İSTİ-SOYUQ

сущ. 1. чимивални-мекьивал, чими ва мекьи гьава ва адан таъсир; 2. пер. чим-мекь, къай-мекь, гьар жуьредин четинвал, шараит, везият, гьал.
İSTİ-İSTİ
İSTİARƏ
OBASTAN VİKİ
İsti qurşaq
İsti qurşaq — İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
İsti dodaqlar
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Soyuq Müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Soyuq silahlar
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq şorba
Soyuq şorba (polşa. Chłodnik, beloru. Халаднік) - həmçinin soyuq borş (lit. Šaltibarščiai, lat. Aukstā zupa) - Şərqi Avropa ölkələrinin milli yeməyidir: Belarusiya, Litva, Latviya, Ukrayna, Polşa. Rusiya mətbəxində bu yemək "svekolnik" də adlanır. Okroşkadan əsas tərkibində ət məhsullarının olmamasıdır. Soyuq şorba adətən qatıqdan hazırlanır. Həmçinin qaymaq və süddən də hazırlana bilər. Bununla yanaşı turşuya qoyulmuş turp və təzə tərəvəzlərdən də istifadə edilir (doğranmış xiyar, soğan və s.).
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Soyuq verilənlər
Soyuq verilənlər (ing. cold data) — kompüter yaddaşında nadir hallarda əldə edilən verilənlər. Soyuq verilənlər tez-tez əldə edilən verilənlər olan isti verilənlərin əksidir. Müəyyən təriflər bu cür verilənləri 31 gün əvvəl əldə edilmiş verilənlər kimi təsvir etmişdir. IBM-nin meyarlarında qeyd edilmişdir ki, bu, minimum 90 gün əvvəl əldə edilmiş verilənlərə uyğun gəlir. Saxlama xərclərini optimallaşdırmaq üçün soyuq verilənlər aşağı performanslı və daha ucuz saxlama mühitində saxlanıla bilər. Məsələn, SSD-lər isti məlumatların saxlanması üçün istifadə oluna bilər, soyuq verilənlər isə sərt disklərə, optik disklərə, lentlərə köçürülə və ya bulud yaddaşına köçürülə bilər. İyerarxik yaddaş menecmenti (HSM) verilənlərin idarə edilməsi məqsədləri üçün istifadə olunur. Əsasən, "qaynar" kimi təsnif edilən məlumatlar SSD saxlama mühitlərinə ayrılır. Sonradan, verilənlərin aktivliyi zaman keçdikcə azaldıqca, onlar adi sabit disklərə (HDD) keçirlər.
Soyuq ov
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Azərbaycanın isti ehtiyatları
== Aqroiqlim ehtiyatları == Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir == İsti ehtiyatlar == Ərazinin isti ehtiyatları. Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir.
Bəziləri isti sevir
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Soyuq (film, 2016)
Soyuq — İranda Ərk qardaşları tərəfindən çəkilmiş ilk müstəqil Türkcə (Azərbaycanca) film. 2016-cı ilin Fevralın 2-sində Təbrizdə nümayiş olunan film, ən yaxşı rejissor işi və ən yaxşı qadın roluna görə İran uşaq filmləri mükafatı olan “Qızıl Kəpənək” -yə (Pərvane-e Zərrin) layiq görülüb. Filmdə ailəsinin yoxsulluğu üzündən stress altında olan 8 yaşında məktəbli uşağın hekayəsindən bəhs olunur. Uşaq məktəbdə həmişə altını isladır. Evə qayıdanda anasının çadrasının altında gizlənərək qayıdır. Anası onun bu vərdişini tərgitmək qərarında gəlir, amma uşağın fərari atasına görə o, başqa problemlərlə rastlaşır.
Soyuq Dağ (film)
Soyuq dağ (ing. Cold Mountain) — Çarlz Freyzerin eyniadlı romanı əsasında, rejissor Entoni Mingellanın 2003-cü ildə hərbi dram janrında çəkdiyi film. Baş rolları Cud Lou, Nikol Kidman və Rene Zelveger oynayır. Film Oskar mükafatının 7 nominasiyasına layiq görülmüşdür. Filmin premyerası ABŞ-də 25 dekabr 2003-cü ildə baş verib. Cud Lou — W. P. Inman, Ada ilə görüşmək üçün müharibədən qaçan Konfederasiya əsqəri Nikol Kidman — Ada Monroe, Soyuq Dağda yaşayan qadın; İnmanı sevir Rene Zellveger — Ruby Thewes, Ada ilə bir fermada yaşayır Eilin Atkins — Maddy, qoca qadın, İnmanı sağaldır Kethi Beyker — Sally Swanger, Soyuq Dağda yaşayır, Adanın rəfiqəsi Ceyms Qemmon — Esco Swanger rolunda Brendan Gleeson — Stobrod Thewes, Ruby'nin atası Filip Seymur Hoffman as Reverend Veasey, amoral natiq, İnman ilə dostluq edir. Natali Portman — Sara, cavan bir qız, İnman onun evində bir gün qalmışdır, körpə uşağı var. Covanni Ribisi — Junior, odunçu, İnman və Vizziyə xəyanət edir. Dağ səhnələri Rumıniyada çəkilib Xarkovda filmlə eyniadlı metro stansiyası var Karpat dağları, Rumıniya Karter's Grove — 8797 Pocahontas Trail, Williamsburq Virciniya, ABŞ Çarlston Cənubi Karolina, ABŞ Şimali Karolina, ABŞ Potiqrafu, Rumıniya Riçmond Virciniya, ABŞ Böyük Britaniya filmlərinin siyahısı İtaliya filmlərinin siyahısı Rumıniya filmlərinin siyahısı ABŞ filmlərinin siyahısı Filmi izlə (az.) coldmountainmovie.com — Filmin rəsmi saytı «Soyuq Dağ» — Internet Movie Database saytında.
Soyuq hava kütlələri
Bir çox hallarda Cənubi Qafqaz , o cümlədən Azərbaycana soyuq hava kütlələri eyni zamanda həm şərqdən, həm də qərbdən müdaxilə edir. Bu zaman respublikanın bütün rayonlarında bol yağıntılar düşür, dağ çaylarında selyaranma ehtimalı çoxalır. Soyuq hava kütlələrinin şərqdən müdaxiləsi zamanı orta troposferdə Balkanlardan və Qara dənizdən Rusiyanın Avropa hissəsinin qərb rayonlarından keçməklə şimala və ya şimal-şərqə yönəlmiş, yaxşı inkişaf etmiş yüksək təzyiq yalı, bu yaldan hər iki tərəfə yüksək təzyiq çökəyi yerləşir. Həm təzyiq yalında, həm də təzyiq çökəkliyində çox hallarda təcrid olunmuş barik mərkəzlər (bloklaşmış) yaranır. Cəbhə zonasının yüksək təzyiq yalından şərqdə yerləşən konvergent vilayətində barik qradiyent əvvəlki proseslərdə olduğu kimi böyük kəmiyyətlərlə səciyyələnir. Cəbhə zonasının girişinin altında yaranan soyuq yerüstü antisiklon Xəzər dənizinə doğru –cənuba hərəkət edir və hava kütlələrinin əraziyə şərqdən daxil olmasına şərait yaradır. Soyuqlaşma bütün Azərbaycanı , Şərqi Gürcüstanı , qismən Ermənistanı əhatə edir. Ümumi sirkulyasiya indeksi əvvəlki prosesdə olduğu kimi 1-dən böyük kəmiyyətlərlə səciyyələnir ki, bu da meridional sirkulyasiyanın intensiv inkişaf etdiyini göstərir.
İkinci Soyuq Müharibə
İkinci Soyuq müharibə və ya Yeni Soyuq müharibə — dünyanın iki əks geo-siyasi güc blokları arasında yenilənən hərbi və siyasi qarşıdurmaya verilən ad. Bu qarşıdurmanın tərəflərdən biri Rusiya, Çin və onların müttəfiqləri, digəri isə Amerika Birləşmiş Ştatları, NATO və onların müttəfiqləri hesab edilir. Bu hadisənin original Soyuq müharibəyə oxşarlığı ABŞ-nin başçılıq etdiyi Qərb bloku və Rusiyanın xələfi SSRİ-nin başçılıq etdiyi Şərq bloku arasında baş verən qarşıdurmadan ibarət idi. Bəzi mənbələr bu hadisənin mümkün gələcəkdə, digərləri isə artıq baş verdiyini yazırlar. Belə ki, bəzi mənbələr bu hadisənin birbaşa 2014-cü ildə baş vermiş Krım böhranına görə başladığını bildirmişdilər. Lakin digər mənbələrdə bunun 2011-ci ildə Ərəb Baharı ilə başladığını xüsusi qeyd edirlər. Digər fərziyələrə görə 2-ci Soyuq Müharibə 2008-ci ildə baş vermiş olan Rusiya-Gürcüstan müharibəsi, digərlərinə görə isə 1999-cu ildə Yuqoslaviyada baş vermiş müharibədən yaranmışdır. Oksford Universitetinin proffesoru Filipp Houvard hesab edir ki, Soyuq Müharibə hal-hazırda mətbuat üzərində gedir və Rusiya daha təbliğat vasitələrindən istifadə edərək Qərb mətbuatında qələbə qazanmağa çalışır. 2016-cı ilin yanvar ayında əsas Birləşmiş Krallıq hökumət üzvləri bunu belə şərh edirlər: “Dünya yeni Soyuq müharibəyə qədəm basıb. Görünən odur ki, Rusiya Avropa dəyərlərini və birliyini dağıtmaq istəyir”.
Soyuq müharibə liberalı
Soyuq müharibə liberalı — ABŞ-də İkinci Dünya müharibəsinin bitməsindən sonra başlayan Soyuq müharibə dövründə istifadə edilən termin. Termin demokratiya və bərabərliyi dəstəkləyən liberal siyasətçiləri və həmkarlar ittifaqı liderlərini təsvir etmək üçün istifadə edilmişdir. Onlar həmkarlar ittifaqlarının böyüməsini, vətəndaş hüquqları hərəkatını və yoxsulluğa qarşı müharibəni dəstəkləmiş, eyni zamanda kommunist idarəçiliyi altında ümumi şəkildə görülən totalitarizmə qarşı çıxmışdılar. İkinci Dünya müharibəsindən sonrakı dövrdə diplomat Corc F. Kennan və ABŞ Prezidenti Harri S. Truman kimi Soyuq müharibə liberalları sovet kommunizminə qarşı əhatələmə səylərini dəstəkləmişdilər. Soyuq müharibə dövrünün müasir ABŞ liberalizmi Franklin D. Ruzveltin yeni kursunun bilavasitə varisi və XX əsrin əvvəllərindəki proqressiv dövrün bir az daha uzaq davamçısı idi. Sol Stern yazmışdır ki, "Soyuq müharibə liberalizmi İkinci Dünya müharibəsindən sonra Amerikanın ən böyük uğuru – Soyuq müharibədə qalib gəldiyi üçün tərifə layiqdir". İlkin mərhələlərdə liberallar, ümumiyyətlə, Franklin D. Ruzveltin davamçısı Harri S. Trumeni özlərindən biri kimi görmürdülər və ona Demokrat Partiyasının çıxıntısı kimi baxırdılar. Demokratik Fəaliyyət uğrunda Amerikalılar (ADA) kimi digər liberal siyasətçilər və liberal təşkilatlar həm daxildə, həm də xaricdə kommunizmə qarşı çıxaraq, bəzən vətəndaş azadlıqlarını qurban verərək Trumenin tərəfini tutmuşdular. Eyni zamanda, ADA vətəndaş hüquqları hərəkatı kimi məsələlərdə Trumeni solçuluğa itələməyə müvəffəq olmuşdu. Faulks, Keith.
Soyuq ov 3
Soyuq ov 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Soyuq ov və Soyuq ov 2: Dirilmə filmlərinin davamıdır. == Məzmun == Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. == Rollarda == İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz == İstehsal == Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. == Nümayiş == Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib. == İstinadlar == == Xarici keçidlər == Filmin rəsmi saytı (ing.) Soyuq ov 3 — Internet Movie Database saytında.
İsti Halvanın Dadı (1987)
Kölgədə 40 dərəcə isti
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Soyuq dağ (film, 2003)
Soyuq dağ (ing. Cold Mountain) — Çarlz Freyzerin eyniadlı romanı əsasında, rejissor Entoni Mingellanın 2003-cü ildə hərbi dram janrında çəkdiyi film. Baş rolları Cud Lou, Nikol Kidman və Rene Zelveger oynayır. Film Oskar mükafatının 7 nominasiyasına layiq görülmüşdür. Filmin premyerası ABŞ-də 25 dekabr 2003-cü ildə baş verib. Cud Lou — W. P. Inman, Ada ilə görüşmək üçün müharibədən qaçan Konfederasiya əsqəri Nikol Kidman — Ada Monroe, Soyuq Dağda yaşayan qadın; İnmanı sevir Rene Zellveger — Ruby Thewes, Ada ilə bir fermada yaşayır Eilin Atkins — Maddy, qoca qadın, İnmanı sağaldır Kethi Beyker — Sally Swanger, Soyuq Dağda yaşayır, Adanın rəfiqəsi Ceyms Qemmon — Esco Swanger rolunda Brendan Gleeson — Stobrod Thewes, Ruby'nin atası Filip Seymur Hoffman as Reverend Veasey, amoral natiq, İnman ilə dostluq edir. Natali Portman — Sara, cavan bir qız, İnman onun evində bir gün qalmışdır, körpə uşağı var. Covanni Ribisi — Junior, odunçu, İnman və Vizziyə xəyanət edir. Dağ səhnələri Rumıniyada çəkilib Xarkovda filmlə eyniadlı metro stansiyası var Karpat dağları, Rumıniya Karter's Grove — 8797 Pocahontas Trail, Williamsburq Virciniya, ABŞ Çarlston Cənubi Karolina, ABŞ Şimali Karolina, ABŞ Potiqrafu, Rumıniya Riçmond Virciniya, ABŞ Böyük Britaniya filmlərinin siyahısı İtaliya filmlərinin siyahısı Rumıniya filmlərinin siyahısı ABŞ filmlərinin siyahısı Filmi izlə (az.) coldmountainmovie.com — Filmin rəsmi saytı «Soyuq Dağ» — Internet Movie Database saytında.

Digər lüğətlərdə