İSLAM

сущ. ислам (одна из наиболее распространенных религий мира; мусульманство)
İSLAQLIQ
İSLAMÇILIQ
OBASTAN VİKİ
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. == Milli və məzhəb tərkibi == Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kosovoda islam
Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır. == Tarixi == On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı.
İslam
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteizm dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan İslam tərəfdarlarına müsəlman deyilir. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Qambiyada islam
Qambiyada islam (ing. Islam in the Gambia) — islam dini Qambiya ərazisində. == Müsəlmanların sayı == Qambiya əhalisinin sayı təxminən 1,5 milyondur ki, onun da təxminən 90%-i müsəlmandır. == Tarixi == === İslam dövləti === Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etmişdir. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası olmuşdur.
Qazaxıstanda islam
Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır. İstiqamət — Sünnizm. Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi. Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ). == Tarix == İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır. İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Rusiyada islam
Rusiyada müsəlmanların dəqiq sayı hələ də dəqiq olaraq müəyyənləşdirilməyib və müzakirə predmetidir. 2002-ci ilin əhali siyahıyalmsına görə Rusiyada müsəlman xalqlarınnın ənənəvi sayı təxminən 14,5 milyon nəfər, ölkə əhalisinin təxminən 10%-dir. RF-nin Avropa hissəsinin müsəlmanlarının ruhani idarəsinin təsdiqinə görə Rusiyada islamı qəbul edənlərin sayı 20 milyon nəfərə qədər olmuşdur. "Etnik müsəlman", 2002-ci ilin siyahıyaalmasına görə ənənəvi qaydada İslama inam gətirənlərdir. Bu qrup əhali RF-nin yeddi subyektinin əhalisinin böyük əksəriyyətini təşkil edir: İnquşetiya (98%), Çeçenistan (96%), Dağıstan (94%), Kabardin-Balkar (70 %), Qaraçay-Çərkəz (54,6 %), Başqırdıstan (54,5%), Tatarıstan (54%).
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. == Salavatın variantları == 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin == Salavatın qısa yazılması == 1.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
Sünni İslam
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni Sünnə məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünnəliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşərilik, Maturidilik və Sələfilik etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Ukraynada islam
Ukrayna tərəfindən işğal edilmiş əraziyə islamın nüfuz edilməsi Ərəb — Xəzər müharibələri dövründə başladı. VIII əsrdə Qafqaz vasitəsilə Qara dəniz regionuna dinc ərəbcə daxil olan yol açılmışdır. Müasir Ukraynanın cənub-şərqində arxeoloqlar müsəlman qəbri tapıblar. Bu qəbirlər Salto-Mayak mədəniyyətinə aiddir. Ruslar, ərəblər və digər müsəlman xalqları arasında sıx ticarət əlaqələrinin mövcudluğu orta əsr Ərəb-Fars müəllifləri İbn Fədlan, Məsudi, İbrahim İbn-Yaqub və başqaları tərəfindən sübuta yetirilir. Müsəlmanlar islamın biliyi, qədim Rusiyanın sakinləri ticarət əməliyyatları, səyahət və hərbi kampaniyalarda ilk məlumatlar aldılar. Ruslar İtilə səyahət etdi. Ərəb-müsəlman mədəniyyətinin böyük təsirini yaşayan bir ölkə ilə birbaşa əlaqə yarandı. Kiyev Rusiyası hərbi kampaniyalarda da müsəlman dövlətlərin nümayəndələri ilə təmaslara girdi. Rusiyanın ən yaxın qonşusu — Volqa Bolqarıstan 922-ci ildə islamı dövlət dini olaraq qəbul etdi.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Stepanakert) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. == Həyatı == Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. == Diskoqrafiya == Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) == İfaları == == Kliplər == == İstinadlar == == Xarici keçidlər == Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Yaponiyada islam
Yaponiyada islam (日本でイスラム, Nihon de İsuramu) az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib. Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur. Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır.
Yusuf İslam
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. == Həyatı == Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. == Əsərləri == Göyçənin tonqalı sinəmdə yanır.
Çində islam
== Çində islam == İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
İndoneziyada islam
İndoneziyada İslam — islam dini İndoneziya ərazisində. == Tarixi == Bu ölkədə islam dini tacirlərin vasitəsilə yayılıb. XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarından gələn qafqazlı Mövlanə Malik İbrahim əs-Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanınan şəxsin İndoneziyaya gəlişi ilə islam dini bu torpaqlarda formalaşmağa başlamışdır. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada islam dinini yaymağa başlamışdır. İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır. Hazırda 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. == Açehdə şəriət == Açeh İndoneziyanın yeganə əyalətidir ki, burada şəriət məhkəmələri fəaliyyət göstərir. Bu məsələ 2004-cü ildə müzakirələrə səbəb oldu və narahatlıq doğurdu. Müzakirə əsnasında qaldırılan bir çox məsələlər din azadlığına toxunurdu. Bununla belə, Açeh dövlətin şəriətə xüsusi icazə verdiyi yeganə əyalət olaraq qaldı.
İslam (Baymak)
İslam (başq. Ислам, rus. Исламово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yomaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 38 km, kənd sovetliyindən (Yomaş): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 79 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
İslam (din)
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteizm dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan İslam tərəfdarlarına müsəlman deyilir. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
İslam Abdullayev
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
İslam Ağayev
İslam Məmməd oğlu Ağayev (20 avqust 1932-ci il, Bülbülə, Bakı - 27 yanvar 2014-cü il, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952–1957–ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil almışdır. 1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya - bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir. 1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir.
İslam Datiyev
İslam Maqometoviç Datıyev (1884 – 1965, Bakı) — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini. == Həyatı == 1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır. Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir. == Mənbə == Böyük İqtisadi Ensiklopediya. I hissə.
Gəncə İslam Kolleci
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Heydər İslam Kolleci
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Hizbul-İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
Hüseyn Şeyx əl-İslam
Hüseyn Şeyx əl-İslam (7 dekabr 1952, İsfahan – 5 mart 2020, Tehran) — Xarici işlər nazirinin müşaviri (?–2019). == Həyatı == 7 dekabr 1952-ci ildə İsfahanda doğulub. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri olmuşdur. İranın Suriyadakı səfiri kimi də fəaliyyət göstərib. İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub. Hüseyn Şeyx əl-İslam 5 mart 2020-ci ildə koronavirus xəstəliyindən vəfat edib.
Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.
Həzb-i İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
III İslam Gəray
III İslâm Gəray (1604[…], Bağçasaray – iyun 1654, Bağçasaray) — 1644–1654-cü illərdə hakimiyyətdə olmuş Krım xanı. III İslam, I Səlamət Gərayın oğludur. 1644-cü ildə Osmanlı sultanı, Sultan İbrahim tərəfindən böyük qardaşı IV Mehmed Gərayın yerinə xan elan edilmişdir. 1648-ci ildən etibarən Zaporojye Kazaklarının Atamanı Boqdan Xmelnitski ilə Reç Pospolitaya qarşı ittifaq yaratmışdır. Bu ittifaq Krım xanlığını gücləndirmişdir. Birlikdə 1649-cu ildə Zbaraj və 1651-ci ildə Beresteczko müharibəsində iştirak etmişdirlər. 1654-cü ilə Pereyaslavl müqaviləsi ilə Polşa ilə sülh bağlayaraq Çar Rusiyasına qarşı ittifaq yaratmışdırlar. IV Mehmed Gəray xan dövründə Övliya Çələbi Krıma gəlmiş, xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur. III İslâm Gəray xan, Kazaklar tərəfindən öldürülmüşdür. Daha sonra qardaşı IV Mehmed Gəray yenidən xan olmuşdur.
II İslam Gəray
II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir. == Həyatı == Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir. 1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi.
I İslam Gəray
I İslam Gəray (v. 1537) — VIII Krım xanı. Krım xanı I Mehmed Gərayın oğludur. Atasının 1524-cü ildə noqaylar tərəfindən qətlə yetirilməsinin ardından İslam Gəray və qardaşları əsir alındılar. Bir neçə qardaşı qətlə yetirildi. Qaçan qardaşı I Qazi Gəray hakimiyyəti ələ alsa da, atasının qətlində ittiham olunurdu və bu səbəblə yerli əyanlar tərəfindən səltənəti qəbul edilmirdi. Bu səbəblə hakimiyyətdən alındı və yerinə əmisi I Səadət Gəray gətirildi. Bir müddət sonra əsirlikdən qayıdan İslam Gəray kalqay elan edildi. Ancaq taxtda gözü var idi və bu səbəblə bir neçə dəfə əmisinə qarşı ayaqlandı. Nəhayət 1532-ci ilin mayında əmisinin taxtdan könüllü şəkildə çəkilməsinin ardından hakimiyyəti ələ aldı.
Kazi Nəzrul İslam
Kazi Nəzrul İslam (benq. কাজী নজরুল ইসলাম, (24 May 1899 -29 Avqust 1976) Benqal şairi, yazıçısı,və musiqiçisidir.O, Banqladeşin milli şairidir.
Kurçaloy İslam İnstitutu
Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu (rus. Курчалоевский исламский институт имени Ахмата-Хаджи Кадырова) — Çeçenistan Respublikasının ən yüksək dini təhsil müəssisəsi. Şimali Qafqazda ilk İslam institutu. Kurçaloy şəhərinin mərkəzi hissəsində yerləşir. == Tarixi == 1988-ci ildə din xadimi, təşəbbüskar və xeyriyyəçi olan Nasuha Hacı Əhmədov Şimali Qafqazda Şimali Qafqaz mədrəsəsinin əsasını qoymuşdur. Eyni zamanda, Əhmədov planlarını həyata keçirmək üçün Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırova müraciət etmişdir. Əvvəlcə instituta Nasuha Hacı Əhmədovun adı verilmişdir. 29 aprel 1991-ci ildə mədrəsə ali dini təhsil müəssisəsinə çevrilmiş və Kurçaloy İslam İnstitutu adlandırılmışdır. 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun ölümündən sonra institutun adı Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu olaraq dəyişdirildi. 2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İslam universitetində yenidənqurma tədbirləri həyata keçirilmişdir.
Kürd-islam milliyətçiliyi
Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi — kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması. == Tarixi == İdeologiya Osmanlı xilafətinin ləğvi və Türkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı. Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır.
Kürd-islam sintezi

Kürdüstan İslam Birliyi
Kürdüstan İslam Birliyi (kürd. یەکگرتووی ئیسلامیی کوردستان, Yekgirtiya Îslamî ya Kurdistanê; ərəb. الاتحاد الاسلامي الكوردستاني‎, translit. əl-İtithad əl-islami əl-kurdistani) və ya sadəcə Yekqirtu (kürd. Yekgirtû) — İraq Kürdüstanında islamçı siyasi partiya. == Tarixi == Kürdüstan İslam Birliyi 6 fevral 1994-cü ildə Səlahəddin Bahəddin və onun həmkarları tərəfindən təsis edilmişdir. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.
Liviya İslam Dövləti
İraq Şam İslam Dövləti Liviyada — Liviyada 13 noyabr 2014-cü ildən fəaliyyət göstərən terrorçu qruplaşma. İŞİD-in bir Liviyadakı qruplaşmasıdır. Və Muəmmər Qəddafinin ölümündən sonra ölkəni ələ almağa başladı. == Arxa plan == Polkovnik Muammar Qəddafi və hökumətinin devrilməsi ilə nəticələnən 2011-ci il Liviya Vətəndaş Müharibəsindən sonra bir çox üsyançı döyüşçü Suriyadakı Vətəndaş Müharibəsində Bəşər Əsəd və sadiq adamları ilə döyüşən yaraqlı qruplarla yanaşı Suriyaya getdi.2012-ci ildə Suriyada döyüşən bir qrup liviyalı Battar Briqadasının qurulduğunu elan etdi. Battar Briqadası sonradan İŞİD-ə sədaqət göstərəcək və bunun üçün həm Suriya, həm də İraqda mübarizə aparacaqdır. 2014-cü ilin əvvəlində 300-ə qədər Battar Briqada qazisi Liviyaya qayıtdı. Dernada, digər yerli qruplardan yaraqlıları cəlb etməyə başlayan İslam Gəncliyi Şura Şurası adlı yeni bir fraksiya yaratdılar. Qoşulanlar arasında Ənsar-şəriət Derna şöbəsinin çox sayda üzvü var idi. Növbəti bir neçə ay ərzində Dernada onlara qarşı çıxan hər kəsə müharibə elan etdilər, hakimləri, vətəndaş liderləri və digər müxalifləri, o cümlədən Əl-Qaidə müttəfiq Əbu Səlim Şəhidlər Briqadası kimi səlahiyyətlərini rədd edən yerli yaraqlıları da öldürdülər. 2014-cü ilin sentyabr ayında qrup rəhbərliyi tərəfindən göndərilən bir İŞİD heyəti Liviyaya gəldi.
Liviyada İslam Dövləti

Lənkəran İslam Kolleci
Milliyəti-İslam Firqəsi
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. == Tarixi == === Yaranması === Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
Milliyəti-İslam Partiyası

Digər lüğətlərdə