İSLAQ
İSLAMÇILIQ
OBASTAN VİKİ
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. == Ermənistan ərazisində islamın yayılması == İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. == Müsəlmanların sayı == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. == Tallin məscidi == Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. == Milli və məzhəb tərkibi == Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kosovoda islam
Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır. == Tarixi == On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Qambiyada islam
Qambiyada islam (ing. Islam in the Gambia) — islam dini Qambiya ərazisində. Qambiya əhalisinin sayı təxminən 1,5 milyondur ki, onun da təxminən 90%-i müsəlmandır. Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etmişdir. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası olmuşdur.
Qazaxıstanda islam
Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır. İstiqamət — Sünnizm. Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi. Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ). İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır. İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Rusiyada islam
Rusiyada müsəlmanların dəqiq sayı hələ də dəqiq olaraq müəyyənləşdirilməyib və müzakirə predmetidir. 2002-ci ilin əhali siyahıyalmsına görə Rusiyada müsəlman xalqlarınnın ənənəvi sayı təxminən 14,5 milyon nəfər, ölkə əhalisinin təxminən 10%-dir. RF-nin Avropa hissəsinin müsəlmanlarının ruhani idarəsinin təsdiqinə görə Rusiyada islamı qəbul edənlərin sayı 20 milyon nəfərə qədər olmuşdur. "Etnik müsəlman", 2002-ci ilin siyahıyaalmasına görə ənənəvi qaydada İslama inam gətirənlərdir. Bu qrup əhali RF-nin yeddi subyektinin əhalisinin böyük əksəriyyətini təşkil edir: İnquşetiya (98%), Çeçenistan (96%), Dağıstan (94%), Kabardin-Balkar (70 %), Qaraçay-Çərkəz (54,6 %), Başqırdıstan (54,5%), Tatarıstan (54%).
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin 1.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
İbadət (islam)
İbadət (ərəb. عبادة‎) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.", Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.", Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir." hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir. İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat!
İslam (ad)
İslam — ad.
Albaniyada islam
Albaniyada islam — İslam Albaniyada və ümumiyyətlə albanlarda ən gənc dindir. Müasir Albaniyanı tipik müsəlman ölkəsi adlandırmaq mümkün olmasa da, yerli əhali arasında müsəlmanların sayı ölkə əhalisinin 82,1%-nə çatır. Kosovodan fərqli olaraq, Albaniyada İslamın təsiri ölkənin ümumi Avropa məkanına inteqrasiyası ilə zəifləyir. Buna baxmayaraq, uzun müddət Albaniya bütövlükdə Avropada yerləşən və eyni zamanda müsəlmanların əksəriyyətinə malik olan yeganə rəsmi tanınan ölkə hesab olunur. == Əhalisi == İslam dininə hələ də Albaniya əhalisinin böyük əksəriyyəti etiqad edir. Maraqlıdır ki, hətta 2002–2007-ci illərdə hakimiyyətə gələn ölkə prezidenti Alfred Moisiu Albaniyanı xristian ölkəsi adlandıranda müsəlman təşkilatlarından biri etiraz edib. Bundan sonra dövlət başçısı öz bəyanatını rədd etməli olub. 1942-ci ildəki İtaliya məlumatlarına görə, ümumi əhalisi 1.128.143 nəfər olan Albaniyada müsəlmanlar 69% (779.417 nəfər) təşkil edirdi.. Hazırda CIA World Factbook araşdırmalarına əsasən ölkə əhalisinin 70%-ni müsəlmanlar təşkil edir. Bununla belə, Pyu Araşdırma Mərkəzinin məlumatına görə, 2009-cu ildə Albaniyada müsəlmanların faizi hətta 79,9% təşkil edirdi.
Almaniyada islam
Almaniyada islam — 1960-cı illərdəki əmək miqrasiyası və 1970-ci illərdən etibarən bir neçə siyasi qaçqın dalğası səbəbindən müsəlmanlar Almaniyada dini qrupa çevrilməyə başladılər. 2011-ci ildə keçirilən rəsmi siyahıyaalmaya görə, Almaniya əhalisinin 1,9%-i (təxminən 1,5 milyon nəfər) özünü müsəlman elan edib. 2009-cu ildə aparılan hesablamalar göstərdi ki, Almaniyada 4,3 milyon müsəlman yaşayır. Bunlardan 1,9 milyonu Almaniya vətəndaşıdır. Alman statistika agentliyinin 2005-ci ildə verdiyi məlumata görə, Almaniyada bütün yeni doğulan körpələrin 9,1%-i müsəlman valideynlər tərəfindən doğulub. Almaniyadakı müsəlmanların böyük əksəriyyəti türk mənşəlidir. Pakistan, keçmiş Yuqoslaviya, ərəb ölkələri, İran və Əfqanıstandan da kiçik qruplar var. Müsəlmanların əksəriyyəti Berlində və keçmiş Qərbi Almaniyanın böyük şəhərlərində yaşayır. Bununla belə, əksər Avropa ölkələrindən fərqli olaraq, Almaniyanın bəzi kənd rayonlarında, xüsusən Baden-Vürtemberq, Hessen və Bavariya və Şimali Reyn-Vestfaliyanın bəzi bölgələrində əhəmiyyətli müsəlman icmaları mövcuddur. 1989-cu ilə qədər əmək miqrasiyası olmadığı üçün keçmiş Şərqi Almaniyada müsəlmanların sayı azdır.
Andorradə islam
Andorradə islam — Andorra xristianların çoxluq təşkil etdiyi ölkədir və İslam dininə sitayiş edən ölkədə azlıq təşkil edir. 2006-cı il ABŞ Dini Azadlıq Hesabatına əsasən, Andorra hazırda 2000-ə yaxın Şimali Afrikalıya malikdir və ölkədəki ən böyük müsəlman qrupudur. Ümumi 72000 əhalisi var. == Etnik tərkibi == Mərakeşlilər (515) Anadolu türkləri (112) Pakistanlılar (79) == Qurumlar == Müsəlman icması 50-yə yaxın tələbənin ərəb dilini öyrəndiyi İslam Mədəniyyəti Mərkəzini yaradıb və işini təşkil edir. Müsəlman dairələrində məktəblərdə ərəb dilinin tədrisi ideyasının fəal müzakirəsinə baxmayaraq, hazırda Andorra hökumətindən dəstək almayıb. Andorrada məqsədli şəkildə tikilmiş məscidlər yoxdur və Andorra hökuməti bu cür layihələr üçün torpaq ayırmaqdan imtina edir, ölkədə tikinti üçün ayrıla biləcək ucuz torpaq sahələrinin olmadığını bildirir. 2003-cü ildə yerli imam Mohamed Ragig yepiskop Con Marti Alanisdən məscid tikintisi üçün kilsə torpaqlarından hər hansı birini və ya müsəlman ibadətləri üçün məbəddə yer ayırmağı xahiş etdi.
Finlandiyada islam
Finlandiyada islam — 1999-cu ilin rəsmi məlumatına görə, Finlandiyada 20 min müsəlman yaşayır. 2020-ci ilin birinci yarısında Finlandiyada müsəlmanların sayı təxminən 80 min nəfər təşkil edib. 2050-ci ilə qədər islam dininə inananların sayının 190 minə çatacağı və ölkə əhalisinin 3,4%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin yerli müsəlmanları Baltikyanı tatarlardır. == Tarix == 19-cu əsrdə Finlandiyada İslam dini yalnız tarixi milli azlıqlara mənsub olan Fin tatarları tərəfindən təmsil olunurdu. Fin tatarları ölkəyə Rusiya imperiyasında qurulmuş hərbi xidmət müddətini başa vurmuş tacir və əsgərlər kimi gəlmişdilər. Daha sonra onların ailə üzvləri də onlara qoşulub. 20-ci əsrin sonundan bəri Finlandiyadakı müsəlmanların sayı kəskin şəkildə artmışdır. Finlandiya İslam Birliyi 1925-ci ildə yaradılıb. 1960-cı ildə Helsinkidə məscid, kitabxana, sinif otaqları və inzibati idarələrin yerləşdiyi tatar müsəlman icmasının binasının tikintisi başa çatdırılmışdır.
Fransada islam
Fransada islam — tərəfdarlarının sayı və əhəmiyyətinə görə Fransada ikinci ən böyük din, artım baxımından isə birincidir. Fransada müsəlmanların ən mühüm dini obyekti 1926-cı ildə əsası qoyulmuş və hazırda Əlcəzair hakimiyyətinin nəzarətində olan Paris Katedral Məscididir. == Fransada İslam tarixi == Müsəlmanlar 717-ci ildə Akvitaniyanı və 719-cu ildə Narbonnanı işğal edərək İspaniyadan Fransaya gəldilər. Fransa ərazisində 732-ci ildə Poitiers tarixi döyüşü baş verdi. Müsəlmanların şimala doğru irəliləməsi Çarlz Martelin komandanlığı altında frank qoşunları tərəfindən dayandırıldı. 888-ci ildə Fransanın cənubunda ərəb koloniyası olan Fraxinet quruldu və təxminən 100 il mövcud oldu. Fransada uzun müddət praktiki olaraq heç bir müsəlman yox idi. XIX–XX əsrin əvvəllərində müsəlman əhalisi çox olan ərazilər — Əlcəzair, Tunis, Mərakeş Fransaya birləşdirildi. Müsəlmanların Fransa ərazisinə kütləvi axını Birinci Dünya Müharibəsi zamanı, Şimali Afrikadan çoxlu sayda insanın ölkəni müdafiə etmək üçün cəlb edildiyi zaman baş verdi. Onların bir hissəsi sülh bağlandıqdan sonra Fransada qaldı.
Serbiyada islam
Serbiyada islam — Serbiyanın ənənəvi dinlərindən biridir. Serb müsəlmanları əsasən sünni müsəlmanlardır. 2002-ci il siyahıyaalmasına əsasən, Mərkəzi Serbiya və Voyvodinada təxminən 240.000 müsəlman yaşayır. Bu da əhalinin 3,2%-ni təşkil edir. Kosovoda daha çox müsəlman yaşayır, lakin əyalətdəki qeyri-sabit vəziyyətə görə onların sayını dəqiq hesablamaq mümkün deyil. XIV–XV əsrlərdə Osmanlı İmperiyasının genişlənməsi ilə birlikdə Serbiyada İslam geniş şəkildə yayılmağa başladı. Orta əsr Serbiyasının Osmanlı İmperiyasına qoşulmasından sonra İslam burada ən böyük dinə çevrildi. Bir çox slavyanlar İslamı qəbul etdilər, türklər və digər müsəlman xalqlar da buraya şərqdən köçdülər. Türk səyyahı Övliya Çələbinin 1660-cı ildə Belqradda verdiyi məlumata görə, 98.000 sakindən 21.000-i qeyri-müsəlman, 77.000-i isə müsəlman idi. 19-cu əsrdə Serbiya ərazisinin türk hökmranlığından azad edilməsi zamanı müsəlmanlar qovulmuş, məscidlər dağıdılmışdır.
Türkiyədə islam
Türkiyədə islam — ən çox yayılmış dindir. Türkiyədə İslamın mövcudluğu 11-ci əsrin ikinci yarısına, Səlcuqluların Şərqi Anadoluya yayılmağa başladığı vaxta təsadüf edir. Optimarın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Türkiyə əhalisinin 89,5%-ni islam dininə mənsub insanlar təşkil edir. Sünnilər müsəlmanların 60%-ni təşkil etdiyi halda, ələvilərin ümumi əhaliyə nisbəti 37%-dir. Digər müsəlman icmalarının (Cəfərilər, Nusayrilər və On ikiliklər) əhaliyə nisbəti 3%-dir. Anadoluda mövcud olan rəsmi İslam məzhəblərinə mənsub insanlar tərəfindən inkişaf etdirilən İslam inancında Əhməd Yəsəvi (Yesevilik), Rumi (Mövləvilik), Hacı Bektaş-ı Vəli (Bektaşizm) və məzhəb başçılarının təlimlərinə əməl edirlər. Hacı Bayram-ı Vəliyə (Bayramilik) tez-tez rast gəlinir. Türkiyənin müsəlman əhalisinin 60%-i sünni olaraq tanınır. Türkiyədəki türk və digər etnik sünnilərin əksəriyyəti Hənəfi məzhəbinə mənsubdur. Türklər arasında Şafi məzhəbinə mənsub olanlara nadir hallarda rast gəlinir.
İslam Abbasov
İslam Abbasov (24 mart 1996, Sumqayıt) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalına sahib olsa da, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə turnirin qalibi oldu. 2014-cü il ərzində İslam Abbasov Polşada gənclər arasında Avropa Çempionatının və Xorvatiyada gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu. 2015-ci ildə İslam Abbasov Fransa Qran-Prinin və U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu. İlin əsas turnirlərində isə İslam Abbasov — gənclər arasında Avropa Çempionatının qalibi oldu, amma gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. İslam Abbasov 2016-cı ilin martında Latviyada Avropa Çempionatlarında debüt eləsə də uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu. Bolqarıstanda U23 Avropa Çempionatını da 8-ci pillədə başa vuran İslam Abbasov iyunda Rumıniyada ardıcıl üçüncü dəfə gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra o, sentyabrda hərbçilər arasında Dünya Çempionatının gümüş, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu. 2017-ci ildə isə İslam Abbasov əvvəl martda Vəhbi Əmrə beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə mayda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Vəliəhd (islam)
Vəliəhd (ərəb. ولي العهد‎, Vəli əl-Əhd) — hökmdarın təyin olunmuş varisi üçün ərəb və islam dövlətlərində termin. Ümumi anlayış üçün vəliəhd məqaləsinə baxa bilərsiniz. Bu titul erkən xilafətlərdə ortaya çıxmış və istifadəsi ən azı təq. 715-ci ilə qədər gedib çıxır. Titulun özü birmənalı deyil, çünki "vəli" termini həm "sahib", həm də "varis" mənasını verə bilər. Həmçinin, "vəsiyyət" mənasında olan "əhd" sözünün dəqiq əhatə dairəsi qeyri-müəyyəndir. Bu, Allahın əhdi və ya bütövlükdə bəşəriyyət, əvvəlki xəlifənin və ya müsəlman cəmiyyətinin əhdi kimi şərh edilə bilər. Əməvi xəlifələri (661–750) daha mütləqiyyətçi şərhə üstünlük verirdilər və bu təfsir vasitəsilə onlar Məhəmmədin varisləri mövqeyinə görə birbaşa Allahdan gələn bir mandat iddia edirdilər. 740-cı illərə qədər "vəli əhd əl-müslimin" (ولي عهد المسلمين; hərf. müsəlmanların əhdinin varisi), hətta "vəli əhd əl-müslimin vəl müslimat" (ولي عهد المسلمين والمسلمات; hərf. müsəlman kişilərin və müsəlman qadınların əhdinin varisi) variantı istifadə olunur. Bu, ya müsəlman ümmətinin vərəsə beyət etməsi, ya da varisin müsəlman ümməti ilə əhdin davamçısı olması mənasındadır.
Elvin İslamov
Futbol 2017 İslam Həmrəyliyi Oyunlarında
Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçirilib. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edib. Mayın 8-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.. == Qrup mərhələsi == === Birinci tur === Səkkiz komandanın qatıldığı yarışda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri də qələbə uğrunda mübarizə aparırlar. Azərbaycan millisi ev sahibi olduğu üçün "A" qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir. "B" qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar. Yarışın ilk günündə Azərbaycan millisi "Bayıl Arena" stadionunda Kamerun yığması ilə qarşılaşıb.
Fədaiyan-i İslam
Fadā'iyān-e İslam (fars: فدائیان اسلام, həmçinin Azərbaycan dilində "Islam fədailər" yazıldığına), bir xarizmatik 21 yaşlı İlahiyyat tələbə Nəvvab Səfəvi adına tərəfindən 1946-ci ildə İslam fundamentalist gizli cəmiyyət olarak, İranda təsis edilib.
Fələstin İslami Cihad Təşkilatı
Fələstin İslami Cihad Hərəkatı (Ərəb: حركة الجهاد الإسلامي في فلستين - Hərakat əl-Cihad əl-İslami fi Fələstin) Qəzza zolağının Həmişə bölgəsində yəhudilərə qarşı mübarizə aparan İslam mücahidləri qrupudur. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını hesab edirlər. Bir proto təşkilat dövlət olan Fələstinli terror qrupları Qəzzada yəhudilərə qarşı etnik təmizləmə apardıqları üçün Fələstin torpaqlarının işğalına qarşı mübarizə aparır. İslami Cihad HƏMAS-dan kiçikdir, lakin Əl-Fəth ilə eyni böyük sosial bazaya malikdir. Ramazan Şallah Fathi Şaqaqi və Əbdüləziz Avda tərəfindən Fələstin Azadlıq Təşkilatının bir qolu olaraq Sinay yarımadasında bu günə qədər davam edən təşkilatın rəhbəridir.
Gülağa İslamov
Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir. 1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Güllücə-i İslam (Miyanə)
Güllücə-i İslam (fars. گلوجه اسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 113 nəfər yaşayır (24 ailə).
Gəncə İslam Kolleci
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Heydər İslam Kolleci
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Hizbul-İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
Hüseyn Şeyx əl-İslam
Hüseyn Şeyx əl-İslam (7 dekabr 1952, İsfahan – 5 mart 2020, Tehran) — Xarici işlər nazirinin müşaviri (?–2019). == Həyatı == 7 dekabr 1952-ci ildə İsfahanda doğulub. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri olmuşdur. İranın Suriyadakı səfiri kimi də fəaliyyət göstərib. İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub. Hüseyn Şeyx əl-İslam 5 mart 2020-ci ildə koronavirus xəstəliyindən vəfat edib.
Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.
II İslam Gəray
II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir. == Həyatı == Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir. 1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi.
I İslam Gəray
I İslam Gəray (v. 1537) — VIII Krım xanı. Krım xanı I Mehmed Gərayın oğludur. Atasının 1524-cü ildə noqaylar tərəfindən qətlə yetirilməsinin ardından İslam Gəray və qardaşları əsir alındılar. Bir neçə qardaşı qətlə yetirildi. Qaçan qardaşı I Qazi Gəray hakimiyyəti ələ alsa da, atasının qətlində ittiham olunurdu və bu səbəblə yerli əyanlar tərəfindən səltənəti qəbul edilmirdi. Bu səbəblə hakimiyyətdən alındı və yerinə əmisi I Səadət Gəray gətirildi. Bir müddət sonra əsirlikdən qayıdan İslam Gəray kalqay elan edildi. Ancaq taxtda gözü var idi və bu səbəblə bir neçə dəfə əmisinə qarşı ayaqlandı. Nəhayət 1532-ci ilin mayında əmisinin taxtdan könüllü şəkildə çəkilməsinin ardından hakimiyyəti ələ aldı.
Kazi Nəzrul İslam
Kazi Nəzrul İslam (benq. কাজী নজরুল ইসলাম, (24 May 1899 -29 Avqust 1976) Benqal şairi, yazıçısı,və musiqiçisidir.O, Banqladeşin milli şairidir.
Kurçaloy İslam İnstitutu
Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu (rus. Курчалоевский исламский институт имени Ахмата-Хаджи Кадырова) — Çeçenistan Respublikasının ən yüksək dini təhsil müəssisəsi. Şimali Qafqazda ilk İslam institutu. Kurçaloy şəhərinin mərkəzi hissəsində yerləşir. == Tarixi == 1988-ci ildə din xadimi, təşəbbüskar və xeyriyyəçi olan Nasuha Hacı Əhmədov Şimali Qafqazda Şimali Qafqaz mədrəsəsinin əsasını qoymuşdur. Eyni zamanda, Əhmədov planlarını həyata keçirmək üçün Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırova müraciət etmişdir. Əvvəlcə instituta Nasuha Hacı Əhmədovun adı verilmişdir. 29 aprel 1991-ci ildə mədrəsə ali dini təhsil müəssisəsinə çevrilmiş və Kurçaloy İslam İnstitutu adlandırılmışdır. 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun ölümündən sonra institutun adı Əhməd Hacı Kadırov adına Kurçaloy İslam İnstitutu olaraq dəyişdirildi. 2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun təşəbbüsü ilə İslam universitetində yenidənqurma tədbirləri həyata keçirilmişdir.
Kürd-islam milliyətçiliyi
Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi — kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması. == Tarixi == İdeologiya Osmanlı xilafətinin ləğvi və Türkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı. Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır.
Kürd-islam sintezi
Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi — kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması. == Tarixi == İdeologiya Osmanlı xilafətinin ləğvi və Türkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı. Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır.
Kürdüstan İslam Birliyi
Kürdüstan İslam Birliyi (kürd. یەکگرتووی ئیسلامیی کوردستان, Yekgirtiya Îslamî ya Kurdistanê; ərəb. الاتحاد الاسلامي الكوردستاني‎, translit. əl-İtithad əl-islami əl-kurdistani) və ya sadəcə Yekqirtu (kürd. Yekgirtû) — İraq Kürdüstanında islamçı siyasi partiya. == Tarixi == Kürdüstan İslam Birliyi 6 fevral 1994-cü ildə Səlahəddin Bahəddin və onun həmkarları tərəfindən təsis edilmişdir. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.

Digər lüğətlərdə