anadangəlmə immun sistemində hüceyrələr hər bir antigen molekulunu yox, yad molekullar qrupunu ayırd edə bilir. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir.
İmmunologiya
İmmunologiya, Tibbin immunitet və fərqli organizmaların immunitet sistemləri ilə bağlı olan bir növü. Azərbaycan dilinə, Fransızca "immunologie" kəliməsindən törəyərək gəlmişdir. Bir çox fərqli mövzuyu əhatə edən elm sahəsi xüsusiylə orqanizmlərin immunitet sistemlerinin sağlam olduqları və ya xəstə olduqları hallarındakı vəziyyəti və fizioloji funksiyaları ilə insanların immunitet sistemlərinin əlverişsiz bir şəkildə işləməsi nəticəsində yaranan immunoloji pozuqluqları (məsələn avtoimmun pozğunluqları) əhatə edir. Hımçinin immunoloji immunitet sisteminin cürbəcür elementlərinin in vivo, in situ və in vitro şəkillərində araşdırılması və incələnməsini də əhatə edir. İmmunologiya olduqca geniş bir sahədir və bir çox alt sahəyə malikdir. İmmunoterapiya, immunogenetika, təkamül immnologiyası bunlardan bəziləridir.
İmmunopatologiya
İmmunopatologiyalar — Orqanizmin immun sistemində baş verən hər hansı patoloji dəyişiklik və ya reaksiyalar. Bu cür dəyişikliklərə immun sistemin anadangəlmə və qazanılmış deffektləri və ya immunodefisitləri, təcili və ləng tipli hiperhəssaslıq reaksiyaları, autoimmun proseslər aiddir. İmmunodefisitlər — orqanizmin immun sisteminin anadangəlmə və ya qazanılmış çatışmazlığı olub, immun müdafiə reaksiyalarının qənaətbəxş olmaması ilə xarakteriza olunur. Anadangəlmə (birincili) və qazanılmış (ikincili) immunodefisitlər ayırd edilir. Anadangəlmə (birincili) immunodefisitlər zamanı immun sisteminin çatışmazlığı artıq erkən uşaq yaşlarından özünü büruzə verir. Bu zanman müxtəlif infeksion agentlərə qarşı orqanizmin lazımi qədər mühafizə edilməməsi üzündən bu vəziyyət çox vaxtı elə uşaq yaşalrında ikən ölümlə nəticələnir. Birncili immunodefisitlər orqanizmin immun sisteminin inkişafının müxtəlif mərhələlərində baş verən genetik pozuntularla əlaqədar olaraq meydana çıxır. Bu pozuntular hemo və limfopoezin müxtəlif səviyyələrində meydana çıxdığından immunodefisitlər də müxtəlif aralıüqlı gediçşə malik olurlar. Məsələn:Hemopoezin sütun hüceyrələri səviyyəsində pozğunluq tam aplaziya və ya sütun hüceyrələrindən T- və B- limfositlərin diferensiasiyasının məhdudlaşması ilə nəticələnir. Hemopoezin daha yülksək səviyyələrdə pozulması T və B limfositlərin hissəvi defisitinə gətirib çıxarır.
İmmunoqlobin A
İmmunoqlobin A — immun funksiyasında mühüm rol oynayan antiteldir. Mütləq olaraq, hər gün qana üç ilə beş qram arasında ifraz olunur. Bu, bütün bədəndə istehsal olunan ümumiimmunqlobulinlərin 15% -ə qədərini təşkil edir. İqA iki alt sinifə istifadə olunur (IqA1 və IqA2) və monomerik və dimerik formada istehsal edilə bilər</ref> This represents up to 15% of total immunoglobulins produced throughout the body.. IgA dimerik formasi çox yayılmışdır və həmçinin sekretor IgA (sIqA) adlanır. sIgA selikli sekresiyalarda, o cümlədən göz yaşları, tüpürcək, tər və sidik-cinsiyyət, mədə-təmizləmə traktının, prostat və tənəffüs epitelinin ifrazatlarındanda rast gəlinir. sIgA sərt mədə-bağırsaq traktının mühitində sağ qala bilir və bədən sekresiyalarında çoxalan mikroblara qarşı qoruma təmin edir. sIgA həm də digər immunoqlobulların iltihabi təsirlərini törədə bilər. IgA iki izotipdə mövcuddur: IqA1 və IgA2. Hər ikisi yüksək qlikosilləşdirilmiş zülallardır</ref> the ratio of IgA1 and IgA2 secreting cells varies in the different lymphoid tissues of the human body:.
İnsanın immunçatışmazlığı virusu
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.

Digər lüğətlərdə